30 mar 13:40Yazar

AFFA-nın çörəyinin duzu və yağı

“Yalanın ömrü 40 gün çəkməz” deyib atalarımız. Amma AFFA-nın yalanlarının ömrü heç 40 günə qədər də uzanmır. Elxan Məmmədov elə bugünlərdə Azərbaycan futbolunun düzgün inkişaf yolunda olduğu, gündən-günə çiçəkləndiyi haqda allı-güllü kitabça yayıb, Avropada paylamışdı. Əvvəlcə soyuqqanlı almanlar, sonra da qardaşımız türklər inkişafımız haqda deyilənlərin yalan olduğunu bütün dünyaya aşkar etdilər. Hələ bu azmış kimi, Almaniya ilə oyunun təşkilindəki qüsurlar AFFA-nın “yüksək təşkilatçılıq bacarığını” da şübhə altna almış oldu. Respublika stadionunda bundan da əvvəl bir neçə dəfə yüksək azarkeş marağı və ajiotaj doğuran qarşılaşmalar keçirilib. Heç birində belə qarışıqlıq yaşanmamışdı. Berti Foqtsun həmyerliləri ilə oyunun ajiotajı bu qədər böyük oldu ki, təkcə stadionun ətrafındakı polislər yox, AFFA-nın rəsmiləri də həyəcana qapıldılar?! Hər halda, indiyə qədər AFFA-ın hansısa məmurunun Elxan Məmmədovu təkzib edəcək cəsarət sərgiləməsinə şahid olmamışdıq. Qarşılaşmadan dərhal sonra cənab Məmmədov təşkilatçılıqda qüsurlar olduğunu, biletsiz azarkeşlərin tribunalara buraxılması səbəbindən daha əvvəldən bilet aldığına arxayınlaşıb, bir az ləng tərpənənlərin çöldə qalması faktını dilə gətirmişdi. Sonra bir qədər soyuq başla düşündülər və anladılar ki, bu etirafla “quş buraxıblar”. Necə olur ki, ölkə klubları daha az əməkdaş və resurslar ilə qısa müddətə normal hazrlıq görür, “İnter”, “Fiorentina”, “Monako”, “Borussiya” kimi rəqiblərlə Almaniya millisinin gəlişindən heç də az maraq doğurmayan oyunları yüksək səviyyədə təşkil edə bilirlər, amma yüzlərlə əməkdaşı olan, az qala bir nazirlik qədər səlahiyyətə və 25 milyonluq büdcəyə sahib AFFA 30 min azarkeşin əlində aciz qalır?!
Molla Nəsrəddinin məşhur “Üzrü günahından betər” lətifəsində olduğu kimi, qəbahətlərini düzəltmək istəyəndə isə doğmaca baş katiblərini yalançı çıxardılar, əlində bilet olan heç bir azarkeşin stadiondan kənarda qalmadığını dedilər. Sözsüz, özləri də yalan danışdıqlarının fərqindədilər. Amma düşdükləri çətin durum, pişik kimi kürəklərini yerə verməmək istəyi hər cür yalanı məqbul edir. Biz dəfələrlə AFFA məmurlarının oxşar davranışına şahidlik etmişik. Görünür, bu da “boz bina”dakı məşhur yeməkxanada verilən yeməklərin duzunun təsirindəndi. Həmkarım Rəşadın birvaxtlar geniş reportaj hazırladığı həmin yeməkxanada verilən təamlara nə cür duz qatırlarsa, ordakılar da Elxan Məmmədov sayağı dil qabiliyyətlərini məhz yalan danışmaq, ağa qara, qaraya ağ demək üzrə inkişaf etdirməyə çalışırlar.
Mən AFFA-nın yeməkxanasının təkcə duzundan yox, həm də yağından şübhələnirəm. Oranın duzu müştərilərin dilinə təsir edirsə, yağı da təsirini çəki artımında göstərir. Hamımızın yadındadı, Robert Prosineçki ölkəmizə gələndə əsl avropalı görkəmində idi. Xorvatiyalı mütəxəssisin halına indi baxın. Robinin çəkisində və xarici görkəmində hiss olunacaq dərəcədə dəyişiklik baş verib. Mən U-21 millimizin Türkiyədəki oyununu izləyənə qədər Prosineçkini günahlandırırdım, düşünürdüm ki, problem xorvatın özündədi. Amma baxdım ki, U-21-in baş məşqçisi Yaşar Vahabzadə artıq çəkiyə görə heç də “böyük qardaş”ından geri qalmırmış. Dərd orasıdı ki, artıq çəki problemini təkcə Yaşar bəydə müşahidə etmədim. Bizim gənclər oyun ərzində tez-tez yerdə qalırdılar və millinin həkimiylə köməkçisi də meydana qaçmağa məcbur olurdu. Siz həmin məqamlarda tibbi personalın görkəminə fikir verdizmi? Maşallah, qabaritlərinə görə Prosineçkini də, Vahabzadəni də geridə qoyarlar. Həkimin yanında meydana girən, əsasən futbolçulara su şüşəsi paylamaqla məşğul olan cavan oğlanın artıq çəkidən əziyyət çəkməsi isə lap aşkar görünürdü. Deyəsən, dünyanın ən ağırçəkili çalışdırıcıları bizim millidə çalışdığından ən kök həkimləri də AFFA özü əməkdaşlığa dəvət edib. Qoy düşmənlərimizin gözü çıxsın, görsünlər ki, AFFA məşqçiləri də, həkimləri də yağ içində böyrək kimi bəsləyir.
Dünən səhər AFFA-nın rəsmi saytında C kateqoriyalı məşqçi kurslarından çəkilmiş şəkillərə baxdım. Ürəkaçan mənzərə orda da “göz oxşayırdı”. Kurslarda mühazirə oxuyan Aslan Kərimov da Robert Prosineçkiylə Yaşar Vahabzadədən geri qalmamağa qərar verib. Kim bilir, bəlkə də Kərimov da haqqın yolunu tapıb. Təhsil proqramı üzrə rəhbər olmaq onun üçün darıxdırıcı məşğuliyyətə çevrilib, özünü milli komandaların birində sınamaq istəyir. Amma bir həqiqəti də anlayıb ki, AFFA-nın baş katibinin milli komandalara baş məşqçi təyin etdiyi mütəxəssislər mütləq artıq çəkisi ilə də gözə batmalıdı. Ona görə də gecə-gündüz çəkisini artırmaq üçün “əziyyət çəkir”. Axına düşüb axanlar belə də davranmalıdı. Amma bir məqamı unutmasınlar ki, Pentaqonun həndəvərində ondan hündür binanın inşası yasaqdı. Yəni bizim millilərdə çalışmaq istəyənlər, orda uzun müddət duruş gətirmək arzusunda olanlar da Prosineçkini ötüb keçməməlidilər. AFFA-nın çörəyinin duzuyla yağı adamın dilinə və çəkisinə çox tez təsir göstərir. Gərəkdi ki, dəyərli yoldaşlar da bunu nəzərə alsınlar.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar