12 fev 16:23secilmisler, manset

Ramin Musayevin cibində açarlar olan gödəkçəsi oğurlanıb

Ramin Musayevin cibində açarlar olan gödəkçəsi oğurlanıb
“Xəyanəti cavanlıqda etmişəm, o da burda yox, xaricdə”

Razılaşarsız ki, futbolla bağlı müsahibələri oxumaq bəzən bezdirici olur. “Məşqçi sizi niyə oynatmadı, qol vəziyyətini qaçıranda hansı hissləri keçirdiz, növbəti oyundan nə gözləyirsiz” - belə suallar və onlara verilən şablon cavablar istər-istəməz oxucunu yorur. Amma məsələn, Kriştiano Ronaldo ailə həyatı, keçmişi, əyləncəsi haqda bilmədiklərimizi dilə gətirəndə həmin müsahibəni böyük həvəslə oxuyuruq. Hətta imkan düşəndə ikinci dəfə göz gəzdiririk. Sizi bilmirəm, şəxsən mənim üçün futbolçuların meydandankənar həyatı həmişə böyük maraq daşıyıb. Məhz bu səbəbdən ayda bir dəfə “Meydandan kənarda” rubrikası üçün hansısa futbolçunu müəyyənləşdirib, onunla söhbətdə topdan uzaq qaçmağa çalışacağıma söz vermişdim. Bundan öncəki müsahiblərim futbolçular və yığmanın baş məşqçisi Robert Prosineçki olmuşdu. Yanvarda premyer-liqada fasilə yarandığından, rubrika da bu imkandan yararlanıb “dincəldi”. Fevral müsahibəsi üçün Ramin Musayevlə söhbətləşməyi qərara aldım. PFL prezidentinin nə qədər səmimi insan olduğunu onu yaxından tanıyanlar yaxşı bilir. Yəni ünvanlayacağım fərqli suallara dəqiq cavab alacağıma əmin idim. Gümanımda yanılmadım və dünən Ramin bəyin otağında baş tutan birsaatlıq müsahibədən razı qaldım. Sizin də razı qalacağınıza ümid edirəm.

“Devalvasiya biznesini dollarla quranlara təsir etdi”
- Dolların kursu gah qalxır, gah düşür. Harda dayanacaq?
- Tam ortada.
- Hansı kursda?
- Səmimi deyim? Dolların kursu məni maraqlandırmır. Heç bilmirəm, bugünkü qiyməti neçədi. Maaşı manatla alıb, manatla da xərcləyirəm. Harda dayanır-dayansın.
- Sizcə, devalvasiyadan sonra insanların yaşayış səviyyəsi aşağı düşüb?
- Bu yaxınlarda Türkiyədəydim. Orda vəziyyətə, yaşayışa baxdım. Öz vətənimə qurban olum. Bəlkə kimsə vəzifədə oturduğumu əsas gətirib, “toxun acdan xəbəri yoxdu” məsəlini dilinə gətirər. Amma mən faktlarla danışmağı sevən adamam. Qardaş, restoranlarda, ticarət mərkəzlərində ayaq qoymağa yer yoxdu. İstirahət günləri şəhərə çıxıb baxaq. Yaşayış səviyyəsi aşağı düşübsə, alver etməyə, restoranlarda yeyib-içməyə pulu hardan tapırlar? Maşallah, hamı necə lazımdı, geyinir. Bir blokda 10 ailə yaşayırsa, 7-nin maşını var. Toylara gedirik, Allah subaylara qismət eləsin, masaların hamısı dolu. Bilirsiz, devalvasiya kimə təsir etdi? Biznesini milyonlarla dollarlarla quranlar var idi ha, bax, onlara. Zərbə onlara dəydi, sənə, mənə yox. Düzdü, ərzaqların qiymətində müəyyən artım var. Onu da ötüşdürmək olur. Şükür Allaha, ac qalmırıq ki.
- Şəxsi biznesiniz var?
- Öz biznesim yoxdu, amma belə qohumlarım var. Ola bilsin, onlara görə kimlərəsə ağız açıram, xahiş edirəm. Sağ olsunlar, sözümü yerə salmırlar. Amma şəxsi biznesim yoxdu. Yoxlaya da bilərsiz.
- Vəzifə adamının biznesi yoxdu?
- Səhər 9-da işə gəlib, axşam 10-da çıxıram.
- Biznes qurub oğlunuza, bacıoğlunuza tapşıra bilərsiz.
- Bu dəqiqə elə zəmanədi ki, ən yaxşı halda oğula etibar etmək olar. Oğlum hələ ki ölkə xaricində yaşayır. İnşallah, Azərbaycana gəlsin, ondan sonra biznesə qoşular.
- Biznesə girişməkdən qorxmusuz?
- Heç nədən qorxan insan deyiləm. Ağlıma girəni edən adamam. Allah bizə göz və ağıl verib. Sadəcə, vaxtım yoxdu.

“Pulu daha çox geyimə xərcləyirəm”
- Evin xəzinədarı kimdi?
- Ramin Musayev.
- Qadının əlinə pul dəymir?
- Özünə paltar, yaxud nəsə lazım olsa, ona uyğun pul ayırıram, gedib alır. Amma xəzinədar özüməm.
- Belə də olmalıdı?
- Mənim aləmimdə bəli.
- Qadının əlinə pul dəyəndə, üzr istəyirəm, özünü səlahiyyətləri artıbmış kimi hiss edir. Ona görə?
- Xeyr, qadından-qadına fərq var. Mən hansısa deyimə görə addım atmıram. Ailədə necə görmüşəmsə, o yolu gedirəm.
- Pulu ən çox nəyə xərcləyirsiz: texniki avadanlıqlara, geyimə, yoxsa yeyib-içməyə?
- Mən daha çox geyimə üstünlük verirəm.
- Cavanlıqdan geyim həvəskarı olmusuz deyə, yoxsa yaşlandıqca cavan görünmək üçün əyin-başınıza fikir verirsiz?
- (gülür) Yox, tələbəlik illərindən yaxşı geyinən olmuşam.
- Poqon daşımaq rahat idi, yoxsa kresloda oturmaq?
- Mən poqon daşıyan vaxtlarda da kresloda oturmuşam. Poqona həvəsim uşaqlıqdan olub. Amma indiki işim ondan ağırdı.
- Vaxtilə polis işində yığdığınız təcrübə indiki işinizdə köməyinizə çatır?
- Əlbəttə. Həm də çox.
- Məsələn, nədə?
- İnsanları rahat tanıya bilirəm. Baxışından, ağzından çıxan iki kəlmədən nə demək istədiyini anlayıram. 5 il həbsxanada - 6 saylı islah-əmək koloniyasında çalışmışam. O illər ərzində azı 1200 məhbus olub. Həmin məhbuslardan 70 faizi ilə söhbət etmişəm. Yəni işimin tərkib hissəsi olub. Sizi inandırım, hər cür insan gördüm. Və gördüklərim mənim üçün böyük həyat təcrübəsi oldu. Şükürlər olsun, indiyə qədər aldanmamışam.

“Desəm ki, əl qaldırmamışam, yalan olar”
- Qızı qohumdan almaq yaxşıdı, yoxsa yaddan?
- Əsas olan qızı tanıyıb almaqdı. Qohum onsuz da qohumdu də. Yaddan alasan ki, yaxşı qohumların sayı artsın.
- Siz də yad qızını almısız?
- Bəli. Düzdü, o da əslən gürcüstanlıdı, amma qohumum deyil.
- Görüb istəmisiz, yoxsa tanış ediblər?
- Təsadüfən görüb bəyənmişəm.
- Oğlunuza qızı qohumdan alarsız, yoxsa seçimi öz öhdəsinə buraxacaqsız?
- Elvini nişanlamışıq. Amma qohumluq bağları qətiyyən yoxdu.
- Siz tapmısız, yoxsa özü seçib, sevib?
- Təklif bizdən gəlib. Özü də baxıb, maraqlanıb və razılıq verib.
- Həyat yoldaşınıza çox əl qaldırmısız? Dəqiq sayı var?
- Desəm ki, əl qaldırmamışam, yalan olar. Bəli, olub, amma saysız-hesabsız deyil.
- Xanıma əl qaldırmaq cavanlıq əlamətidi, yoxsa xasiyyət?
- Cavanlıqla bağlıdı. Yaşa dolduqca fikirlər dəyişir.
- Bəs indi əsəbləşəndə nə edirsiz?
- İndi elə şey olmur. 30 illik ailə həyatı öz bəhrəsini verib.
- O düz söhbətdi ki, yaşa dolduqca ərlə arvad bir-birini göz-qaşla başa düşür.
- Yaşlanmağa ehtiyac yoxdu. Normal ailələrdə bu proses 3-4 il çəkir. Bizim evdə bir baxışımla hamı anlayır. Bir epizod danışım. Bir dəfə ailəvi dostlarımız qonaq gəlmişdi, uşaqlar da onda balaca idi. Süfrədə nəsə çatmırdı. Yoldaşımı çağırdım, qızım gəldi. Gözünün içinə baxıb “get, gətir” dedim, amma həmin şeyin adını çəkmədim. Uşaq da gedib lazım olanı gətirdi. Masada yoldaşların hamısı əl çaldılar ki, daha sözümüz yoxdu.
- Araq idi?
- Yox-yox...
- Xanımınız xəyanətinizi tutanda nə etmisiz?
- Heç vaxt tutulmamışam.
- Xəyanətin üstünün açılmamasının yeganə yolu əlavə telefon işlədib, onu maşında saxlamaqdı?
- Başqalarını bilmirəm, mənim mobil telefonlarım evdə masanın üstündə olur. Və bu günə qədər ailəmizdə telefonla bağlı narazılıq olmayıb.

“Rəhmətliyin nəvəsi, 54 yaşım var e”
- Əlavə telefon işlətmirsiz?
- Xeyr. Buna ehtiyac da yoxdu.
- Necə etmək olar ki, xanım kişinin xəyanət etdiyini bilməsin?
- Gərək onu edəsən ki, yolunu biləsən. Mən hardan bilim? (gülür)
- Nə demək istəyirsiz? Xəyanət etməmisiz?
- Rəhmətliyin nəvəsi, 54 yaşım var e.
- Onun yaşa dəxli yoxdu. Ramin müəllim, müsahibənin əvvəlində şərt kəsdik axı. Onsuz da “xəyanət etməmişəm” desəz də, heç kim inanmayacaq.
- İndi xəyanət edən vaxtım deyil axı. Etmişəmsə də, cavanlıqda etmişəm. Hansısa xarici ölkəyə gedəndə “salam əleyküm, əleyküm salam”, vəssalam.
- Hansısa kişinin bir gecəlik əyləncə üçün 3-5 min manat xərcləməsinə necə baxırsız?
- Baxır nəyə xərcləyirsən. Məsələn, dəyərli dost-tanışa xərcləyirsənsə, normaldı. O da ayda-ildə bir dəfə. O da baxır dostun kimdi. Vaxtilə sənə ondan da artığını etmiş biridisə, halal xoşu olsun. Özü də 3-5 min manatı bir-iki nəfər xərcləyə bilməz. Moskvada tələbə yoldaşım var – Osmanov İlqar. Uzun illərdən sonra onunla görüşmək imkanım oldu. Və həmin məclisdə 10-dan artıq kişi var idi. Səhər saat 6-ya qədər yeyib-içdik, əməlli-başlı hesab gəlmişdi. Bax, o məclisə dəyərdi.
- O mənada demirəm. Məsələn, ölkə xaricində hansısa restorana gedirsiz, gözləriniz gözəl bir xanımı “tutur”. Elə bir içki sifariş verirsiz ki, təkcə həmin çaxırın, ya şampanın qiyməti 1000 manatdı. Üstəgəl, restorandan çıxandan sonra xərclənən pullar.
- Belə əyləncəyə 5 min yox, heç 500 manat da ödəməyə dəyməz. Boş şeydi.
- Xəyalınızadakı cazibədar, gözəl xanım necə olmalıdı?
- Saçları belini örtəcək qədər uzun olmalıdı. Çox hündür olmamalıdı, ortaboylu, hardasa 170 sm. Və geydiyi ətək dizdən yuxarı olmamalıdı.

“Bığımı qırxanda uşağa oxşayırdım”
- Neçə ildi bığ saxlayırsız?
- 16 yaşımdan.
- O vaxtdan bu yana bığınızı qırxmamısız?
- Bir dəfə olub, əsgərlikdə.
- Niyə?
- Həmin vaxt əsəbdən bığımın bir tərəfindəki tüklər tökülmüşdü, pis görünürdü. Baxdım ki, o cür yaraşmır. Həkim bığı qırxmağı və sarımsaq sürtməyi məsləhət gördü deyə, dediyi kimi elədim. Məcbur idim.
- Güzgüyə baxanda özünüzü bığsız necə gördüz?
- Uşağa oxşayırdım (gülür). Oğlum da bu gün bığını qırxsa, uşağa oxşayacaq. Ona görə də məcbur bığ saxlayır.
- Əsgərlikdən sonra bığınızı qırxmaq haqda düşünmüsüz?
- Xeyr, heç vaxt.
- Sənədli filmə baxmaq maraqlıdı, yoxsa kriminal xəbərlərə?
- Tarixə aid sənədli film olsa, ona baxaram. Xəbərləri saytlarda oxuyuruq, dost-tanışdan eşidirik də.
- Nə vaxt əşya olaraq nəyinizisə oğurlayıblar?
- (bir qədər fikirləşəndən sonra) 16 yaşım olanda Bakıya köçdük. Deməli, hərbi xidmət üçün komissarlığa çağırmışdılar. Xidmətə yollanmamışdan öncə tibbi müayinə üçün idi. Dəri gödəkçəmi asılqandan asıb müayinəyə girdim. Çıxanda baxdım ki, gödəkçəm yoxdu. Amma sonradan tapdım.
- Necə?
- Bilirdim ki, bizdən öncə çıxan uşaqlardan biri götürüb. Leytenant Litvinovun köməyi sayəsində həmin uşağın kim olduğunu öyrəndim. Yaşayış ünvanlarına qədər hamısını mənə dedi. Həmin vaxt universitetdən bizə avtobusdan istifadə üçün biraylıq bilet vermişdilər. Mən də həmin bileti kapron üzlüklə üzləyib, kənarlarını rəngli saplarla bəzəmişdim ki, xarab olmasın. Komissarlıqda adlarını öyrəndiyim uşaqların hara yığışdıqlarını, harda siqaret çəkdiklərini öyrəndim. O əraziyə gedəndə gördüm ki, bileti götürüb üzlüyü yerə atıblar. Artıq heç bir şübhəm qalmamışdı. Dərhal polisə məlumat verdim və lazım olan iki ünvana getdik. O gödəkçənin sol qolu sökülmüşdü deyə, içəridən tikmişdim ki, evdə bilməsinlər. Yəni gödəkçənin mənim olmasına dair əlimdə fakt var idi. Polis uşağı sorğu-suala tutanda anası özünə əl qatdı ki, bəs o gödəkçəni özüm almışam, oğlumundu. Bunu eşidən kimi sahə müvəkkilinə gödəkçənin sol qolunu içəridən tikdiyimi bildirdim. Bir sözlə, sübuta yetirdik. Gödəkçənin cibində seyf qapının açarları da getmişdi. Uşaq götürüb iz azdırmaq üçün harasa atmışdı. Gödəkçə ilə yanaşı, həmin açarın pulunu da aldıq – 150 rubl.

“Şok vəziyyətdə maşını sürdüm dediyi yerə”
- Hansı avtomobil markasını bəyənirsiz?
- “Mercedes” və “Range Rover”.
- Sürücünüz var, bilirəm. Özünüz necə, avtomobil idarə edirsiz?
- Əlbəttə. Özüm maşın sürəndə ruhən dincəlirəm. Fikirli və yorğun olanda özüm sürürəm ki, dincəlim.
- YPX-nin əməkdaşları avtomobilinizi saxlayanda, tanıyıb hörmət edirlər?
- 95 faizi edir. 5 faizi də tanımayanlardır.
- Elə olub ki, ad vermisiz, kim olduğunuzu demisiz, amma polis dediyindən əl çəkməyib?
- Bir dəfə başıma gülməli hadisə gəldi. Səhər tezdən xəstəxanaya tələsirdim, YPX əməkdaşları saxladı ki, bəs maşın həbsdədi, cərimə meydançasına aparmalıyıq. Özü də kürdəmirli idi. Özüm də çaşdım, dedim ay bala, ay qardaş, ola bilməz. Dedi yox e, tapşırıq verilib, aparmalıyıq. Şok vəziyyətdə maşını sürdüm dediyi yerə. Girdik, aydınlaşdırdıq, sorğu-sual aparıldı. Axırda aydın oldu ki, səhv salıblar. Əməkdaş utandığından qıp-qırmızı olmuşdu, dönə-dönə üzr istədi.
- Gürcü xəngəlinin “dərmanı” araqdı, yoxsa gürcü çaxırı?
- Xəngəli çaxırla yeməzlər. Əlbəttə ki, araq.
- Bəs yemək olmasa, arağın “dərmanı” nədi? Limon, yoxsa qazlı su?
- Bu yaşıma kimi yeməksiz içki içməmişəm. Ona görə də deyə bilmərəm. Bir dəfə təzyiqim qalxmışdı, viski içdim. Üstündən də yarım şokolad yedim. 15 dəqiqədən sonra 110 təzyiq düşdü 70-ə.
- Sonuncu sualdı. Uç variantdan birini seçməlisiz. Deməli, əlinizdəki 20 min dolları manata çevirmək üçün 2 dəqiqə vaxtınız var. Daha 2 saat da vaxtınız var ki, “Göyəzən” – “Energetik” oyununa baxasız. Dünyanın ən cazibədar xanımı ilə yanaşı əyləşib söhbət etmək üçün isə 2 gün vaxt verilib sizə. Hansını seçərdiz?
- Futbolu seçərdim, amma elə oyunun adını dediz ki, ona baxmağa məcbur deyiləm. Yəni şərt deyil. “Qarabağ” – “Qəbələ”, “Neftçi” – “Xəzər Lənkəran” matçlarını desəydiz, düşünmədən seçərdim. Dünyanın ən cazibədar xanımı yəqin ki, əcnəbi olacaq. Dilini bilməyəcəm, oturub bir-birimizin üzünə baxacağıq. Ən yaxşısı 20 min dolları verin, gedim 2 dəqiqəyə manata çevirib gəlim (ucadan gülür).
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:06 “Rəvan” rəhbərliyi apellyasiyadan cavab gözləyir Dünən, 18:03 “İnter”lilər hələ də maaş gözləyir Dünən, 17:56 “Qəbələ” Macarıstanda oynayacaq Dünən, 17:52 “Son mövsümdə cəzalanmayan hakim olmadı” Dünən, 16:37 Almanları təəccübləndirməyə bir xal çatmadı Dünən, 16:31 Elxan Abdullayev: dili var, dilçəyi yoxdu! Dünən, 16:28 Qurban Qurbanov azarkeşlərlə futbol oynadı Dünən, 16:26 Yığma bolqarlara yenə uduzdu Dünən, 16:21 "Kəpəz"in növbəti transferi də diviziondandı Dünən, 16:16 “Sumqayıt” “Von Abant” otelini seçdi Dünən, 16:02 Dünən ad günü olan Ülfət Mədətov “Rimini turniri”ndən danışdı Dünən, 15:58 "Zirə" legionerləri saxladı Dünən, 15:51 Füzuli Məmmədov “İnter” rəhbərliyinin qərarına izah tapa bilmir Dünən, 15:28 Lafferti: “Azərbaycanı məğlub etsək...” Dünən, 15:22 Rüstəm Əfsərli “Neftçi”də! Dünən, 15:19 Derlis Meza Kolli indi də “Neftçi” yolundadı Dünən, 15:14 Elvin Səfərli Qəhrəman Əliyevi “naşükür” adlandırdı Dünən, 11:37 Rüstəm DÇ-yə qədər heç bir yarışda çıxış etməyəcək Dünən, 11:34 İkinci Avropa Oyunlarının proqramı və təqvimi müəyyənləşdi Dünən, 11:31 AÇ-dən iki “gümüş”lə Dünən, 11:29 Füzuli Musayevin məclisində bədbəxt hadisə Dünən, 11:25 Qadın şahmatçılarımız ilk dəfə dünya çempionatında iştirak edəcək Dünən, 11:22 Çempionlar Liqasında təmsilçimiz olmayacaq Dünən, 11:16 Maşallah Əhmədovun oğlu məhkəmənin ədalətinə inanır 26-05-2017, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub 26-05-2017, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir 26-05-2017, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... 26-05-2017, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək 26-05-2017, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi 26-05-2017, 15:38 “Elvin Səfərli futbol adamı deyil” 26-05-2017, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır 26-05-2017, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq 26-05-2017, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır 26-05-2017, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı 26-05-2017, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı 26-05-2017, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı 26-05-2017, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! 26-05-2017, 15:17 Averin 15 aylıq cəzalandı 26-05-2017, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! 26-05-2017, 15:09 Türkiyə ilə bacarmadıq 26-05-2017, 15:07 Millimiz Bolqarıstana uduzdu 26-05-2017, 15:06 Medalsız qaldılar 26-05-2017, 15:05 Minskə beş qrossmeyster gedəcək 26-05-2017, 15:04 AÇ üçün hazırlıq başlayır 26-05-2017, 15:00 Antalyadan altı medalla 26-05-2017, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi 26-05-2017, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması 26-05-2017, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi 26-05-2017, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək 26-05-2017, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? 26-05-2017, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var 26-05-2017, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı 26-05-2017, 13:58 “Baku Fayr”dan çətin qələbə 26-05-2017, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı Bütün xəbərlər
Ən çox oxunanlar