08 fev 19:33secilmisler, manset

Bratanov “AZAL Arena”nın adını eşidib “od püskürdü”

Bratanov “AZAL Arena”nın adını eşidib “od püskürdü”
“Yəqin örtüyə nəzarət etmək onlar üçün axırıncı qayğıdı”

Dmitri Bratanov ad-soyadı AFFA-da və klublarda çalışanlara yaxşı tanışdı. Ölkəmizdəki süni örtüklü meydançaları onun rəhbərlik etdiyi “Dynamic Resources” şirkətinin işçiləri döşəyib. “AZAL Arena”, “İnter Arena”, Zaqatala İdman Kompleksinin və daha bir neçə stadionun “sintetika”sı onun əlindən keçib. Bəli, 2011-ci ildə “AZAL Arena”nın örtüyünü də “Dynamic Resources” salmışdı. İndi “qəbiristanlığı” xatırladan həmin örtük. Artıq futbolçular üçün arzuolunmaz meydançaya çevrilən Şüvəlandakı “sintetika” bu gedişlə çox oyunçuların “canını alacaq”. Bununla bağlı ötən sayımızda gedən yazıda klub rəsmisi Eldəniz Yusifovla PFL rəsmisi Aslan Şahgəldiyevin fikirlərini dərc etmişdik. Açıqlamalardan belə başa düşülür ki, “AZAL Arena”dakı meydanın sertifikatı var deyə, premyer-liqa oyunlarını qəbul etməyə hazırdı. Və cari mövsümün sonuna qədər daha 6 komanda “qəbiristanlığa” baş çəkməlidi. Maraqlıdı, Bratanov nə düşünür? Şüvəlandakı sintetik örtüklə bağlı düşüncələri necədi? Təcrübəli mütəxəssislə əlaqə saxlayıb, suallarımıza cavab tapmağa çalışdıq.
- Bakıya tez-tez gələrdiz. Xeyli vaxtdı səs-soraq yoxdu sizdən.
- Ötən ilin noyabrında gəlmişdim. Bolqarıstanın sənaye naziri Bakıya gəlib-getdikdən sonra Bolqarıstanın ticarət palatasının xəttiylə biz də paytaxtınıza 10 günlük görüşə gəlmişdik. Çünki Azərbaycan - Bolqarıstan ticarət əməkdaşlığı palatasının sədriyəm. Bəzən Bolqarlstanda, bəzən də Azərbaycanda belə görüşlərimiz olur. Bu ayın 15-dən sonra yenə gəlməliyəm.
- Stadionlara baş çəkmək imkanınız oldu?
- Stadionları çoxdandı gəzmirəm. Düzdü, müəyyən məlumatlarım var, saytlardakı xəbərləri oxuyuram. O gün eşitdim ki, AFFA “İnter”ə sahib çıxandan sonra süni örtüyü təbii otla əvəz etmək fikri yaranıb. Bu ideyanın müəllifi kimdi, bilmirəm. Ancaq əmin olun ki, orda heç vaxt təbii ot yetişməyəcək. Eləmək olar, amma olduqca böyük vəsait tələb edir. Dolların, avronun manatı ikiqat üstələdiyi vaxtda sərf etməyəcək. “Sintetika”nı ota çevirmək üçün hər şey yenilənməlidi: drenaj, suvarma sistemi, altlıq, ehtiyat sistemlər, bir sözlə, hamısı. Stadionun 100-200 metrliyində “Azərsun”un zavodu yerləşir. Oranın qalıqları otun ”anasını ağladırdı”. İldə iki dəfə örtüyə əməlli-başlı əl gəzdirilməliydi. Belədə o vaxt ora süni örtük saldıq.
- “AZAL Arena”nın örtüyünü də sizin şirkət döşəmişdi.
- Bəli, mən salmışdım. Hətta iki dəfə onlar üçün FİFA-dan ikiillik sertifikat aldım. Amma artıq onların heç bir sertifikatı yoxdu.
- Deməli, rəqib komandalar orda oynamaqdan imtina edə bilər.
- Sonuncu sertifikatın etibarlılıq müddəti, səhv etmirəmsə, ötən ilin sonunda başa çatdı. Dəqiq tarixə baxmaq lazımdı. Sertifikatın vaxtı başa çatıbsa, bəli, qonaq komandanın həmin stadionda oynamaqdan imtina etmək imkanı var.
- “AZAL Arena”nın meydançası “qəbiristanlığı” xatırladır. Neçə-neçə futbolçu yararsız örtüyə görə uzun müddətə sıradan çıxıb.
- Bununla bağlı biz onlara xəbərdarlıq etmişdik axı. Demişdim ki, örtüyü normasında saxlamaq üçün ona qulluq və nəzarət etmək lazımdı. “Sintetika”nı 100 il istifadə etmək üçün döşəməmişdik ki. Onlara cədvəl vermişdik. Hansı ki, orda hansı aylarda necə qulluq olunmasının, hansı prosedurların aparılmasının vacibliyi qeyd olunub. Oyundan əvvəl və sonra, martda və ya sentyabrda – hamısı yazılıb orda. Yazılanlara düzgün və vaxtında əməl etsəydilər, örtükdən daha 3 il istifadə edə bilərdilər.
- “AZAL Arena”ya verilən sertifikatın etibarlılıq müddəti dəqiq başa çatıb?
- Dediyim kimi, bu dəqiqə sizə dəqiq tarix deyə bilməyəcəm. Amma etibarlılıq müddətinin davam etdiyinə əmin deyiləm. Məncə, vaxtı başa çatıb. Bir müddət əvvəl klub rəhbərliyinə örtüyü dəyişməyi təklif etmişdim. Danışıqlarından maliyyə sıxıntılarının olduğunu anladım.
- Örtük yenisi ilə əvəzlənməlidi, yoxsa əl gəzdirməyə ehtiyac var?
(müsahibə tam halda qəzetin çap variantında)
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar