28 mar 23:38Yazar

Dima, Anton, Riçard...

Siz Allah, srağagün Azərbaycan - Litva oyunundan əvvəl himn çalınanda mənzərəni gördüz? O nə razalət, nə biabırçılıq idi? Əyninə yığma formasını geyib “mən də azərbaycanlıyam” deyən, yaxasında AFFA-nın loqosundakı bayrağımızın üç rəngini yapışdıran, bu böyüklükdə məmləkətdə sayılıb-seçilən 11 nəfərdən neçəsi himnimizi oxuyurdu? Nə Anton, nə anası azərbaycanlı olan Eddi, nə 7 ildi çörəyimizi yeyən Riçard, nə millidə oynamaq üçün alışıb-yandığını deyən Rüfət, nə futbolçu kimi bu torpaqda yetişən Bədavi, nə də canı canımızdan, qanı qanımızdan olan Ramil – heç biri himni oxumaq üçün cəhd etməyib, etmədi, etməyəcək də. Elə pul mükafatı davası edən Dmitri də onlar kimi. Əvəzində “premiya” sözünü eşidən kimi gözlərinə işıq gəlir. Siz də futboldan, baxımlı oyundan danışırsız, gəlmə məşqçilərin işini müzakirə edirsiz.
Ay kişi, sənin müdafiə olunmalı, hücum etməli olan futbolçuların illərdi himnin sözlərini əzbərləmirsə, başqa cür desəm, buna ehtiyac duymursa, hansı canfəşanlıqdan, ürək yandırmaqdan danışa bilərik? Aydın məsələdi ki, onları milliyə bağlayan ən başlıca səbəb yığma adı altında reklam olunmaq, CV-sini zənginləşdirmək istyəyidi. Bir də qələbə və heç-heçələrin fonunda AFFA-nın büdcəsindən ciblərinə axan onminlər, yüzminlər.
Başqa bir sual: 15 ildi ölkə futbolunun inkişafı yolunda xərclənən milyonların qarşılığında ilk dəqiqələrdən Litva qarşısına çıxanlardan neçəsi “öz bağımızın məhsulu” idi? Səlahət, Təmkin, Qara, Araz, hə bir də Maksim... Vur-tut 5 nəfər. Yəni 10 milyon əhalisi və neftinin pulları ilə öyünən ölkədə start heyətində oynamağı haqq edən 5 nəfərdi. Kimdi günahkar? Xalqın canından kəsilib məşqçi və futbolçuların, eləcə də AFFA-da oturanların firavan həyat sürməsi üçün xərclənən milyonların hesabını kimdən sormalıyıq? Təbii ki, futbola cavabdehlik daşıyanlardan, gecəsini gündüzünə qatıb FİFA və UEFA-nın tədbirlərində təpik döyənlərdən. Hər ilin martındakı Hesabat Konfransında sərf olunan milyonların məbləğini sanki dostunun adını çəkirmiş kimi sərbəst səsləndirənlər sənin, mənim, Əliylə Vəlinin qarşısına çıxıb cavab verməlidi.
Futbolçu yetişmir? Məşqçi yoxdu? Əlləri pula çatandan sonra futbolun başını buraxırlar? Lap yaxşı. İkiəlli razıyam. Bəs onda niyə fərqli mexanizm seçilmir? Niyə futboldakı başlar yeniləri ilə əvəzlənmir? Niyə pulları kəsilmir? 10-15 il əvvəl Ladaqa, Muzika, Qomes, Pereyra, Ndukaya baxıb başımıza qapaz vururduqsa, indi Dmitrinin, Riçardın, Bədavinin, Şahruddinin, Antonun ümidinə qalmışıq. O zaman siz AFFA rəhbərliyinin əvvəlki başbilənlərdən fərqiniz nədi? Nə etmisiz, nələri dəyişmisiz?
İllərdi öz mənafelərini güdən, şəxsi prinsipləri üçün çalışanlar yığmadakı problemə çarə tapa bilmirlər. Berti Foqts, Robert Prosineçki, Qurban Qurbanov, indi də Nikola Yurçeviç. Əvvəkilər heç nə vermədi, ümid qalıb ömrüboyu Biliçin kölgəsində fırlanan Yurçeviçə. Bu məşqçi yığmanı AÇ-2020-nin final mərhələsinə daşımalıdı. Yəni Xorvatiya, Macarıstan, Uels və Slovakiyanın yer aldığı qrupda ən yaxşı nəticəyə imza atmalıdı. Heç şübhəsiz, buna Rövnəq Abdullayevlə Elxan Məmmədov özü də inanmır. Sadəcə, Qurban Qurbanovu yola salmaq üçün bəhanə lazım idi. Bunu bacarandan sonra da ictimaiyyətin əlinə bəhanə düşməsin deyə ortaya hədəf söhbətini atdılar. Hədəfə bax e, sən canın. Litvanı uda bilməyən, düz-əməlli hücum qura bilməyən yığma final mərhələsinə yüksələcək.
Vəziyyətin bu cür alınmasına görə Yurçeviçi qınayanların tərəfində deyiləm. Adamı dəvət ediblər, o da həm şansını yoxlamaq, həm də 3-5 manatını qazanmaq üçün gəlib. Mən də olsaydım, razılaşardım. Deməyim odu ki, bu ölkədə yığmanı hansısa yarışın final mərhələsinə daşıyası futbolçu yoxdu. Dindən sual verin, danışsınlar, obyektlərin, maşınların qiymətindən, xaricdə istirahətdən, bədəndəki döymədən, ürəyiniz nədən istəyir soruşun, cavab versinlər. Amma futbol onlarlıq deyil. Bunun günahkarı isə uşaq futboluna və ordakı məşqçilərə laqeyd yanaşan, fikri-zikri UEFA-nın binasında olan AFFA-dakı söz sahibləridi. İş mexanizmini bilməmək, ümidi yalnız üzdə olan 3-5 futbolçuya dikməyin sonluğu Millətlər Liqasındakı acı sonluq olur. Sizi inandırım, cari seçmə mərhələnin finişi də ondan fərqlənməyəcək. Təsadüfi bir-iki qələbə, qorxaq futbol və yekunda 5-6 xalla ən yaxşı halda 5 komanda arasında 4-cü yer.
Ona görə də əsəbləri korlamağa dəyməz. Himni oxumağı özünə sığışdırmayanların cəmləşdiyi komandada nəticə ola bilməz. Nəticə üçün can yanmalıdı, ürək istəməlidi, ayaq top tutmalıdı. Yığma Macarıstan və Slovakiya ilə oyunlara hazırlaşır. AÇ-2020-nin final mərhələsinə gedən yol bu oyunlarda qazanılacaq 6 xaldan keçəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
17-09-2019, 14:42 “Klassiklər”dən fiasko: cəmi 2 medal 17-09-2019, 14:31 Anşlaq olacaq: dünən axşama 25 min bilet satılmışdı! 17-09-2019, 14:29 UEFA “Qarabağ”a 8 milyon göndərdi 17-09-2019, 14:27 Etibar Tarıverdiyevin cəzası və cəriməsi azaldıldı 17-09-2019, 14:22 Cavid Hüseynov jurnalistləri qınadı 17-09-2019, 14:17 “Sumqayıt” hakim səhvinin qurbanı oldu 17-09-2019, 14:13 "Qəbələ" qol, xal və qələbə sindromunu qırdı 17-09-2019, 14:12 "Turan Tovuz" zirvədən möhkəm yapışıb 17-09-2019, 14:10 Yalnız sonuncu oyunda "sülh" oldu 17-09-2019, 14:08 “Sabah”ı “zirzəmi”yə göndərən tur 17-09-2019, 14:07 “Keşlə”ni rəqibi yox, özü yıxdı 17-09-2019, 14:01 Həftənin idman proqramı 17-09-2019, 13:58 Elşad Əhmədov istefa verib, müşavir oldu 17-09-2019, 13:56 Çempionat təxirəsalma ilə başladı 17-09-2019, 13:54 AFFA-nın əməkdaşı müşahidəçi qismində iştirak edib 17-09-2019, 13:51 Favoritlər itkisiz irəliləyir 17-09-2019, 13:49 Emildən növbəti “quru” oyun 17-09-2019, 13:42 Bordin mübarizədən qopmadıqlarını düşünür 17-09-2019, 13:37 Çempion flaqmana “dərs keçdi” 13-09-2019, 13:10 Voleybol Federasiyası Kaprara ilə müqaviləni yeniləmədi 13-09-2019, 13:08 “Qarabağ” “Neftçi”ni necə “vuracaq”? 13-09-2019, 13:07 “Trabzonspor”un skautları Mahiri bəyəniblər 13-09-2019, 13:05 Nazim Süleymanov adını dəyişən qurumun sədri oldu 13-09-2019, 13:00 Biliç heç-heçəyə görə Yurçeviçi təbrik edib 13-09-2019, 12:58 Bir daha yığma haqda... 13-09-2019, 12:57 Prezidentin nəvəsi Modriçlə görüşüb 13-09-2019, 12:53 “Bakıda meydana özündənrazı, rəqibə hörmət etməyi bacarmayan futbolçular çıxmışdı” 13-09-2019, 12:46 U-21 “Dalğa”da boğuldu 13-09-2019, 12:42 Şabanoğlu sual verdi, yığma üzvü özündən çıxdı 13-09-2019, 12:40 Beqoviç seçimini əsaslandırdı 13-09-2019, 12:37 Emil Balayevin atası Tahir Süleymanova təşəkkür etdi 13-09-2019, 12:35 Millinin oyunlarının təqvimi açıqlandı 13-09-2019, 12:33 İcra başçısından “Şahdağ”a dəstək 13-09-2019, 12:32 Çempionların duelini “Araz” qazandı 13-09-2019, 12:10 Samir Əliyev U-19-un potensialına inanır 13-09-2019, 12:08 “Araz Naxçıvan” sənədləri AFFA-ya göndərib 13-09-2019, 12:06 Futbolçuların mükafat həvəsi aranı qatdı 13-09-2019, 12:04 1 xal bizə nə qazandırdı? 11-09-2019, 15:26 Vüqar Məmməd Ukraynadakı uğursuzluğa səbəb tapıb 11-09-2019, 15:24 PFL hələ ki yeni sponsorla anlaşa bilməyib 11-09-2019, 15:20 “Feysbuk”da nə danışırlar? 11-09-2019, 15:19 Tortdan yedi, qol vurdu, amma... 11-09-2019, 15:18 Tribunalar dolmasa da, azarkeş dəstəyi gözləniləndən qat-qat yaxşı idi 11-09-2019, 15:16 Yığma ilk xalını və …Balayevi qazandı 11-09-2019, 15:06 Daliç də Emil Balayevi təriflədi 11-09-2019, 15:00 Ruslanla Aylton Xorvatiya yığmasına baş çəkdi 11-09-2019, 14:59 Nazarov Beyllə dialoquna aydınlıq gətirdi 11-09-2019, 14:57 “Keşlə” divizion təmsilçisinə acımadı 11-09-2019, 14:53 İtalyan turistlər mundial ərəfəsində güləşçilərimizlə görüşüblər 11-09-2019, 14:50 Mütəxəssislər Səlahəti qınadılar 11-09-2019, 14:49 Departament rəhbəri fit çaldı, Baxşıyev ilk qələbəsini qazandı 11-09-2019, 14:47 “Sabah” – “Zirə”: legionerlərin şousu 7-09-2019, 02:38 Güləşçilərimiz Nur-Sultanda dəstəksiz qalmayacaq 7-09-2019, 02:35 “Forza Neftçi”nin “Qarabağ”la oyunda iştirakı sual altındadı 7-09-2019, 02:32 “Qəbələ”nin prezidenti və baş meneceri Avropaya yollanıb 7-09-2019, 02:28 Divizion premyer-liqadan üstündü! 7-09-2019, 02:25 “Qarabağ” 23 nəfər sifariş etdi Bütün xəbərlər
Ən çox oxunanlar