TOP XƏBƏR BÖLMƏSİ

ALMANİYA - AZƏRBAYCAN: 3 GÜN QALDI

Əlavə olunma vaxtı: 2010-09-05 22:58:10

Müəllif: SƏBUHİ TOFİQOĞLU

Sabiqlər rəqibin adından çəkinməməyi məsləhət bildi

Torres: "Almaniya ilə oyun o qədər də çətin olmamalıdı"

Millimiz yenə çətin sınaq qarşısındadı. Komandamız sentyabrın 7-də AÇ-2012-in seç-mə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Rəqib son mundialın bürünc medalçısı Almaniyadı. Bundestimlə duel bizim üçün yenilik deyil. Bildiyiniz kimi, almanlarla DÇ-2010-un seçmə mərhələsində bir qrupda mübarizə aparmışıq. Bu səbəbdən "alman ma-şını"nın gücünə bələdik. Səfərdən qələbə ilə dönəcəyimiz real görünməsə də, heç ol-masa, layiqli müqavimət göstərməliyik. Əvvəlki oyunlarda qeydə alınan nəticələr ürə-kaçan olmasa da, seçmə mərhələnin növbəti matçlarına ümidlə baxmaq üçün Almaniya ilə oyunda qənaətbəxş nəticə əldə etmək vacibdi. Amma "böyük beşlik" ölkələrinin yığma-ları ilə qarşılaşmalarımızı uğurlu saymaq da olmaz.

Baxılıb: 41    Reytinq:


ALMANİYA - AZƏRBAYCAN: 4 GÜN QALDI

Əlavə olunma vaxtı: 2010-09-03 20:43:53

Müəllif: futbol+

Yığmamızı Kölndə nə qədər azarkeş dəstəkləyəcək?

Mütəxəssislər 3-4 min deyir

 

Almaniya - Azərbaycan oyununa cəmi 4 gün qaldı. Avropa çempionatının ilk seçmə oyu-nunda istənilən turnirin favoritlərindən sayılan komandalardan biriylə qarşılaşma-ğımıza rəğmən, bu görüşdən nəsə gözləyənlər də var. İşıq ucu görünürsə, hər kiçik de-talı xeyrimizə ola biləcək amil saymaq heç də yersiz deyil.

Baxılıb: 70    Reytinq:


Əzəli rəqiblər zirvədə

Əlavə olunma vaxtı: 2010-08-31 22:19:25

Müəllif: futbol+

Premyer-liqanın 4-cü turu əvvəlkilərdən daha maraqlı alındı. Bu da tur çərçivəsində lider mövqeyində qərarlaşan komandaların bir-biriylə qarşılaşmasından irəli gəlir. Üç turdan sonra 7 xalla turnir cədvəlinə başçılıq edən komandalardan "İnter" "Neft-çi"ni, AZAL isə "Xəzər Lənkəran"ı qəbul etdi. Ötən mövsüm keçirdiyi 4 görüşdə "ban-kirlər"i yenə bilməyən "Neftçi" ardıcıl 3-cü oyundan qalib ayrıldı. "Ağ-qaralar"ın bu oyunlarda həmçinin qapısını toxunulmaz saxlaması da qeyd olunmalıdı. Bir sözlə, Arif Əsədovun başçılıq etdiyi komanda "İnter"i yenməklə çempionluğa nə qədər iddia-lı, o cümlədən qadir olduğunu nümayiş etdirdi. Qurban Qurbanov, Toni Adams, Qyoko Ha-cievski və Kaxaber Tsxadadze kimi təcrübəli məşqçilərin başçılıq etdiyi komandalar-la duellərdən üzüağ çıxan Əsədov rəqiblərinin ona hörmət etməli olmalarıyla bağlı mesaj verdi.

Baxılıb: 96    Reytinq:


Yalnız "Futbol+"də

Əlavə olunma vaxtı: 2010-08-29 18:03:17

Müəllif: HUŞƏNG

"Unibank" PFL-lə işbirliyindən narazıdı

Baxılıb: 133    Reytinq:


"Qarabağ" Avroliqayla vidalaşdı

Əlavə olunma vaxtı: 2010-08-27 18:30:28

Müəllif: futbol+

Son dəqiqə qolu vida görüşünü korladı

 

Avropa Liqası, pley-off mərhələsi, cavab oyunu

QARABAĞ - BORUSSİYA (DORTMUND) 0:1 (0:0)

"Qarabağ" zəfər yürüşünü davam etdirmək və Avroliqanın qrup mərhələsinə düşmək şanslarını Dortmundda "dəfn etmişdi". Komandanın baş məşqçisi Qurban Qurbanov və bəzi futbolçular mərhələ adlamaq şansının qaldığını bildirsə də, bunun candərdi de-yilən fikir olduğunu hər kəs başa düşürdü. Eyni vəziyyətlə "Borussiya" da üzləşsəydi, 0:4-ü ümumi qələbəyə çevirməsi cüzi faizlə dəyərləndirilərdi. Buna rəğmən, azarkeşlər "Qarabağ"dan təsəlli üçün qələbə, yaxud heç-heçə istəyirdi. İnsafən, stadiona da az adam gəlməmişdi. Protokolda tamaşaçı sayı nəhs rəqəmlə - 13 min göstərilsə də, bunun bir qədər də çox olduğunu deyə bilərik. Amma cari mövsüm avrokuboklarda azarkeşlərə xeyli sevinc bəxş edən Qurban Qurbanovun yetirmələri ürəyəyatan vida görüşü təşkil edə bilmədi. Hərçənd ki, komandamız 90 dəqiqə qapısını toxunulmaz saxladı...

Baxılıb: 77    Reytinq:


Meydandan qovulanlar dilə gəldi

Əlavə olunma vaxtı: 2010-08-25 16:31:53

Müəllif: HƏBİB

Komitə sədri Vüsal Əliyevə haqq qazandırır

Ölkə çempionatının 3-cü turu heç də qalmaqalsız ötüşmədi. Bazar günü turun prinsi-pial qarşılaşması olan "Bakı"-"Qəbələ" görüşündə ev sahibləri 2:1 hesabıyla qələbə qazansa da, hakimliklə bağlı ciddi narazılıqlar müşahidə etmək mümkün idi. Bölgə təmsilçisinin qapısına ehtiyac olmayan anda 11 metrlik cərimə zərbəsinin təyin edil-məsi, eləcə də ayrı-ayrı epizodlarda üç futbolçuya qırmızı vərəqə göstərilməsi heç də Vüsal Əliyevin qətiyyətindən xəbər vermir.

Baxılıb: 103    Reytinq:


Zirvənin dörd yiyəsi var

Əlavə olunma vaxtı: 2010-08-23 23:08:50

Müəllif: futbol+

"Bakı" əzmkar qələbəylə özünə gəldi

 

Unibank premyer-liqasının 3-cü turu da arxada qaldı. Bu isə o deməkdi ki, artıq koman-daların hazırlıq səviyyəsinə, kimin iddiasına uyğun gücə sahib olub-olmadığına da qiymət vermək mümkündü.

AZAL cari mövsüm medallar uğrunda mübarizə aparacağını bəyan etsə də, Gəncədəki oyun "təyyarəçilər"in hələ ortabab statusundan qurtulmadığına işarədi. Ümumiyyətlə, oyun planında AZAL-da problemlərin olduğunu deyə bilərik. Belə çıxır ki, "Bakı" üzərində qələbə hardasa təsadüfdü. Çünki ötən tur "Turan" üzərində qələbənin memarı "təyyarəçi-lər" özləri yox, laysman olmuşdu. Bu dəfə də belə...

Baxılıb: 159    Reytinq:


Dortmundda Ermənistan bayrağı və "Qarabağ" adına veto!

Əlavə olunma vaxtı: 2010-08-22 15:12:32

Müəllif: FUTBOL+

Biz də Stalinin portretini götürək...

p> 

"Qarabağ"ın səfər oyunu ilə bağlı AFFA və klub səviyyəsində təşkilatçılıqla bağlı hansısa qeyri-adi nümunələr olacağına dair anonslar səslənsə də, teletranslyasiya za-manı bunun real əksini görmədik. Əvəzində ən azı iki qanqaraldan məqam var. Bunlardan birincisi oyunun yayın hüququna malik olan Almaniyanın məşhur ZDF kompaniyası-nın hansısa siyasi mülahizələri əsas gətirərək, "Qarabağ"ı "Ağdam" adı ilə təqdim et-məsidi. Bu haqda açıqlamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbra-himov verib. Onun sözlərinə görə, həmin oyun telekanal tərəfindən "Borussiya" - "Ağ-dam" oyunu kimi təqdim edilib. İbrahimov "Qarabağ" adının verilməsinin Qarabağ mü-naqişəsi ilə bağlı Azərbaycan üçün təbliğat xarakteri daşıyacağını deyərək, Almani-ya kanalının bunun qarşısını aldığını bildirib: "Onlar "Qarabağ" futbol klubunu "Ağdam" klubu kimi təqdim etdi".

Baxılıb: 276    Reytinq:


"Borussiya" "Qarabağ"ı 41 dəqiqəyə bitirdi

Əlavə olunma vaxtı: 2010-08-20 21:05:56

Müəllif: HUŞƏNG

Kapitan komandasını "dəfn etdi"

Avropa Liqası, pey-off mərhələsi, ilk oyun

BORUSSİYA (DORTMUND, ALMANİYA) - QARABAĞ 4:0 (4:0)

Dünən bütün Azərbaycanın gözü Almaniyanın tamaşasından göz doymayan stadionla-rından olan "Siqnal İduna Park"a yönəlmişdi. Təbii ki, adi azarkeş həyəcan keçirir-disə, "Qarabağ"ın üzvlərində həm də məsuliyyət yükünün olduğunu nəzərə alsaq, komanda-mızın üzərindəki təzyiq əvvəlki mərhələlərdən heç də az deyildi. İlk dəfə belə sanbal-lı rəqiblə üzləşən "Qarabağ" cari mövsüm avrokuboklarda məğlubiyyətsizlik seriyası-nı davam etdirməyə çalışmalıydı. Hətta minimal hesablı yenilgi də komandamızın qrup mərhələsinə düşmək, beləliklə, ən yeni tarix yazmaq şansını azı bir həftə qoru-masına imkan yaradacaqdı.

Baxılıb: 154    Reytinq:


Adamsla Şefer autsayderlər cərgəsində

Əlavə olunma vaxtı: 2010-08-17 22:19:52

Müəllif: futbol+

Yubiley qolu növbəti tura qaldı

 

Premyer-liqada sular durulmağa başlayır. 2-ci tur bəzi elita iştirakçılarının ciddi qərarlar qəbul etməli olduğunu göstərdi. "Turun sensasiyası" nominasiyasının qalibi yenə "Bakı" oldu. İndiyə qədər nəinki rəqibinə qalib gəlməyən, heç doğma meydanda onla-ra qol vurmağı bacarmayan "Muğan" yeni transferi Anxel Qutyerresin köməyi ilə tilsi-mi qırdı. Turun mərkəzi qarşılaşmasına gəlincə, daha hazır görünən "Neftçi" rəqi-bindən 3 xalı "oğurlaya" bildi. Bu mövsüm ölkə çempionatına qazandırılan dünya şöh-rətli məşqçilər - Vinfrid Şefer və Toni Adams isə, qələbə bir yana, xal üzünə həsrət-di. Hər iki klubun rəhbərliyinə səbr diləmək hazırda vəziyyətdən yeganə çıxış yolu-du. "İnter, "Xəzər Lənkəran" və AZAL sürprizə imkan verməyərək bu turu da itkisiz başa vurdu. 6 xala malik 3 komandadan daha yaxşı top fərqinə malik "bankirlər" bir addım öndədi.

Baxılıb: 114    Reytinq:


"Qarabağ"sız turda yubiley qolu kimin ayağına yazılacaq?

Əlavə olunma vaxtı: 2010-08-15 10:40:20

Müəllif: MİRAĞA

Arif Əsədov uğursuz seriyaya son qoymalıdı

Baxılıb: 132    Reytinq:


Azərbaycan - Küveyt 1:1 (1:0)

Əlavə olunma vaxtı: 2010-08-13 22:07:53

Müəllif: futbol+

Küveytlə oyunda gördüklərimiz

Bu yığma bundestimlə oyuna hazır deyil

 

Millimiz AÇ-2012-nin seçmə mərhələsinin məsul oyunları ərəfəsində son yoldaşlıq oyununu Bakıda Küveyt yığmasına qarşı keçirdi. Berti Foqtsun yetirmələri qələbə qa-zanmalı olduğu halda, 1:1 hesablı heç-heçəylə kifayətləndi. 90 dəqiqə ərzində milli-nin çıxışında çoxsaylı çatışmazlıqlar gözə dəydi. Başqa sözlə, asiyalılarla dueldə meydana çıxan futbolçuların göstərdiyi oyun və əldə etdiyi nəticə gələcəyə nikbin baxmağa heç bir əsas vermədi.

Baxılıb: 119    Reytinq:


"Qarabağ"da şok: Əfran İsmayılov 4-6 aylığa sıradan çıxdı!

Əlavə olunma vaxtı: 2010-08-11 11:15:58

Müəllif: NİHAT

Qurbanov və Çəlikəl Türkiyəyə yollandı

 

"Qarabağ" ötən yay Rəşad Sadıqovla bağlı analoji problemlə üzləşmişdi. "Tvente"ylə səfərdə keçirilən ilk oyunu buraxan millinin kapitanının yoxluğunda Ağdam təmsilçi-si enshedelilərə 1:3 hesabıyla uduzmuşdu. İndiyə qədər bu məqamı təəssüflə yada salı-rıq ki, Rəşad oynasaydı, "Qarabağ" bəlkə də 3-cü mərhələyə adlayacaqdı.

Baxılıb: 207    Reytinq:


Mövsüm "qol yağışı"yla açıldı

Əlavə olunma vaxtı: 2010-08-09 23:29:54

Müəllif: futbol+

Tur 1:1-lə başladı, 1:1-lə bitdi

 

19-cu çempionat başladı, nə başladı? Açılış turundakı məhsuldarlıq diqqət çəkməyə bilməz. Deyəsən, bu, premyer-liqaya aid ən aktual mövzuya çevriləcək, daim müzakirə olu-nacaq. Hələ əvvəlcədən premyer-liqa klublarının qapıçıları şüvən qaldırmışdılar ki, "Jabulani" onların işini ağırlaşdıracaq. Altı oyunda qapılara 18 qol (orta hesab-la hər oyuna 3 top) vurulmasını ümumilikdə "Jabulani"nin boynuna yıxmasaq da, təkcə "Bakı" - AZAL görüşündə vurulan 5 qoldan azı üçünü qapıçıların ayağına yaza bilərik. Deyək ki, Aqil Məmmədov təcrübəsizdi, Elşən Poladova nə olub? Şərhimizi elə paytaxt derbisiylə davam etdiririk...

Baxılıb: 215    Reytinq:


"Qarabağ" pley-offda!

Əlavə olunma vaxtı: 2010-08-06 22:26:16

Müəllif: futbol+

Polşalılar Bakıda da diz çökdü!

 

Avropa Liqası, üçüncü təsnifat mərhələsi, cavab oyunu

QARABAĞ (AZƏRBAYCAN) - VİSLA (POLŞA) 3:2 (3:0)

Dünən gecə 30 min, hələ ondan da artıq insanı (protokolda göstərilən 29 min belə yeni rekorddu) mərkəzi arenaya "Qarabağ"a olan hədsiz inam gətirmişdi. Səfərdə "Visla"nı minimal hesabla üstələyən Qurban Qurbanovun yetirmələrinin tarixi şansı əldən verə-cəyinə ən bədbin azarkeş belə inanmırdı. Komandamız bu inamı yerə vurmadı və möhtə-şəm qələbə qazanaraq gecənin sürprizini gerçəkləşdirdi.

Baxılıb: 357    Reytinq:

1 | 2 | 3 | 4 | 5 | 6 | sonrakı | sonuncu
YAZARLAR

ƏHƏD MƏMMƏDLİ

Oliqarx
ƏN SON ŞƏRHLƏR

 ELCHIN 

 ALLAH BIZI BELE MESHGCHIDEN UZAQ ETSIN.AMIN!!!!BIR MESHQCHIKI OYUN QABAGI OYUNCHULARI SINDIRIR BUNA NE DEYESEN.GET PULSUZ DERSI TEK OYREN .BIZE DERS LAZIM ... ardı

 Samir Abbasov 

 Salam football-plus əməkdaşları, təşəkkürlər bu xəbərlə maraqlandığınız üçün. Bizim DİN və onun mətbuat xidməti artıq Azərkeşlə... ardı

Sorğu
"Bakı" "Birlik Kuboku"nda hansı nəticəni göstərəcək?
Turnirin qalibi olacaq
Finala yüksələcək
Yarımfinalçı olacaq
1/4 finaladək irəliləyəcək
Qrupda qalacaq
Maraqlı deyil



Nəticələrə bax

Qeydiyyat

Yadda saxla.



Qeydiyyat


TOP 10 POPULYAR
Anons

Rəşad Sadıqov Foqtsun müdafiəsinə qalxdı
“Hər il məşqçi dəyişir, belə olmaz” “Mən istərdim ki, Foqts daha bir neçə il Azərbaycanda qalsın. Bir ili adaptasiya üçün lazım oldu. Bu müddət Azərbaycanı, futbolçuları, çempionatı yaxından tanımağa getdi. Öyrəşmişik ki, hər il tez-tez məşqçi dəyişsin. Belə olmaz”.

Statistika
счетчик сайта website counters

Bazada məqalələrin sayı: 2142
Şərhlərin sayı: 514
Saytda onlayn say: 8

Sizin IP adres: 38.107.191.105
Sizin brauzer: CCBot/1.0 (+http://www.commoncrawl.org/bot.html)
Birbasa daxil olma!

Arxiv



TOP XƏBƏRLƏR

QALEREYALAR



XƏBƏR XƏTTİ

2005-2009 İdman qəzeti FUTBOL+ Dizayn (c) WEBMEMAR Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifelərində istifadə edildikdə müvafiq keçidin qoyulması mutləqdir.