02 apr 17:13Yazar

Yığmanı Aşot səviyyəsinə endirmək olmaz!

Güman edirəm ki, Litva ilə heç-heçəyə görə yığma oyunçularına mükafat veriləcəyinə dair xəbərin doğurduğu qəzəbli-emosional ovqat müəyyən qədər düzəlib və artıq bu yöndə daha sakit mülahizələr yürütmək olar. Bəribaşdan deyim ki, məlum mövzuda Qurban Qurbanovla Nikola Yurçeviçin dönəmi arasında müqayisə aparılmasını qətiyyən bəyənmirəm. Hər məşqçinin nəticələr, eləcə də oyunçuları daha böyük uğurlara stimullaşdırmaq ilə bağlı fərqli baxışı var. Məsələn, Qurban bəy yalnız Millətlər Liqasında qrup qalibi olandan sonra komanda üzvlərinə mükafat paylamağın vacibliyini düşünürdü ki, məncə, haqlıdı. Yurçeviç AFFA prezidentinin Litva ilə oyundan dərhal sonra paltardəyişmə otağına enərək futbolçulara para vəd etməsinə qarışmayıb ki, o da hansısa dərəcədə haqlıdı.
Mənim üçün bu məsələdə yalnız iki maraqlı məqam var. Bəli, pul heç vaxt və heç kimə artıqlıq etmir. Bu köhnə hikmətin işığında demək olar ki, futbolçular da puldan imtina etməyi lazım bilməyib. Ümumiyyətlə, futbolçu karyerası qısadı və adamlar haqlı olaraq hər 90 dəqiqəyə banklardakı pul sayan maşının işləməsi kimi baxır. Bir qədər də mental dəyərlərin təsiri altında azərbaycanlı futbolçular ümumilikdə qısa karyeranı daha karlı bitirmək haqda düşünür ki, buna görə onları “Azadlıq” meydanında çarmıxa çəkməyə dəyməz. Kəsəsi, sözümün canı odu ki, bizim futbolçular üçün mənəvi kateqoriya yetərincə çiy söhbətdi, gerb və bayraq anlayışları onların üzərində hansısa öhdəlik yaratmır. Adamlar belə hesab edirlər ki, meydanda qaçıblar, tər töküblər, Litva kimi o qədər güclü olmayan rəqibə uduzmayıblarsa, deməli, paranı haqq edirlər. Bu başqa məsələ ki, onların yığma ilə toplanışın hər günü üçün aldıqları xərclik sıravi vətəndaşlarımızın aylıq pensiyasından yüksəkdi ki, aşağı deyil.
Məni bu mükafat mövzusunda narazı salan, rəncidə edən əsas obyekt isə futbolçular yox, AFFA-dı. Sirr deyil ki, xüsusən Millətlər Liqasının finişindəki Kosovo fiaskosundan sonra yığmanın imici xeyli aşağı düşüb. Tarixən də azarkeşləri qələbələrə öyrəşdirməyən komanda böyük əksəriyyətin nifrət mənbəyinə, həqarət hədəfinə çevrilib. Nə qədər acı da olsa, bu gerçəkliyi qəbul etmək və ...barışmamaq lazımdı. Düzdü, Xorvatiya ilə səfər oyununda durumu düzəltmək, Novruzu qeyd edən ölkəyə ikiqat bayram yaşatmaq olardı. Amma olmadı və indi yalnız ən nikbin azarkeşlər yığmanın bu qrupdan Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacağına inana bilər. Ölkədə yığmaya, milli forma geyən futbolçulara münasibət ən aşağı səviyyəyə enibsə, onlara heç-heçə bitən oyun üçün mükafat paylamağın və ya vəd etməyin adı nədi? Bəli, AFFA rəhbərliyinə elə gəlir ki, bu yolla komandanı iyundakı mümkün qələbələrə daha yaxşı şəkildə kökləmək mümkündü. Amma onu da unudurlar ki, elə yuxarıda vurğuladığım mental dəyərlər özündə həm də para mövzusuna xüsusi münasibəti ehtiva edir. Qaş düzəltmək istədiyin yerdə vurub gözü də çıxarmağa nə hacət?! Onsuz da məhz bu komanda Priştinada 0:4 uduzmaqla azarkeşlərin bütün xəyallarının üstündən çalın-çarpaz dağ çəkdi, hər kəsi qəm dəryasına boğdu. Üstündən cəmi 4 ay ötəndən sonra yığma üzvlərini bir daha xalqın gözündən salmağa dəyərdimi? Belə mənasız mövzu ətrafında futbol ictimaiyyəti və jurnalistlər arasında “AFFA Qurbanova bir cür, Yurçeviçə isə başqa cür yanaşır”, “AFFA-da oturanlardan kimlərsə həmin mükafatdan özlərinə pay umurlar” tipli söz-söhbət yayılmasına rəvac vermək lazım idimi?
Sirr deyil ki, bu ölkədə hər həsin qəlbində bir düşmən-erməni kultu var. Hətta bəzən öz aramızda zarafatlaşarkən bir-birimizi aşağılamaq üçün “Aşot”, “Xoren” adını qoyuruq. Çox təəssüf ki, AFFA heç bir önəm daşımayan oyuna görə futbolçulara pul vəd etməklə yığmanı nifrət obyektinə çevirdi, Aşot səviyyəsinə endirdi! Şərtlər və mülahizələr hər nə olur-olsun, bu yersiz vədə haqq qazandırmaq mümkün deyil. Bir daha vurğulayıram ki, burda artıq məbləğ də önəm daşımır. Formasında ölkənin əsas atributlarını gəzdirən komandanı pulla bağlı eksperimentlərə alət edə bilməzsiz. Etdizsə, o komandanı Aşot səviyyəsinə endirdiz!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:16 Qol vura bilməməsi Raufu narahat edir Bu gün, 17:14 İsgəndər Cavadov “Kəpəz”in prezidenti, Yaşar Vahabzadə baş məşqçisi təyin olundu Bu gün, 17:11 “Sumqayıt” yeni loqoya görə xərcə düşməyib Bu gün, 17:05 “Səbail”in debüt səhvləri Bu gün, 17:02 Əmsalımız artsa da, mövqeyimiz dəyişmədi Bu gün, 16:54 Sənan Qurbanov “Dinamo” ilə bağlı ətraflı məlumat toplayıb Bu gün, 16:51 “Qarabağ”lılar diqqətli olmalıdı! Bu gün, 16:49 “Dandolk”un məşqçisi təmsilçimizi təriflədi Bu gün, 16:44 “Qəbələ” “Dinamo” ilə oyun ərəfəsində daha bir legionerlə anlaşdı Bu gün, 16:42 Moldovalı azarkeşlərin Efrosa demədikləri qalmadı Bu gün, 16:24 Transfer dosyesi Bu gün, 16:21 Yaşar Vahabzadə AFFA-dan başqa hamını qınadı Bu gün, 16:09 Gerye: qovulub, yoxsa qaçıb? Bu gün, 16:07 “Sabah”da yeni qapıçı Bu gün, 16:06 Rüfətin komandası heç-heçə ilə başladı Bu gün, 15:58 Tuladakı oyunun saatı bilindi, biletlər satışa çıxarıldı 19-07-2019, 13:46 10 idman növündə 122 idmançı 19-07-2019, 13:43 Kənan Hənifəyev bu dəfə Tulaya səfərin anonsunu verdi 19-07-2019, 13:39 Nazim Süleymanov və tərəfdarları deputatlarla görüşdü 19-07-2019, 13:37 Sabiq “Everton”lu “Qarabağ”ın qol ümidi oldu 19-07-2019, 13:34 Stuxlik “Olimpiakos”un oyununa təyinat aldı 19-07-2019, 13:29 Gerye növbəti dəfə diqqəti çəkdi 19-07-2019, 13:19 “Partizani” getdi, “Dandolk” gəlsin! 19-07-2019, 13:16 Qurban Qurbanov Ayltonla Geryeni müqayisə etmək istəmədi 18-07-2019, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib 18-07-2019, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” 18-07-2019, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək 18-07-2019, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür 18-07-2019, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda 18-07-2019, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq 18-07-2019, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq 18-07-2019, 17:22 Yurçeviç hesabat verib? 18-07-2019, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” 18-07-2019, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun 17-07-2019, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır 17-07-2019, 15:40 “Səbail” bu gün yola düşür 17-07-2019, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq 17-07-2019, 15:33 Gerye “Qarabağ”ı aldatdı 17-07-2019, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq 17-07-2019, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? 17-07-2019, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist 17-07-2019, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı 17-07-2019, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi 17-07-2019, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi 17-07-2019, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı 17-07-2019, 15:14 “Zirə”dən növbəti transferlər 17-07-2019, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir 17-07-2019, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü 17-07-2019, 10:06 Həftənin idman proqramı 17-07-2019, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi 17-07-2019, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı 17-07-2019, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq 17-07-2019, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü 17-07-2019, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı 17-07-2019, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü 17-07-2019, 09:43 Yığmanın heyəti açıqlandı 17-07-2019, 09:42 AÇ üçün rekord müraciət Bütün xəbərlər
Ən çox oxunanlar