29 yan 17:17secilmisler, manset

Beynəlxalq Bank “İnter”i maliyyələşdirməkdən rəsmən imtina etdi

Beynəlxalq Bank “İnter”i maliyyələşdirməkdən rəsmən imtina etdi
Futbolçular VÖEN probleminə görə maaşsız qalıb

Mövsümün ilk yarısınıda özünü yaxşı tərəfdən göstərən, çoxlarının gözləmədiyi halda 14 turdan sonra 25 xal toplayaraq qış fasiləsinə turnir cədvəlinin üçüncü pilləsində yollanan “İnter”də vəziyyət yenidən gərginləşib. Azərbaycan Beynəlxalq Bankının (ABB) sabiq sədri Cahangir Hacıyevin həbsindən sonra hətta fəaliyyətini dayandırmaq üzrə olan klub ayqda qalmağı bacardı. Təbii ki, “bankirlər”in yaşamasında sabiq klub prezidenti Rəşad Qasımovun xidmətləri əvəzsizdi. Lakin onun gedişindən sonra çərxi-fələk tərsinə dövran etdi, ara qarışdı, “İnter”lə bağlı xoşagəlməz xəbərlər bir-birini əvəz etdi. Hər şey Hacıyevdən sonra ABB-nin sədri təyin olunan Elmar Məmmədovun gözlənilmədən vəzifədən azad olunması ilə başladı. Dolların “qara bazar”a ötürülməsində suçlanan Məmmədovun dindirildiyi, hətta həbs olunduğu haqda da xəbərlər yayıldı. Bütün bunlar "İnter”də durumu xeyli kritikləşdirdi. ABB-nin İdarə Heyətinin yeni sədri Xalid Əhədov isə klubu saxlaya bilmir. Daha doğrusu, bankın problemləri o qədər çoxdu ki, “İnter”in maliyyələşdirilməsi müşkül məsələyə çevrilib. Əhədovun özünün də “bu ilin sonuna qədər sağlamlaşdırma proqramını başa çatdırmaq niyyətindəyik” bəyanatı klubun sponsorsuz qalmasının sübutu idi desək, yanılmarıq. Məhz bundan sonra “İnter”in SOCAR-ın himayəsinə keçdiyi dəqiqləşdi. Özü də neft şirkəti kluba məcburən və müvəqqəti olaraq sahib çıxıb. Çünki get-gedə xarici borcu artan SOCAR-ın özündə də vəziyyət ürəkaçan deyil.
“İnter”in qış fasiləsində heyətini gücləndirə bilməyəcəyi 2016-cı ilin avqustundan bilinirdi. 2018-in yanvarına qədər transfer qadağası olan klubun qarşısında yeganə məqsəd mövcud heyəti qorumaq idi. Lakin Xalid Əhədovun başçılığı ilə ABB-də keçirilən 3 saatlıq iclasdan sonra məlum oldu ki, “İnter” bunu bacarmayacaq. Heç klubun yeni prezidenti Azər Əliyev də oyunçuları saxlaya bilmədi. Qış fasiləsində əsas heyət üzvlərindən Ağabala Ramazanov və Ruslan Abışov komandadan ayrıldı. Bu say arta da bilərdi. Amma bəzi “İnter”lilər taleyi sual altında olan kluba sadiq qaldı.
“İnter”in SOCAR-ın balansına keçməsi, heyətin qismən zəifləməsi azmış kimi, indi də maaş problemi baş qaldırıb. Belə ki, klubda futbolçular, məşqçilər korpusu və işçilər üç aydı maaşını ala bilmir. “İnter”lilər sonuncu dəfə maaşı hələ Rəşad Qasımovun dönəmində alıblar. 2016-cı ilin noyabr, dekabr və bu ilin yanvar ayının maaşları isə ödənilməyib. Bu da düşərgədə ciddi narazılıq yaradıb. Hətta bəzi futbolçuların məşqlərə çıxmaqdan imtina etdiyi də deyilir. ABB-nin qapıları üzünə bağlanan rəhbərlik isə çıxış yolu tapmaqda çətinlik çəkir. SOCAR-dan da hələ ki “maaşlarınızı biz ödəyəcəyik” deyən yoxdu. Bir sözlə, vəziyyət qeyri-müəyyəndi.
Bütün bu məsələlərlə bağlı “İnter”in prezidenti Azər Əliyevlə danışmaq istədik. Lakin bu, mümkün olmadı. Klubdan aldığımız məlumata görə, Əliyev bir neçə gündü ölkədə deyil. Onun hara və nə məqsədlə getdiyini də heç kim bilmir. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov isə maaş problemi haqda bunları dedi: “Biz də mətbuatı izləyirik. Haqqımızda çox şeylər yazırlar. Deyirlər ki, “İnter” bağlanır, fəaliyyətini dayandırır (gülür). Amma belə şey yoxdu. Hər şey qaydasındadı. Maaşa gəlincə, bəli, dekabrın pulları ödənilməyib. Futbolçuların 3 ay maaşlarını almamaları haqda informasiya isə doğru deyil. Dekabrın problemi də sırf texniki məsələdi. Artıq bu işlə məşğuluq. Fevralın əvvəllərində maaşlar ödəniləcək”.
Ardınca futbolçuların da maaşla bağlı fikirlərini öyrənməyi lazım bildik. Onlardan həm də klubun fəaliyyətini dayandıracağı haqda yayılan xəbərlərə münasibət öyrəndik. Odu ki, onların fikirləri ilə tanış olaq.
Səlahət Ağayev: “Ciddi maaş problemi yoxdu. Cəmi 1 ayın məvacibini almamışıq. Bu da vergi ilə bağlıdı. Yeni VÖEN açılmalıdı. 3 ay söhbəti isə tam yalandı. Biz noyabrın maaşını almışıq. Bircə dekabr qalıb. Yanvar da hələ başa çatmayıb. Bu məsələ ilə bağlı klub rəhbərliyi ilə görüşmüşük və müzakirə etmişik. Narahatlığa əsas yoxdu. Deyiblər ki, maaşımız klubun büdcəsindədi. Fevralın əvvəllərində pulumuz ödəniləcək. Sadəcə, VÖEN məsələsi yoluna qoyulmalıdı. Klubun dağılıb-dağılmayacağı haqda isə heç nə eşitməmişəm. Biz ən azı mövsümün sonuna kimi burdayıq. Əlimizdən gələni edib, tutduğumuz yolu davam etdirəcəyik. İstəyirik ki, avrokuboklara vəsiqə qazanaq. Bu heyətlə Avroliqaya vəsiqə verən yeri tuta bilərik. Komandada heç bir problem yoxdu. Klub yaşasa, biz burdayıq. Yaşamasa da, çölün düzündə qalası deyilik”.
Rauf Əliyev: “Bizdə maaş problemi yoxdu. Çoxları yazıb ki, 3 aydı maaş almırıq. Bu, doğru məlumat deyil. Cəmi 1 ayın maaşını almamışıq. Dekabrın maaşı VÖEN probleminə görə verilməyib. Yaxın günlərdə bu problem də aradan qalxacaq və pulumuz ödəniləcək. O ki qaldı klubun dağılması, fəaliyyətini dayandırması məsələsinə, bu da həqiqəti əks etdirmir. Bizə deyiblər ki, maya kimi hər şey yaxşı olacaq, sonrasını isə heç kim bilmir”.
Tərlan Quliyev: “İki ayın maaşını almamışıq. Dekabr və yanvar durur. Düzdü, yanvar hələ başa çatmayıb. Dekabrın maaşını isə karta vurublar. Amma VÖEN problemi var. Onu həll edirlər. Deyiblər ki, yaxın günlərdə ödəniləcək. Komandanın dağılması barədə söhbət yoxdu. Bu haqda rəhbərliklə tam danışmamışıq. Biz də ordan-burdan oxuyuruq. Kimsə gəlib dəqiq demir ki, dağılacaq, yoxsa qalacaq. Bir şeyi dəqiq bilirəm ki, çempionat bitəndən sonra klub SOCAR-ın balansına keçəcək. Biz də məşqlərə çıxırıq, “Kəpəz”lə oyuna hazırlaşırıq. Başqa nəsə deyə bilmərəm”.
Günün sonunda ABB-nin “İnter”in sponsorluğunu dayandırması haqda xəbər rəsmiləşdi. “Trend” agentliyi məlumat yayıb ki, ABB-nin belə addım atmasında məqsədi yeni fəaliyyət mərhələsində olan biznesin optimallaşdırılması və restrukturizasiya proseslərinin aparılmasıdı. Yeni sədr Xalid Əhədov bununla bağlı belə deyib: “Yeni strateji hədəflərinə uyğun olaraq, idman sferasındakı fəaliyyətini məhdudlaşdırmaq ABB-yə öz xərclərinə qənaət etməyə, mövcud imkan və resursların, əsas fəaliyyət istiqamətlərinə, yəni sırf bank-maliyyə sahəsinə cəlb olunmasına, beləliklə, bankın dövlət dəstəyi ilə sağlamlaşdırılması tədbirlərinin daha effektli şəkildə həyata keçirilməsinə imkan verəcək”.
Bankın müvafiq qərarla əlaqədar müraciətinə uyğun olaraq, AFFA “İnter”in cari mövsümün sonuna qədər oyunlarda iştirakı məqsədilə bütün lazımi işlər üçün öz dəstəyini verəcək. ABB “İnter”in təsisçisi kimi qalacaq və klubun idarəçiliyi idarəetmə müqaviləsi əsasında peşəkar komandaya ötürüləcək. Klub sponsor üçün açıq elan olunur. Kluba sponsorluq etmək istəyənlər bununla bağlı AFFA-ya müraciət edə bilər.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar