Premyer-liqanın yeni sistemi necə olsun?

Müəllif: ÜLVİ ƏLİ
Vaxt: 2010-03-09 17:28:07

Şotland modelinə üstünlük verilə bilər

 

Bir neçə gün əvvəl İcariyyə Komitəsinin (İK) AFFA-nın inzibati binasında baş tutan növbəti iclası və ardınca keçirilən Konfrans gözlənildiyi kimi dəyişiklikləri də bərabərində gətir-di. Öncədən proqnozlaşdırılan məsələlərdən yalnız ölkə çempionatının sistemi haqda yeni qərar qəbul olunmadı. Mövsümün əvvəlindən tətbiq olunan "altılıq" sistemi heç də birmənalı qarşılanmır və bir çoxları ölkə çempionatının keçirilmə qaydasının dəyişdirilməsinin tə-rəfdarıdı. Belə söz-söhbətlərin yaranmasının səbəbi ikinci dövrənin son turlarında müva-fiq "altılıq"da yerini təmin edən klubların oyunlara ciddi yanaşmamasıdı. Bəzi klubların heç bir önəm daşımayan matçlara köklənməməsini, gününü daha çox ehtiyat oyuçular skamya-sında keçirənlərə şans verməsini, yaxud rəqiblə danışıqlara getmsəsini hardasa, başa düşmək mümkündü. Ancaq yaranmış və yaranacaq problemlərin günahını heç də birbaşa hazırkı siste-min üzərinə atmamalıyıq. Onsuz da təkcə ölkəmizdə yox, elə beynəlxalq miqyasda da, özü də han-sı sistemin tətbiq edilməsindən asılı olmayaraq, oyun alverinin "kökünü kəsmək" mümkünsüzdü. Deməli, sistemi "baltalamaq"dansa, başqa amillərə diqqəti artırmalıyıq.

 

Balans pozulmamalıdı

 

İK-nın son iclasında müzakirə edilən məsələlərdən biri ölkə çempionatında klubların sayı-nın daha da azaldılması olub. Hazırkı birincilik klublar arasında səviyyə fərqinin nisbi-ləşməsi baxımından əvvəlkiləri çox geridə qoyub. Bunu statistikaya nəzər salmaqla daha aydın görmək mümkündü. İki dövrə ərzində, yəni 22 turda keçirilmiş 132 qarşılaşmanın cəmi 9-da böyük hesab qeydə alınıb. Söhbət heç də autsayderlərin kötəklənməsindən getmir. İrihesablı yenilgi "dadan" klublardan bəziləri ("Bakı", "Qəbələ") indi ilk "altılıq"da mübarizə aparır. Ya-xud baş tutmuş matçların 39-nun - təqribən 30 faizinin bərabərliklə yekunlaşmasına nə deyə-sən? Mətləbdən çox uzaqlaşmayaq, yəni indi ən azı premyer-liqanın bayrağı altında keçirilən hər matçda gərgin mübarizə izləyə bilirik. Amma yeni mövsümdən bu balans pozula bilər. Açıq danışaq, bu gün "Bakılı", "Gəncə", yaxud MOİK hazırkı birincilikdə tutuna biləcək səviyyədə deyil. Bu klubları, yaxud "Rəvan", "Energetik" və "ABN-Bərdə"ni heç "Standard" və ya "Karvan"la müqayisə edə bilmərik. Sözsüz ki, yalnız bu səbəb "birincilər"in elitaya çıxışına veto qoyul-masına dəlalət etməməlidi. Necə də olsa, onlar mübarizə aparıb və mövcud qaydalara uyğun zəh-mət çəkərək premyer-liqaya vəsiqəni təmin edib. Deməli, əsas günahkar bu iki çempioanat arasın-da uçuruma bərabər səviyyə fərqini yaradanlardı.

 

10 klubdan ibarət çempionat?

 

İK üzvləri klubların sayının azaldılmasından danışarkən mövsümün sonunda elitanı tərk edənlərin yerinə yenilərin gəlməməsi variantından söhbət açıb. Necə ki, ötən mövsüm oxşar vəziyyət yarandı: əvvəl elita ilə 4 klubun vidalaşacağı bildirildi, ardınca bu say ikiyə endi-rildi və sonda PFL "aşağıdakılar"a sürpriz edərək, ümumiyyətlə, onları elitaya buraxmadı. Tə-bii ki, qurum rəhbəri birinci dəstə iştirakçılarını "küncə sıxışdıra" bilmişdi. Maddi tə-minat verə bilməməsi "birincilər"in dilini gödək etmişdi. Hər nə qədər o vaxt bir daha belə halın təkrarlanmayacağı və hər mövsüm əvvəlki qaydada elitaya yeni iştirakçıların qoşula-cağı bilirilsə də, əslində hazırda vəziyyət çox dəyişməyib. Bu mənada bir sitatı, birinci dəs-tənin lideri "Bakılı"nın prezidenti Misir Əbilovun "desələr, lap 4 mövsüm birinci divizion-da oynayacağıq" fikrini xatırlatmaq kifayətdi. 10 klubun gücünü sınayacağı yeni birincilik ideyası hələ təklif mərhələsindədi və onun realizə olunması müəyyən vaxt tələb edir. Bu siste-min tətbiqi hazırkı "altılıq" modelini də tarixin yaddaşına qovuşduracaq. Çünki belədə cəmi 26 tur keçirləcək. İK üzvü İsgəndər Cavadov hətta hazırkı sistemdə klubların çox istirahət et-diyini düşünürsə, deməli, həmin təklif paketində həm də oyunlarının sayının artırılması yer alacaq. Dörddövrəli sistem, yəni 36 tur ilk baxışdan qənaətbəxş görünür. Fikrimcə, hör-mətli futbol başbilənləri belə vəziyyətdə yenicə qucaq açdıqları "altılıq"dan imtina etməyə "isti" baxmaz. Klubların bir-biriylə 4 dəfə qarşılaşması yetərincə darıxdırıcı mənzərə ya-radacaq. Amma "altılıq" və 10 klub amilləri özlüyündə ziddiyyət yaradır. Yaxşı, onda hansı seçimə üstünlük verək?

 

Bəlkə şotland modeli?

 

Hələ "altılıq" sistemi ölkə çempionatına calaq edilməmişdən öncə bu məsələyə toxunmuş və şotland modelini diqqətə çatdırmışdıq. Yenidən bu mövzuya qayıdırıq. Şotlandiyada uzun il-lərdi ki, "altılıq" qaydası tətbiq olunur. Yəni onlar bizdən fərqli, nəinki ilk mövsümdəcə, in-diyə kimi bu modeldən iyrənməyib. Çünki adalılar ən münasib sistemdən yararlanır. Hansı ki, bu sistem həm oyunların sayının çoxluğuna, həm mənasız görüşlərin minimuma endirilməsinə, həm də "altılığ"ın final ab-havasında keçməsinə rəvac verir. Bizdəki kimi 12 elita iştirakçı-sına bel bağlayan böyük britaniyalılar iki yox, üçüncü dövrədən sonra klubları yarı bölür. Belə də pley-off mərhələsinə kimi klublar 26 yox, 33 qarşılaşma keçirir. Final mərhələsində gücünü sınayanların xallarına toxunulmur. Yəni "qızıl" xallardan söhbət getmir. İki qrupa bö-lünən komandalar yalnız bir dövrə, yəni 5 tur mübarizə aparır və çempionata yekun vurulur. Nə-zərinizə çatdıraq ki, üçüncü dövrədə meydan sahibi olanlar bu dəfə səfərə yollanır. Yəni an-laşılmazlıq yaranmır. 33+5 tur - Şotlandiya premyer-liqası yekunda belə xaraterizə olunur. İn-di siz deyin, hansı sistem ölkə futboluna daha çox yaraşır?

 

Başqa variant da var

 

Bir daha vurğulayaq ki, 10 komandalı sistem "altılığ"ın ortadan qalxması ilə nəticələnəcək, dörddövrəli birincilik isə fikrimcə, premyer-liqanın gözəlliyinə xələl yetirəcək. Deməli, ən yaxşısı sistemi dəyişmək yox, hazırkı modelə əl gəzdirməkdi. Əsasən praktikada "altı-lığ"ın üç növü fərqləndirilir. Birincisi, hazırda yararlandığımız üsuldu. Yəni "qızıl" xal-lar əldə rəhbər tutulur. İkincisi, "altılıq" sakinlərinin xallarının birdəfəlik silinməsidi. Bu elə də çox müraciət olunan variant deyil. Vurğuladığımız hər iki yol hardasa, oxşar nəticə-lərə yol açır. Hər iki halda klublar əvvəlcədən minimum vəzifənin öhdəsindən gələndə və ya gələ bilmədiyini anlayanda başqa vasitələrə əl atır. Yəni oyun alqı-satqısı və ya əvvəlcədən razılaşma halları artır. Sonuncu variant hər iki "altılıq" sakinlərinin xallarının olduğu kimi saxlanılmasıdı. Belədə ölkə çempionatının istənilən görüşü öz önəmini qoruyub saxala-yacaq. İndiki vəziyyətdə dəyişiklik qoxusu gələn premyer-liqamıza bu üsulu yaraşdıra bilərik. Yəni şotland modelinə keçməyin problemə yol açacağını düşünənlər yalnız "qızıl xallar" an-layışını ləğv etməklə təzyiqlərdən qurtula bilər.

Baxılıb: 138       şəkilə bax

FACEBOOK-da paylaş
Bu xəbəri dostuna göndər

Sizin adınız

Sizin Email
Dostunuzun adı

Dostunuzun Emaili

  "Qəbələ"nin rəsmisindən iddialı açıqlamalar

Dünən bmi (British Midland İnternational) və "Qəbələ" futbol klubu azarkeşlər üçün keçirdiyi onlayn müsabiqənin mükafatçılarını elan edib.

  Birinci divizion

22-ci tur

15 may

 

Ədliyyə - Neftçi İSM

Hakimlər: RAUF CABBAROV, Murad Kərimov, Rza Məmmədov, Səbayel Qurbanova.

Hakim-inspektor: Elman Məmmədov.

Bakı. "Ədliyyə" stadionu. Saat 17.00

 

  Premyer-liqanın ən səviyyəli qolkiperləri

Lomaya bir addım öndədi

  "ABN-Bərdə" lideri büdrədə biləcəkmi?

Qadınlar "Ədliyyə"yə vurulub

  Mükafatların taleyi necə olacaq?

Üç vəsiqənin taleyi məlumdu, qalır biri


 Qiymətləndir: 1 2 3 4 5

Hələlik bu xəbərə şərh əlavə edilməmişdir

Şərhi yalnız qeydiyyatdan keçənlər yaza bilərlər qeydiyyat

 Ana səhifə    səhifənin əvvəlinə

YAZARLAR

ƏHƏD MƏMMƏDLİ

Oliqarx
ƏN SON ŞƏRHLƏR

 ELCHIN 

 ALLAH BIZI BELE MESHGCHIDEN UZAQ ETSIN.AMIN!!!!BIR MESHQCHIKI OYUN QABAGI OYUNCHULARI SINDIRIR BUNA NE DEYESEN.GET PULSUZ DERSI TEK OYREN .BIZE DERS LAZIM ... ardı

 Samir Abbasov 

 Salam football-plus əməkdaşları, təşəkkürlər bu xəbərlə maraqlandığınız üçün. Bizim DİN və onun mətbuat xidməti artıq Azərkeşlə... ardı

Sorğu
"Bakı" "Birlik Kuboku"nda hansı nəticəni göstərəcək?
Turnirin qalibi olacaq
Finala yüksələcək
Yarımfinalçı olacaq
1/4 finaladək irəliləyəcək
Qrupda qalacaq
Maraqlı deyil



Nəticələrə bax

Qeydiyyat

Yadda saxla.



Qeydiyyat


TOP 10 POPULYAR
Anons

Rəşad Sadıqov Foqtsun müdafiəsinə qalxdı
“Hər il məşqçi dəyişir, belə olmaz” “Mən istərdim ki, Foqts daha bir neçə il Azərbaycanda qalsın. Bir ili adaptasiya üçün lazım oldu. Bu müddət Azərbaycanı, futbolçuları, çempionatı yaxından tanımağa getdi. Öyrəşmişik ki, hər il tez-tez məşqçi dəyişsin. Belə olmaz”.

Statistika
счетчик сайта website counters

Bazada məqalələrin sayı: 2142
Şərhlərin sayı: 514
Saytda onlayn say: 4

Sizin IP adres: 38.107.191.109
Sizin brauzer: CCBot/1.0 (+http://www.commoncrawl.org/bot.html)
Birbasa daxil olma!

Arxiv



TOP XƏBƏRLƏR

QALEREYALAR



XƏBƏR XƏTTİ

2005-2009 İdman qəzeti FUTBOL+ Dizayn (c) WEBMEMAR Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifelərində istifadə edildikdə müvafiq keçidin qoyulması mutləqdir.