07 apr 13:36Yazar

Müharibənı belə üsulla udmaq xalqa sərf edər, sadəcə, xalq özünə qəhrəman deyə bilməz

Son vaxtlar yaşanan hadisələr yazmaq üçün xeyli mövzu verdi. Çalışacağam ki, onların hamısına toxunum. Azərbaycan yığmasının üzvlərinə Litva ilə oyundan sonra verilən mükafat haqlı olaraq əksəriyyətdə narazılıq doğurdu. Mükafata normal baxanlara Nihat və Tahir lazımi cavab veriblər, mən yalnız bir-iki əlavə etmək istəyirəm. Elxan bəy, Azərbaycan çempionatını Bakı çempionatına çevirməyə də, futbol məktəblərinə əcnəbi direktor təyin etməyə də normal baxırsız. Bir məqamı unutmayın ki, xərclədiyiniz pullar xaricdəki kimi federasiyanın yox, hələlik formal da olsa, xalqın puludu, həm də unutmayın ki, oyunçular millidə olan günün pulunu da klublardan alırlar. Belə ədalətlisizsə, onda klublara kompensasiya ödəyin. Boynunuz (mən xalqa zülm edənlərin hamısını nəzərdə tuturam) qoltuq altı görməyib (iki qalayçı kəndləri gəzərək qabları qalaylayırmışlar. Yol gedərkən qalayçılardan biri yorulub oturur, digəri davam edərkən çobana rast gəlir, çoban taxta qabı göstərərək ona deyir ki, bunu qalayla. Qalayçı taxtanın qalay tutmadığını başa salmağa çalışır. Çoban əsəbləşərək adamın boynunu qoltuğunun altına salır, o da məcburən razılaşır. Yoldaşı gəlib çatır, görüb deyir ki, sən niyə taxtanı qalaylayırsan. O da cavab verir ki, boynun qoltuq altı görsə, sən də qalaylarsan) deyə, bildiyinizi eləyirsiz. Qoltuq altını mən burda məcazi mənada işlətmışəm.AFFA-nın başında duran şəxs birbaşa cavabdehlik daşıdığı sahəni normal idarə etmir, o ki qaldı futbolu. Bakının özündə, paytaxtdan cəmi 100 km kənarda olan Neftçalanın (bunu da yaxınlarda eşitdim) bir çox kəndində qz yoxdu, görün Yardımlı kimi dağ rayonlarında vəziyyət necədi.
19 yaşlılardan ibarət futzal yığmasının fiaskosu mənim üçün təəccüblü olmadı, çünki dəfələrlə belə olacağı haqda xəbərdarlıq etmişdim. Baş məşqçiyə gəlincə, Əzimovun bəhanələrinin ardı-arası kəsilmədi. Deyir ki, futzaldan başı çıxmayanlar danışır. Biz bilirik ki, günahkar Zaur Axundovdu, biz bilirik ki, 18 yaşında futboldan futzala keçməzlər, biz bilirik ki, top fərqi 3-22 olan ölkənin millisinin baş məşqçisi fərdi səhvləri, qol vəziyyətlərindən istifadə etməməyi önə çəkməz. Futzalı bilənlər isə nala-mıxa vurmaqla məşğuldurlar. Məsələn, Rizvan Fərzəliyev deyir ki, Ağatahir müəllimin günahı yoxdu, sonra da deyir ki, komandada taktika hiss olunmadı. Rizvan bəy, taktikanı məşqçı müəyyənləşdirir! Lazımi yerlərə pul xərcləmirlər. Alesio getməsəydi, görəsən, fərq nə olardı? Braziliyalı belə bilən idi, "Araz"a zəif qrupda bir qələbə qazandırardı. Hə, 19 yaşlılara da braziliyalıları gətirsələr, çulların sudan çıxardarlar. Sonra da deyərsiz ki, idman ölkəsiyik. Stadniklə, Harçeqani ilə, Radik İsayevlə, ümumiyyətlə, “milliləşdirilənlərlə” idman ölkəsi olunmur! Hesab edin ki, müharibəni legionların (ilk dəfə Roma imperiyası bu üsuldan istifadə edib) hesabına udursuz, sonra da deyirsiniz qəhrəman xalqıq. Müharibənı belə üsulla udmaq xalqa sərf edər, sadəcə, xalq özünə qəhrəman deyə bilməz. İdmanda isə əcnəbilərə külli miqdarda pul xərcləməyin heç yeri yoxdu. Yeganə mütləq Avropa çempionu (bir dəfəyə 4 qızıl) qazanan sumqayıtlı Valentina Popovanın (milliyyət yox, vətəndaşlıq önəmlidi!) vətəninə tör-töküntü pinq-ponqçu, heç vaxt Azərbaycanda populyar olmayacaq badmintona legioner dəvət etməzlər!
Pul demişkən, bu rübdən "Futbol+"ə 5 min manatın verilməsini dayandırdılar. Bəlkə də növbəti rübdən verəcəklər. Bunu elə qələmə verəcəklər ki, guya böyük yaxşılıq ediblər. Yetimin papağını alırlar, sonra da qaytarırlar, yetim də sevinir ki, nə yaxşı qaytardılar. Ancaq özlərinə sərf edən məsələlərə, ya da görüntü xatirinə pul xərcləyirlər.
"Pyatniça" kanalında "Oryol i reşka" verilişi var, aparıcılar ölkələri gəzirlər. Aparıcılardan biri Yevsey Kovalyov "Kubinka"ya getmişdi və deyirdi ki, burda insanlar çox pis vəziyyətdə yaşayırlar. Bilrsiz ki, Bakıda belə yerlər çoxdu. Paytaxt bu gündədisə, rayonların halını özünüz təsəvvür edin. Yevsey bulvarı gəzərkən görür ki, heç kim yoxdur. Deyir ki, madam baxan yoxdusa, gündə 2 min dollar gözqamaşdırıcı işıqlara verib niyə israfçılıq edirsiz? Əcnəbilərin xoşu gələcək! Heydər Əliyev də deyib ki, dövlət xalq üçün çalışmalıdı. Xalqın vaxtı, həvəsi var ki, bulvara gedə?! Ancaq "Futbol+"ə gələndə ayda 5 min manat tapilmır. Yeri gəlmişkən, aparıcılar Gürcüstanda bu ölkədən ağızdolusu danışdılar. Nə yaxşı bizdə də Lahıc var imiş, Kovalyov yolboyu mənzərəyə heyran qaldı.
5 min manatdan danışdımsa, 9 min manata da toxunmasam olmaz. Saatda bu məbləğdən də çox qazanan şirkətin ("Palmali"ni nəzərdə tuturam) açıq-aşkar haqsız olduğu məsələdə məhkəməyə çıxması böyük biabırçılıqdı. Başqa nə əlavə edə bilərəm?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar