14 mar 13:21secilmisler, manset

Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər

Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər
Yumurta “atəşi”, Rednikə “tikilən torba” və tərcüməçi-menecer...

“İnqilab”dan sonra Azərbaycana legioner məşqçi və futbolçu axını başladı. Uğur qazanmağın yolunu tanınmış əcnəbilərin gətirilməsində görən sponsorlar gözünü yumub milyonlar xərcləməklə ciddi mənada nəyəsə nail olacağını gözləyirdi. Tanınmışlar müqaviləyə qol çəkmək üçün şirin vədlər verir, uğursuzluq yaşanan kimi min bir bəhanə uydurmaqla pullarını alıb çantalarını yığırdılar. Bu mənada ən çox diqqəti çəkən “Xəzər Lənkəran” idi. Düzdü, “Bakı” da onlardan dala qalmırdı. Amma cənubluların gətirdiyi əcnəbi mütəxəssislərin adı daha sanballı idi. O cür şəraitin qarşılığında bəslənən ümidlər özünü doğrultsaydı, “gəmiçilər” Avroliqanın qrup mərhələsinə “Neftçi”dən əvvəl vəsiqə qazanardı. Qrup nədi, heç iki mərhələ adlamağa belə gücləri çatmırdı. Niyə, nə üçün, hansı səbəbdən? Cavabı tapmaq elə də çətin deyil.
Rasim Kara
“Xəzər Lənkəran”ın ilk əcnəbi baş məşqçisi. Debüt ilində komandanın formalaşdırılmasında Nazim Süleymanovun xüsusi rolu olsa da, çox keçmədən məşqçiliyə yeni başlayan mütəxəssisin çiyinlərinin ağır yükə tab gətirməyəcəyi dəqiqləşdi. Odu ki, “sükan” Rasim bəyə tapşırıldı. Başqa cür desək, Azərbaycanda kifayət qədər tanınan, uzun illər Türkiyə millisində kömək-məşqçi, “Beşiktaş”, “Bursaspor”, “Kocaelispor”da baş məşqçi kimi çalışmış birinə. Klubun fəxri prezidenti Mübariz Mənsimovun şəxsi istəyi ilə dəvət olunmuşdu deyə, türkiyəli çalışdırıcıya hər cür şərait yaradılmışdı. Həmin vaxt ölkə futbolunun vəziyyəti ürəkaçan səviyyədə deyildi. Amma Kara hər açıqlamasında çıxış yolu tapacağını deyirdi. Hücum xəttində Samir Əliyevi, Xaqani Məmmədovu, Oktay Dərəlioğlusu olan komanda son turlara qədər çempionluq iddiasını sürdürdü və xallar bərabər olduğuna görə “qızıl oyun” keçirildi. Yekunda “Neftçi” rəqibindən üstün oldu. Kubokun yarımfinalında isə “Bakı” lənkəranlıların finala gedən yolunu kəsmişdi. UEFA kubokunda kənd komandası səviyyəsində olan “Nistru” səddini keçə bilməyəndən (1:2, 1:3) sonra “Xəzər Lənkəran”da psixoloji gərginlik yaşandı. Bunun nəticəsi kimi komanda 2005/06 mövsümünə istədiyi kimi başlaya bilmədi, nəticədə Kara istefa verdi. Yəni “qaymaq” futbolçular və möhtəşəm azarkeş dəstəyi ilə titul əldə edə bilmədi.
Viktor Pasulko
Karanın istefasından sonra rəhbərlik baş məşqçi axtarışında olarkən komanda bir müddət yenidən Nazim Süleymanova və Şenol Fidana tapşırıldı. Uğur qazana bilməyəcəkləri dəqiq idi. Ona görə də yenidən əcnəbi mütəxəssisə ehtiyac duyuldu. Bu dəfə Moldova yığmasını çalışdırmış Viktor Pasulkoya şans tanıdılar. Amma ukraynalının da Lənkəran günləri çox sürmədi. Daxili ab-havaya, rayon mühitinə uyğunlaşa bilməyən ukraynalı da nəticə vermədən getdi. “Xəzər Lənkəran” çempionatı 7-ci pillədə başa vurdu, ölkə kubokunda isə yarımfinalda “Karvan”a “ilişdi”. Bu fakt Mübariz Mənsimovun ardıcıl ikinci əcnəbi məşqçi seçimində yanılması demək idi. Odu ki, “Neftçi”dən ayrılan Ağasəlim Mircavadov “ağ-yaşıllar”ın uğur qazanması üçün gətirildi. Elə debüt mövsümündəcə cənblu azarkeşlərə təkcə çempionluq yox, “qızıl dubl” sevincini yaşatdı. Elə həmin çempionluğun nəticəsi kimi “Birlik kuboku”na qatılan “Xəzər Lənkəran” Mircavadovun rəhbrəliyi altında Rusiyadakı kuboku da Bakıya gətirməyi bacardı. Cənublular növbəti mövsümü də ölkə kuboku qazanmaqla başa vurdu və yenə Ağasəlim Mircavadovun rəhbərliyi altında.
Mirça Rednik
Mircavadovun gedişindən sonra yenidən Rasim Kara gətirildi və çox keçmədən növbəti yanlış addım atıldığı məlum oldu. İqor Ponomaryov da ciddi mənada heç nəyi dəyişə bilmədi. Mənsimovlar başlarını yenə Avropaya tərəf fırlatdı. Nəhayət, nisbətən uğurlu, yəni titul qazana biləcək mütəxəssis tapmağa nail oldular. İşgüzarlığı, tələbkarlığı və özünü sevdirmək bacarığı ilə seçilən Mirça Rednik Lənkəranın ab-havasına tez öyrəşdi. Azarkeşlərlə yaxşı münasibət qurmaqla həm də rəhbərliyin sevgisini qazandı. Bunun nəticəsi idi ki, 2010/11 mövsümünün qış fasiləsində komandaya 10-dan artıq legioner gətirməyə nail oldu. Və bunun nəticəsini daha yaxşı şəkildə görə bilərdi. Düzdü, cənublular tarixində üçüncü dəfə ölkə kubokunu başı üzərinə qaldırdı. Çempionluq istəyini isə “Neftçi” onların gözlərində qoydu. Rumın çalışdırıcının kollektivi Avroliqada Təl-Əviv “Makkabi”sinə boyun əydi. Rednikin uğur qazanması kimlərəsə sərf etmirdi. Odu ki, daxildə parçalanmalar, qruplaşmalar yarandı. Bu mənada Kamran Ağayevlə Adrian Pits fəallığı ilə diqqəti çəkirdi. Maraqlısı klub rəhbərliyinin uğur qazanmağın yollarını bilən baş məşqçini müdafiə edib futbolçuları qovmaq əvəzinə, seyrçi mövqeyi tutmasıydı. Nəticədə daxili ab-hava korlandı, aradan pərdə götürüldü və Mirçanın zəhmətlə formalaşdırdığı komanda, yaratdığı ab-hava məhv oldu. Bu həm də “Xəzər Lənkəran”ın parlaq illərinin sonu demək idi. Çünki nə ondan sonra titul qazana bilən, nə də Lənkəranı və onun camaatını sevən məşqçi gələcəkdi. Yəni Rednik sırf Bakıdakı rəhbərliyin – Mais Mənsimovla Tuyqun Nadirovun səhlənkarlığı, bəlkə də planlı gedişi nəticəsində “Xəzər Lənkəran”a daha artığını verə bilmədi. Sonradan adını “gətirdiyi futbolçulardan pul alırdı” qoydular.
Cüneyt Biçər
Onu Azərbaycana ilk dəfə Bülənt Korkmaz dəvət etmişdi. “Bakı”da birlikdə işləyəndən sonra həmyerlisi kimi, o da Türkiyəyə yollanmışdı. Amma daxili kanallar hesabına yenidən ölkəmizə qayıdıb “Xəzər Lənkəran”ın Futbol Akademiyasına rəhbərlik etdi. Yəni işi uşaq futboluna nəzarət etmək, inkişafına nail olmaq idi. Türkiyə metodunu Lənkəranda tətbiq etməliydi. Rednikin istefasından sonra hər kəsi şoka salan qərar qəbul edildi: əsas komanda Cüneyt Biçərə tapşırılsın! Çətin vəziyyətdə çıxış yolu tapa bilməyənlərin əl atdığı ən ucuz yol idi. O boyda komandanı böyük klublarda məşqçilik təcrübəsi olmayan türkün əlinə verdilər. Yəni hansısa maraq, hansısa gediş vardı. Komandanın daxilində, azarkeşlər arasında kəskin narazılıqlar hökm sürürdü. Yalnız ciddi narazılıqlardan sonra Biçər postundan ayrıldı. Kubokda mübarizəni erkən dayandıran “gəmiçilər”i son anda Yunis Hüseynov xilas etdi. Öncə gümüş medallara sahib oldular, iki ay sonra klub tarixində ilk dəfə avrokuboklarda mərhələ adladılar. Bununla da Yunis Hüseynov Cüneyt Biçərə “ustad dərsi” keçmiş oldu.
Karles Bakes
Di gəl ki, “Xəzər”in Yunis Hüseynovlu günləri də uzun sürmədi. 2012-nin oktyabrında onunla yollar ayrıldı. Gözlər yenə xaricə dikilmişdi. Növbəlilik prinsipinin nəticəsi kimi budəfəki istiqamət İspaniya idi. Karles Bakes gətirildi. Həmin mütəxəssis ki, vaxtilə “Gabala Cup”da iştirak edən komandayla Azərbaycana təşrif buyurmuşdu və “Xəzər Lənkəran”ın tərcüməçisi Elvar Quliyevlə münasibət qurmağa imkan tapmışdı. Lənkərana gətirilməsi də Quliyevin köməyi sayəsində baş tutmuşdu. Başqa cür desək, Bakesin “inanılmaz məşqçi bacarığı” haqda rəhbərliyə məhz tərcüməçi bilgi vermişdi. İspanın “Xəzər Lənkəran”lı günləri cəmi 4 ay sürdü və fevralın sonlarında qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilmədiyini deyib istefa verdi. Komandanı 11 oyunda meydana çıxaran Bakes 3 qələbə qazanıb, 3 dəfə heç-heçə etdi, 5 matçda isə “Xəzər Lənkəran” məğlub oldu.
Con Toşak
Ardıcıl uğursuz mövsümlərdən sonra Mübariz Mənsimov kluba nəzarəti birbaşa öz əlinə aldı. Yəni Cüneyt Biçər, Karles Bakes kimi faydasızlara xərclənən pulların havaya sovrulduğunu görüb baş məşqçi seçimini özü etdi. Nəticədə sırf Mübariz bəyin şəxsi əlaqələri sayəsində dünyaca ünlü Con Toşak Lənkərana gəldi. Uels millisini, “Real”ı, “Beşiktaş”ı, “Deportivo”nu çalışdırmış həmin Toşak. O çəkidə birinin Lənkəranın ab-havasına uyğunlaşıb, həmin rəhbərliklə işləyib uğur qazanacağına inananların sayı yox dərəcəsində idi. Təkcə Adrian Pitsin qəzetimizə verdiyi müsahibədə uelsli çalışdırıcının işinə ciddi yanaşmamasını, məşqlərdə əlini cibinə qoyub gəzməsini dilinə gətirməsi bütün sualların cavabı idi. 2012/13 mövsümünün yekununda premyer-liqanı 8-ci pillədə başa vuran Toşaklı “Xəzər Lənkəran” kubokun finalında “Neftçi”yə boyun əydi. Həmin qarşılaşma ki, orda yaşananlar sonradan Toşaka superkuboku qazandıracaqdı. “Neftçi”nin “qızıl dubl” etməsi sayəsində cənublular kubokun finalçısı kimi Avroliqaya vəsiqə qazandı. İlk cəhddə “Slima Uonderers”i keçən “Xəzər Lənkəran” növbəti mərhələdə “Makkabi” qarşısında darmadağın oldu – 0:8. Bu yenilgidən sonra Mübariz Mənsimov klub siyasətini dəyişib gənclərə yer verməyi tapşırsa da, sonradan fikrini dəyişdi. 2013-ün oktyabrında superkubok qazanılanda baş məşqçi Con Toşak idi. Hansı ki, həmin kubokun necə əldə olunduğuna dair söz-söhbətlər geniş yayılmışdı. Apreldə iş başına keçən təcrübəli çalışdırıcı təzyiqlərə və daxildə baş verən proseslərə dözməyərək noyabrda istefa verdi. Birbaşa Mübariz bəyin adamı idi deyə, nə Mais Mənsimovun, nə də Tuyqun Nadirovun qarşısında baş əyirdi. Odu ki, yumurta “atəşinə” tutulması boşuna deyildi. Arifə bir işarə də bəsdi.
Mustafa Dənizli
Azərbaycanda nələrin baş verdiyini Türkiyədə oturan fəxri prezident yaxşı bilirdi. Heç şübhəsiz, Toşakın özü də başına gələnlər və gördüyü münasibət haqda Mənsimovu xəbərdar etmişdi. Belədə Mübariz bəy növbəti seçimini yenə özü etdi. Bu dəfə Mustafa Dənizlini şəxsi təyyarəsi ilə birbaşa Lənkərana yola saldı və ikiillik müqavilənin bağlanmasına tapşırıq verdi. Türkiyədə heç kimə lazım olmayan “təqaüdçü”nün Azərbaycana hansı niyyətlə gəldiyini azyaşlı uşaq da bilirdi. Elə ilk ilindəcə komandasının verdiyi nəticə baş məşqçinin Azərbaycanda çalışmaq niyyəti ilə uzlaşdı. Premyer-liqanı 6-cı pillədə başa vuran lənkəranlılar ölkə kubokunun finalına da yüksələ bilmədi. Və çox keçmədən yenidən Türkiyəyə qayıtdı. “Xəzər Lənkəran”a ümumilikdə 25 oyunda cəmi 10 qələbə qazandırmaqla. Qayıdar-qayıtmaz Mübariz Mənsimovla görüşərək ikiillik müqavilədə göstərilən məbləğə (təxminən 3,5 milyon dollar) sahib oldu. Fəxri prezidentə qalan barmağını dişləmək oldu.
Oğuz Çətin
Dənizlinin yerini həmyerlisi, həm də vaxtilə elə həmin “Xəzər Lənkəran”da köməkçisi kimi çalışmış Oğuz Çətin tutdu. Artıq işlər cızığından çıxmış, klub nəzarətsiz hal almışdı. Baş məşqçilərin təyinatına birbaşa Türkiyədən qərar verilməsi Bakıda oturan rəhbərlərin xoşuna gələ bilməzdi. Məşqçilərə söz deyə bilməmələri bir yana, transferlərə “barmaq soxmaq” da mümkünsüzə çevrilmişdi. Odu ki, ən sadə çıxış yolu Çətinin də istefasına nail olmaq, yenidən 3-5 il əvvəlki dönəmin qayıtmasını arzulamaq idi. Amma Mübariz Mənsimov bu şansı bir daha vermədi. “Xəzər Lənkəran”ı nə Azərbaycandakı qardaşının, nə də özünün düzgün idarə edə biləcəyini hiss edəndən sonra pul ayırmaqdan vaz keçdi. Əcnəbi məşqçi və futbolçular milyonları “yeyib” aradan çıxır, bu azmış kimi FİFA-dan bağlamalarla şikayət məktubları gəlirdi.
Nəticə
12 il ərzində 8 əcnəbinin gördüyü işlər, qazandıqları nəticələrlə tanış olduz. Klub tarixində 1 çempionluq var ki, o da Ağasəlim Mircavadovun adı ilə bağlıdı. Elə 3 kubokdan ikisini qazanan da “Şöhrət” ordenli məşqçimiz olub. Maraqlıdı ki, “Birlik kuboku”nun “sahibi” də Mircavadov sayılır. Yerdə iki qənimət qalır ki, 2011-dəki ölkə kubokunun memarı Rednikdi. Superkubokda Toşakın adı var. Amma necə? 2013-ün mayında kubokun finalında baverənlər, avqustda Lənkərandakı “böyük oyun”dan sonra azarkeşlərin həbs olunması ölkə futbolunu əsl savaş meydanına çevrilməsinə doğru aparırdı. Belə məqamda “Neftçi”nin superkuboku özü öz əlləriylə “Xəzər Lənkəran”a təhvil verməsi aranı sakitləşdirmək yönündə ən ağıllı siyasi addım idi. Deyilənə görə, superkubokun Lənkərana getməsi də bunun nəticəsiymiş. Yəni uğur qazanan Ağasəlim Mircavadov, klub tarixində avrokuboklarda ilk dəfə mərhələ adlayan Yunis Hüseynov olub. 0:8 hesablı faciə, həmçinin “Xəzər Lənkəran”ın mövsümü 8-ci pillədə başa vurması Con Toşakın boynundadı. Finişə 6-cı pillədə çatmağı isə Mustafa Dənizli bacarıb. Bu da sizə Mübariz Mənsimovun milyonlarını evlərinə aparan əcnəbi mütəxəssislərin verdiyi fayda. Bu 8 məşqçiyə və onların dönəmində cəlb olunan futbolçulara verilən maaşlar ümumilikdə 50 milyon dollardan artıqdı, bu birmənalıdı. Yəni 50 milyon dollara bir ölkə kuboku, bir də superkubok. O pulla Çempionlar Liqasının kubokunu Azərbaycan gətirmək olardı...
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar