27 fev 17:30secilmisler, manset

Boris Xetaqurov “Neftçi”yə təklif verib, “ilişdi”

Boris Xetaqurov “Neftçi”yə təklif verib, “ilişdi”
Təcrübəli həkim Banişevskinin nömrəsinin əbədiləşdirilməsini istəyir

Yaşasaydı, fevralın 23-də 71 yaşı tamam olacaqdı. Amma bu günü görmək ona qismət olmadı. 51 yaşında, 1997-ci il dekabrın 10-da gözlərini əbədi yumdu. Şəkər xəstəliyindən əziyyət çəkirdi deyə, həkimlər ona soyuq və spirtli içkiləri, həmçinin yağlı və qızardılmış yeməkləri qadağan etmişdi. Amma Anatoli Banişevski həkim məsləhətlərinə qulaq asmadan öz bildiyini edirdi. Evdəkilərin gözündən uzaqda, illərdi çörək kəsdiyi dost-tanışın yanında. Və nəticəsi vaxtsız ölüm oldu.
Artıq 20 ildi Tolikin doğum və ölüm günləri yada salınır. Kimlərsə qəbir üstünə gedir, bir çoxları da sosial şəbəkələrdə paylaşımlar edir. Belələrindən biri də Boris Xetaqurovdu. Ömrünün 50 ilini “Neftçi”yə həsr etmiş, Banişevskini yaxından tanıyan, dəfələrlə onu müalicə etmiş həkim. Fevralın 23-də “feysbuk”da fəallıq göstərənlərdən biri də Xetaqurov idi. Təbib srağagün iki paylaşım edib ki, ikisi də Anatoli ilə bağlıdı. Boris Nanayeviç hər iki paylaşımda hazırda “Neftçi”də çalışanlara səslənib. Birində müraciət edib, digərində “ilişib”.
İlk statusda 1978-ci ildə “Neftçi” kollektivinin şəklini yerləşdirən Xetaqurov fotonun altına bu sözləri yazıb: “Neftçi” rəhbərliyinə səslənirəm. Anatoli Banişevski ömrünü “Neftçi”yə həsr etmiş insandı. Və bütün karyerası bu kluba bağlı olub. Banişevskinin xüsusi xidmətlərini nəzərə alıb təklif edirəm ki, vaxtilə onun geydiyi “9 nömrə” əbədiləşdirilsin. Bu təcrübədən bütün dünya istifadə edir. Ümid edirəm ki, futbola bağlı olan insanlar təklifimi dəstəkləyəcək”.
Digər şəkildə isə Boris Nanayeviç Toliki müayinə edir. Həmkarlarımızdan biri fotonun altında həkimə zarafatla “məgər siz “Neftçi”də işləmisiz” sualını verib. Xetaqurovun cavabı isə özünü çox gözlətməyib: “Bunu “Neftçi”nin mətbuat katibliyindən soruşmaq lazımdı. Yoxsa mənim bütün arxiv şəkillərimi “feysbuk” səhifələrində özlərininki kimi təqdim edirlər. Çünki 2011-ci ildə yenidən “Neftçi”yə qayıdanda arxivimdəki bəzi qənimətləri muzeyə qoymaq üçün kluba vermişdim”.
Təcrübəli mütəxəssisin yazdıqları, heç şübhəsiz, hazırda “Neftçi”də çalışanlara, dəqiq desək, “feysbuk” səhifəsini işlədənlərə ünvanlanıb. Elədisə, oğurluq edən kimdi? Atmaca kimə aiddi? “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulovu dinləyək: “Boris Xetaqurov dostluq səhifəmdə yoxdu. Ona görə də paylaşımlarını görə bilmirəm. Nə deyə bilərəm? “Feysbuk”du da, hər bir insan şəxsi fikrini yazır, buna qadağa qoyulmayıb. Nə də kimsə “yazma” deyə bilməz. Konkret nəyi nəzərdə tutduğunu bilmirəm. Odu ki, Boris Nanayeviçə uzun ömür və cansağlığı arzulayıram. İnşallah, bundan sonra da indiki kimi gümrah şəkildə ölkə futboluna xidmət edər”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Dünən, 18:37 Qol vuran qələbə qazandı Dünən, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Dünən, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Dünən, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Dünən, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Dünən, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Dünən, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Dünən, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Dünən, 18:21 “İnter” 88 dəqiqə dözdü Dünən, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Dünən, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Dünən, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Dünən, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Dünən, 18:07 Faiq Həsənov susdu! Dünən, 18:06 Qısa xəbərlər Dünən, 18:04 Belfor pula qaçır... Dünən, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar