01 mar 15:42secilmisler, manset

Banişevskinin formasının əbədiləşdirilməsi şuranın iclasında müzakirə olunacaq

Banişevskinin formasının əbədiləşdirilməsi şuranın iclasında müzakirə olunacaq
Səməd Qurbanov: “Kaş bunu özü sağ olanda edəydilər”

Fevralın 23-də Antatoli Banişevskinin 71 yaşı tamam oldu. Artıq neçə illərdi ki, hər kəsin sevimlisi, dahi futbolçu bu şəkildə yad olunur. Şəninə xoş sözlər deyilir, xatirəsinə turnirlər keçirilir, qəbrinin üstünə güllər qoyulur. Amma bir xüsusi məqam var ki, nə ona fikir verən var, nə məsuliyyəti üzərinə götürüb qərar qəbul edən. Dəfələrlə yazıb, müzakirəyə çıxarsaq da, xeyri yoxdu. Bir neçə gün öncə uzun illər Banişevskinin oynadığı “Neftçi”də çalışmış həkim Boris Xetaqurov yenidən bu məsələni gündəmə gətirdi. Tolikin geydiyi “9 nömrə”nin əbədiləşdirilməsini. Yəni həmin nömrə ki, yalnız rəhmətliyin adı ilə bağlı olmalıdı.
Boris Nanayeviç Banişevski ilə canlı ünsiyyətdə olmuş, vaxtilə birgə çalışmış tək-tük insanlardandı. Çoxu rəhmətə gedib, qalanlar da qocalır. Bir neçə ildən sonra onlar da aramızda olmayacaq. Və beləcə, illər ötdükcə Anatoli Banişevski sıradan futbolçu kimi xatırlanacaq. Belə olmaması üçün isə xüsusi nəsə etmək lazımdı. Ki, 20-30 ildən sonra gələcək nəsil, ya da hansısa legioner “9 nömrə” arzusuna düşəndə, Banişevskinin adını eşitsin, dərhal onun haqda məlumat əldə etsin. Bu isə indiki halda “Neftçi”nin Müşahidə Şurasının üzərinə düşən işdi. İki il öncə klubun loqosunu dəyişmək fikrinə düşənlərin, muzey, “fan-şop” yaratmaq arzusunda olanların növbəti iclasda diqqətini bu mövzuya ayırması məsləhətdi. Onsuz da yaranan gündən istər şuranın özü, istərsə də orda oturanlar ayrı-ayrılıqda qınanır. Gah bir neçə ay yoxa çıxırlar, gah istefalar gerçəkləşir, gah da mətbuatdan uzaq düşürlər. Belə bir vəziyyətdə, yəni 80 illik yubiley ərəfəsində “Anatoli Banişevskinin “9”u əbədiləşdirilsin” qərarı yerinə düşər. Onsuz da özündən sonra elə birisi dünyaya gəlməyib, bundan sonra çətin gəlsin.
Bunu etməli olan şəxs isə Səməd Qurbanovdu. Uzun illər “Neftçi”nin şərəfini qorumuş, Toliklə ünsiyyətdə olmuş, rəhbərliyin bacarığına şəxsən bələd olan və ən əsası, hazırda Müşahidə Şurasında təmsil olunanlar arasında yeganə futbol adamı. Yəni növbəti iclasda bu məsələni Səməd bəy müzakirəyə çıxarmalıdı. Bunun üçün isə təşəbbüs göstərməli, ortaya faktlar qoymalıdı. Maraqlıdı, özü bu haqda düşünürmü? Boris Xetaqurovun, eləcə də bizim təklifimizə isti yanaşırmı? Öz dilindən eşidək: “Banişevski böyük futbolçu olub. Onu nə qədər tərifləsək, azdı. Azərbaycan futbolu adına böyük xidmətləri olmuş şəxsiyyətdi. Nömrəsinin əbədiləşdirilməsi söhbətini dəstəkləyirəm. Amma kaş bunu özü sağ olanda edəydilər. 90-cı illərin əvvəllərində. Özü o günləri görəydi. Belə baxanda indi də gec deyil. Bu haqda düşünmək, qərar qəbul etmək olar. Nəzərə alaq ki, tək mənim istəyimlə iş həll olunmur. Bunun üçün ümumi razılıq olmalı, xalqın fikri əsas tutulmalıdı. İdeya olaraq əladı, dəstəkləyirəm. Bu yaxınlarda 80 illik yubileylə bağlı iclasımız olmalıdı. Orda mütləq bu məsələni müzakirəyə çıxaracam. Əmin olun, mütləq bu haqda söhbətimiz olacaq. Hansı qərar qəbul olunacaq – bunu iclasdan sonra biləcəyik”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar