31 mar 12:42Yazar

Bizi namərdlərin önündə tək qoymayın!

Əziz oxucular! “Futbol+”in ötən sayında yer alan elandan da bildiyiniz kimi, aprelin 1-dən qəzetin dövriliyini azaltmağa, eyni zamanda qiymətini 10 qəpik artırmağa məcburuq. Xatırlayırsızsa, sonuncu dəfə qiymət artımına təxminən dörd il əvvəl – 2015-in mayında getmişdik ki, həmin qərarı da şərtləndirən ciddi səbəblər var idi. Belə ki, 2015-də yaşanan iki devalvasiya nəticəsində manatın dollara nisbətdə 120 faizə qədər dəyərsizləşməsi bizi satış qiymətini 40-dan 50-yə qaldırmağa məcbur etmişdi. Ötən dörd ildə bütün məhsul və xidmətlərin müntəzəm bahalaşması fonunda qiymətə əl gəzdirməyi ağlımızın ucundan da keçirmədik. Çünki ölkədəki real iqtisadi durumu, oxucularımızın əsasən aztəminatlı təbəqələrdən olduğunu bilirik. Lakin KİVDF-nin 31 yanvar namərdliyi bizə başqa seçim imkanı qoymur. Faktiki biz indi yaşam mübarizəsi aparırıq. KİVDF-nin məlum qərarı ilə bağlı vaxtaşırı bilgi vermişik. Bu gün də belə hesab edirik ki, ölkənin ən polulyar idman nəşrini ayrı-seçkiliyə məruz qoymaq vicdansızlıq və Prezidentin idman siyasətinə qarşı getməkdi. Hələ də ümid edirik ki, Prezidentə qəzet və poçt vasitəsi ilə göndərdiyimiz müraciətlərdən hansısa ünvanına çatacaq, belə əcaib qərarla bağlı məntiqli izahat eşidəcəyik.
Dövrilik və qiymət artımı ilə bağlı qərar həm qəzeti qorumağa, həm də oxucuların həftə ərzində daha çox pul xərcləməməsinə hesablanıb. Təbii ki, oxucularımızdan anlayış, sadiqlik və etibar gözləyirik. Təxminən 22 ilə sığan qarşılıqlı xoş münasibətlər bizə bunu ummağa imkan verir.
Bəlkə də sırf qəzetin mətbəxinə aid, amma düşünürük ki, bu gün oxucunun da bilmək haqqı olan gerçəklər də var. Gerçəklərdən ən acısı odu ki, artıq mart bitmək üzrə olsa da, yayım şirkətlərindən yanvarda satılan qəzetlərin pulunu ala bilməmişik. Hər müraciətə isə artıq eşitməkdən bezdiyimiz “bir neçə gün də dözün” cavabını almaqdayıq. Bu qəzetdə çalışanların da ailə-uşağı var, hər kəs evinə 5 manat çörəkpulu aparmaq istəyir. Bu gün bazarda qəzet satan yayım şirkətlərinin işi isə faktiki bizi iflasa aparmaqdan başqa bir məqsədə xidmət etmir.
Satılan qəzetlərin pulunu da vaxtında ala bilmədiyimizi nəzərə alsaq, KİVDF-nin ayırdığı aylıq 5 min manat bizim üçün müəyyən mənada “nəfəslik”, xərclərin bir hissəsini qarşılamaq imkanı idi. Amma ayının min oyunu bir armudun başında olduğu kimi, oliqarxların KİVDF-nin siyahısına düşmək uğrunda güzəştsiz mübarizəsi də “Futbol+”in başında çatlayır.
Aprelin 1-dən qəzetin həyatında yeni mərhələ başlayır. Mövcud imkanlar daxilində “Futbol+”i qorumağa, ən azı əvvəlki səviyyəsində saxlamağa çalışacağıq. Əlbəttə, bu yolda ən böyük əziyyət kollektivin fədakar üzvlərinin üzərinə düşəcək. KİVDF-nin qəfil qərarı, amma əslində namərdliyi ilə üzləşən bizlər çiynimizi hansı yükün altına verdiyimizi dərk edirik. Bu yaşam mübarizəsində qədirbilən oxucuları da yanımızda görmək xoş olardı. Məhz sizin inamınız və sədaqətiniz bizə bütün çətinlikləri adlamağa imkan verəcək. Ölkənin media siyasətinə rəhbərlik edənlər, qəzetlərə şəxsi simpatiya müstəvisində yanaşanlar hər nə qədər vicdansızlığa yol versə də, bu yolda hələ uzun müddət birlikdə yürüyəcəyimizə əminik. Bizi namərdlərin önündə tək qoymayın!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar