18 fev 12:04secilmisler

“Neftçi”nin yeni prezidenti ilk müsahibəsini “Futbol+”ə verdi

“Neftçi”nin yeni prezidenti ilk müsahibəsini “Futbol+”ə verdi
Kamran Quliyev: “Gözünün qarşısında böyüyən qız gəlin maşınına minib ər evinə yollananda ata necə pis olursa...”
Futbol ictimaiyyətinin diqqəti bu gün keçiriləcək “Sumqayıt” – “Neftçi” matçına yönəldiyi bir vaxtda dünən yayılan xəbər aydın səmada şimşək effekti doğurdu. “Ağ-qaralar”la görüşdə prezident olduğu komandanın qalib gəlməsini arzulayan, həftəboyu “kimyaçılar”ın məşqlərini yaxından izləyən, hər gün baş məşqçi və köməkçilərlə söhbətdə kollektivin durumu ilə maraqlanan Kamran Quliyev təxminən 7 ilə yaxın rəhbəri olduğu klubdan ayrılaraq, 24 saat əvvəl rəqib gözündə gördüyü paytaxt təmsilçisinə üz tutdu. Yeri gəlmişkən, onu da xatırladaq ki, Kamran bəyin hələ bir il öncə “ağ-qaralar”a prezident təyin olunacağı ilə bağlı söz-söhbət yayılmışdı. Lakin həmin vaxt son anda bu keçid reallaşmadı və Quliyev “ağ-göylər”in prezidenti postunda qaldı. Görünür, artıq “bıçaq sümüyə dirənib” və ölkənin ən köklü komandasına əvvəlki şöhrətini geri qaytarmaq üçün “Sumqayıt”da klub idarəçiliyinin incəliklərinə yiyələnən Quyliyevə ehtiyac duyulub. Bəs görəsən, Kamran bəy etimadı doğrulda biləcəkmi? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün dünən onunla söhbətləşdik.
- Yəqin ki, bu gününüz çox ağır keçdi. Yeni klub, kollektivlə tanışlıq və bir çox həllini gözləyən məsələlərin müzakirəsi...
- Doğrudan da çox yoruldum. Hər bir işdə ilk addımlar çətin olur. Bu o demək deyil ki, “Sumqayıt”da hər şey rahat idi, heç əziyyət çəkmirdim. Sadəcə, nə qədər olmasa da, fərqli kollektiv, başqa mühit… Bütün bunlar istər-istəməz təsirini göstərir.
- “Neftçi”yə prezident təyin olunmağınız futbol ictimaiyyəti üçün bir qədər gözlənilməz oldu.
- Açığı, elə özüm üçün bir qədər sürpriz oldu. Hər şey qəfil alındı. Təklif gəldi, bir qədər düşünüb “hə” cavabı verdim. “Neftçi” kimi tarixi klubun rəhbərliyində təmsil olunmaq həm şərəfli, həm də məsuliyyətli işdi. Çalışacam mənə etimad göstərib bu posta layiq bilənlərin ümidini doğruldum.
- “Sumqayıt”dan ayrılarkən hansı hissləri keçirdiz?
- İstər klubdan, istərsə də şəhərdən ayrılmaq doğrudan da mənim üçün çox ağır oldu. “Sumqayıt”da qazandığım təcrübə mənə “Neftçi”də çox kömək olacaq. Sizin sözlərinizlə desək, “gənclər şəhəri”nin təmsilçisində çalışdığım müddətdə bir çox yaxşı insanlarla tanış oldum, klub idarəçilyi sahəsində lazımi biliklər əldə etdim. Bu klubu pillə-pillə yaratdıq, inkişaf etdirdik. Demək olar ki, hər şeyə sıfırdan başlayıb, bu gün avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komanda formalaşdırdıq. Klubun futbol akademiyasını araya-ərsəyə gətirib, neçə-neçə uşağa şəhərdən kənara çıxmadan peşəkar səviyyədə futbolun sirlərini öyrənmək üçün şərait yaratdıq. Sanki qızını ərə verən atayam. Müəyyən yaşa kimi gözünün qarşısında böyüyən qız gəlin maşınına minib ər evinə yollananda ata necə pis olursa, mən də sizinlə danışarkən o vəziyyətdəyəm. Ancaq həyat davam edir, nikbin olub gələcəyə boylanmaq lazımdı.
- Bir gün əvvəl futbolçulara “Neftçi”ni udmaq lazımdı” söyləyən Kamran Quliyev bu gün artıq həmin klubun prezidentidi...
- Nə cavab verəcəyimi özüm də bilmirəm.
- Bəs oyunu izləyəndə hansı hissləri keçirəcəksiz? Sualı bir qədər də dəqiqləşdirsəm, sabah (bu gün) keçiriləcək oyunda kimə azarkeşlik edəcəksiz?
- Şərhsiz. Çox çətin suallar verirsiz. Əslində bu suala cavab vermək o qədər də çətin deyil. Bir peşəkar kimi deyə bilərəm ki, hazırda hansı klubun rəhbərliyində təmsil olunuramsa, onun uğur qazanmasını da istəyirəm. Ancaq biz robot deyilik. İnsanı başqa canlılardan fərqləndirən şüurunun və hisslərinin olmasıdı. Bəlkə bu sual bir ay sonra verilsəydi, daha konkret cavab verərdim. Ancaq mən hələ sumqayıtlı azarkeşlərin səsini eşidirəm. Dünən məşqdə futbolçuları qələbəyə səsləyən fanatları belə tez unutmaq çətindi. Onların necə böyük həyəcanla bu oyunu gözlədiklərini də bilirəm.
- Hər bir rəhbər yeni vəzifəyə təyin olunanda öz komandasını yanına aparmağa çalışır. Bəs siz necə?
- Heç kimə sirr deyil ki, “Sumqayıt”la müqayisədə “Neftçi” daha böyük klubdu. Burda ştatda daha çox əməkdaş var. Hələ ki onların hamısını yaxından tanımıram, kimin necə işləməsindən xəbərsizəm. Tədricən bütün amillərə diqqət ayırıb qərarımı verəcəm. Heç şübhəsiz, mənim də güvəndiyim, işinə bələd olduğum şəxslər var. Hər bir kəs kimi mən də istəyərəm ki, ətrafımda işi bacaran, mənimlə yanaşı olub komandanı uğura daşıyan insanlar olsun. Belələri də az deyil. İlk gündən olmasa da, yəqin ki, gələcəkdə həmin şəxsləri “Neftçi”yə dəvət edəcəm. Uğur qazanmaq, “Neftçi”nin əvvəlki ad-sanını özünə qaytarmaq üçün gecə-gündüz çalışmaq, çalışmaq və bir daha çalışmaq lazımdı. Bu çətin, ancaq həlli mümkün məsələni çözmək üçün isə klub prezidenti kimi inandığım, bir daha deyirəm, işinə bələd olduğum insanların köməyinə ehtiyacım olacaq. Bu sözlərlə hazırda klubda çalışan şəxsləri iş bilməməkdə ittiham etmək istəmirəm. Bilirəm ki, aralarında cavabdehlik daşıdığı sahənin incəliklərini mükəmməl bilən savadlı mütəxəssislər var. Onlarla birgə işləməyə şad olaram. Əsas odu ki, komanda istədiyimiz nəticəni qazana bilsin.
- “Neftçi” ölkənin ən köklü və titullu klubu olduğundan daim ictimaiyyətin diqqət mərkəzindədi. Yəqin ki, klub prezidenti kimi daim təzyiq altında olacağınızı gözə almısız. Bundan çəkinmirsiz?
- Heç nədən çəkinmirəm və qorxmuram. Artıq neçə illərdi futbol təsərrüfatında çalışdığımdan hara gəldiyimi və qarşıda mən nələrin gözlədiyini yaxşı dərk edirəm. Nədənsə çəkinsəydim, təklifi qəbul edib “Neftçi”yə gəlməzdim.
- Sizdən sonra “Sumqayıt”da kimin prezident olacağını bilirsiz?
- Mən bunu hardan bilərəm? Bu məsələ klubun təsisçisi və himayədarı “Azərikimya”nın səlahiyyəti çərçivəsindədi. Fürsətdən istifadə edib qurumun rəhbəri Muxtar Babayevə də təşəkkür etmək istəyirəm. Muxtar müəllim daim “Sumqayıt”ın irəli getməsi, uğur qazanması yolunda əlindən gələni edib və edir. Çox sağ olsun ki, bu illər ərzində mənə güvəndi, birgə çalışdıq. Ümid edirəm ki, kimliyindən asılı olmayaraq, kluba prezident təyin olunacaq şəxs ölkə futbolunda öz dəst-xətti olan “Sumqayıt”ı zirvələrə daşımağı bacaracaq. “Kimyaçılar” daim mənim qəlbimdə olacaq, bunu bütün sumqayıtlı azarkeşlər bilsin.
RƏŞAD
canadian viagra <a href="http://www.viagraeiu.com/">how to get viagra online</a> viagra cheapest buy viagra online reviews

buy real viagra online <a href="http://www.viagraeiu.com/">http://viagraeiu.com/</a> buy viagra uk http://www.viagraeiu.com/

ingredient in is

335b virginia is

medicamento is de 20mg

a796 the best place is overnite

only today be at is

b35a low dose is and ramipril

purchase is soft cheap

b35a try it at is canada

image of at is

ac10 be is delived fed ex

is super on line sales

81d9 vente is en espesse

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Bu gün, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Bu gün, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Bu gün, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Bu gün, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Bu gün, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Bu gün, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Bu gün, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Bu gün, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Bu gün, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Bu gün, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Bu gün, 15:14 Çempion üç günə iki qələbə qazandı Bu gün, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Bu gün, 15:10 Joze Alesio limitin tərəfdarıdı Bu gün, 15:08 Hər iki finalçı cəzalandırıldı Bu gün, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Bu gün, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Bu gün, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Bu gün, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Bu gün, 13:53 Nə tez ayıldın, Özil?! Bu gün, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Bu gün, 13:47 Kamal Bayramov “Səbail”də Bu gün, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Bu gün, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Bu gün, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Bu gün, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Bu gün, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Bu gün, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir Dünən, 20:32 Finalın meydanda görünməyən tərəfləri Dünən, 20:21 Naxçıvanda üç gün Dünən, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! Dünən, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər Dünən, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı Dünən, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi Dünən, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır Dünən, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Dünən, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı Dünən, 19:17 Azərbaycan səfirindən sərt sual Dünən, 19:15 Gürcü Azərbaycanı bəyənmir... Dünən, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi Dünən, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” Dünən, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar