10 apr 18:34Yazar

“Göztəpə” ilə “Keşlə”nin fərqi

İzmir təmsilçisi “Göztəpə” Türkiyə superliqasının 27-ci turunda evdə ağır məğlubiyyət aldı. Düzdü, hesab böyük deyildi, “Akhısar Bələdiyəspor” İzmirdən minimalhesablı qələbəylə ayrıldı – 1:0. Amma bu oyunda qazanılacaq 3 xalın əhəmiyyəti “Göztəpə” üçün xeyli böyük idi. Çünki qonaq komanda da elitada yerini qorumaq üçün mübarizə aparır və izmirlilərin üç rəqibindən biri məhz “Akhısar Bələdiyəspor”du. “Göztəpə” qələbə qazansaydı, 3 xal sayəsində “Bursaspor”u geridə qoyacaq, azı bir turluq təhlükəli “üçlük”dən uzaqlaşacaqdı. Di gəl ki, bacarmadılar. Barbosanın 88-ci dəqiqədə vurduğu qol “Göztəpə”nin heç-heçəyə olan ümidlərini də dəfn etdi. Olanlar da məhz ondan sonra olub. Azarkeşlər stadiondan çıxan futbolçulara hücum edib, onları cəzalandırmaq fikrinə düşüblər. Dava-dalaşın böyüməsini polis çətinliklə əngəlləyib, klubun avtobusu uzun müddət stadiondan çıxa bilməyib. Daha sonra da avtobus ciddi təhlükəsizlik tədbirlərinin, polis konvoyunun müşayiəti ilə bazaya çatdırılıb.
Mən davanı, futbolçuları öldürməyi təbliğ etmirəm. Demirəm ki, komanda uduzandan sonra azarkeşlər futbolçulara hücum etməli, onları döyməli, söyməlidi. Bunlar futbolun arzuolunmayan üzüdü. İllərdi mübarizə aparılır, təbliğat işləri görülür, kökünü kəsmək mümkün olmur. Futbol fanatları tez-tez məğlubiyyətlərə görə futbolçularla özləri haqq-hesab çəkmək fikrinə düşürlər. Amma bu hadisənin xeyli ibrətlik tərəfi var. İbrətlik tərəf odu ki, azarkeş futbolçuları təzyiq altında saxlayır, onlardan geyindikləri formanın haqqını verməyi tələb edir. Çünki azarkeş komandanın adına, tarixinə, formasına, yəni rənglərinə könül verir. Onlar üçün sevimli komandasının nüfuzundan vacib heç nə yoxdu, məğlubiyyət isə dünyanın sonudu. Nahaq yerə demirlər ki, futbol azarkeş üçün oynanılır. Tribunada azarkeşlərin səsi gəlməyəndə futbolçular boşalır, doğma meydan anlayışı heçə çevrilir. Dolu tribunalar rəqib komanda üçün böyük təzyiq mənbəyi, qorxulu yuxudu. İllər öncə Azərbaycanda da bu cür tribunalar var idi. Bölgələrdə tribunalardan “od çıxırdı”, Gəncəyə, Lənkərana səfər ərəfəsində bütün komandaları qorxu hissi bürüyər, hətta təcrübəli futbolçuların belə ayaqları əsərdi. İndi həmin günlərin həsrətindəyik, Azərbaycan çempionatının oyunları boş tribunaların önündə keçirilir.
Ötən həftəsonu bizim premyer-liqada da turnir cədvəlinin “zirzəmi”sini çox maraqlandıran bir qarşılaşma var idi. Sumqayıtda yerli komanda “Keşlə”ni qəbul edirdi. “Gənclik şəhəri”nin təmsilçisi dekabrın 1-dən qələbəyə həsrət qaldığından “Keşlə” ilə oyuna ölüm-qalım oyunu kimi yanaşacaqdı. Ayxan Abbasov və yetirmələri yaxşı başa düşürdü ki, 9 oyunluq qələbə həsrətinə son vermək üçün “Keşlə” ən əlverişli rəqibdi. Nəticəni vacib edən daha bir məqam “Sumqayıt”la “Keşlə”nin “zirzəmi”də bir-birinə qonşu olması idi. Çoxdandı ki, “Sumqayıt” sonuncu pilləni tərk edə bilmir, “Keşlə” üzərində qazanılacaq qələbə iki komandanın yerdəyişməsinə səbəb olacaqdı. Bütün bu ehtimallar özünü doğrultdu. “Sumqayıt” vacib oyunda qələbəyə sevindi. Bununla da Ayxan Abbasov dərindən nəfəs aldı, komandası isə sonuncu pilləni “Keşlə”yə təhvil verdi. Deməli, həyəcan keçirmək, hamıya aşağıdan yuxarı baxmaq əziyyətindən xilas üçün yollar axtarmaq növbəsi Tərlan Əhmədovun idi.
Oyundan sonra keçirilən mətbuat konfransındakı davranışları, açıqlaması Tərlan bəyin psixoloji gərginlikdən əziyyət çəkdiyini açıq-aşkar göstərdi. İllərin təcrübəsi, AZAL-da, “Neftçi”də çətin günlər görmüş Əhmədov ilk həmlədəcə istefa vermək niyyətini ortaya qoydu, rəhbərliklə danışacağını bildirdi. “Keşlə” hazırda “batan gəmi”di. Tərlan Əhmədov isə həmin “gəmi” ilə birlikdə batmaq niyyətində deyil. Onsuz da “Keşlə”yə gəldiyi ilk gündən günü xoş keçməyib, istədiyi komandanı qurmağı, düşündüklərini meydanda həyata keçirəcək ifaçıları əlinin altına toplamağı bacarmayıb. Hələ 3-cü dövrədə “Neftçi”yə 0:2 uduzduqları oyundan sonra bunu hiss etdirmişdi. Həmin vaxt mən Tərlan bəydən “komandada bu qədər legioner var, amma məğlubiyyətlər sıralanır, vəziyyəti müsbətə doğru dəyişmək mümkün olmur. Bu transferlərin məsuliyyəti kimin üzərindədi” sualıma cavab istəmişdim. Bildirmişdi ki, əcnəbilərin əksəriyyət onun gəlişindən əvvəl “Keşlə”yə gətirilib, qışda cəmi üç futbolçu dəvət edə biliblər. Məğlubiyyətləri sıralayan “Keşlə”ni bataqlıqdan, düşdüyü bəladan həmin o üç futbolçuyla çıxarmaq isə mümkün olan iş deyildi. Bunu açıq deməsə də, sözlərindən belə başa düşülürdü. Üstüörtülü etirafında Tərlan bəy bunu demək istəyirdi. Əlbəttə, mənim üçün yenilik deyildi. Elə keçmişdə olanları yaxşı bildiyimə görə “Keşlə”nin gələcəyini də asanlıqla proqnozlaşdırırdım.
Tərlan Əhmədovun da “batan gəmi”dən xilas olmaq niyyəti bundan irəli gəlir. Ötən mövsüm “Neftçi”ni çətin durumdan çıxaran, Avropa Liqasına vəsiqə qazanan mütəxəssis cari “futbol ili”nin sonunda komandası elitanı tərk edən baş məşqçi rolunu oynamaq fikrində deyil. İstefa ilə bağlı dedikləri də bunun əlamətidi. Guya Zaur Axundov da humanist davranır, Əhmədovun istefasını qəbul etmir. Əslində isə onu öz günahına, qəbahətinə şərik edir. Məşqçilər bir-birini əvəzləyir, Zaur bəy yerindədi. Nəticələr dəyişmir, uğursuzluq bitmir. Maltadan üzübəri rəzalət davam edir. Belə yerdə “Göztəpə”nin azarkeşlərinin yeri məlum. Gələcəkdilər, “Sumqayıt”a uduzandan sonra rəhbərlikdən, futbolçulardan hesabat tələb edəcəkdilər. Kimin kim olduğu da onda bilinəcəkdi. Azarkeş təzyiqi olmayanda meydan da Axundov kimilərin olur. “Göztəpə” ilə “Keşlə”nin də ən böyük fərqi budu.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar