Rəcəb "Standard"la problemini çözdü

Müəllif: SƏBUHİ NƏRİMANOĞLU
Vaxt: 2010-03-09 17:28:07

"Mən futzala bağlıyam"

 

Futzal üzrə yığmamızın üzvü Rəcəb Fərəczadə böyük futbolla vidalaşdı. Bəli, onun sabiq klubu "Standard"la üzun sürən mübahisəsi məhz bu cür nəticələndi. Fərəczadənin sumqayıtlılarla qalmaqallı şəkildə ayrılması haqda sizə məlumat vermişdik. Xatırladaq ki, Rəcəb futzal yığma-mızın heyətində Macarıstanda təşkil olunan Avropa çempionatına gedəndən sonra komandadan qovulmuşdu. Daha doğrusu, vətənə qayıdanda məvacibi ilə bağlı problemlər üzündən klub rəh-bərliyi arasında anlaşılmazlıq yaranmışdı. Buna baxmayaraq, yığmamızın qitə birinciliyin-də dördüncü yeri tutmasında müəyyən pay sahibi olan Fərəczadənin məlum problemi artıq yolu-na qoyduğunu öyrəndik. Dərhal da dünən onunla əlaqə saxlayıb, problemin həllinin təfərrüatı-nı öz dilindən eşitmək istədik. Rəcəblə söhbətdə digər maraq doğuran məsələlərə də aydınlıq gətirdik.

- Rəcəb, eşitdiyimizə görə "Standard"la problemi yoluna qoymusuz.

- Hə də, guya razılığa gəlmişəm. Bu gün, sabah pulumu verməlidilər.

- Borcunun hamısını ala bildin, yoxsa...

- Nə bilim, danışdıq və ümumi razılığa gəldik. Məbləği tam ala bilməsəm də, bir qismini verdi-lər.

- Yəni dedikləri 5000 manatı verəcəklər?

- Bəli.

- Necə razılığa gəldiz? Axı "Standard" rəhbərliyi sənə pul verməkdə o qədər də maraqlı deyil-di...

- Nə bilim. Zəng vurub danışdım, verəcəklərini dedilər. Bütün detalları aydınlaşdırdıq. Klubla bağladığım müqaviləni ikitərəfli qaydada pozduq. Tezliklə pul söhbəti də tam həll olun-malıdı.

- Deməli, böyük futboldan üzülüşdün və futzala qayıtdın...

- Üzülüşdün deyəndə, artıq "transfer pəncərəsi" bağlanıb. Bundan sonra nə edə bilərəm ki? Ya-rıyolda qalmaqdansa, müvəqqəti fiziki formamı qorumaq üçün "Araz"da oynayıram.

- Böyük futboldan ayrı düşməyin sənə necə təsir etdi?

- Bilirsiz, həyatdı də. Hamının başına iş gəlir. Gərək buna hazır olaydım. İstəmədən belə alındı. Əlbəttə ki, bunu gözləmirdim. Amma nə edə bilərəm, belə alındı. Qismətdən qaçmaq olmaz. İnşallah, qismət olar yeni mövsümdən oynayaram. Alınmazsa da... Fikrimcə, hər şey yaxşılı-ğa doğru gedir. Ümidimi üzməmişəm, ruhdan düşmək üçün ciddi əsas görmürəm.

- Futzal yığmasının heyətində Macarıstana yollandın, komanda üçün əziyyət çəkdin. Qitə bi-rinciliyini dördüncü pillədə başa vurmasında müəyyən payın oldu. "Standard" rəhbərliyi ilə məlum problemin ortaya çıxanda heç AFFA-dan deyən olmadı ki, bu uşağı niyə incidirsiz?

- Bilmirəm vallah. Heç mən AFFA-ya müraciət etməmişdim axı. Ola bilsin, AFFA-da bu haqda heç nə bilmirdilər, çünki deməmişdim. Amma incitmək deyəndə, hər şeyi yoluna qoydular və məni razı saldılar.

- Niyə müraciət etməmişdin? Hər halda, məsələni daha tez həll edə bilərdin...

- Nə bilim, buna lüzum görmədim. Fikirləşdim ki, özüm həll edərəm. "Standard" rəhbərliyi ilə əvvəl razılaşmasaq da, sonradan çıxış yolu tapdıq. Yaxınlarda pulumun qalan hissəsini də ver-məlidilər.

- Futzal yığmasının heyətində yer aldığına görə böyük futbolla vidalaşmaq məcburiyyətində qaldın. İndi necə fikirləşirsən, buna dəyərdimi?

- Niyə dəyməzdi? Ən azı Avropanın ən güclü dörd komandasından biri olduq. Fikrimcə, bu Azər-baycan idmanı üçün böyük nailiyyətdi. Heç bilinmir növbəti dəfə Avropa çempionatında bir də nə vaxt iştirak edəcəyik. 20 ildi oynayırlar, amma ruslara heç vaxt belə uğur nəsib olmamış-dı. Buna baxmayaraq, Azərbaycan həmin uğuru qazandı. Halbuki onların seçim imkanı bizdəkin-dən dəfələrlə çoxdu.

- Vəziyyətin bu həddə çatmasında az da olsa, özündə günah görürsənmi?

- Özümdə... Bəli, müəyyən günahım var. Bilirsiz ki, mən futzala bağlıyam, ona görə də yığmanın heyətində Macarıstana getdim. Bir də ki, günah deməzdim, sadəcə, zədəyə meyilli oyunçuyam.

- "Standard" rəsmiləri də hər dəfə əlaqə saxlayanda deyirdilər ki, Rəcəb zədə üzündən məşqlər-də iştirak edə bilmir, yaxud müxtəlif bəhanərlə komandadan yayınır...

- Bəhanə deyəndə ki, mənə elə gəlir, heç kim özünə düşmən deyil. Sadəcə, zədəyə çox meyilli futbolçuyam. Əzələm zəif olduğundan, mövsüm ərzində bir neçə dəfə dartılıb. Belədə bir-iki həftə oyunları buraxmalı oluram. Zədələnməyə görə olub ki, əsas heyətdə yerimi itirmişəm. Bu başqa problemdi. Böyük futbolda tez-tez zədələnirdim. Halbuki futzaldan böyük futbola keçənə qədər zədənin nə olduğunu bilmirdim. Bəlkə də bu, süni örtüklü meydançalar üzündən olur. Çünki qazonda məşq edib sonra süni örtüklü meydançalara çıxanda zədələnirəm. Özü də bununla yalnız mən üzləşməmişəm. Məsələn, internetdə oxumuşam ki, komandalar aparıcı futbolçularını hə-min meydançalarda oynamağa qoymur. Yəni həkimlər onlara icazə vermir. Bu istər Rusiyada, is-tərsə də digər Avropa ölkələrində belədi. Ola bilsin, məhz bu səbəbdən meydançanı dəyişəndə zədələnirdim.

- Yəqin tez-tez zədələnirdin deyə səni bəhanə gətirməkdə günahlandırırdılar...

- Xeyr, bəhanə deyil. Məni tanıyan yaxşı bilir ki, heç vaxt nəyəsə görə bəhanə gətirmirəm. Ye-nə deyirəm, heç kim özü-özünün qəsdinə durmayıb. Guya bəhanə gətirməklə nəyəsə nail olacam? Əksinə, məşqləri buraxıram və özümü pis vəziyyətdə qoyuram. Tutalım bu ili bir təhər "yola ver-dim". Bəs növbəti mövsüm nə edəcəm? Amma bir qayda olaraq meydana çıxsam, həm oyun praktikası qazanıram, həm də göz önündə olaram. Sadəcə, çox zədələnirdim, yəni sırf zədəyə meyilliyəm.

- Yayda yəqin ki, böyük futbola qayıtmağı düşünürsən...

- Hələ bilmirəm. Hazırda "Araz"ın heyətində məşq edirəm. Mövsüm bitsin, sonra bu haqda fi-kirləşərəm.

- "Araz"ın yeətində "Dördlər finalı"na qatılacaqsan?

- İnşallah. Böyük futbolla müqayisə etsək, bu Çempionlar Liqasının yarımfinalına bərabərdi. Yəni bizim üçün bir ilkdi. Böyük məsuliyyət tələb edən yarışdı.

- Orda uğur qazansan "Araz"ı tərk edəcəksən?

- Komandadan ayrılıb-ayrılmayacağımın buna aidiyyatı yoxdu. Fikrim olacaqsa, gedəcəm. Hər şeyi bir oyunla ölçmək düzgün deyil. Heç nə deyə bilmərəm, çünki bu haqda hələ fikirləşməmi-şəm. Qarşıdakı üç ay ərzində bacardığım qədər "Araz"a kömək etməyə çalışacam. Sonrasına ba-xarıq.

- "Araz"ın ölkə çempionatında keçirdiyi son oyunlarında yəqin ki, iştirak etmisən. Komandan bu mövsüm ilk məğlubiyyətini "Ekol"dan aldı. Gözlənilməz yenilginin səbəbini izah edə bi-lərsən?

- Futboldu də, nə bilim. Biz qol vurmadıq, əvəzində onlar fərqləndi. Korlarla, karlarla, şikəstə-lərlə oynamırıq ki. Onlar da bizim kimi futbolçudu. Düzdü, uduzmamalı idik. Hesabda iki top geridə idik. Amma fərqi minimuma endirməyimizə baxmayaraq, məğlub olduq. Beş ildi "Araz"ı ta-nıyıram, bəlkə də ilk dəfədi məğlub oluruq.

- Naxçıvan təmsilçisi son illərin dəyişməz çempionudu, neçə mövsümdü uduzmurdu. Səncə, bu bir qədər qəribə deyilmi?

- Özümüzə də qəribə gəlir. Ola bilsin, oyuna arxayın çıxmışdıq, yaxud lazımınca köklənmə-mişdik. Ona görə də bizi cəzalandırdılar. Yəqin mənə və bütün uşaqlara dərs olar.

- Bəzi fikirlər də gəzir ki, guya "Araz" oyunu bilərəkdən uduzdu...

- Yox. Belə şey heç vaxt ola bilməz. Fikrimcə, onu deyənlər ən azı futboldan başı çıxmayan adamlardı. "Araz"ın əsas izləyicisi "Neftçi" ilə arasında cəmi 3 xallıq fərq var. Onlara da uduzsaq, çempionluğu itirəcəyik. Amma "Ekol"la heç-heçə etsəydik, dəqiq çempion olardıq. Mən "Araz"ı tanıyandan elə bir şey olmayıb, olmayacaq da. Belə işlərlə məşğul olmaqdansa, oynama-maq yaxşıdı.

Baxılıb: 91       şəkilə bax

FACEBOOK-da paylaş
Bu xəbəri dostuna göndər

Sizin adınız

Sizin Email
Dostunuzun adı

Dostunuzun Emaili

ƏN SON MüSAHiBƏLƏR

  Devran Rəşad Sadıqova məsləhət verdi

"Onlara baş əyib minnətdarlığımı bildirəcəm"

  "Anji"nin azərbaycanlı rəisi "Futbol+"ə danışdı

"Şükürov öz işini bilən peşəkardı"

  "Uğursuzluq zolağına düşdünsə, getməlisən"

Dzodzuaşvili öz bayrağını qaldırmaq istəyir

  Rəşad Sadıqov: "Ümid edirəm ki, "Əskişəhərspor"da uzun müddət top qovacam"

Yığmamızın müdafiəçisi Rəşad Sadıqovun Türkiyənin superliqa təmsilçisi "Əskişə-hərspor"la ikiillik müqavilə bağladığını bilirsiz.

  "Karyeramı harda davam etdirəcəyimə "Rubin" qərar verəcək"

Berdıyev Nasimovu "Spartak"a buraxmayıb


 Qiymətləndir: 1 2 3 4 5

Hələlik bu xəbərə şərh əlavə edilməmişdir

Şərhi yalnız qeydiyyatdan keçənlər yaza bilərlər qeydiyyat

 Ana səhifə    səhifənin əvvəlinə

YAZARLAR

ƏHƏD MƏMMƏDLİ

Oliqarx
ƏN SON ŞƏRHLƏR

 ELCHIN 

 ALLAH BIZI BELE MESHGCHIDEN UZAQ ETSIN.AMIN!!!!BIR MESHQCHIKI OYUN QABAGI OYUNCHULARI SINDIRIR BUNA NE DEYESEN.GET PULSUZ DERSI TEK OYREN .BIZE DERS LAZIM ... ardı

 Samir Abbasov 

 Salam football-plus əməkdaşları, təşəkkürlər bu xəbərlə maraqlandığınız üçün. Bizim DİN və onun mətbuat xidməti artıq Azərkeşlə... ardı

Sorğu
"Bakı" "Birlik Kuboku"nda hansı nəticəni göstərəcək?
Turnirin qalibi olacaq
Finala yüksələcək
Yarımfinalçı olacaq
1/4 finaladək irəliləyəcək
Qrupda qalacaq
Maraqlı deyil



Nəticələrə bax

Qeydiyyat

Yadda saxla.



Qeydiyyat


TOP 10 POPULYAR
Anons

Rəşad Sadıqov Foqtsun müdafiəsinə qalxdı
“Hər il məşqçi dəyişir, belə olmaz” “Mən istərdim ki, Foqts daha bir neçə il Azərbaycanda qalsın. Bir ili adaptasiya üçün lazım oldu. Bu müddət Azərbaycanı, futbolçuları, çempionatı yaxından tanımağa getdi. Öyrəşmişik ki, hər il tez-tez məşqçi dəyişsin. Belə olmaz”.

Statistika
счетчик сайта website counters

Bazada məqalələrin sayı: 2142
Şərhlərin sayı: 514
Saytda onlayn say: 8

Sizin IP adres: 38.107.191.105
Sizin brauzer: CCBot/1.0 (+http://www.commoncrawl.org/bot.html)
Birbasa daxil olma!

Arxiv



TOP XƏBƏRLƏR

QALEREYALAR



XƏBƏR XƏTTİ

2005-2009 İdman qəzeti FUTBOL+ Dizayn (c) WEBMEMAR Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifelərində istifadə edildikdə müvafiq keçidin qoyulması mutləqdir.