16 fev 16:34secilmisler, manset

Nizami Hacıyev Prosineçkiyə səsləndi

Nizami Hacıyev Prosineçkiyə səsləndi
"İnter" avrokuboklara vəsiqə qazanmasa, kitabı bağlandı”
"İnter"in qələbə qolunun müəllifi olan Nizami Hacıyev qarşılaşmadan sonra jurnalistlərin əhatəsinə düşdü. Mükəmməl oyun sərgiləyən futbolçu yenə yığmanın baş məşqçisi Robert Prosineçkiyə mesaj göndərdi.
- Oyunla bağlı nə deyə bilərsən?
- Çox ağır oyun keçdi. İlk hissədə topu hiss etmirdim. Nədənsə narahat idim. Bəlkə də gecəni narahat yatdığıma və ya görüşün tez başlamasına görədi. Yaxşı ki, 80-ci dəqiqədən etibarən özümüzdə güc tapıb qələbə topunu vurduq. Komandamıza lazım olan qolu vurduğuma görə şadam. Bu təkcə mənim yox, bütün komandamızın qoludu. Komanda yoldaşlarımı, bizə inananları, azarkeşlərimizi, dost-qardaşlarımızı təbrik edirəm. Son 2 matçda 5 xal itirmişdik. Vəziyyətimiz ağırlaşmaq üzrə idi. Klubda maaşla bağlı problem var. Pulumuz olmasa da, mənliyimiz yerindədi. İlk növbədə bunu əsas tuturuq. Meydana çıxanda pul yaddan çıxır.
- AZAL son pillədə qərarlaşsa da, cəmi bir qolla qələbə qazandız...
- AZAL çox yaxşı komandadı. Kimsə fikirləşməsin ki, ardıcıl uduzduqlarına görə zəifdilər. Bu gün qol vəziyyətləri də yaratdılar, bizə yüksək səviyyədə müqavimət göstərdilər. AZAL-a uğurlar arzulayıram.
- Gecə narahat yatmağının səbəbi "İnter"in gələcəyi ilə bağlıdı?
- (gülür) Həqiqətən də bu haqda çox fikirləşirəm. Neçə illərdi bu komandada oynayıram. Kapitan sarğısını həvalə ediblər. Buna görə baş məşqçimiz Zaur Svanadzeyə, mənə güvənən insanlara, komanda yoldaşlarıma minnətdaram. Təbii ki, klubsuz qalmayacağıq. Elə futbolçulara malikik ki, gedib hardasa ailəmizə 3-5 manat çörəkpulu qazanacağıq. Amma inanın ki, neçə illər boyunca qurduğumuz imperiya dağılmaq üzrədi.
- Məsələ bu qədər ciddidi?
- Hər şeyi açıq danışacam. "İnter" premyer-liqada ilk "3-lüy"ə düşməsə, avrokuboklara vəsiqə qazanmasa, kitabı bağlandı.
- Amma nəzərə alaq ki, ilk "3-lüy"ə düşmək şanslarınız daha realdı. O zaman vəziyyət necə olacaq?
- Əlbəttə, realdı. Amma “transfer pəncərəmiz” yaya qədər bağlıdı. Futbolçularla müqavilələrin müddəti bitir. Ən azı eyni maaş qalmalı, futbolçularla 1 illik müqavilə bağlanılmalıdı. Əvəzedicilərlə oynamaq real deyil. Bu komandanı avrokuboklara çıxarmaq, ən azı hazırkı əsas heyət üzvlərini saxlamaq lazımdı. Futbolçularla yeni müqavilələr bağlanılsa, bilərsən ki, rahatsan, gec-tez maaşını alacaqsan. Buna görə də "İnter"də futbolçudan məşqçilər korpusuna qədər hamının məqsədi ilk "3-lüy"ə düşməkdi. Bundan sonra klubun ömrünü ən azı bir il uzada bilərik.
- Həmişə yalnız sən açıq danışırsan. Bu kapitan olmağından irəli gəlir, yoxsa başqa futbolçular danışıb özlərini pis etmək istəmirlər?
– Komanda yoldaşlarım haqda heç nə demək istəmirəm. Kapitanam, ilk növbədə mən sözün düzünü deməliyəm. Həm ictimaiyyətə, həm dostlarıma, həm də komanda yoldaşlarıma. Elə şeylər olur ki, mən bilirəm, komanda yoldaşım yox. Belə vəziyyətdə bunu içimdə saxlamağı bacarmıram. Çünki klubdaxili problemi onlara deməliyəm. Üz-üzə gəlir, meydanda çiyin-çiyinə vuruşuruq ki, nəticə qazanaq. Mən bunu deməliyəm. Mənim üçün hamıdan önəmli meydanda olan futbolçular, komanda yoldaşlarımdı. Onlar mənə qardaş kimidilər. Meydanda əl-ələ verərək, hərə öz işini görür.
- Aqil Məmmədov karyerası ərzində ən gözəl qolu buraxdığını bildirdi. Dedi ki, Nizami Hacıyevin vurduğu qol mövsümün ən gözəl qolu seçilə bilər...
- İlin qolu seçilsə, Aqil Məmmədova qonaqlıq verəcəm.
- Bizimlə müsahibəyə gələndə aqressiv idin. "Millinin baş məşqçisinə zəng edib deyərsiz ki, Nizami Hacıyev qol vurdu" söyləyirdin...
- Aqressiv olmalıyam da. Yığmada oynamaq, ölkəni təmsil etmək istəyirəm.
- Bəs yolunu bağlayan nədi?
- Vallah, hələ də bilmirəm. Kimin çağırmasından asılı olmayaraq, yığmaya dəvət gözləyirəm və əlimdən gələni etməyə hazıram.
- Bəlkə özün millinin toplanışına formanı götürüb gedəsən?
- (gülür) Axırda elə olacaq. Paltarımı götürüb gedəcəm və deyəcəyəm ki, gəlmişəm, oynamalıyam.
- Robert Prosineçkiyə mesajın var?
- Ona nə deyim? Allah köməyi olsun. Kimlər milliyə layiqdisə, onları da çağırsın.
- Qarşıdan Qətərlə yoldaşlıq oyunu gəlir. Prosineçki ən azı bu matçda səni sınaya bilər.
- Razıyam.
- Prosineçkinin dönəmində milliyə dəvət almısan?
- Xeyr, amma gözləyirəm. Hələ hər şey irəlidədi. Martın 9-dək iki-üç oyunumuz olacaq.
- Prosineçki hansısa futbolçunun dəvət üçün adı hallananda əsəbiləşir. Bəlkə heç bu haqda danışmayasan, özü səni dəvət etsin?
- Dəvət etmək fikirləri varsa, çağıra bilərlər. Heç kimin haqqına girmirəm, kimisə təhqir etmirəm, artıq-əskik söz demirəm. Sadəcə, yığmada oynamaq istəyirəm. Zəifəmsə, standartlara cavab vermirəmsə, göstərdiyim oyun qane etmirsə, başqa məsələ. Yox, öz vəzifəmi layiqincə yerinə yetirirəmsə, bunu özümdən çıxarmıram ki... Hər şey göz qabağındadı. Xahiş edirəm, buna bir çarə tapsınlar.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23“Atam həmişə mənə deyirdi ki, kişi olmalısan, mavi yox” 20:23 Bütün xəbərlər
Ən çox oxunanlar