Əsədov "Neftçi"ni xilas etməyin yollarını göstərdi

Müəllif: HƏBİB
Vaxt: 2010-03-09 17:28:07

"11-liy"ə düşə bilməyən əcnəbinin ehtiyatda nə işi var?"

 

Fevralın 21-də "İnter"ə məğlubiyyətdən sonra Vaqif Sadıqov istefa ərizəsi yazaraq, "Neftçi"dən getmək qərarına gəldi. Belədə Vaqif bəyin köməkçisi qismində çalışan Arif Əsədov görünən bü-tün riskləri nəzərə alıb ağır yükün altına girməyə razılıq verdi. Bu həmin Əsədovdu ki, çem-pionatın əvvəlində Böyükağa Ağayevin baş məşqçi postundan gedişindən sonra analoji addım-la diqqətləri üzərinə çəkmişdi. Lakin ötən mövsüm flaqmanın əvəzedici komandası ilə çempion olan gənc mütəxəssisin budəfəki qayıdışı darmadağınla nəticələndi. Bazar günü "İnter"ə qar-şı ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "bankirlər" "Neftçi"nin daşını daş üs-tə qoymadı. Təbii ki, hazırkı vəziyyətdə qeydə alınmış məğlubiyyətə görə baş məşqçi birbaşa cavabdehdi. Matçdan sonra keçirilən mətbuat konfransında oyunla bağlı ortaya xeyli suallar çıxsa da, vaxt məhdudiyyəti üzündən həmin suallara cavab tapmaqda çətinliklə üzləşdik. Odu ki, dünən "Neftçi"nin baş məşqçisi səlahiyyətlərini icra edən Əsədovla əlaqə saxlayıb, flaqma-nın bu günü və sabahı ətrafında yaranmış suallara aydınlıq gətirməyə çalışdıq.

- Arif bəy, "İnter"ə böyük hesablı məğlubiyyətin səbəbi kimi hansı amilləri əsas gətirə bi-lərsiz?

- Razılaşarsız ki, ilk yarıda rəqibdən aşkar üstün futbol nümayiş etdirdik. Lakin fasilədən sonra qapımıza vurulan ilk qol bir qədər şübhəli olduğundan, futbolçularda müəyyən psixoloji sarsıntı yaratdı. Məğlubiyyətin əsas səbəbi kimi psixoloji gərginliyi göstərə bilərəm. Ko-mandada sanki belə bir sindrom əmələ gəlib: ilk qolu rəqib vurandan sonra futbolçular ruhdan düşür. Sanki qələbə qazanacaqlarına inana bilmirlər. 

- Bu sindromu aradan qaldırmaq üçün nə etmək lazımdı?

- Hər şeydən əvvəl futbolçulara qələbə ruhunu aşılamaq lazımdı. Ancaq bu, bir günün işi deyil. Belə problemləri tədricən yoluna qoymağa çalışmalıyıq. Hər bir futbolçu da öz növbəsində meydana qalib gəlmək üçün çıxdığının fərqinə varmalıdı.

- Arif Əsədov olaraq buna cəhd etmisiz?

- Tam səmimi deyirəm ki, komandaya baş məşqçi təyin olunduğum ilk gündən bunun üzərində çalı-şıram. Bir neçə gün öncə "Qarabağ"la qarşılaşma yoxlama oyunu xarakteri daşımağına baxmaya-raq, futbolçulara qələbənin vacib olduğunu söylədim.

- O zaman "İnter"lə qarşılaşmada nəyə görə qeyd etdiyiniz amil özünü mənfi tərəfdən göstər-di?

- Bilirsiz, bu futboldu, Hər şey ola bilər. Ancaq dediyim kimi, bunun üçün müəyyən vaxta ehti-yac var.

- Razısız ki, bu gün "Neftçi"nin forması altında meydana çıxanlardan bir çoxu flaqmanın adı-nın necə önəm daşıdığını lazımınca anlaya bilmir.

- Razıyam, komanda daxilindəki problemlərdən biri də məhz söylədiyiniz məsələdi. Açıq deyi-rəm, "Neftçi"nin formasını geyən hər bir futbolçu klubun hansı tarixə sahib olduğunu əzbər bilməlidi. Ordan-burdan nəsə eşitməklə iş bitmir. Belə olandan sonra bizim də işimiz asanla-şar.

- "Neftçi"nin futbolçularında xüsusi istəyin, yanğının itirilməsi sizcə, hansı dönəmə təsa-düf etdi?

- Mənim bununla bağlı ad çəkməyim düzgün olmaz. Hazırda baş məşqçi qismində yaranmış prob-lemləri aradan qaldırmağa çalışıram. Bildiyiniz kimi, "Neftçi" son vaxtlar hücum futbolu sər-giləmirdi. Ancaq "İnter"lə oyunda meydana birdən-birə iki forvard buraxdım ki, heç olmasa, qol vurmaq problemi aradan qalxsın. Yenə deyirəm ki, vaxta ehtiyac var.

- Sizdən öncə flaqmana rəhbərlik etmiş Böyükağa Ağayevlə Vaqif Sadıqov da müəyyən vaxta eh-tiyac olduğunu söyləyirdi. Ancaq onlar da "Neftçi"dəki problemləri yoluna qoya bilməyərək, qı-sa vaxt ərzində postlarını tərk etdilər. Düşünmürsüz ki, onların qaldıra bilmədiyi yükün al-tına girmək sizin üçün olduqca çətin görünür.

- Bilirsiz ki, ötən mövsüm əvəzedici komanda ilə çempion olmuşam. Bir növ həmin kollektivdə təcrübə topladım. Təbii ki, hər bir məşqçi hansı yükün altına girdiyini yaxşı dərk edir. Bəl-kə də "Neftçi"nin belə çətin dönəmində heç kim mənim kimi addım atmazdı. Lakin mən heç nədən çəkinmədim. Özümə inanıram və bunun üçün yetəricə gücüm də var.

- "İnter"lə qarşılaşmada Vladimir Voskoboynikovla Valter Quqlemon bir neçə qol şansı qazansa da, son anda həlledici zərbə endirməyi bacarmadılar. Bunu necə izah edə bilərsiz?

- Fikrimcə, belə vəziyyətlərdə hücumçuların nəyə qadir olduğu üzə çıxır. Elə forvard var ki, həlledici epizodda fərqlənə bilmir. Ancaq əvəzində yaradıcılıq qabiliyyəti yüksək səviyyə-dədi. Bu gün sərəncamımızda olanlar bunlardı. Deməli, onlardan imkan daxilində ən yaxşı şə-kildə yararlanmağı bacarmalıyıq. "İnter"lə oyunda əsasən cinahlardan hava ötürmələri ver-məyi tapşırmışdım ki, bunun da öhdəsindən lazımınca gələ bilmədilər. Bildiyiniz kimi, Ka-xaber Tsxadadze "İnter"ə baş məşqçi təyin olunarkən komanda Avropa Liqasında mübarizə aparır-dı. Həmin oyunlarda uğursuz çıxış etsələr də, sonradan istədiyi komandanı yığıb nəticə gös-tərməyə müvəffəq oldu. "Neftçi"də də belə olmalıdı.

- Həmin fürsət qış fasiləsində "Neftçi" üçün də yaranmışdı. Hər birimiz bir neçə futbolçu-nun flaqmandan ayrılacağını düşünsək də, yalnız Andrey Stepanovun xidmətinə ehtiyac duyul-madı.

- Bu məsələ ilə bağlı danışmaq istəmirəm. Çünki həmin vaxt komandanın başında Vaqif Sadıqov dayanmışdı. Qərarları da o qəbul edirdi.

- Ancaq siz də köməkçi-məşqçi qismində bu yöndə öz fikirlərinizi deyə bilərdiz.

- Təbii ki, müəyyən məsələlərdə biz də mövqeyimizi ortaya qoyurduq. Ancaq son söz baş məşqçiyə məxsus idi. Hazırda məni bu posta müvəqqəti təyin ediblər. Çalışıram ki, əvvəlki "Neftçi"nin oyun dəsti-xəttini qaytarım. Lakin bunun nə dərəcədə həyata keçib-keçmədiyni zaman göstərəcək.

- "İnter"lə oyundan sonra futbolçuların fiziki cəhətdən hazırlıqlı olmadığını bildirmiş-diz. Maraqlıdı, klubda bu işlə məşğul olan Covanni Melkiorre buna görə cavabdehlik daşımır ki?

- Mən demədim ki, futbolçuların fiziki durumu aşağı səviyyədədi. Sadəcə, bildirmək istəyir-dim ki, matçın sonlarına yaxın bəzi futbolçular bir qədər "çatdırmırdı". Ancaq ümumilikdə, ko-mandanın fiziki hazırlığının aşağı səviyyədə olduğunu düşünmürəm.

- Araz Abdullayevin adını iştirak ərizəsinə daxil etsəz də, meydana buraxmadız. Halbuki mat-çın sonlarına yaxın Adrian Nyaqanın yorğun olduğu aşkar sezilirdi.

- Özünüz də gördüz ki, fasilədə Eşqin Quliyev kimi gənc futbolçunu meydana buraxdım. Halbuki ilk yarıda Naydin heç də zəif təsir bağışlamırdı. Ancaq məqsədim Eşqini oyuna qoşmaqla orta xətdə canlanma yaratmaq idi. Zaman gənc futbolçunun oyunun atmosferinə düşə bilmədiyini gös-tərdi. Ona görə Arazı belə mübarizəyə qoşmağa tərəddüd etdim. Abdullayevi "Rubin" variantına görə qoruduğumu ağlınızdan belə keçirməyin. Onun adını iştirak ərizəsinə daxil etmişdimsə, istənilən an şans verə bilərdim. Lakin qarşıdakı oyunlarda Araza mütləq şans verəcəm.

- Ehtiyat oyunçular skamyasında bütünlüklə yerli futbolçulara güvənməyiniz alqışalayiq hal-dı. Qarşıdakı oyunlarda da bu ənənə davam etdiriləcəkmi?

- Hər bir məşqçinin özünəməxsus futbol fəlsəfəsi var. Şəxsi fikrimdi ki, legioner futbolçu əsas heyətdə meydana çıxmalıdı. İlk "11-liy"ə düşə bilməyən əcnəbinin ehtiyatda nə işi var? Ehtiyatda qalan legionerin əvəzinə yerli futbolçulara şans vermək lazımdı ki, onlarda özünəi-nam yaransın.

- Artıq "Neftçi"nin ölkə kubokundan böyük ölçüdə kənarda qaldığını görmək olar. Belədə cavab qarşılaşmasında yerli gənc futbolçulara güvənib, onların nəyə qadir olduğuna şahidlik etmək ağlınızdan keçməyib?

- Qarşıda "İnter"lə çempionat oyunumuz da var. Ona görə indidən hansısa fikir bildirməyim düzgün olmaz. Yalnız onu deyə bilərəm ki, hər şeyi reallıqda öz gözlərinizlə görəcəksiz.

- Komandaya baş məşqçi təyin olunarkən hazırkı "Neftçi"nin çempionluq uğrunda mübarizə apa-racağını iddia edirdiz. Maraqlıdı, hələ də həmin fikirdə qalmaqdasız?

- Baş məşqçi qarşısına məqsəd qoymursa, ondansa, işləməməsi yaxşıdı. Görsəydim ki, mənim və komandanın buna gücü çatmır, həmin sözləri deməzdim. Deməli, hər şeyi göz önünə alıb hə-min fikirləri səsləndirmişəm. Kubok oyunu çərçivəsində "İnter"ə 0:3 hesabı ilə məğlub olma-ğımıza baxmayaraq, iddiam qüvvədə qalmaqdadı.

- Çoxları "Neftçi"nin baxımlı futbol sərgiləməməsinin səbəbini komandada mahir ifaçıların və konkret liderin olmaması ilə bağlayır. Siz bu fikirlərlə razılaşırsız?

- "İnter"lə oyunun ilk yarısına nəzərən deyə bilərəm ki, bugünki "Neftçi" yaradıcı futbol sər-giləyə biləcək gücdədi. Həyatda mümkünsüz heç nə yoxdu.

- Sizcə, flaqmanın növbəti il çempion olması üçün yayda komandada hansı işlər görülməlidi?

- Hər bir komandada görülməsi vacib olan ilk məqam transfer işlərinin düzgün həyata keçiril-məsidi. İstənilən məşqçinin öz fəlsəfəsinə uyğun futbol oynatması üçün sərəncamında mahir ifaçılar olmalıdı. Bu iş düzgün qurulandan sonra nəticə vermək də asanlaşacaq. Bir də az öncə qeyd etdiyim kimi, yeni gələn futbolçuların hər birinə "Neftçi"nin hansı dəyərə və keçmişə malik olduğunu öyrətmək əsas şərtdi.

Baxılıb: 105       şəkilə bax

FACEBOOK-da paylaş
Bu xəbəri dostuna göndər

Sizin adınız

Sizin Email
Dostunuzun adı

Dostunuzun Emaili

ƏN SON MüSAHiBƏLƏR

  Devran Rəşad Sadıqova məsləhət verdi

"Onlara baş əyib minnətdarlığımı bildirəcəm"

  "Anji"nin azərbaycanlı rəisi "Futbol+"ə danışdı

"Şükürov öz işini bilən peşəkardı"

  "Uğursuzluq zolağına düşdünsə, getməlisən"

Dzodzuaşvili öz bayrağını qaldırmaq istəyir

  Rəşad Sadıqov: "Ümid edirəm ki, "Əskişəhərspor"da uzun müddət top qovacam"

Yığmamızın müdafiəçisi Rəşad Sadıqovun Türkiyənin superliqa təmsilçisi "Əskişə-hərspor"la ikiillik müqavilə bağladığını bilirsiz.

  "Karyeramı harda davam etdirəcəyimə "Rubin" qərar verəcək"

Berdıyev Nasimovu "Spartak"a buraxmayıb


 Qiymətləndir: 1 2 3 4 5

Hələlik bu xəbərə şərh əlavə edilməmişdir

Şərhi yalnız qeydiyyatdan keçənlər yaza bilərlər qeydiyyat

 Ana səhifə    səhifənin əvvəlinə

YAZARLAR

ƏHƏD MƏMMƏDLİ

Oliqarx
ƏN SON ŞƏRHLƏR

 ELCHIN 

 ALLAH BIZI BELE MESHGCHIDEN UZAQ ETSIN.AMIN!!!!BIR MESHQCHIKI OYUN QABAGI OYUNCHULARI SINDIRIR BUNA NE DEYESEN.GET PULSUZ DERSI TEK OYREN .BIZE DERS LAZIM ... ardı

 Samir Abbasov 

 Salam football-plus əməkdaşları, təşəkkürlər bu xəbərlə maraqlandığınız üçün. Bizim DİN və onun mətbuat xidməti artıq Azərkeşlə... ardı

Sorğu
"Bakı" "Birlik Kuboku"nda hansı nəticəni göstərəcək?
Turnirin qalibi olacaq
Finala yüksələcək
Yarımfinalçı olacaq
1/4 finaladək irəliləyəcək
Qrupda qalacaq
Maraqlı deyil



Nəticələrə bax

Qeydiyyat

Yadda saxla.



Qeydiyyat


TOP 10 POPULYAR
Anons

Rəşad Sadıqov Foqtsun müdafiəsinə qalxdı
“Hər il məşqçi dəyişir, belə olmaz” “Mən istərdim ki, Foqts daha bir neçə il Azərbaycanda qalsın. Bir ili adaptasiya üçün lazım oldu. Bu müddət Azərbaycanı, futbolçuları, çempionatı yaxından tanımağa getdi. Öyrəşmişik ki, hər il tez-tez məşqçi dəyişsin. Belə olmaz”.

Statistika
счетчик сайта website counters

Bazada məqalələrin sayı: 2142
Şərhlərin sayı: 514
Saytda onlayn say: 8

Sizin IP adres: 38.107.191.107
Sizin brauzer: CCBot/1.0 (+http://www.commoncrawl.org/bot.html)
Birbasa daxil olma!

Arxiv



TOP XƏBƏRLƏR

QALEREYALAR



XƏBƏR XƏTTİ

2005-2009 İdman qəzeti FUTBOL+ Dizayn (c) WEBMEMAR Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifelərində istifadə edildikdə müvafiq keçidin qoyulması mutləqdir.