Martın 3-də "Qarabağ"la yoxlama oyunu və 7-də "İnter"lə kubok qarşılaşmasında "Neftçi"nin he-yətində Marian Aliutanın olmaması azarkeşləri təəccübləndirməyə bilməzdi. Sən demə, 32 yaşlı rumıniyalı futbolçunun övladı əməliyyat olunduğundan, rəhbərlikdən bir neçə günlüyə ölkəsinə baş çəkmək üçün icazə alıbmış. Bəstəboy yarımmüdafiəçinin xahişini yerə salma-yan klub rəhbərliyi ona icazə verib. Fevralın 28-də Bakını tərk edən Aliuta "İnter"lə oyunun ertəsi, konkret desək, martın 7-də ölkəmizə qayıdıb. Dərhal düşərgəyə qoşulan futbolçu dünən komanda yoldaşları ilə birgə məşqlərə başlayıb.
"Neftçi" ilə bağlı daha bir xəbər flaqmanın və yığmamızın sabiq üzvü İqor Getmanın yenidən doğma komandasına qayıtmasıdı. Vaqif Sadıqov kluba baş məşqçi təyin olunana qədər köməkçi-məşqçi funksiyasını yerinə yetirən sabiq müdafiəçi Sadıqovun gəlişindən sonra tutduğu vəzi-fədən kənarlaşdırılmışdı. Lakin 50 yaşlı mütəxəssisin istefa ərizəsi yazaraq komandadan ayrılmasından sonra Getmanın yenidən "Neftçi"də çalışması məqsədəuyğun sayılıb. Amma gənc mütəxəssis bu dəfə məşqçi qismində yox, başqa vəzifədə çalışacaq. Belə ki, Getman klubun aşağı yaş qrupları üzrə komandalarının ümumi nəzarətçisi təyin olunub. Onun artıq yeni işinə baş-ladığını da qeyd edək.
39 yaşlı İqorun "Neftçi"yə xüsusi bağlılığın olduğu heç kimə sirr deyil. Bilməyənlər üçün xa-tırladaq ki, fasilələrlə 11 il flaqmanın formasını geyən müdafiəçi daim komandanın liderlə-rindən olub. Karyerasına 1989-cu ildə paytaxtın "Termist" klubunda başlayan yığmamızın sabiq müdafiəçisi müxtəlif illərdə Bakı və Stavropol "Dinamo"su, "Anji" və "Neftçi"nin formasını geyib. Futbolçu karyerasına da 2007-ci ildə məhz özünə doğma saydığı "Neftçi"də son qoyub. Millidə çıxış etdiyi 1995-2001-ci illər aralığında 24 oyunda forma geymək şansı qazanan Get-man rəqib qapıçıları məyus etməyi bacarmayıb.
Bir "transfer pəncərəsi" daha bağlandı. Səs-küylü transferlər edən, komandasının gü-cünə güc qatan, böyük hədəflər üçün yenidən qurulan klublar premyer-liqada uğur qazan-maq üçün əlindən gələni edir. Mövsüm başa çatandan sonra klubların çoxu heyətdə kök-lü dəyişikliklər ediləcəyini, gəncləşdirmə siyasətinə üstünlük veriləcəyini vurğu-layaraq, yaşlı futbolçularla yolları ayırdı. Yeni
ALLAH BIZI BELE MESHGCHIDEN UZAQ ETSIN.AMIN!!!!BIR MESHQCHIKI OYUN QABAGI OYUNCHULARI SINDIRIR BUNA NE DEYESEN.GET PULSUZ DERSI TEK OYREN .BIZE DERS LAZIM ... ardı
2005-2009 İdman qəzeti FUTBOL+ Dizayn (c) WEBMEMAR Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifelərində istifadə edildikdə müvafiq
keçidin qoyulması mutləqdir.