FİFA prezidenti Jozef Blatter daim maraqlı fikirləri ilə diqqət çəkməyi bacarır. İsveçrəli futbol adamı bu səbəbdən dəfələrlə kəskin tənqidlərə məruz qalsa da, necə deyərlər, yolundan dönmür. Onun bu yaxınlarda verdiyi açıqlamalar da əvvəlkilər kimi yetərincə səs doğurdu. Belə ki, Blatter futbol qaydalarından birinin dəyişməsinin labüdlüyündən danışıb və xüsusilə of-saydı ləğv etmək variantını ortaya atıb. FİFA-ın prezidenti hətta fikrini əsaslandırmaq üçün Beynəlxalq Hokkey Federasiyasındakı həmkarı Leandro Naqre ilə apardığı fikir mübadiləsini xatırlayıb. Qeyd edək ki, artıq 12 ildi buzüstü hokkeydə oyundankənar vəziyyət ləğv olunub. Və bu qərar həmin idman növünün məhsudarlığının və baxımlılığının yüksəlməsinə müsbət təsir göstərib. Təbii ki, qərar beynəlxalq aləmdə birmənalı qarşılanmayıb. MDB məkanından olan mütəxəssislər birtəhər futbolu ofsaydsız təsəvvür etsə də, ingilislər Blatteri bu ideyasına gö-rə "topa tutub". Maraqlıdı, bəs ölkəmizdə məsələyə münasibət necədi? Futbolu ofsaydsız təsəv-vür etmək olarmı? Bu məqsədlə bir neçə mütəxəssisin və futbolçunun fikirlərini öyrəndik.
Arif Əsədov: "Ofsaydın ləğvi çox riskli addımdı. Bu qərarın hansı nəticələr verəcəyini proq-nozlaşdırmaq asan deyil. Belə olacağı halda ümumilikdə futbol anlayışında ciddi dəyişik-liklər baş verəcək. Belə olarsa, meydanda xətlərarası əlaqə arta bilər. Oyunların tempi aşağı düşəcək. Futbolçuların fikirləşmək üçün vaxtı çoxalacaq və meydanda boşluqlar yaranacaq. Hə-qiqətən də bu baş versə, fikrimcə, meydandakı futbolçuların sayı artırılmalıdı. Çünki müba-rizə aparmaq çətinləşəcək. Ya da meydançaların ölçüsünü kiçiltmək lazımdı. Futbolda uca boy-lu, ağır futbolçular daha da ön plana çıxacaq. Ölkə futbolunun bundan xeyir görəcəyini düşün-mürəm".
Aslan Kərimov: "Bu qərarın tezliklə qüvvəyə minəcəyinə inanmıram. Çünki bununla futbolun tə-məlini dəyişə bilərlər. Futbolun gözəlliyi, zövqü itər. Bu idman növünü ofsaydsız təsəvvür edə bilmirəm. Düzdü, keçmişdə oyundankənar vəziyyət olmayıb. Amma o dövrlə indini eyniləş-dirməməliyik. O vaxt futbolu yeriyə-yeriyə oynayırdılar. İndi sürət xeyli artıb. Yaşlı, ağır futbolçular qapının ağzında dayanmaqla istəyinə çata biləcək. Təbii ki, bir müdafiəmeyilli futbolçu kimi bu mənim də ziyanıma işləyər. Hardasa, 90 faiz əminliklə deyə bilərəm ki, bu təklif qəbul olunmayacaq. Çünki bütövlükdə futbol anlayışı dəyişikliyə uğrayacaq. Blatter uzun illər FİFA-nın rəhbəridi və belə ideyanı, yəni hansısa yenilik etmək niyyətini ortaya qoymaqla adından söz etdirmək istəyir. Futbolu buzüstü hokkeylə müqayisə etmək olmaz. Görün, indi o həmin idman növü hardadı. İdmanın şahının özünməxsus xüsusiyyətləri, gözəlliyi var. Qolların sayı arta bilər, amma baxımlılıq yox. Futbolun intriqasına, həyəcanına xələl gə-lər. İzləyici üçün qolu həyəcanla gözləmək daha maraqlıdı. Yoxsa basketbolda, voleyboldakı kimi hər dəqiqə hesab dəyişsə, maraq qalmaz. Bu baş verəcəyi halda dəyişikliyi inqilab adlan-dırardım. Futbolun bütün qanunları alt-üst olar. Bununla belə, vurğulamaq istərdim ki, bu söz-söhbəti ciddi qəbul etmirəm".
Nazim Əliyev: "Belə qərarın qəbulu heç bir məntiqə sığmır. Oyundankənar vəziyyətin ləğv olun-ması yalnız qolların sayının artmasında özünü göstərə bilər. Amma bu, heç də futbolun gözəl-ləşməsi anlamına gəlməyəcək. Düzdü, bəzi qaydaları dəyişmək lazımdı, yəni təkmilləşdirmə-yə ehtiyac var. Məsələn, qapıçıların topu oyuna daxil etməsi prosesində belə ziddiyyətli mə-qamlar yetərincədi. Ofsaydsız futbol mümkün deyil. Bu ağlasığmaz təklifdi. Yəqin FİFA prezi-denti belə təklif irəli sürərkən yalnız qolların sayının artmasını hesaba qatıb. Ancaq həmin addımın mənfi yönlərini saymaqla bitməz. Belə olacağı halda futbolda taktiki sxem anlayı-şına ciddi zərbə vurula bilər. Sürətli futbol və belə oyunçuların önəmi azalar. Artıq bəzi hü-cumçular qocalana kimi yaşıl meydanlarda qala bilər. Əvvəllər, futbolun ilk yarandığı dövr-lərdə ofsayd olmadan oynaya biliblər. Ancaq sonradan zərurət yaranıb ki, belə qayda qəbul olu-nub da. Və ofsayd futbolun ayrılmaz tərkib hissəsinə çevrilib. Fikrimcə, bu hücumçuların işini xeyli asanlaşdırar. Onlar daha rahat qol vura bilər. Əksinə, müdafiəçilərin isə durumu daha da pisləşər. Açığı, belə qərarın qəbulu inandırıcı görünmür".
Mahmud Qurbanov: "İnanmıram belə bir şey olsun. Oyundankənar vəziyyət futbolun önəmli qay-dalarından biridi. Onu ləğv etmək çox ciddi dəyişikliklərin baş verməsi anlamına gələcək. Hansı ki, bundan sonra futbol tam fərqli oynanılmağa başlayacaq. Yəqin ki, futbolda nizam və xətlərarası əlaqə ciddi dəyişikliyə uğrayar. Belə qərarın yaşlı futbolçular üçün üstünlük ya-radacağını düşünmürəm. Sadəcə, bir təklif kimi dilə gətirilib. Onun tətbiqi reallıqdan çox uzaqdı".
Bir "transfer pəncərəsi" daha bağlandı. Səs-küylü transferlər edən, komandasının gü-cünə güc qatan, böyük hədəflər üçün yenidən qurulan klublar premyer-liqada uğur qazan-maq üçün əlindən gələni edir. Mövsüm başa çatandan sonra klubların çoxu heyətdə kök-lü dəyişikliklər ediləcəyini, gəncləşdirmə siyasətinə üstünlük veriləcəyini vurğu-layaraq, yaşlı futbolçularla yolları ayırdı. Yeni
ALLAH BIZI BELE MESHGCHIDEN UZAQ ETSIN.AMIN!!!!BIR MESHQCHIKI OYUN QABAGI OYUNCHULARI SINDIRIR BUNA NE DEYESEN.GET PULSUZ DERSI TEK OYREN .BIZE DERS LAZIM ... ardı
2005-2009 İdman qəzeti FUTBOL+ Dizayn (c) WEBMEMAR Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifelərində istifadə edildikdə müvafiq
keçidin qoyulması mutləqdir.