27 fev 17:33secilmisler, manset

Samir Məsimov AZAL-da pulsuz oynayacaq

Samir Məsimov AZAL-da pulsuz oynayacaq
“Yeni baş məşqçi gələndən sonra “kitabım bağlandı”

Vaqif Cavadov, Sadio Tounkara, Bəxtiyar Soltanov kimilərin AZAL-la anlaşması o qədər də səs-küy doğurmadı, nəinki Samir Məsimovun Şüvəlanda peyda olması. Niyə? Çünki adı çəkilənlərin indiki vəziyyətdə karyerasını ölkə davam etdirməsi onsuz da zərurət idi. Hansısa komandaya lazım olsaydılar, AZAL-da nə işləri vardı?! Samir isə Avropada məskən salıb legioner həyatını davam etdirməkdə maraqlıydı. İlyarım “Domjale”nin sıralarında olan, amma heç cür özünü göstərə bilməyən yarımmüdafiəçi Azərbaycana qayıtmaq istəmirdi. İstəsəydi, yanvarda “Kəpəz”, “Sumqayıt”, lap elə AZAL-la müqavilə bağlayardı. Adam Qazaxıstan “Okjetpes”ində baxışdan keçirdi. Bir neçə həftə düşərgədə olsa da, onlara lazım olmadı. Əlacsız qalıb yenidən Azərbaycana qayıtmağa razılıq verdi. Geridə qalan ilyarımda bizə qaranlıq qalan bir çox suallar vardı ki, Məsimovla söhbətdə həm AZAL-la, həm də başqa məsələlər ilə bağlı suallara cavab tapmağa çalışdıq.
- AZAL-a keçidindən başlayaq. Sənə kim zəng vurdu, nə dedi və neçə günə qərar verdin?
- Mən özüm zəng vurdum. Baş məşqçi Tərlan Əhmədovla əlaqə saxlayıb məni komandasına götürməsini xahiş etdim. O isə müraciətimə isti yanaşdı. Belə çətin vəziyyətdə mənə arxa durduğuna görə ona təşəkkür edirəm.
- Buna qədər Azərbaycanın başqa klublarından təklif olmuşdu? Məsələn, “Kəpəz”, “Sumqayıt”, “Zirə”...
- Xeyr, yerli klubların heç birindən dəvət almamışdım. “Mordoviya”dan maraqlanırdılar, ancaq kluba transfer qadağası qoyulduğundan, keçidim baş tutmadı. Üstəlik, İsveçə yollanmaq imkanı yaranmışdı. Anatoli Ponomaryov zəng vurub bir klubun məni heyətində görmək istədiyini dedi. Amma dil probleminə görə ora getmək istəyim də ürəyimdə qaldı. Sloveniyada yaşayanda başa düşdüm ki, ingilis dilini bilmək çox vacibdi. Bundan sonra mütləq dil öyrənməliyəm.
- Yeni komandada özünü necə hiss edirsən? Məşqlərə başlamısan?
- Hər şey qaydasındadı. AZAL-da olan uşaqların çoxu ilə qiyabi də olsa, tanışam. “Neftçi”də çıxış edəndə bir-birimizə rəqib olmuşuq. Həm də bura mənə yad yer deyil ki. Bircə qalır məşq edib oyunlara hazırlaşmaq. Əsas odu, komandada mehribanlıq var.
- AZAL səni sifariş edib? “Neftçi”yə qarşı çıxış etmək imkanın olacaq?
- Bəli, bütün sənədlər hazırdı və artıq növbəti matçda meydana çıxa biləcəm. Oynayıb-oynamayacağım isə baş məşqçinin qərarından asılıdı.
- Hansı nömrə altında çıxış edəcəksən?
- “12”ni seçdim. Həm xoşuma gəlir, həm də uğur gətirən nömrədi.
- “Neftçi”yə qarşı oyun sənin üçün hansı önəmi daşıyacaq? İki il öncə sənə şans verməyənlərə qarşı prinsipiallıq var?
- “Neftçi”ylə heç bir prinsipim yoxdu. İlyarım ərzində özümə xoş münasibət gördüm, orda oynayan və çalışan insanlarla əla günlərim keçib. “Domjale”yə gedəndə də heç bir problem yaratmadılar. Ona görə də hansısa prinsipiallıqdan söhbət gedə bilməz. Mənim üçün xüsusi oyun olacaq ona görə ki, həm dostlarımı görəcəm, həm də sabiq komandama qarşı çıxış edəcəm. Dediyim kimi, baş məşqçi şans versə.
- Cəmi 9 tur qalsa da, AZAL güclənməkdə davam edir. Məqsəd, təbii ki, premyer-liqada qalmaqdı. Lakin ən yaxın izləyiciniz olan “Neftçi”nin də qələbələri sıralayacağı gözlənilir. Öz aramızdı, işiniz asan olmayacaq.
- Nə dediyinizi anlayıram. Xəbərim var, “Neftçi” xeyli güclənib, çox sayda legionerlər gətiriblər. Amma qarşıda bizi 9 oyun gözləyir. Bu isə 27 xal deməkdi. Bu qədər yeni futbolçular gəlibsə, deməli, nəsə etmək istəyirik. Gəlişimizin məqsədi AZAL-ı premyer-liqada saxlamaqdı. Bunu bacaracağımıza inanıram. Sadəcə, sona qədər vuruşmaq və qələbəni istəmək lazımdı. Məğlubedilməz komanda yoxdu.
- AZAL-da yüksək məbləğdə maaş olmadığını bilirik. Sirr deyilsə, aylıq nə qədər alacaqsan?
- Mövsümün sonuna qədər, yəni qarşıdakı iki ayı pulsuz oynayacam. Ondan sonrasına baxarıq.
- Elə də olur?

- İnsan istəyəndə hər şey olur. Mən bura AZAL-a kömək etməyə gəlmişəm.
- Keçək əsas məsələyə. “Domjale”də möhkəmlənə bilməməyinin səbəbini gec də olsa, bilmək istərdim.
- Mən “Domjale”yə keçəndə baş məşqçi Luka Elsner idi. Özü də mən sırf bu məşqçinin istəyi ilə transfer olunmuşdum. Elsner mənə güvənirdi, az da olsa, şans verirdi. Lakin sonradan sağlamlığımda müəyyən problemlər yarandı. Ona görə də bir müddət yaşıl meydanlardan kənarda qaldım. Qayıdanda isə yerimi başqa futbolçu tutmuşdu, ona görə də heyətə düşə bilmirdim. Sonra Elsner getdi və yeni baş məşqçi gəldi. O isə özüylə əvvəldən tanıdığı futbolçuları gətirib, onlara şans verməyə başladı. Belədə mənim nəyəsə ümid etməyim möcüzəyə bərabər idi. Onun dönəmində heç bir oyunda forma geymək imkanı qazanmadım. Belə deyim, yeni baş məşqçi gələndən sonra “kitabım bağlandı”.
- Yəni karyeranın uğursuz alınmasında baş məşqçilər günahkar olub?
- Xeyr-xeyr... Mən belə sözləri xoşlamıram. Dediyim kimi, insanın bacarmadığı iş yoxdu. Hər şey öz əlimizdədi. Təbii ki, öz səhvlərim də oldu. Xəstələnməyim, uyğunlaşma prosesini istənilən kimi keçməməyim və s. Amma söhbət çox az oynamağımdan gedirsə, bəli, bunda baş məşqçi dəyişikliyi rol oynadı. Əsas heyətdə yer almasam da, hər halda, komandaya kömək edə bilərdim.
- Yanvarda “Okjetpes”in düşərgəsində baxışdaydın. Orda qalmağına nə mane oldu?
- Bu haqda danışmaq istəmirəm. Çünki yadıma salanda əsəbləşirəm. Orda yaşananları keçmiş agentlərimin vicdanına buraxıram. Yəni mənimlə bağlı olmayan məsələyə görə keçidim baş tutmadı.
- Uzun müddət Sloveniyada yaşadın. Ordakı futbol və şəraitlə yaxından tanış olmaq imkanı qazandın. Azərbaycan və Sloveniya futbolunu müqayisə edə bilərsən?
- Müqayisə etməyim düzgün olmaz. Yalnız orda gördüklərimi deyə bilərəm sizə. Hər yarımildən bir Sloveniya çempionatından mütləq bir futbolçu “böyük beşlik” ölkələrinə transfer olunur. Bəzən say 2-3 də olur. Yəni Sloveniya çempionatı “beşlik” ölkələrində çalışan məşqçi və skautların diqqətindədi. İspaniya, İtaliya, Almaniyada gör nə qədər milli üzvü var. Onların hamısı yerli çempionatdan çıxmış futbolçulardı. Deməli, həm çempionatın səviyyəsi yüksəkdi, həm də uşaq futbolu özünü göstərir. Məşqlər olduqca ağır tempdə keçir, gücə xüsusi diqqət ayırırlar. Çempionatın səviyyəsi də olduqca yaxşıdı.
- Vaxtilə səninlə “Neftçi”də çiyin-çiyinə oynamış Culius Vobay da Sloveniyada çıxış edir. “Olimpiya”da oynayan Vobayla görüşmək imkanın olurdu?
- Əlbəttə, Vobayla görüşüb danışırdıq. İngilis dilində yaxşı bilməsəm də, bir-birimizi başa düşürdük. Sonuncu dəfə dedi ki, “Neftçi” mənim ürəyimdədi, yenidən komandaya kömək etməyə hazıram.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Yığma, yoxsa “Niyə də yox?!” komandası? 13:12Olimpiya çempionu güləşçimizi təriflədi 13:10“Marafon”a basqını Aynar Məmmədov təşkil edib? 13:08Yığmamız “Novruz” turnirində niyə NTD-nin formasında oynayıb? 13:04“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35 Bütün xəbərlər
Ən çox oxunanlar