10 apr 14:06Yazar

Haqq mübarizəmizə dəstək verin

...Hardasa yanvarın əvvəli idi. Bizi, yəni ölkə qəzetlərinin baş redaktorlarını Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisinə yığmışdılar. Məqsəd yanvar – mart aralığını əhatə edəcək layihələrin maliyyələşməsi üçün müqaviləyə imza atmaq olsa da, diskussiyalar daha geniş xarakter aldı, hər kəs çap mediasının gələcəyi ilə bağlı danışdı, mövqeyini dəlillərlə əsaslandırmağa çalışdı. Bu polemikanın bəzi məqamları, təbii ki, “Futbol+” oxucusu üçün maraqlı deyil. Ancaq məni dərindən düşündürən, daha doğrusu, təəccübümə səbəb olan bir məsələ var ki, bu haqda danışmaya bilmərəm. Fondun icraçı direktoru Vüqar Səfərli iqtidarın media siyasətini yürüdən, əslində isə yönəldən adamların (çox güman, söhbət Prezidentin köməkçisi Əli Həsənovdan gedirdi...) adından bizə çatdırdı ki, ölkə başçısının Qarabağla bağlı siyasətini dəstəkləmək üçün əlinizdən gələni etməlisiz. Əlbəttə, qəlbimin dərinliklərində bu tələbə güldüm. Axı Prezidentə dəstək və jurnalist peşəsinin tələbləri tam fərqli laylardı və burda özünəməxsus təzad yaranır.
Gerçək vətənpərvər kimi vətənim, onun ərazi bütövlüyü uğrunda döyüşməyə borcluyam və hazıram. Qoy cənab Prezident müharibə və ümumi səfərbərlik elan etsin, ehtiyatda olan zabit kimi qaçacaq yerimiz yoxdu. Lap elə qarşımızdakı rus – erməni alyansıdı – döyüşmək və vətənə qurban getmək lazımdısa, getməliyik. Ancaq jurnalist kimi tam fərqli öhdəliklərim var və ilk növbədə peşəmin prinsiplərinə sadiq qalmalıyam. Baxın, artıq 22 ilə yaxındı qəzetimiz ölkənin idman həyatında yaşanan hadisələri, eləcə də dünya idmanının olan-keçənlərini obyektiv və maksimum operativ dərəcədə işıqlandırmağa çalışır. Müəyyən oxucu auditoriyamız formalaşıb, qəzetimizin ölkəsini və ölkəsinin idmanını sevən öz oxucusu var. Uzun-uzadı bayramlar dövründə yayım şirkətləri yatanda, qəzet satmaq istəməyəndə oxucular saxlancının tamlığı üçün redaksiyaya gəlir, biz də imkan daxilində onları əliboş yola salmırıq. Məhz oxucu marağı bizim üçün özünəməxsus stimul rolunu oynayır. Əlbəttə, gündəlik işdə - axı qəzet istehsalı konveyeri xatırladır – çatışmazlıqlar da, səhvlər də olur. Amma biz heç vaxt hansısa olaya və ya adama qərəzli yanaşmamışıq. Həmişə və hər yerdə düzgünlüyün, haqqın tərəfdarı olmuşuq. Amma indi iş elə gətirib ki, “Futbol+” özü böyük ədalətsizliklə üzləşib. Göz-görəti bizi iflasa, ölkəni isə “Futbol+”sizliyə sürükləyirlər. Ötən saylarda da vurğuladığımız kimi, biz bu mübarizədə hüquqlarımızın bərpa olunduğu günə qədər gedəcəyik. Yetər ki sizlərin - əziz oxucuların da dəstəyini hiss edək. Etiraz aksiyalarında cismən yanımızda olmasaz da, ruhən bizimlə olduğunuzu hiss etdirin. Bu gün qəzeti müntəzəm almaq da dəstək yollarından biridi. İnşallah, birlikdə hədəfimizə çatacağıq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar