11 dek 14:04statistika, manset

Rəqəmlər, faktlar...

* "Qəbələ” Avroliqanın qrupunda xal qazanmayan yeganə komanda oldu. "Qırmızı-qaralar” bu mərhələdə bu göstəirici ilə fərqlənən 4-cü iştirakçıdı. 2014/15 mövsümündə "Metallist” (Ukrayna) və "Slovan” (Slovakiya), 2011/12 mövsümündə isə "Şemrok Rovers” (İrlandiya) qrupda hesabına xal yaza bilməmişdi.

* Reynaldonun "Fiorentina” ilə qarşılaşmada vurduğu qol yubiley xarakteri daşıyıb. Bu top klublarımızın Avroliqanın qrupundakı 25-ci qolu olub. Təmsilçilərimiz 36 matçda bunu gerçəkləşdirib. 2012/13 mövsümündə "Neftçi” 4, 2014/15 futbol ilində isə "Qarabağ” 3 qol vurub. Ötən mövsüm ağdamlılar 4, "Qəbələ” 2 dəfə fərqlənib. Cari mövsüm isə "Qarabağ” 7, qəbələlilər 5 dəfə rəqib qapısına yol tapıb. Həmçinin Reynaldo qol həsrətinə də son qoyub. Braziliyalı legioner beynəlxalq arenada 141 gündən sonra fərqlənib. O, sonuncu dəfə iyulun 20-də, ÇL-in 2-ci mərhələsində "F91 Düdelanj”la Lüksemburqda keçirilən oyunda rəqib qapısına yol tapmışdı. Bu, Reynaldonun "Qarabağ”ın heyətində avrokuboklardakı 11-ci qolu olub. "Sambaçı” bununla da özünün rekordunu yeniləyib. Belə ki, braziliyalı klublarımızın heyətində avrokuboklarda ən çox qol vuran futbolçudu.

* "Qarabağ”ın avrokuboklarda ev oyunlarındakı məğlubiyyətsiz seriyası qırılıb. Təmsilçimiz cari mövsüm doğma meydanda ilk yenilgisini "Fiorentina” ilə görüşdə alıb. Bununla 5 oyunluq seriya başa çatıb. Belə ki, "Qarabağ” daha öncə "doğma divarlar” arasında "F91 Düdelanj”ı (2:0), "Göteborq” (3:0) və PAOK-u (2:0) məğlub etmiş, Çexiya klubları "Viktoriya” (1:1) və "Slovan”la (2:2) heç-heçəyə razılaşmışdı. Son məğlubiyyət ötən mövsümün son ev oyununda yaşanmışdı. 2015-ci il noyabrın 26-da İngiltərə "Tottenhem”inə 0:1 hesabı ilə yenilən təmsilçimiz 378 gündən sonra azarkeşlərini üzüb.

* "Qarabağ” avrokuboklarda rekorda imza atıb. Söhbət qrupda vurulan qol sayından gedir. Qurban Qurbanovun yetirmələri mövsümü 7 qolla başa vurub. Bu, 6 oyunda orta hesabla 1,67 qol deməkdi. Heç bir klubumuz qrupda bu qədər qol vurmayıb.

* Asif Məmmədov avrokuboklarda yubiley oyununu keçirib. "Maynts-05”lə görüş "Qəbələ”nin yarımmüdafiəçisı üçün qitəmiqyaslı turnirlərdə 30-cu matç olub. Asif avrokuboklarda rəqib qapılarına 3 qol vurub. Onun avrokuboklardakı debütü 10 il əvvəl baş tutub. "MKT-Araz”da çıxış edən Məmmədov 2006-cı il iyunun 17-də "Tiraspol”la doğma meydandakı qarşılaşmada forma geyib. Həmin vaxt 1:0 hesablı qələbəyə sevinən yarımmüdafiəçi avrokuboklarda 4 klubun şərəfini qoruyub. O, "Qəbələ” və "MKT-Araz”la yanaşı, "Xəzər Lənkəran” və "İnter”də bu həyəcanı yaşayıb. Qeyd edək ki, Asifin 30 avrokubok matçından 15-i "Qəbələ”nin heyətində gerçəkləşib.

* Bizim üçün başa çatan 2016/17 avrokubok mövsümü bir sıra göstəricilərlə diqqəti çəkib. Son oyunlarla qitəmiqyaslı turnirlərdəki matç sayı 34-ə çatıb. "Qəbələ” 14, "Qarabağ” 12, "Neftçi” və "Kəpəz” hərəyə 4 qarşılaşmaya çıxıb. Bu, oyun sayında rekord olan ötən mövsümün göstəricisinin təkrarıdı. Bir il öncə də klublarımız mövsümü 34 matçla qapamışdı. Bu dəfə təmsilçilərimiz ümumilikdə 11 qələbə qazanıb. Bu isə tarixə görünməmiş nəticə kimi düşüb. 9 qələbə qazandığımız 2014/15 mövsümü arxada qoyulub. Komandalarımız həm də rekord sayda - 38 qol vurub. 29 qollu 2012/13 mövsümünün nailiyyəti 9 top yaxşılaşdırılıb. Lakin antirekordlar da var. Belə ki, təmsilçilərimiz ümumilikdə 16 dəfə məğlub olub. Bu ötən mövsümlə müqayisədə 4 matç artıqdı. Keçən il 12 dəfə uduzmuşduq. 42 qol buraxan 4 klubumuz 1 il əvvəlki antirekordu kölgədə qoyub. Həmin vaxt təmsilçilərimizin qapısından 36 qol keçmişdi.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:11 Mehdi AZAL-ı seçməyindən məmnundu Dünən, 13:09 Olimpiya çempionu “Kəpəz”dən danışdı Dünən, 13:07 “Traktorsazi” əzəli rəqibinə qalib gəldi Dünən, 13:05 Əvəzedicilərin çempionatında həlledici sonluq Dünən, 13:03 Şimallılar üçün mövsümün son oyunu Dünən, 13:02 Avstriya “Qarabağ”ı Bakıda futbolçu seçəcək Dünən, 13:00 İlümjinov Şəmkiri Linaresə bənzədir Dünən, 12:58 Teymur titulu Şəhriyardan almaq üçün əlindən gələni edəcək Dünən, 12:56 Şəmkirdə 100 min avro uğrunda mübarizə başlayır Dünən, 12:53 Finalın hakimi kim olacaq? Dünən, 12:51 MOİK islahatlara başladı: 8 futbolçu qovuldu Dünən, 12:50 Qətərdən səs çıxdı, diskdən yox Dünən, 12:45 “Sumqayıt” Kamerun yığması ilə qarşılaşacaq Dünən, 12:43 Premyer-liqanın üç klubu "Qarabağ"ı təbrik etməyib Dünən, 12:42 Oynadı və “sarı” aldı Dünən, 12:40 Çempion ola bilməməyin səbəbini dedilər... Dünən, 12:38 “Qarabağ” “qızıl”a “Azərsun Arena”da qovuşacaq Dünən, 12:36 “Mehdi Hüseynzadə”də işlər dayanıb Dünən, 12:35 Yaşar Vahabzadə İslamiadanın təqvimindən razıdı Dünən, 12:33 Eltac Səfərli İsveçrəni “fəth etdi” Dünən, 12:31 Sergey Karyakin Vüqarın məzarını ziyarət etdi Dünən, 12:30 İslamiada xəbərləri Dünən, 12:28 Simaitis ehtiyatda qalmasını normal qarşılayır 22-04-2017, 00:49 Qrupda qaldıq... 22-04-2017, 00:47 Tellur özündən razı deyil 22-04-2017, 00:45 Dreksa qayıdır, Petrov “Zirə”yə qarşı oynamayacaq 22-04-2017, 00:42 “Eurosport” Adamsın Azərbaycan gündəliyini vərəqlədi 22-04-2017, 00:40 Ölkə çempionları bəllidi 22-04-2017, 00:39 Qonaqlar xala da, qola da həsrət qaldı 22-04-2017, 00:37 İştirakçıların çoxluğu Neymarı təəccübləndirib 22-04-2017, 00:34 Avroliqaya sonuncu vəsiqə kimin olacaq? 22-04-2017, 00:33 "Yaz turniri" başlayıb 22-04-2017, 00:31 4000 manata başa gələn 1 xal 22-04-2017, 00:30 Nicat Muxtarov 3200 manat ziyana düşdü 22-04-2017, 00:28 Təbriz Həsənov Makedoniyanı AÇ-dəki hansı rəqibimizə oxşatdı? 22-04-2017, 00:27 PFL “gümüş”lə “bürünc”ü Qəbələyə aparır 22-04-2017, 00:25 “İnter” dağılır: Səlahət gedir, başqaları son iki turu gözləyir 22-04-2017, 00:24 Maşallah Əhmədovun məsələsi yenidən araşdırılacaq 22-04-2017, 00:23 “Qarabağ” nominal meydan sahibi oldu 22-04-2017, 00:22 Klublar Komitəsi mövsümün sonunu gözləyir 22-04-2017, 00:17 Alina Kabayeva gimnastikamızdan ağızdolusu danışdı 22-04-2017, 00:16 Jidkova yığmanın uğur qazanacağına inanır 22-04-2017, 00:14 İslamiada xəbərləri 22-04-2017, 00:12 Avropa çempionatına iki “bürünc”lə başladıq 22-04-2017, 00:11 Fətəliyevanın məğlubiyyətsizlik seriyası qırıldı 22-04-2017, 00:09 Jurnalistlər “Xəzər Lənkəran”ı qınayır 19-04-2017, 20:19 Mənsimovlar, Hadisənin ayaqları altına səpdiyiniz pulumuzu qaytarın! 19-04-2017, 20:17 AFFA və PFL-dən Əsgər Abdullayevi təbrik etməyiblər 19-04-2017, 20:15 “Qırmızı”sız tur və 3500 tovuzlu 19-04-2017, 20:13 HAKİMLƏRİN MÜHAKİMƏSİ 19-04-2017, 20:11 Avropa Liqasının təqvimi müəyyənləşdi 19-04-2017, 20:09 Yığma kluba uduzdu 19-04-2017, 20:08 “İnter”də maaş problemi davam edir 19-04-2017, 20:06 TURUN SİTATI 19-04-2017, 20:04 TURDAN MƏQAMLAR 19-04-2017, 20:01 Niyə “Qəbələ” yox, “Qarabağ”? 19-04-2017, 19:59 TURUN OYUNÇUSU Bütün xəbərlər
Ən çox oxunanlar