05 fev 12:36secilmisler, manset

“Forza Neftçi” Ruslan Abışovu bağışlamayıb

“Forza Neftçi” Ruslan Abışovu bağışlamayıb
Sübhan Əliyev: “O bizə hava limanında elə şeylər etiraf etdi ki, mən onu bu gün mətbuata açıqlaya bilmirəm”

“Ruslana demək istəyirik ki, 2012-ci ildə “Xəzər Lənkəran” 1 milyon 200 min manat təklif edəndə heç düşünmədən “Neftçi”ni atıb getdi. Belə oyunçunu, belə pis vaxtda komandada heç istəmirik. İstəyirsən, lap ulduz, kim olursan ol. Amma klubu pula dəyişəni heç vaxt geri istəmirik”. Yəqin ki, bu fikirlər sizə tanışdı. 12 yanvar tarixli sayımızda dərc olunmuşdu. Bu cümlələr “Neftçi”nin ən öncül azarkeş qrupu olan “Forza Neftçi”yə məxsusdu. Azad azarkeş qrupu rəsmi “feysbuk” səhifəsində Ruslan Abışovun “Neftçi”yə dönüşünə etiraz etmişdi. Onlar Ruslanı bağışlamayacaqlarını bildirmişdilər. Azarkeş qrupunun rəhbəri Sübhan Əliyev isə Abışovu hava limanında qarşılayacaqlarını, sorğu-suala tutacaqlarını söyləmişdi. Gözlənilən görüş baş tutub. Azarkeşlər həqiqətən də Antalyadan vətənə dönən komandanı hava limanında qarşılayıb, Abışovdan hesabat tələb ediblər. Futbolçu özü ötən sayımıza müsahibəsində bunu açıqlayıb və bildirib ki, tərəfdarlarla problem həll olunub, yəni artıq onlarla barışıb.
Bizi isə fərqli məqam maraqlandırır. Yanvarın 12-dən 20-dək keçən qısa müddətdə nə dəyişdi ki, azarkeşlər bu qədər asanlıqla Abışovla barışdı? Onlar hətta “Qarabağ”la qarşılaşmada “Ruslan, evinə xoş gəldin” pankartı da açdılar. Məsələyə aydınlıq gətirmək üçün Sübhan Əliyevlə əlaqə saxladıq. Onun cavabı isə belə oldu: “Çox yaxşı sual verdiz. Öncə onu deyim ki, pankartı biz, yəni “Forza Neftçi” açmayıb. Bizim xəbərimiz yoxdu. İkincisi isə, düzdü, biz hava limanında onu qarşıladıq. Lazım olan sualları Ruslana ünvanladıq. Bildirdik ki, səndən narazı azarkeşlər bizik. O isə bəzi qaranlıq məqamları izah etdi. Komandanı pula dəyişib getməsinə aydınlıq gətirdi. Mən indi onun dediklərini açıqlamaq istəmirəm. Öz aramızda olan söhbətdi. Biz onu nə bağışlamışıq, nə də onunla barışmışıq. Sadəcə, demişik ki, yaxşı futbolçusan, xarakterin var, bəlkə “Neftçi”nin bu vəziyyətdən çıxmağına kömək edəsən. Ondan sonra səninlə barışarıq, səni bağışlayarıq. İllər keçər, görərik ki, həqiqətənmi Ruslan “Neftçi”ni çox istəyir, yoxsa yenə də pula görə gəlib? Araz Abdullayev ən xoşumuz gəlməyən futbolçu olub. Amma “Neftçi”nin formasını geydiyi üçün birtəhər hörmət eləmişik. Ruslana da o cür. Onunla münasibətlərimizin düzəlib-düzəlməyəcəyini zaman göstərəcək. Hər şey özündən asılıdı. O bizə hava limanında elə şeylər etiraf etdi ki, mən onu bu gün mətbuata açıqlaya bilmirəm. Ortada heç kim pis olmasını istəmirəm. Ruslanın gedişindən sonra qəlbi inciyən biz olmuşuq. İndi də incikliyik. Ümid edirik ki, Ruslan incikliyimizi unutdurar”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:09 Sloveniyanı udduq Dünən, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi Dünən, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi Dünən, 20:05 AMKF bəyanat yaysa da... Dünən, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi Dünən, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı Dünən, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” Dünən, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər Dünən, 19:52 Məhsuldar başlanğıc Dünən, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər Dünən, 19:50 Reaksiyalar Dünən, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir Dünən, 19:47 Tanınmışlar da uğura biganə qalmadı Dünən, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı Dünən, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı Dünən, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi Dünən, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir Dünən, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı Dünən, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə Dünən, 15:04 Debütdə 1700 manat Dünən, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar