Birinci divizionda sonuncudan əvvəlki tur oynanılıb. Premyer-liqaya çıxmağa iddialı hər üç komanda - "Bakılı", MOİK və "Gəncə" turu qələbəylə başa vursalar da, birincilə-rin çempion ola bilməyəcəyi artıq bəllidi.
Həftəsonu birinci divizionda da sonuncudan əvvəlki - 21-ci tur oynanılacaq. Çempion-luq uğrunda mübarizə aparan 3 komandadan - MOİK, "Gəncə" və "Bakılı"dan sonuncuların işi daha asan olacaq. Misir Əbilovun komandası autsayder "Ədliyyə" ilə qarşılaşacaq. Həm də bakılılar bu gün meydana çıxacaq. Digər iddialılar isə bazar günü çətin rəqib-lərlə qarşılaşacaq.
Premyer-liqada olduğu kimi, birinci divizionda da mübarizə həlledici mərhələyə qədəm qoyub. Aşağı dəstə klublarını daha aşağı yuvarlanmaq təhlükəsi gözləmədiyindən əsas mübarizə elitaya iki vəsiqə uğrunda gedir. Düzdü, hələ bilinmir ki, AFFA İcraiyyə Komitəsi aprelin 27-də hansı qərarı verəcək.
Bazar günü baş tutan üç oyunla birinci divizionda 16-cı turun oyunlarına yekun vrulub. Heç şübhəsiz, əsas diqqətlər şənbə günü keçirilən oyunlara yönəlmişdi. Təsadüfi deyil ki, turnir cədvəlinin ilk üç pilləsini zəbt edən komandalar məhz ilk oyun günü meydana çıxırdı. Bu turda iddialılardan "Bakılı" autsayder "ANŞAD-Petrol"u çətinlik çəkmədən yendi. Rəqib qapısından iki cavabsız top keçirən paytaxt təmsilçisi belədə bir-biriylə görüşən "Gəncə" və MOİK-lə xal fərqini xeyli azaltmış oldu. Turun mərkəzi oyununda isə qalib müəyyənləşmədi. Baxmayaraq ki, gəncəlilər matçın böyük hissəsini hesabda üstün durumda keçirdi. "Hərbçilər" məğlubiyyətdən matçın əsas vaxtının son dəqiqəsində qurtula bildi. Şənbə günü həmçinin "Şahdağ" gözlənilmə-dən "MKT-Araz"ı məğlub etdi. Yenilgi elitaya dönməyə iddialı olan imişliləri iddiasından xeyli uzaq saldı.
Birinci divizionda oyunları şənbə və bazar günü baş tutan 15-ci turun nəticələriylə tanışsız. Əlavə edək ki, ikinci dövrənin startından bu yana ilk dəfə turda bütün oyunlar baş tutdu. Başqa sözlə, sponsor axtarışında olan "ANŞAD-Petrol" da uzun fasilədən sonra çıxışını bərpa etdi. Ancaq neftçalalıların problem içində boğulduğu açıq-aydın görünür. Əyalət təmsilçisinin Ba-kıya cəmi 14 futbolçuyla gəlməsi də bundan xəbər verir. Başqa sözlə, məşqçilər korpusu hətta "18-liy"i bərpa etməkdə belə çətinlik çəkir. Bu azmış kimi, "ANŞAD-Petrol"un futbolçularından Ruslan Əkbərov MOİK-lə matçın 53-cü dəqiqəsində birbaşa qırmızı vərəqəylə meydandan qovuldu. Bu o deməkdi ki, neftçalalılar növbəti oyun üçün 13 nəfərlə qalıb.
Birinci divizionda 14-cü tur da təxirəsalmayla start götürəcək. Bu gedişlə "ANŞAD-Petrol" çı-xışını dayandırmalı olacaq. Ancaq hələ ki Peşəkar Futbol Liqası Neftçala təmsilçisinin oyunların təxirə salınmasıyla bağlı xahişlərini qəbul edir. Neftçala təmsilçisinin "MKT-Araz"la görüşü də qeyri-müəyyən vaxta keçirilib.
ALLAH BIZI BELE MESHGCHIDEN UZAQ ETSIN.AMIN!!!!BIR MESHQCHIKI OYUN QABAGI OYUNCHULARI SINDIRIR BUNA NE DEYESEN.GET PULSUZ DERSI TEK OYREN .BIZE DERS LAZIM ... ardı
2005-2009 İdman qəzeti FUTBOL+ Dizayn (c) WEBMEMAR Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifelərində istifadə edildikdə müvafiq
keçidin qoyulması mutləqdir.