14 dek 13:32statistika

4441 oyunda 11402 qolsalmsalsadas

Apasport.az saytı bu gündən etibarən AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan "Azərbaycan çempionatı, kuboku, yığması və avrokuboklarda iştirak ilə bağlı bütün statistik boşluqların aradan qaldırılması” istiqaməti üzrə silsilə yazılara start verir. Daim statistikaya geniş yer verən "apasport” sırf ölkədaxili yarışları əhatə edən 12 yazı ilə yalnız futbol deyil, həm də statistika həvəskarlarını sevindirəcək. İlk yazı 1992-ci ildə start götürən ölkə çempionatlarının 24 illik tarixində oyun və qollarla bağlı məqamlara həsr olunur.

 

Başlanğıc

 

Təbii ki, ölkə çempionatlarının statistikasına keçməzdən öncə bu tarixin necə başlamasına qısaca nəzər salmaq lazımdı. SSRİ dağıldığı üçün 1991-ci il mövsümü son ittifaq çempionatı kimi tarixə düşməli idi. Həmin çempionat ki, "Neftçi 1-ci dəstədə 15-ci olmuşdusa, 2-ci dəstənin bufer - Qərb zonasında çıxış edən "Kəpəz” 3-cü, "Qarabağ” 11-ci, "Göyəzən” 21-ci pilləni tutmuşdu.

 

Daha 20 komandamız respublika birinciliyi xarakteri daşıyan 2-ci dəstənin 3-cü zonasında mübarizə aparmışdı. Əksər yeni müstəqillik əldə edən ölkələr öz çempionatlarını keçirdiyi vaxtda Rusiya MDB birinciliyi üçün yeni yüksək liqa qurmağı, "Neftçi”ni də ora cəlb etməyi nəzərdə tutmuşdu. Amma son anda Moskva klublarının müstəqil Rusiya çempionatına üstünlük verməsi təmsilçimizi də havada qoydu. Belə vəziyyətdə yaradılan Azərbaycan Futbol federasiyaları Assosiasiyası (AFFA) qısa müddətdə öz çempionatını təşkil edə bildi. 1992-ci il martın 26-da yaranan AFFA 38 gündən sonra – mayın 3-də ilk milli çempionata start verdi. Hər şeyə "sıfırdan” başlamalı olan qurum elə ilk çempionatda əhatə dairəsinin böyüklüyü ilə fərqləndi. Fuad Musayevin ilk prezidenti olduğu assosiasiya son ümumittifaq yarışında 24 komanda ilə təmsil olunan Azərbaycanın öz çempionatına 26 klub toplaya bildi. Bunlar 23 şəhər və rayonu təmsil edirdi ki, bu kütləvilik də futbol tariximiz üçün rekorddu. Hətta həmin klubların bəziləri elə çempionat ərəfəsində yaradılıb.

 

İlk oyun, ilk qol

 

AFFA 26 komandanı toplayıb, püşkatma keçirdi və artıq mayın 3-də baş tutan 10 oyunla Azərbaycan çempionatına start verildi. Bu qarşılaşmalardan 4-ü 15:00 6-sı isə 1 saat gec başladı. Eyni dəqiqədə Rüstəm Rəhimov "Qarabağ” – "İnşaatçı” S (1:2), Füzuli Qasımov "Xəzər” S – "Xəzər” L (5:0), Novil İsmayılov "Tərəqqi” – "Kürmük” (0:0), Gülağa Cabbarov isə "Viləş” – "Şahdağ” (1:1) matçının start fitini verdilər. Bu, həm də ölkə çempionatlarının ilk startı idi. İlk qolu isə cəmi 4 dəqiqə gözləmək lazım gəldi. Ağdamdakı matçda hesabı açan Mehman Alışanov ilk qolun müəllifi kimi tarixə düşdü. İlk het-trik isə Sumqayıtda qeydə alındı ki, Nazim Əliyev ilk böyükhesablı qələbədə 3 qolla pay sahibi oldu.

İki sistem və qeyri-sabit format

 

Oyun və qol göstəricilərindən danışarkən sistem və formata toxunmamaq olmur. Çünki bunların dəyişikliyi oyun sayındakı müxtəlifliyə, sonuncu isə qol sayına təsir edir. Azərbaycan çempionatlarının 24 illik tarixində hər iki sistem tətbiq olunub. Söhbət 1992 və 1993 mövsümlərinin yaz-payız, 1993/94 mövsümündən indiyədək payız-yaz sistemlərinin istifadəsindən gedir. Format dəyişiklikləri isə daha çox olub. İlk çempionatda iki qrupun hərəsində 13 komanda mübarizəyə başlayıb, toplanan xalların davamı ilə keçirilən 2-ci mərhələdə 1-12-ci və 13-26-cı yerlər uğrunda oyunlar baş tutub. Özü də hər komanda digər qrupdan gələnlərlə görüşüb. 1993-cü ildə sonuncu dəfə 2 qrupda yarışan komandalar sonradan pley-offda mükafatçıları müəyyənləşdirib. Olimpiya sistemi çempionatlarda bir daha tətbiq olunmayıb. 1993/94 mövsümündən ənənəvi dairəvi sistemə keçirilsə də, istisnalar da olub. 1995/96 və 2009/10 mövsümlərində "Qızıl xallar”ın tətbiq edildiyi "altılıq” sistemi, yarımçıq qalan 2001/02 və 1998/99 mövsümlərində ikinci mərhələ "sıfır”dan başlanıb. 17 il öncəki iki "altılıq”da deyil, 3 qrupda (1-6, 7-10, 11-14-cü yerlər uğrunda) davam etdirilib. 2011-2013-cü illərdə ardıcıl 3 dəfə "altılıq” sistemi bütün xalların saxlanılması ilə keçirilib. Digər 15 çempionat klassik sistemlə baş tutsa da, komanda sayı və dövrələr dəyişib. Artıq 3 ildi ki, çempionat 4 dövrədən ibarətdi. Əslində bu 15 çempionatdan birində sonradan UEFA-nın da işə müdaxilə etdiyi əsasnamə də olub. Lakin bu, ayrı mövzudu. Bir sözlə, komanda və dövrə sayının dəyişməsini nəzərə almasaq, 24 çempionat 7 fərqli formatda baş tutub.

 

4 min 441 oyun

 

Cari mövsümün XXXII turundan sonrakı duruma əsasən 24 illik çempionatlar tarixində 4712 qarşılaşmanın planlaşdırıldığını söyləmək olar. Söhbət təqvimə uyğun şəkildə baş tutmalı olan matçlardan gedir. Yuxarıda qeyd etdiyimiz format və say dəyişikliyi burada da özünü göstərib. İlk çempionatda 482 matç, 2000/01 mövsümündə isə təxminən 4,4 dəfə az - 110 görüş planlaşdırılıb. "Plan” sözündən ona görə istifadə edirik ki, heç də hər şey öncədən nəzərdə tutulduğu kimi olmayıb. Plandankənar matçlar 2000/01 və 2004/05 mövsümlərinə təsadüf edən iki "Qızıl oyun”du. Lakin təqvimə əsasən keçirilib, sonradan nəticəsi ləğv olunan qarşılaşmaların sayı daha çoxdu. "Gənclik” 1992-ci ildə 8, "Azneftyağ” 1994/95 mövsümündə 5, "Xəzri” 1997/98, "Ümid” B 2003/04 mövsümündə 7, "Araz-Naxçıvan” isə 2014/15 mövsümündə 10 oyun keçirdikdən sonra çempionatdan çıxıb.

 

1995/96 mövsümündə isə 12 oyunda qüvvəsini sınayan "Pambıqçı” B üzvlük haqqını ödəmədiyi üçün yarışdan kənarlaşdırılıb. Bu üzdən həmin komandaların iştirak etdiyi 49 matçın nəticəsi də ləğv edilib. Həmin qarşılaşmalarda nə az, nə çox 157 qol vurulmuşdu. 23 qolun vurulduğu daha 10 görüşün nəticəsinin ləğvinə isə stadiondakı iğtişaşlar, danışılmış oyun, cəzalı futbolçudan istifadə, legioner limitinin pozulması kimi səbəblər əsas verib.

 

Bir sözlə, 24 ildə 59 matç və 180 qol tarixdən silinib. Nəticəsi ləğv olunan 10 görüşdə, həmçinin baş tutmayan digər qarşılaşmalarda texniki nəticə qeydə alınıb. 11 komanda çempionatın gedişində oyunların ən azı yarısını keçirdikdən sonra yarışdan çıxıb. Bu üzdən onların nəticələri saxlanılıb və digər matçlarda texniki məğlubiyyət verilib. Bəzən isə hansısa komanda oyuna gəlmədiyi üçün eyni taleyi yaşayıb. Ümumilikdə, 273 belə nəticə tarixə düşüb. Amma onların çoxu 1992-ci ilə təsadüf edib. Həmin vaxt komandaların oyun sayını tarazlaşdırmaq üçün "Gənclik” klubunun bütün rəqiblərinə formal iki qələbə verilib. Planlaşdırılan 4712 matça "Qızıl oyun”ları əlavə edib, texniki nəticələri saymasaq, bu günədək 4714 görüşdən 4441-i baş tutub.

Texniki nəticələrdən danışarkən bir məqam da qeyd olunmalıdı ki, 5 oyunda qalib müəyyənləşməyib. Bu matçlarda hər iki komandaya texniki məğlubiyyət verilib. 1995/96 mövsümündə "Qarabağ” – "Turan” görüşü danışılmış hesab olunduğundan, 1997/98 mövsümünün "Pambıqçı” B – "Sumqayıt” görüşünədək hər iki komanda çempionatdan çıxdığından belə addım atılıb. 1999/2000 mövsümündə isə meydana çıxmaqdan imtina etdikləri üçün "Qarabağ” – OİK, "Neftçi” – "ANS Pivani” və "Şəmkir” – "Kimyaçı” oyunları ilə bağlı belə sərt qərar verilib.

 

11 min 402 qol

 

Baş tutan görüşlərdə vurulan qollar mövsümlər üzrə kəskin şəkildə dəyişib. 401 qarşılaşması tarixə düşən ilk çempionatda 1191 qol vurulub. 2000/01 mövsümünün 96 belə görüşündə isə 302 qol qeydə alınıb. Fərqin təxminən dördqat olması həm oyun, həm qol sayında aşkar görünür.

 

Maraqlıdı ki, ən az qolun vurulduğu 2000/01 mövsümün 24 illik tarixin ən məhsuldar yarışıdı. 15 il öncə hər oyunda orta hesabla 3,15 top vurulub. Daha bir çempionatda bu rəqəm 3-ü keçib. 1995/96 mövsümünün 153 qarşılaşmasında qapılara 469 qol vurulub ki, məhsuldarlıq da 3,07-yə bərabər olub.

 

2010/11 mövsümü isə bu sarıdan antirekordla diqqət çəkib. 192 oyunda 381 qol vuran futbolçularımız heç "2”yə də çatmayıb – hər matça 1,98 top. 2009/10 mövsümündə bu rəqəmin 2,04 olduğunu da nəzərə alsaq, 3-cü ən aşağı göstərici cari mövsümü əhatə edir – 2,07. Lakin çempionatın son 4 turu bu rəqəmi xeyli və istənilən tərəfə dəyişə bilər. Ümumiyyətlə, məhsuldarlıqda maraqlı tendensiya müşahidə olunur. İlk 12 çempionatda yalnız bir dəfə bu rəqəm 2,50-dən aşağı olub – 2,42 (1999/2000). Əvəzində son 12 ildə 2,50 arzuların ən yüksək həddi sayıla bilər. Çünki bu dövrü əhatə edən 2014/15 mövsümündəki rekord da 2,50-dən aşağıdır – 2,45.

 

Azərbaycan çempionatlarında oyun, qol və orta məhsuldarlıq

 

mövsüm

Keçir

ilməli oyun

Baş tutma

yan oyunlar

Baş tutan oyunlar

 Qol sayı

Orta məhsu

ldarlıq

1992

482

81

401

1191

2,97

1993

184

14

170

437

2,57

1993/94

240

24

216

605

2,80

1994/95

156

22

134

401

2,99

1995/96

160

7

153

469

3.07

1996/97

240

9

231

692

2,99

1997/98

182

27

155

405

2,61

1998/99

236

26

210

590

2,81

1999/2000

132

5

127

307

2,42

2000/01

111

15

96

302

3,15

2001/02

148

5

143

376

2.63

2003/04

182

15

167

485

2,90

2004/05

307

19

288

684

2,38

2005/06

182

0

182

423

2,32

2006/07

156

1

155

361

2,33

2007/08

182

1

181

434

2,40

2008/09

182

0

182

443

2,43

2009/10

192

0

192

392

2,04

2010/11

192

0

192

381

1,98

2011/12

192

0

192

445

2,32

2012/13

192

1

191

465

2,43

2013/14

180

0

180

432

2,40

2014/15

144

1

143

351

2,45

2015/16

160

0

160

331

2,07

Cəmi

4714

273

4441

11402

2,57

Meydan amili

 

Azərbaycan çempionatlarında 36 matç neytral meydanda keçirilib. 1993-cü ildə pley-offun 4, 1995/96 mövsümündə final mərhələsinin 30 matçı və iki "Qızıl oyun”. 1993-cü ildə bir oyun nəticəsi ləğv edilib, yenidən keçirilibsə, 1995/96 mövsümündə hər iki komanda məğlubiyyət alıb. Daha bir görüşdə texniki nəticə qeydə alındığından 34 matçda 72 qol vurulub. Bu meydanlarda məhsuldarlıq 2,12-yə bərabər olub. Tarixə düşən digər 4407 matçdakı meydan amili də maraq doğurur.

 

Vurulan qolların 6849-u meydan sahiblərinin, 4481-i qonaqların hesabındadı. Sonuncuların məhsuldarlığı 1,02, öz meydanında oynayanlarınınkı isə 1,55-ə bərabərdi. Neytral meydanda keçirilməyən görüşlərin 964-də heç-heçə (ümumi oyunların 21,9 faizi) olub. Meydan sahibləri matçların 49,8 faizində - 2195, qonaqlar isə 28,3 faizində - 1248 qələbə qazanıb.

 

Azərbaycan çempionatlarının yubiley qolları

 

1

03.05.1992

Mehman Alışanov

Qarabağ

100

10.05.1992

Yunis Hüseynov

Neftçi

500

06.07.1992

Məqsəd Yaqubəliyev

Avey

1000

29.09.1992

Mehman Allahverdiyev

Kəpəz

2000

12.03.1994

Ramiz Məmmədov

Kür-Nur

3000

14.04.1996

Rüfət Quliyev

Xəzri

4000

11.04.1998

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Mil-Muğan”ın da hədəfi premyer-liqadı 17:14Qriqorçuk “Qarabağ”la oyunu böyük və ciddi hadisə sayır 17:11Tərəflərin xeyrinə və əleyhinə olan məqamlar 17:09Rəşad Sadıqov əcnəbi hakimlərə ehtiyac duyulduğunu gizlətmədi 17:06Zərərçəkmiş şəxs də “Futbol+”ə üz tutdu 17:04Günay Məmmədzadə ölkə çempionu oldu 17:02Teleyayın hüququnu Az.TV-yə Saleh Məmmədov verib 17:00Stadionlar oyunları qəbul etməyə hazırdı 16:57Qəbələdə yenə 2:0 və çempionatda lider dəyişikliyi (yenilənir) 16:23Vidadi Əhmədov 25 il əvvələ qayıtdı 12:17Eldar Qasımovla Xaqani Məmmədov “Kəpəz” rəsmilərini qəzəbləndirib 12:14AZAL mərakeşli futbolçu ilə anlaşdı 12:12Mirbağır İsayev niyə PRO kurslarına qatılmayıb? 12:11Mütəxəssislər prinsipial oyuna proqnoz verdi 12:09Bütün oxlar Fariz Yusifovu göstərir 12:07Fineonu soyan xanımlardan biri ələ keçdi 12:04“Sərbəstlər” Dünya Kubokuna iki qələbə ilə başladı 12:01“CBC Sport” Həndbol Federasiyasından inciyib 11:58Divizionda yeni ildə ilk istefa: “Şəmkir” Əliyevlə vidalaşdı 11:5415 qol vuruldu, qovulan olmadı 13:55Karpol klublarımızın superliqada oynamasına razıdı? 13:53“Mil-Muğan” səfərdə sevindi 13:51Şeydayev seçimini əsaslandırdı 13:49Kamran Quliyev: “Hakimliklə bağlı bəzi fikirlər narazılıq hissi ilə deyildi” 13:45“Əlimdə bir sübut olsaydı, axıra qədər gedərdim” 13:42Sabiqlər mərkəzi oyuna Fariz Yusifovu “təyin etdi” 13:33“Qəbələ” “Qarabağ”la oyun ərəfəsində azarkeşləri coşdurdu 13:29SSRİ-nin tanınmış veteranları İlham Əliyevə açıq məktub göndərdi 13:27Ermənistana sığınan Şahin Mirzəyev “Caspian Ultras”ın üzvüdü 13:25Günay Məmmədzadə vahid lider oldu 13:22Bilet satışında artım var 13:20PFL-dən Bəhmən Həsənova cavab gəldi 13:17Hakimlər Komitəsi üçün çıxış yolu: yenə otellərə yığın! 13:14“Neftçi” “Sumqayıt”ın seriyasını qırdı 16:37Nizami Hacıyev Prosineçkiyə səsləndi 16:34Tərlan Əhmədov yenə “İnter”ə bata bilmədi 16:30Bəhmən Həsənov: “PFL-in saytında oyun epizodlarını birtərəfli yerləşdirirlər” 16:27Heç-heçəsiz tur və 2000 şəmkirli 16:26“Bu söz-söhbəti qətiyyən yaxın buraxmıram” 16:21AFFA rəhbərliyi Almeyda ilə görüşməyə tələsmir 15:46“Toplantıda iştirakı əlavə vaxt itkisi saydıq” 15:45Əliyarla Zeynal “Qəbələ”yə yenidən əsas verdi 15:42PFL-in qəribə standartları... 15:41Mahmud Qurbanov Şeydayevin uğurlu olacağını düşünür 15:39Karateyə 3 milyon lazımdı 15:37İslamiada üçün “İncə” və “Cəsur” 15:33“Azərbaycan klubları və “Volero” yarışın səviyyəsini qaldıracaq” 15:32Çox, çox, çox maraqlı! 14:03Kamran Quliyev “Sumqayıt”ın əvəzedicilərinə görə narahatdı 15:30Şeydayevin yeni komandasında yarımmüdafiəçilər “at oynadır” 15:26Şəhriyar və Teymur yenə “Qran-pri” seriyasında çıxış edəcək 15:24Zirədə dramatik sonluq və yenə şübhəli hakim qərarları 15:21“Kəpəz” Gəncədə də uduzdu 15:17Samir Abasov şübhəsi olanlara mesaj göndərdi 15:14“Xəmsə” rəhbərliklə görüşə qatılmayıb 15:11Ufuk Budak debütünü qolla qeyd etdi 15:08Fransadan üç medalla 15:04 Bütün xəbərlər
Ən çox oxunanlar