05 apr 17:20Yazar

Zubir qolu “Sumqayıt”a yox, Ayxan Abbasova vurdu

AFFA İntizam Komitəsi “Sumqayıt” – “Qarabağ” matçının 84-cü dəqiqəsində yerli azarkeşlər tərəfindən meydana yad əşyalar atıldığına görə klubu 1600 manat cərimələyib. Bu xəbəri oxuyub biranlıq yenidən bazar ertəsini, “Sumqayıt”ın tarixinə qara hərflərlə yazılan günü, 0:6 hesablı biabırçılığı xatırladım. Bir daha soyuq başla oyunu təhlil edib, biabırçılığa görə kimin günahkar olduğunu araşdırmağa çalışdım. Və növbəti dəfə belə qənaətə gəldim ki, böyükhesablı məğlubiyyətin səbəbkarı məhz komandanın baş məşqçisi Ayxan Abbasovdu. 38 yaşlı mütəxəssis son illərin dəyişməz çempionu ilə matçda start heyətini düzgün qurmamışdı. Həmişə, hər yerdə deyilir və yazılır ki, “Sumqayıt”ın müdafiəsinin əsas “dirəkləri” Rail Məlikov və Vurğun Hüseynovdu. Hər ikisi təcrübəli, bərkə-boşa düşmüş oyunçulardı. Kimlərsə “hər ikisi yaşlıdı”, “ağırdı” deyib, Abbasovun düzgün qərar verdiyini iddia edə bilər. Onu da deyə bilərlər ki, Ayxan bəy daha gənc Adil Nağıyevə, Emin Bədəlova, zədədən yeni qayıdan Şəhriyar Əliyevə güvənməklə düzgün addım atıb. Ancaq mən bu fikirlərin heç biri ilə razılaşmıram. Birincisi, müasir futbolda yaşlı-cavan söhbətinin olmadığını bildirmək istəyirəm. Bəzən insanın bioloji yaşı heç də real durumla üst-üstə düşmür. İkincisi, Adil, Emin kimi “taxta”, “başsız”, yaşı az olanlardansa, yetərincə təcrübəyə malik “qocalar” daha effektlidi. “Qarabağ”la matç bir daha bunu göstərdi. Böyük hesabla yenilən komandanın üzvlərinin 90 dəqiqə ərzində yalnız bir sarı vərəqə alması da xüsusi vurğulanası faktdı. Belə çıxır ki, “taxtalar” meydana mübarizə aparmağa yox, gəzməyə, vaxt öldürməyə çıxıblar. Bunlarda heç idmançı xarakteri də yoxdu. Baş məşqçinin “sevimlisi” Nağıyevi Abdulla Zubir qabağına qatıb sağa-sola “sürüyürdü”. Mərakeş əsilli fransız yarımmüdafiəçi “Zirə”dən qovulan Adili sözün həqiqi mənasında “fişka” kimi keçməklə onu rəzil günə qoydu. Şəhriyarın hələ 90 dəqiqə mübarizə aparmağa hazır olmadığını tribunalara toplaşan iki min azarkeşin az qala yarısı görsə də, Ayxan bəyin gözləri tutulmuşdu. Tutaq ki, Vurğun “Sabah”la matçda yol verdiyi xətaya görə “Qarabağ”la oyunu ehtiyat oyunçular skamyasından izləməyə məcbur idi. Bəs, Rail? O hansı səhvinin qurbanı idi? Ayxan bəyin güvəndiyi oyunçuları qapı xəttinin üstündə az qala barmağına dolayıb toru silkələyən Zubir, məncə, həmin qolu “Sumqayıt”a yox, ruhu ölmüş komandanın heyətini düzgün müəyyənləşdirməyən baş məşqçiyə vurdu.
Qışdan sonra “Sumqayıt” 8 rəsmi oyunda cəmi 3 qol vurub. Buna baxmayaraq, Abbasov hələ də Peyman Babayi adlı həvəskarı peşəkar adı ilə israrla meydana buraxmaqdan bezməyib. İranlının meydandakı faydalı iş əmsalı sıfrın altındadı. Ayxan bəyin ən böyük çatışmazlığı isə qorxaq olmasıdı. Komanda öz meydanında rəqibə 0:5 hesabı ilə uduzur, ancaq baş məşqçi meydana bir nəfər də sumqayıtlı gənc futbolçu buraxmır. Qorxaq olduğunu özü də “daha çox qol buraxmamaq üçün yarımmüdafiənin mərkəzini gücləndirdim” deməklə etiraf edir. 0:6 və ya 0:8, nə dəyişir? Heç olmasa, imkan ver, sumqayıtlılar oynasın, daha sənin “taxta” Adilin, meydanda ayağını sürüyən Arif Daşdəmirovun yox. Arifin yaxşı günləri çoxdan geridə qalıb.
Hazırda premyer-liqada çıxış edən klublar arasında ən aşağı büdcənin “Sumqayıt”da olduğu heç kimə sirr deyil. Ancaq bu əsas vermir ki, futbol ənənələri olan şəhərin təmsilçisi meydanda qapazaltı uşaq təsiri bağışlasın, orta hesabla hər 15 dəqiqədən bir qapısında qol görsün. “Qarabağ”la oyunda sumqayıtlılar çox əsəbi idi. Adil, Əli, Peyman, Arif rəqiblə yox, onların hissləri ilə oynamışdı. Sadəcə, Abbasovun və futbolçularının bəxti onda gətirdi ki, oyundan əvvəl aprel döyüşlərində həlak olan şəhidlərimiz yad olundu, onların övladları stadiona gəlmişdi. Sumqayıtlılar qəhrəmanların xatirəsini daim əziz tutub, onlara dəyər verib. Ona görə də 72 şəhidin adı çəkiləndə bütün stadion hamılıqla “burda” deyib, onların ölməz olduqlarını bir daha göstərdilər. Həmin aksiya olmasaydı, böyük ehtimalla meydana atılan yad əşyalar futbolçulara tuş gələcəkdi. Növbəti turda bu il 70 iliik yubileyini qeyd edəcək şəhərin təmsilçisini “doğma divarlar” arasında “Keşlə” ilə oyun gözləyir. Yəqin ki, baş məşqçi də, futbolçular da “Qarabağ”la matçdan dərs çıxardılar. Çıxarmayıblarsa...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:04 “Sabah” Təmkin Xəlilzadəni qovdu Bu gün, 13:03 AFFA “FC Baku” ilə bağlı araşdırmaya başladı Bu gün, 13:00 “Qəbələ” qızıl medallara qovuşdu Bu gün, 12:57 “Sumqayıt”ın qara günləri davam edir Bu gün, 12:56 Fasilə derbi ilə başa çatacaq Bu gün, 12:54 Tərlan Əhmədov futbolçulardan şübhələnir Bu gün, 12:52 “Qarabağ” darmadağınlarla irəliləyir Bu gün, 12:49 "Qəbələ" yeni prezidenti 3 xalla salamladı Bu gün, 12:47 Bu gün üç, sabah yeddi Bu gün, 12:45 Yığma bu gün bir araya gəlir Bu gün, 12:43 Fuad Qəhrəmanlının qızına hücum edən Gəray Qarayevin oğludu Bu gün, 12:41 Emin Mahmudov çempionluq mübarizəsindən danışdı Bu gün, 12:38 "Sabah" 4-cü dueldə də "Neftçi"yə uduzdu Bu gün, 12:34 Fariz Nəcəfov kluba yeni sponsorlar cəlb etməyi düşünür Bu gün, 12:32 Tale Heydərov “Qəbələ”ni yaxın silahdaşına tapşırdı Bu gün, 12:30 Vitali Şevçenko Bakıya xalasına baş çəkmək üçün gəlib Bu gün, 12:29 Zaur Axundov araşdırmaya ehtiyac duyur Bu gün, 12:28 Heç nəyi dəyişməyən tur Bu gün, 12:27 Aleksandr Səmədov finalın səfiri olacaq Bu gün, 12:25 “Sorğu nəticəsində bu il üçün Azərbaycanın ən yaxşı futbolçusu müəyyənləşdirilib” 19-04-2019, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı 19-04-2019, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib 19-04-2019, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı 19-04-2019, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib 19-04-2019, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı 19-04-2019, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır 19-04-2019, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı 19-04-2019, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi 19-04-2019, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək 19-04-2019, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı 19-04-2019, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı 19-04-2019, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı 19-04-2019, 12:49 Alesio toplanışı dəyərləndirdi 19-04-2019, 12:47 İkinci oyunda uduzdular 19-04-2019, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi 19-04-2019, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək 19-04-2019, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı 19-04-2019, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi 19-04-2019, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” 19-04-2019, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi 19-04-2019, 12:21 Yığma Ukraynaya uduzdu 19-04-2019, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar