30 mar 01:50Yazar

Bizim “1 abbasımız”, onların 5 min manatı

Dünən bir əlamətdar hadisənin üzərindən 4 il keçdi. 2015-ci il martın 28-də millimiz Bakıda Maltanı qəbul edirdi və həmin qarşılaşma 2:0 hesablı qələbəmizlə yekunlaşmışdı. Statistika dəqiq yadımda qalmayıb, amma həmin görüşə qədər uzun müddət qələbəyə həsrət qaldığımızı dəqiq bilirəm. Özü də Malta ilə Respublika stadionundakı görüş Robert Prosineçkinin millimizin baş məşqçisi kimi keçirdiyi ilk rəsmi qarşılaşma idi. Xorvatiyalı çalışdırıcı həmin qələbə ilə həm bizi, həm də onu Bakıya gətirənləri çox sevindirmişdi. Dəfələrlə vurğulamışam, AFFA-ya və milliyə kimin rəhbərlik etməsindən asılı olmayaraq, mən milli komandamızın keçirdiyi bütün oyunlarda ona azarkeşlik edirəm, həyəcan keçirirəm. Hətta üçrəngli bayrağımızla süstlənmiş müqəddəs formanın əcnəbilərə geyindirilməsi, millinin meydana bəzən 6-7 “milliləşdirilmiş” futbolçu ilə çıxması belə bu sevgini azaltmır. Düzdü, bir çox hallarda qəzəblənirik, əsəbləşirik. Amma bu qəzəb və nifrətin millimizə olan sevgiyə təsiri yoxdu.
Mənim yaddaşımda Malta ilə oyunun xüsusi yer tutmasının səbəbi heç də sadaladıqlarımla yekunlaşmır. Həmin oyun ərəfəsində Prosineçkinin açıqladığı siyahı xeyli müzakirələrə səbəb olmuşdu. Şəxsən mənim üçün də ən çox mübahisə doğuran məqam millinin heyətinə “Sumqayıt”ın dağıstanlı hücumçusu Məhəmməd Qurbanovun çağırılması idi. “Maqa” bəlli qrupun fəaliyyəti nəticəsində Azərbaycana gəlmiş, pasportla təmin olunmuşdu. Aşağı yaş qrupları üzrə millilərdə də ona forma verməyə macal tapmışdılar. Amma əsas millinin səviyyəsinə uyğun gəlməyən, yerli hücumçulardan qat-qat zəif birinin Prosineçkinin siyahısında yer alması ciddi məsələ idi. Oyundan əvvəlki mətbuat konfransında xorvatiyalı çalışdırıcı Maqa ilə bağlı suala təxminən belə cavab vermişdi: “Onda gizli istedad görürəm, siz bunu hiss etmirsiz. Çalışacam ki, bu istedadın açılmasına nail olum”. Malta ilə oyunda dağıstanlı hücumçu 90 dəqiqə Prosineçkinin yanında, yəni ehtiyat oyunçular skamyasında əyləşdi. Mən də oyundan sonrakı mətbuat konfransında Prosineçkiyə sual ünvanladım ki, bəs nə üçün Maqanı oyuna buraxmadız? Bununla da həm onun istedadını bizə göstərərdiz, həm də Maltanın qapısını yeni nəfəs hücumçu ilə gərginlikdə saxlayardıq. Qələbənin həzzini yaşayan, belə bir sual gözləməyən Robi xeyli duruxmuş, cavab vermək üçün uzun müddət düşünmüşdü.
Verdiyim suala görə məni qınayanlar var idi. Özlərini futbol bilicisi sayanlar deyirdilər ki, bu sualla məşqçinin seçiminə hörmətsizlik edirəm, onun işinə qarışıram. Amma mənim vicdanım sakit idi. Bilirdim ki, qəbahətli heç bir iş görməmişəm və Məhəmməd Qurbanovun yığmada olması heç də Robert Prosineçkinin seçimi, yaxud da şəxsi iradəsi hesabına olmayıb. Gec-tez zaman mənim haqlı olduğumu sübut edəcəkdi. Sonrasını siz də bilirsiz. “Maqa”ya “milli komandanın üzvü” statusu qazandırdılar. “Sumqayıt”la müqaviləsi olduğundan “Neftçi” bir ətək pul qarşılığında onu transfer etdi. Qazanan isə “Maqa”nın hamiləri, bəlli işbazlar oldu. “Maqa” isə sübut etdi ki, nəinki milli komanda, heç “Neftçi”nin səviyyəsinə uyğun gəlmir. Yığmada olduğu kimi, “Neftçi”də də ehtiyat oyunçular skamyasını isitməklə məşğul oldu. Yarım mövsüm paytaxt klubunda gün keçirəndən sonra pulsuz-parasız “Sumqayıt”a qaytardılar. İş isə işdən keçmişdi. Qurbanov heç “Sumqayıt”a kömək etməyi, heyətdə özünə yer qazanmağı bacarmadı. Ən son AFFA-dakı işbazlar onu “Kəpəz”ə, Şahin Diniyevin sərəncamına göndərmişdilər. Orda da meydana əvəzetmədən çıxırdı. Sözün düzü, ondan sonra hara getdiyini bilmirəm. Mənə vacib olan təsdiqini tapmışdı.
Sözümün canı nədi? İndi nə Məhəmməd Qurbanov var, nə də Robert Prosineçki. Amma onların əvəzinə başqaları eyni rolu oynayırlar. Prosineçkinin “mövqeyində” həmyerlisi Nikola Yurçeviçdi. “Maqa”nın yerini isə Riad Rəfiyev “Sumqayıt”ın digər “milliləşdirilmiş” futbolçularına verib. Qurban Qurbanovun istefaya göndərilməsindən sonra cavan oğlanın qılıncının kəsəri daha da artıb. Kimdi sözünün qabağına söz deyən? Çünki elə Yurçeviçin özü də onun müştərisidi. Sözəbaxan xorvat ona oturduğu yerdə bir milyon avro qazandıracaq menecerin bir sözünü iki edərmi? Ona görə də barmağı üzüklü Əli Babayev milliyə çağırılacaq, hələ meydana çıxıb mükafat siyahısına adını da yazdıracaq. Biz isə kənardan müşahidəçi statusumuzu qoruyacağıq.
Litva ilə biabırçı, məğlubiyyətə bərabər heç-heçəyə görə mükafat paylanması mənim yadıma həm də Elhad Nəzirini saldı. “İsraillə oyundan sonra Bakıya qayıtdıq. Bir neçə gün keçdi və mükafatları verdilər. Hamı kimi mən də gedib pulumu aldım. Üstündən 3-4 saat keçdi, zəng edib məndən mükafatın 15 min manatanı geri istədilər. Mən də qaytarmadım. Çünki ordakılar kimi həmin pul mənim də haqqım idi” - onun bu sözlərini unutmamışıq. AFFA öz imicinin qayğısına qalsaydı və Elhadın dedikləri yalan olsaydı, “boz bina”da bu işə ciddi yanaşar, həqiqəti üzə çıxarardılar. Həmişə olduğu kimi, məsələni ört-basdır etdilər. Litva ilə oyundan sonra mükafat paylayanlar yenə həmin adamlardı. Kim sübut edə bilər ki, eyni proses davam etdirilməyib, futbolçuların adına yazılan pullardan özləri üçün pay götürməyiblər? Sənin, mənim, onun boğazından kəsilən “bir abbası”ları toplayıb, özləri üçün 5000 manat mükafat düzəldiblər. Dünən də belə idi, bu gün də belədi. Ümid edək ki, sabah fərqli olacaq!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 10:06 Həftənin idman proqramı Bu gün, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Bu gün, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Bu gün, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Bu gün, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Bu gün, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Bu gün, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Bu gün, 09:43 Yığmanın heyəti açıqlandı Bu gün, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” 13-07-2019, 12:59 Ağabala “Səbail”i məğlubiyyətdən qurtara bilmədi 13-07-2019, 12:48 “Qarabağ” səhərəyaxın qayıtdı 13-07-2019, 12:44 “Qarabağ” biletləri satışa çıxardı 13-07-2019, 12:39 Aqolli heç-heçəni “Qarabağ” üçün uğurlu nəticə sayır 13-07-2019, 12:35 “Partizani” rəhbərliyi məmnundu 13-07-2019, 12:24 “Neftçi”ni məyus etmiş komandanın oyunçusu “Keşlə”də 13-07-2019, 12:18 Əsgər Abdullayev “Araz Naxçıvan”da! 13-07-2019, 12:15 Nazim Süleymanovun qalmaqallı müsahibəsinə sözardı 13-07-2019, 12:12 İki azərbaycanlı ulduzun avrokubok macəraları 12-07-2019, 12:36 Federasiya Fransa çempionu olan basketbolçuyla maraqlanmır 12-07-2019, 12:33 Yığmanın baş məşqçisi istefa verdi 12-07-2019, 12:30 Məğlubiyyətdən başqa istənilən nəticə Bordini qane edəcək 12-07-2019, 12:26 "Sperantsa" ilə oyunöncəsi 9 saatlıq yolculuq 12-07-2019, 12:22 “Forza Neftçi” gömrük məntəqəsində problemlə üzləşdi 12-07-2019, 12:20 "Neftçi" yayın hüququnu 5 min avroya aldı 12-07-2019, 12:11 “Zirə”nin prezidenti istefa verdi 12-07-2019, 12:01 Nazim Süleymanov “vulkan kimi püskürdü” 12-07-2019, 11:58 “Tofiq Bəhramov” avropalılar önünə sökük örtüklə çıxacaq 12-07-2019, 11:55 Riad Rəfiyev Nazim Süleymanova cavab verməyi lazım bilmədi 12-07-2019, 11:47 MOK və AFFA Vaqif Davudovu yubileyi münasibətilə təbrik etdi 12-07-2019, 11:45 “Qəbələ” Adeniyini 100 min avroya icarəyə verdi 12-07-2019, 11:44 “Sabah” transferlərdən “doymur” 12-07-2019, 11:42 Rəhim Həsənov Slovakiyaya gedir 11-07-2019, 18:36 Sakit Alıyevin xatirə turniri başa çatdı Bütün xəbərlər
Ən çox oxunanlar