Anar Niyazov cavab gözləyir

Müəllif: SƏBUHİ NƏRİMANOĞLU
Vaxt: 2010-03-09 17:28:07

"Qayıdaram, onda görərik Babək xeyir-dua verir, ya yox"

 

Uzun müddətdi hakimlikdən kənarlaşdırılan Anar Niyazovun bağışlanacağı haqda söz-söhbət-lər səngimək bilmir. Xatırladaq ki, AFFA prezidenti Rövnəq Abdullayev İK-nın bir neçə gün əv-vəl baş tutan iclasından sonra keçirdiyi mətbuat konfransında fit sahibinin bağışlana bilə-cəyini, bu haqda hakimlər komitəsinin sədri Xaqani Məmmədovla görüşüb söhbət edəcəyini bildirmişdi. Taleyinə aydınlıq gətirilib-gətirilmədiyini öyrənmək üçün dünən Niyazovla əlaqə saxladıq. Maraqlıdı ki, referi məlum görüşdən xəbərsiz olduğunu söylədi.

- Anar, Rövnəq Abdullayev Xaqani Məmmədovla sənin məsələni çözmək üçün görüşəcəyini demiş-di. Deyilən görüş baş tutubmu, taleyinə aydınlıq gəlib?

- Xeyr, hələ xəbərim yoxdu.

- Axı Rövnəq müəllimlə Məmmədov görüşməli idi...

- Bilmirəm.

- Sənə hələ bir söz deməyiblər?

- Xeyr.

- Axı Rövnəq bəyin sözündən belə çıxdı ki, məsələ artıq həll olunub, ona görə soruşuruq...

- Mənim bundan xəbərim yoxdu.

- Ümumiyyətlə, Abdullayevin İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransında söylədiklərindən xəbərdarsan?

- Bəli, mətbuatdan oxumuşam.

- Belədə heç olmasa, onların görüşünün alınıb-alınmaması ilə maraqlanmamısan?

- Yox.

- Taleyin özün maraqlı deyil?

- Bir qədər şəxsi problemlərim var, başım onların həllinə qarışıb.

- Heç olmasa, hakimlikdən kənarda qaldığın müddətdə məşq edirsən?

- Bəs necə? Əlbəttə, hazırlaşıram.

- Harda məşq edirsən?

- Respublika stadionunda.

- Yəqin ki, qaçmaqla kifayətlənirsən...

- Bəli.

- Hər gün gedirsən?

- Hər gün.

- Tutalım bu gün çağırıb dedilər ki, sənə birinci divizionun oyunlarına təyinat veririk, idarə edə bilərsən?

- Niyə etmirəm ki?

- Yəni özünü buna hazır sayırsanmı?

- Bəli.

- Bəs premyer-liqanın oyunlarına göndərsələr necə, sənin üçün çətin olmaz?

- Mən hazıram qardaş. Soruşdun məşq edirsən, cavab verdim.

- Bildim. Yəni uzun müddətdi oyun praktikan yoxdu. Premyer-liqada da bilirsən ki, idarəçilik bir qədər çətindi, gərgin mübarizə var...

- Hazıram, heç bir problem yoxdu.

- Ümumiyyətlə, çempionat oyunlarını izləyirsənmi?

- İzləyirəm.

- Həmkarlarının idarəçilik bacarığına baxırsan?

- Baxıram.

- Necə düşünürsən, Azərbaycan hakimliyində Anar Niyazovun yeri görünürmü?

- Onu siz deyə bilərsiz.

- Öz fikrin necədi?

- Dedim ki, o haqda siz danışa bilərsiz.

- Yaxşı bizim qənaətimiz öz yerində. Yaxşı bəs Babək Quliyevin taleyi ilə bağlı sənə bir şey bəlli deyil?

- Yox, bu haqda oxumuşam. Deyilənə görə, səhvlərini boynuna almalıdı.

- Ümumiyyətlə, Quliyevlə əlaqə saxlayıb, yaxud görüşürsənmi?

- Zəngləşirik, danışırıq. Ayrı nə var ki?

- Sənə xeyir-dua veribmi?

- Məgər Babəkin evin almışam, ya da ona nəsə satmışam ki, xeyir-dua verə?

- Hakimliyə qayıtsan...

- Nə deyə bilər ki, hakimliyə qayıtmağıma və qayıtmamağıma.

- Hər halda, bir yerdə cəzalanmısız, ona görə deyirəm...

- Qayıdaram, onda görərik Babək xeyir-dua verir, ya yox.

- Deməli, özünü hazır sayırsan...

- Hazıram, özümə arxayınam.

- Heç bir çətinlik səni qorxutmur ki?

- Nə çətinlik e? Nə danışırsız? "Qarabağ"ı almağa gedirik?

- Futbol onsuz da çətinləşib, maraq, təzyiqlər çoxdu...

- İndiyə qədər nə təzyiq, nə də maraq görmüşəm. Meydana çıxıb nə var onu da etmişəm, problem deyil.

Baxılıb: 82       şəkilə bax

FACEBOOK-da paylaş
Bu xəbəri dostuna göndər

Sizin adınız

Sizin Email
Dostunuzun adı

Dostunuzun Emaili

ƏN SON MüSAHiBƏLƏR

  Devran Rəşad Sadıqova məsləhət verdi

"Onlara baş əyib minnətdarlığımı bildirəcəm"

  "Anji"nin azərbaycanlı rəisi "Futbol+"ə danışdı

"Şükürov öz işini bilən peşəkardı"

  "Uğursuzluq zolağına düşdünsə, getməlisən"

Dzodzuaşvili öz bayrağını qaldırmaq istəyir

  Rəşad Sadıqov: "Ümid edirəm ki, "Əskişəhərspor"da uzun müddət top qovacam"

Yığmamızın müdafiəçisi Rəşad Sadıqovun Türkiyənin superliqa təmsilçisi "Əskişə-hərspor"la ikiillik müqavilə bağladığını bilirsiz.

  "Karyeramı harda davam etdirəcəyimə "Rubin" qərar verəcək"

Berdıyev Nasimovu "Spartak"a buraxmayıb


 Qiymətləndir: 1 2 3 4 5

Hələlik bu xəbərə şərh əlavə edilməmişdir

Şərhi yalnız qeydiyyatdan keçənlər yaza bilərlər qeydiyyat

 Ana səhifə    səhifənin əvvəlinə

YAZARLAR

ƏHƏD MƏMMƏDLİ

Oliqarx
ƏN SON ŞƏRHLƏR

 ELCHIN 

 ALLAH BIZI BELE MESHGCHIDEN UZAQ ETSIN.AMIN!!!!BIR MESHQCHIKI OYUN QABAGI OYUNCHULARI SINDIRIR BUNA NE DEYESEN.GET PULSUZ DERSI TEK OYREN .BIZE DERS LAZIM ... ardı

 Samir Abbasov 

 Salam football-plus əməkdaşları, təşəkkürlər bu xəbərlə maraqlandığınız üçün. Bizim DİN və onun mətbuat xidməti artıq Azərkeşlə... ardı

Sorğu
"Bakı" "Birlik Kuboku"nda hansı nəticəni göstərəcək?
Turnirin qalibi olacaq
Finala yüksələcək
Yarımfinalçı olacaq
1/4 finaladək irəliləyəcək
Qrupda qalacaq
Maraqlı deyil



Nəticələrə bax

Qeydiyyat

Yadda saxla.



Qeydiyyat


TOP 10 POPULYAR
Anons

Rəşad Sadıqov Foqtsun müdafiəsinə qalxdı
“Hər il məşqçi dəyişir, belə olmaz” “Mən istərdim ki, Foqts daha bir neçə il Azərbaycanda qalsın. Bir ili adaptasiya üçün lazım oldu. Bu müddət Azərbaycanı, futbolçuları, çempionatı yaxından tanımağa getdi. Öyrəşmişik ki, hər il tez-tez məşqçi dəyişsin. Belə olmaz”.

Statistika
счетчик сайта website counters

Bazada məqalələrin sayı: 2142
Şərhlərin sayı: 514
Saytda onlayn say: 5

Sizin IP adres: 38.107.191.108
Sizin brauzer: CCBot/1.0 (+http://www.commoncrawl.org/bot.html)
Birbasa daxil olma!

Arxiv



TOP XƏBƏRLƏR

QALEREYALAR



XƏBƏR XƏTTİ

2005-2009 İdman qəzeti FUTBOL+ Dizayn (c) WEBMEMAR Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifelərində istifadə edildikdə müvafiq keçidin qoyulması mutləqdir.