08 mar 18:13secilmisler, manset

Mübariz Mənsimova açıq məktub

Mübariz Mənsimova açıq məktub
Hörmətli Mübariz müəllim!
Nəzərinizə çatdırıram ki, rəhbərlik etdiyim “Futbol+” qəzetinin “Xəzər Lənkəran” futbol klubu ilə uzunmüddətli reklam əməkdaşlığı olub. Ötən illərdə klubla qəzet arasında normal, işgüzar, hər iki tərəf üçün faydalı münasibətlər formalaşıb. Biz daim müqavilə öhdəliklərinə əməl etməyə çalışmışıq və insafən, klubdan da eyni xoş münasibəti görmüşük.
“Futbol+” ilə “Xəzər Lənkəran” arasında sonuncu reklam müqaviləsi 2015-ci il iyulun 1-də imzalanmış və 2016-cı il mayın 31-nə qədər nəzərdə tutulmuşdu. Bütün əvvəlki müqavilə dövrlərində olduğu kimi, sonuncu dəfə də üzərimizə düşən öhdəlikləri yerinə yetirmişik, qəzetin 1-ci səhifəsində klubun reklamı yer alıb.
Ötən ilin mayından, yəni müqavilə qüvvədən düşəndən bəri klubla reklam əməkdaşlığı dayanıb. Amma təəssüf ki, sonuncu müqavilə üzrə qəzetə çatmalı olan vəsaiti klubdan ala bilmirik. Daha dəqiqi, hazırda “Xəzər Lənkəran”ın “Futbol+” qəzetinə ödəməli olduğu pulun məbləği 9000 manatdı. Yəni 2015-ci ilin son 4 ayı (sentyabr, oktyabr, noyabr, dekabr) ilə yanaşı, 2016-cı ilin ilk 5 ayı (yanvar, fevral, mart, aprel, may) üçün də ödəniş olmayıb.
Hörmətli Mübariz müəllim! Bildiyiniz kimi, 2015-ci il dekabrın 21-də Azərbaycanda manatın növbəti devalvasiyası baş verdi və 1 ABŞ dollarının məzənnəsi 1,05 manatdan 1,55 manata yüksəldi. Belə demək mümkünsə, klubun bizə ödəməli olduğu pul da dəyərsizləşdi. Digər tərəfdən, bu məqamı da xüsusi vurğulamaq istəyirəm ki, “Futbol+” vergi ödəyicisi kimi kluba göndərilən vergi-hesab fakturaları üzrə nəzərdə tutulan məbləği daim, vaxtında vergi orqanlarına ödəyib. Reklam pullarını ala bilməsək də, vergi ödənişlərini vaxtında etmişik.
Son ilyarımda klubun Bakıdakı rəhbərliyinə müraciətlərimizə, görüş istəyimizə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə təmasdan qaçıblar. Şəxsən mən dəfələrlə klubun mətbuat katibi, “Palmali”nin sözçüsü Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxlamışam, şirkərin Bakıdakı ofisinin rəhbərlərindən biri, eyni zamanda klubun vitse-prezidenti olan Tuyqun Nadirov qəzet rəhbərliyinə görüşəcəyini desə də, uzun müddətdi hansısa səbəblərdən görüşdən yayınır. Klubun Bakıdakı ofisinə və “Palmali”nin rəsmi elektron ünvanına göndərdiyimiz məktublara da bu günə qədər cavab ala bilməmişik.
Aradakı səmimi münasibətləri nəzərə alaraq, indiyə qədər məhkəməyə müraciət etməmişik. Sizə müraciət etməkdə məqsədimiz budu ki, “Xəzər Lənkəran”ın “Futbol+”ə borclu olduğu pulun ən qısa müddətdə ödənilməsinə dair göstəriş verəsiz.
Mahir RÜSTƏMLİ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar