08 dek 20:14secilmisler

“Əbədi şəhər”ə macəralı səfər

“Əbədi şəhər”ə macəralı səfər
Böyümək, özümüzü böyük saymaq istəyiriksə, ÇL-də olmalıyıq
- Sizin nəyi istədiyinizi bilmirəm. Amma qarşımıza qoyulan hədəf ilk növbədə ölkə çempionatında qalib gəlməkdi. Belədə ÇL-ə düşürük.
Qurban Qurbanovun bəndənizin oyunöncəsi mətbuat konfransında verdiyi praktik-ritorik suala cavabından yaxşı giriş tapa bilmədim bu yazı üçün. Çox düşünsəydim, tapardım da. Məsələn, hava limanında qeydiyyatdan keçmək istəyərkən aydın oldu ki, pasportumun müddəti gələn il yanvarın 18-də bitəcəyindən və İtaliya qanunları ölkəyə giriş tarixindən ən azı üç ay sonraya qədər etibarlı olan sənədləri tanıdığından Romadan qaytarıla bilərəm. Sonra bizimkilər problemi danışıqla yoluna qoydular və hava limanından redaksiyaya suyu süzülə-süzülə qayıtmaq əzabından qurtuldum. Elə bu macəranın davamı kimi vətənə qayıdanda da italyanlar iki uçuş talonu verdilər. Sonradan – artıq təyyarənin göyərtəsində olarkən yaxınlaşıb birini aldılar. Bir sözlə, Roma səfəri mənim üçün macəra ilə başladı, elə də bitdi. Amma fərdin yaşantıları, duyğu və iztirabları bədii əsərlərin süjet xətti üçün yarayar. Ortada “Qarabağ”, ÇL, Roma, Kolizey, Vatikan varsa, “valı dəyişməyin” vaxtıdı...
Bir ölkəni tanımaq üçün orda çox yaşamağa ehtiyac yoxdu. Elə ilk qədəm qoyduğun restoranda, baş çəkdiyin dükanda, ingiliscə sual ünvanladığın adamın sifət cizgilərində həmin o tanışlığın elementləri gizlənir. İtalyanlar yetərincə alicənab, ünsiyyətcil və qonaqpərvərdi. Adama imkan daxilində kömək etməyə çalışır, bunu bacarmayanda isə ən azı sifət turşutmurtlar. Özlərinə və şəhərlərinə dəyər verirlər. Burda 24 saat işləyən market tapmaq çətin məsələdi. Yemək-içmək problemini vaxtında həll etmək lazımdı, yoxsa ac-susuz yatmaq əzabına qatlaşacaqsan. Sadə və səliqəli geyinirlər, növbə mədəniyyətini gözləyirlər, azad ruha malikdilər. Məncə, bunun da səbəbi anlaşılandı. Axı, Roma tarixin özü qədər qədim və əbədi şəhərdi. Şəhər bütövlükdə tarix muzeyini xatırladır; hara baxırsan, heykəlləri, daş abidələri, qala divarlarını, imperiyanın qalıqlarını görürsən. Kolizey isə bir başqa dünyadı. Həmkarlarım eramızın 72-80-ci illəri aralığında tikilən, qladiator döyüşlərinin mərkəzi sayılan bu nəhəng amfiteatr haqda son günlər o qədər çox yazıblar, çəkiblər ki, bu mövzuda nəsə əlavə etməyə ehtiyac duymuram. Amma yüzminlərlə qulun o böyüklükdə daşları o hündürlüyə necə qaldırdığını, onların əzablarından İtaliyaya belə bir tarixi abidənin muras qaldığını düşünəndə adam bilmir ki, müharibələri lənətləsin, yoxsa alqışlansın.
Kolizey kimi, Vatikana səfər də maraqlı idi. Düzdü, rus Alyona azərbaycanlı jurnalistləri 35 avro ödəməklə muzeyə baş çəkməyə razı salmaq yolunda çox əziyyət çəkdi, çox dil tökdü, hətta razılıq vermədiyimizi görüncə “siz necə jurnalistsiz, bu ki sizin işinizdi”, - deyə peşə duyğularımızı yerindən oynatmağa da çalışdı. Amma Vatikanda görə bildiklərimizlə kifayətlənib, Kolizeyi dolaşmağı üstün tutduq. Əlbəttə, ilk növbədə ona görə ki, Kolizeyə jurnalist vəsiqəsi ilə də giriş mümkün idi. Şəhər haqda danışarkən mühacirləri unutmaq olmaz. İtalyanlardan dərhal seçilən belələrinə addımbaşı rast gəlirsən. Seneqallı qardaş 10 avroya dediyi “selfi” çubuğunu azərbaycanlı turistə 4 avroya satmaqdan böyük məmnunluq duyur, bir başqası sənə yaxınlaşıb taxta üzərində oyduğu, açılıb-bağlanan meyvəqabını 35 avroya deyir, sonra 15 avroya da razılaşmadığını görüncə deyinib aralaşır, üçüncüsü Azərbaycan haqda hardansa eşitdiyi bir-iki kəlmənin hesabına adamı dilə tutmağa çalışır. Amma ən maraqlı məqam həmin mühacirlərin İtaliyaya münasibətidi ki, burdan da ictimai nəqliyyatın durumuna keçmək istəyirəm. Narıncı və göy rəngdə olan ikixətli Roma metrosunun quruluşu sadədi, aparata 1,5 avro ödəyib bilet alırsan, dil biliyin varsa, azmaq ehtimalın minimumdu. Amma avtobuslarla bağlı vəziyyət qəlizdi. Həm qəliz, həm də anlaşılan. Dayanacaqda xeyli gözləmək lazım gəlirdi. Elə oyun günü gözləməkdən bezib iki dayanacaqlıq yolu piyada getdik. Amma həmin yolu qayıdanda 7 nəfər avtobusa minib-düşdü və heç 50 sent də ödəmədi. Orda praktika belədi ki, biletsiz, pul ödəmədən ictimai nəqliyyatdan istədiyin qədər yararlana bilərsən, amma nəzarətçi səni yaxalayacağı halda, 50 avro cərimə qaçılmazdı. Mühacirlərin kütləvi şəkildə yararlandığı bu taktika ilə ictimai nəqliyyatın yarıtmaz işi arasında səbəb-nəticə əlaqələri axtarmaq nə dərəcədə maraqlıdı – bunu bilmirəm, amma mənzərə dediyim kimidi.
Bu yazının səbəbkarı - “Qarabağ” haqda da nələrsə demək lazımdı. Təbii ki, ÇL üst səviyyədi və Azərbaycan çempionu müstəqillik tarixində ilk dəfə belə nüfuzlu turnirin qrupuna düşməklə ölkə futbolu adına hansısa mesajlar verdi. “Qarabağ” klub olaraq maliyyə və təcrübə planında çox şey qazandı, Qurban Qurbanov daha təcrübəli həmkarları ilə mübarizədə nəyə qadir olduğunu gördü. Güman edirəm ki, biz jurnalistlərin də görüb-götürəcəkləri var idi və oldu. Həm ev, həm də səfər oyunlarında. Mən istər Madriddə, istərsə də Romada yerli həmkarlarımın istisnasız peşə maraqlarını düşündüyünü, azarkeş simpatiyalarını özünə saxladığını, ev sahibi statusunu hiss etdirmədiyini gördüm. Musiqi kimi, jurnalistikanın da sərhədləri yoxdu. Burda davranış qaydaları ilə bağlı bəlli çərçivələr var ki, onlara əməl etmək lazımdı. Düzdü, “Sky Sport”un əməkdaşı Ancelo Meccarini əməl etmədi və azərbaycanlı jurnalistlərin haqlı etirazıyla üzləşdi. Mənə görə bu maraqlı səfərin yeganə qanqaraldıcı məqamı elə bu da oldu. Hə, təbii ki, bir də məğlubiyyət... Ancaq Azərbaycan çempionunun nəhənglər arasına ilk dəfə düşdüyünü nəzərə alsaq, nəticəni də dərd etməyə dəyməz. İlklər həmişə çətin olur. İndi əsas vəzifə ilkləri unutdurmaqdı. Bunu “Qarabağ”ın, yoxsa başqasının bacaracağını bilmirəm. Bildiyim isə odu ki, böyümək, özümüzü böyük saymaq istəyiriksə, ÇL-də olmalıyıq. Sağ ol, “Qarabağ”! Hələlik, Çempionlar Liqası...
MAHİR
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar