Ölkə kuboku: kim daha şanslıdı?

Müəllif: NİHAT
Vaxt: 2010-03-09 17:28:07

Tsxadadze yetirmələrini yarımfinala hazırlaya bilər

 

Şənbə və bazar günü ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirildi. Yarışın baş mükafatı uğrunda mübarizə səhnəsində qalmış 8 ölkə təmsilçisi görüşə çıxdı. Beşi bi-rinci, üçü ikinci "altılıq"da qərarlaşan kubok iştirakıçlarının bu mərhələdəki ilk oyunları müəyyən fikirlər səsləndirməyə əsas verir. Təbii ki, cavab oyunlarının nəticəsindən çox şey asılıdı. Martın 16-17-də baş tutacaq qarşılaşmalarda bütün təxminlər alt-üst də ola bilər.

 

"Bakı" - "Standard" 1:1

Əslində çempionun cütün taleyini ilk görüşdəcə həll edəcəyini proqnozlaşdıranlar çox idi. Bülənt Korkmazın yetirmələri "doğma divarlar" arasında ciddi müqavimətlə rastlaşdı. "Zolaq-lılar" 90 dəqiqə ərzində autsayder önündə bir baş üstün oyun sərgiləmədi. "Bakı" özəlliklə mat-çın birinci yarısında məntiqli futbol oynaya bilmirdi. Fabio Luis Ramimin 59-cu dəqiqədə vurduğu qolla kifayətlənərək, fasilədən sonra artan hücumlarını səngidən paytaxt təmsilçisi son dəqiqələrdə Amiran Muciri tərəfindən cəzalandırıldı. Qışda məhz Bülənt bəyə lazım ol-mayan və "Standard"a üz tutan təcrübəli gürcü yarımmüdafiəçi hələ futbol oynamağı yadırğa-madığını türkiyəli çalışdırıcıya sübut etdi. Belə nəticə Sumqayıt təmsilçisini daha şanslı edir. Turnin cədvəlinin son pillələrində qərarlaşan "qırmızılar"ın "doğma divarlar" arasın-da qələbə və ya qolsuz heç-heçə uğrunda bacardığını meydanda qoyacağı dəqiqdi. Korkmazın ko-mandası isə qitəmiqyaslı yarışlara aparan ən qısa yolda işini olduqca çətinə salıb. Qardaş ölkədən olan çalışdırıcı yetirmələrini daha çətin missiya arxasınca Sumqayıta aparmalıdı.

 

"Qarabağ" - "Xəzər Lənkəran" 2:1

Ağdam təmsilçisiylə "ağ-yaşıllar" arasında oynanılan son duellərə nəzər salsaq, Qurban Qurba-novun komandasının aşkar üstünlüyünün şahidi olarıq. Quzanlıdakı matç qonaqlar üçün yaxşı başladı. Emeka Oparanın vurduğu səfər qolunun dəyərini yenidən şərh etməyə ehtiyac yoxdu. Amma güclü külək fonunda lənkəranlılar ikinci hissədə xeyli aciz göründü. Fasilədən sonra cəmi bir dəfə rəqib qapısına yaxınlaşa bilən Ağasəlim Mircavadovun yetirmələri Rəşad Sadı-qov hesabı bərabərləşdirdikdən sonra bu nəticəni qorumağa can atırdı. Uzatma dəqiqələrində Admir Telinin vurduğu qələbə topu nəticəsində evə məğlub dönən Lənkəran təmsilçisi vəziyyəti mürəkkəbləşdirdi. Şübhəsiz, 1:2 hesablı yenilgi kubok qarşılaşmalarında qorxulu nəticə sa-yılmır. "Fırtınalar meydanı"nda "Qarabağ"ı bir cavabsız qolla üstələmək mümkün olsa, "ağ-ya-şıllar"ın yarımfinal arzusu gerçəkləşəcək. Nəticəyə oynamağı bacaran ağdamlıları Lənkəran-da coşğulu yerli axarkeşlər qarşısında yenmək mümkün olacaqmı? Qısa zaman suala aydınlıq gə-tirəcək. "Xəzər Lənkəran" kimi iddialı komandanın 1/4 finalda mübarizəni dayandırması isə cənublu azarkeşləri heç cür razı sala bilməz. Öz növbəsində ağdamlılar da ilk oyunda qazandı-ğı üstünlükdən səfərdə maksimum yararlanmaq niyyətindədi. Bir sözlə, cavab görüşü daha ma-raqlı, gərgin və prinsipial mübarizə vəd edir.

 

"Neftçi" - "İnter" 0:3

Son çempionat oyununda "bankirlər"ə minimal hesablı yenilgi "ağ-qaralar"ın çalışdırıcısı Vaqif Sadıqovun istefasına yol açmışdı. Kubok görüşündə üz-üzə gələn paytaxt klublarının bu-dəfəki mübarizəsində flaqman adına yaraşmayan biabırçı məğlubiyyətdən yaxa qurtara bilmədi - 0:3. Cavab matçında gənc mütəxəssis Arif Əsədovun yetirmələri "ağ-göylər"in qapısından 4 top keçirməlidi ki, bu da heç inandırıcı görünmür. "Futbolda hər şey ola bilər" deyimini unutma-dan məsələyə real yanaşsaq, "Neftçi"ni kuboka vida etmiş tərəf saya bilərik. Çünki "xalq koman-dası"nın hazırkı potensialına görə Kaxaber Tsxadadzenin tələbələrini "Şəfa"da ağılagəlməz hesabla darmadağın etməsi heç inandırıcı deyil. Yəqin gürcü çalışdırıcı yetirmələrinə ar-xayınlaşmamağı tövsiyə edib, komandasından növbəti qələbə tələb edəcək.

 

"Simurq" - "Olimpik-Şüvəlan" 0:0

İkinci "altılıq"da mövqe tutan klublar üçün kubokdan "iki əlli yapışmaq" çox vacibdi. Axı möv-sümün əvvəlində zaqatalılar və "təyyarəçilər" final mərhələsində ilk "altılıq"da olmayacağı-nı heç ağlından belə keçirmirdi. "Simurq"un meydanındakı matçın qolsuz bərabərliklə başa çat-ması "Şəfa"da gerçəkləşəcək dueldə hər iki komandaya şans verir. İstənilən halda, həm Nazim Süleymanovun yetirmələri, həm də Roman Pokoranın "drujinası" son nəfəsinə qədər döyüşməyi qarşısına məqsəd qoyub. Axı premyer-liqanın reqlamenti hətta ölkə kubokunun finalında müba-rizə aparan komandaya da qitəmiqyaslı turnirə yollanmaq şansı verir. Belədə "Olimpik-Şüvə-lan"ı və "Simurq"u başa düşmək çətin deyil. Səfərdən istədiyi nəticə ilə dönən Süleymanovun yetirmələri bir addım öndə görünsə də, cütün qalibinin 90 və ya 120 dəqiqə, hətta penaltilər se-riyasında müəyyənləşmək ehtimalı çoxdu.

Cavab görüşlərinin təqvimi: 16 mart - Standard - Bakı, Olimpik-Şüvəlan - Simurq; 17 mart - İnter - Neftçi, Xəzər-Lənkəran - Qarabağ.

Baxılıb: 69       şəkilə bax

FACEBOOK-da paylaş
Bu xəbəri dostuna göndər

Sizin adınız

Sizin Email
Dostunuzun adı

Dostunuzun Emaili

ƏN SON İDMAN-ANBAAN XƏBƏRLƏRİ

  Start təəssüratları

Azarkeşləri stadiondan qaçaq salan nədi?

  Niyə Banişevski yox, Tağızadə?

Sadıq Sadıqov: "Doğrudan da o, "Neftçi"nin əfsanəsidi"

  "Xəzər Lənkəran"la bağlı iki məqam

"Bu il sərgilənən futbol ötənilkindən daha yaxşıdı"

  Üçüncü cəhd

Rəşad Sadıqov artıq Türkiyənin "Əskişəhərspor" klubuyla ikiillik müqavilə bağla-yıb. Ölkədə futbolla maraqlanmayanların da çoxunun tanıdığı

  100 min manat kimə qismət olacaq?

Birinci diviziona yeni komandalar əlavə olunanda çoxları marağın daha da artacağını düşündü.


 Qiymətləndir: 1 2 3 4 5

Hələlik bu xəbərə şərh əlavə edilməmişdir

Şərhi yalnız qeydiyyatdan keçənlər yaza bilərlər qeydiyyat

 Ana səhifə    səhifənin əvvəlinə

YAZARLAR

ƏHƏD MƏMMƏDLİ

Oliqarx
ƏN SON ŞƏRHLƏR

 ELCHIN 

 ALLAH BIZI BELE MESHGCHIDEN UZAQ ETSIN.AMIN!!!!BIR MESHQCHIKI OYUN QABAGI OYUNCHULARI SINDIRIR BUNA NE DEYESEN.GET PULSUZ DERSI TEK OYREN .BIZE DERS LAZIM ... ardı

 Samir Abbasov 

 Salam football-plus əməkdaşları, təşəkkürlər bu xəbərlə maraqlandığınız üçün. Bizim DİN və onun mətbuat xidməti artıq Azərkeşlə... ardı

Sorğu
"Bakı" "Birlik Kuboku"nda hansı nəticəni göstərəcək?
Turnirin qalibi olacaq
Finala yüksələcək
Yarımfinalçı olacaq
1/4 finaladək irəliləyəcək
Qrupda qalacaq
Maraqlı deyil



Nəticələrə bax

Qeydiyyat

Yadda saxla.



Qeydiyyat


TOP 10 POPULYAR
Anons

Rəşad Sadıqov Foqtsun müdafiəsinə qalxdı
“Hər il məşqçi dəyişir, belə olmaz” “Mən istərdim ki, Foqts daha bir neçə il Azərbaycanda qalsın. Bir ili adaptasiya üçün lazım oldu. Bu müddət Azərbaycanı, futbolçuları, çempionatı yaxından tanımağa getdi. Öyrəşmişik ki, hər il tez-tez məşqçi dəyişsin. Belə olmaz”.

Statistika
счетчик сайта website counters

Bazada məqalələrin sayı: 2142
Şərhlərin sayı: 514
Saytda onlayn say: 8

Sizin IP adres: 38.107.191.109
Sizin brauzer: CCBot/1.0 (+http://www.commoncrawl.org/bot.html)
Birbasa daxil olma!

Arxiv



TOP XƏBƏRLƏR

QALEREYALAR



XƏBƏR XƏTTİ

2005-2009 İdman qəzeti FUTBOL+ Dizayn (c) WEBMEMAR Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifelərində istifadə edildikdə müvafiq keçidin qoyulması mutləqdir.