26 yan 14:40secilmisler, manset

Aşıq Əli “Şıxlar”a forma və buts paylayıb

Aşıq Əli “Şıxlar”a forma və buts paylayıb
“Təkcə idmana yox, bütün sahələrə əl tutmaq lazımdı”

Futbol o qədər populyar idman növüdü ki, onunla yalnız futbolun içində olanlar yox, başqa peşə sahibləri də yaxından maraqlanır. Siyasət, şou-biznes və başqa sahələrlə məşğul olanlar da futbola böyük maraq göstərir. Ölkəmizdə də belə insanlara rast gəlinir. Onlardan biri də populyar aşıqlardan olan, Aşıq Əli kimi tanınan Əli Tapdıqoğludu. Sənətkar yaşadığı Qobustan qəsəbəsinin həvəskarlar liqasında mübarizə aparan "Şıxlar" komandasına forma və buts bağışıayıb. Deyilənə görə, aşıq bacardığı qədər bu komandaya maddi dəstək olmağa çalışır. Həqiqətən də Əli bəyin gördüyü iş alqışalayiqdi. Başqa imkanlı sənət adamları, şou-biznes nümayəndələri də ondan nümunə götürsə, lap yaxşı olar. Tapdıqoğlunun futbola marağı, "Şıxlar"a verdiyi dəstək haqda danışmaq üçün özü ilə əlaqə saxladıq.
- Əli bəy, eşitmişik futbola böyük sevginiz var.
- Təbii ki. Futbolu sevməyən var?! Bu idman növünə marağım çox böyükdü. Küçələrdə top dalınca qaça-qaça böyümüşük. Özüm də balaca yaşlarımda futbol oynamışam.
- Futbola sevginiz necə yaranıb?
- Lap uşaqlıqdan. Məhəllədə hamı oynayırdı, mən də onlara qoşulurdum. Qəsəbələrarası çempionatda Qubustan komandasının heyətində dəfələrlə çıxış etmişəm. Daha doğrusu, qapıçı olmuşam. Son zamanlar isə daha çox oynayıram. Dostlar arasında həvəskar çempionat təşkil etmişik. Ailəmin də futbola sevgisi böyükdü. Qardaşım da oynayıb. Onun hətta həvəskar komandası da olub.
- Hansı komandalara azarkeşlik edirsiz?
- İlk növbədə Azərbaycan millisinə. Hansısa turnirdə yığmamız varsa, ona hamımız baxmalı, azarkeşlik etməliyik. Dünya çempionatlarında Braziliyanı dəstəkləyirəm. Bizim uşaqlıq illərimiz Braziliyanın ən güclü dövrlərinə təsadüf edib. Klublardan isə Madrid “Real”ına baxıram.
- Bəs yerli klublardan?
- Son vaxtlar “Qarabağ”a azarkeşlik edirəm. Həqiqətən də bu klub böyük uğurlara imza atır. Son illər inkişafdadı. Ümid edirəm ki, davamı gələr. Qarabağ həm də yaralı yerimizdi. Klub bu adla vətənimizi Avropada təmsil edir. Vətəni təmsil edən nə varsa, ona baxmalıyıq. Torpağa, vətənə sevgisi olan hər kəs belə etməlidi.
- Amma qeyri-futbol adamlarının ölkə futboluna marağı azdı.
- Məndə belə deyil. Öz ölkəmin klubunu hər zaman dəstəkləyirəm. Bizim də futbolumuz var və inkişaf edir. Sizə bir söhbət danışım. Deməli, bir dəfə Ankarada konsertə getmişdik. Həmin vaxt İspaniya çempionatında “Real” səfərdə “Barselona” ilə oynayırdı. Türkiyədə də “Beşiktaş” – “Qalatasaray” matçı var idi. Hardasa 400 nəfərə yaxın sənət adamı idik. Təsəvvür edin, ordakıların hamısı “Beşiktaş” – “Qalatasaray” oyununa baxdı. Bizə isə fərqli otaq ayırdılar. Çünki “El Klasiko”ya baxmaq istəyirdik. Yəni türklər öz futbollarını daha çox izləyirlər, öz klublarına daha çox azarkeşlik edirlər. Biz də belə olmalıyıq. Hətta türk abilərdən biri soruşdu ki, qardaş, siz ispansız, Madriddən gəlmisiz? (gülür)
- Klublarımızın səviyyəsi də yüksək olmalıdı ki, “El Klasiko”ya və başqa oyunlara yox, öz milli çempionatımıza baxaq.
- Atalarımızın bir sözü var. Deyirlər ki, Moskva birdən tikilməyib. Bu, həqiqətən də gözəl deyimdi. Məsələn, 5 il əvvəli götürsək, futbolumuzda belə inkişaf var idi? Futbolumuzda böyük inkişaf var. İndi hər mövsüm iki klubumuz Avroliqanın qrupunda oynayır. Əvvəl bütün bunlar yox idi. 5-10 il sonra da futbolumuz Avropa və dünya səviyyəsində olacaq.
- Oyunları stadionlardan izləyirsizmi?
- Bəli, izləyirəm. Məsələn, “Qarabağ”ın avrokubok matçlarında stadionda oluram. İmkan daxilində başqa klublarımızın da oyunlarına gedirəm.
- Bəs niyə çempionat oyunlarına gəlmirsiz?
- Hər həftə stadionlara getməyə vaxt olmur. Özünüz də bilirsiz ki, biz sənət adamıyıq. Daim səfərlərdə oluruq. Buna baxmayaraq, çempionat oyunlarının nəticələrinə, icmallarına baxıram. Mətbuat sağ olsun, bizi informasiyasız qoymur.
- Bizdə olan məlumata görə, bu yaxınlarda Qobustanın “Şıxlar” komandasına forma, buts bağışlamısız. Yəni bu komandaya imkan daxilində maddi kömək göstərirsiz. Doğma qəsəbə olduğu üçün etmisiz, yoxsa futbola olan sevgidən?
- Hər ikisini deyərdim. Əslində istəməzdim ki, bu məsələ mətbuata çıxsın. Çünki məni etdiklərimin kiminsə dilində əzbər olması maraqlandırmır. Xoşuma gəlmir belə şeylər. Kim yayıbsa, səhv edib. Düzdü, bu iş təqdirəlayiq sayılır. Kim belə sayırsa, təşəkkür edirəm. Amma üzə çıxmasaydı, daha yaxşı olardı. Çünki bu mənim qəlbimdən gəlib. İndi sənətçilərin nə qədər qazandığı, harda və necə oturduğu hər kəsə maraqlıdı.
- Bu addımınızı həm də futbolsevərlər alqışladı.
- Elədi. Kim belə iş görürsə, idmanımız üçün yaxşıdı. Kimin bir az imkanı varsa, nəyəsə yardım etməlidi. Təkcə idmana yox, bütün sahələrə əl tutmaq lazımdı. Sənin qolunda güc varsa, niyə yoldan keçən qocaya, ağsaqqala əl tutmayasan, kömək etməyəsən?
- Yəni sizi bu işin ancaq mənəvi tərəfi maraqlandırır.
- Təbii ki. Elə mənəvi hisslər var ki, onlara tabe olursan. Mütləq əlindəki nəyisə kiminləsə bölüşməlisən. Mən də bunu özümə borc bildim.
- Onda sizə “nə qədər xərciniz çıxdı” sualını vermək mənasız olar.
- Mənasız deməzdim. Sadəcə, mən bunu açıqlamaram. İstəməzdim xərclədiyim vəsaitin məbləğini kimsə bilsin. Bu komanda Qobustanın yığmasıdı. Kimlərsə ona “Şıxlar” adı qoyub. Bu ümumilikdə Qaradağ və Qobustan əhalisinin komandasıdı. İdman sağlamlıqdı. Futbol isə ən məşhur idman növüdü. Futbol həm də cavanları axmaq vərdişlərdən xilas edir. Onları narkomaniyadan, siqaretdən, içkidən uzaqlaşdırır. Biz də Qobustanın komandasına dəstək oluruq. Qoy uşaqlar diqqətini futbola yönəltsin. Kimin nəyə imkanı çatır, gənclərə dəstək olmaq lazımdı. Qoy hər cavan öz peşəsində inamla addımlasın. Yolları açılsın. Bəlkə də onların sənətlərində irəli getmələri xalqımızın da xeyrinə olar?!
- İstərdiz ki, Qobustanın da peşəkar komandası olsun, premyer-liqada çıxış etsin?
- Kim bunu istəməz?! Qobustandan əvvəl yaxşı futbolçular çıxıb. Bu qəsəbənin “Azəri” komandası fəaliyyət göstərib. Əvvəllər burda Sədiyar adlı oyunçu olub. O, bir çox yerlərdə futbol oynayıb. Yəni bu qəsəbədə futbol olub. Burda cavan nəsil futbolla yaşayır. Təbii ki, bizim qəsəbənin də peşəkar futbol klubu olsa, premyer-liqada çıxış etsə, bu hər kəsə xoş olar. Biz də gedib baxarıq, azarkeşlik edərik.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub Dünən, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir Dünən, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... Dünən, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək Dünən, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi Dünən, 15:38 “Elvin Səfərli futbol adamı deyil” Dünən, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır Dünən, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq Dünən, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır Dünən, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı Dünən, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı Dünən, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı Dünən, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! Dünən, 15:17 Averin 15 aylıq cəzalandı Dünən, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! Dünən, 15:09 Türkiyə ilə bacarmadıq Dünən, 15:07 Millimiz Bolqarıstana uduzdu Dünən, 15:06 Medalsız qaldılar Dünən, 15:05 Minskə beş qrossmeyster gedəcək Dünən, 15:04 AÇ üçün hazırlıq başlayır Dünən, 15:00 Antalyadan altı medalla Dünən, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi Dünən, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması Dünən, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi Dünən, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək Dünən, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? Dünən, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var Dünən, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı Dünən, 13:58 “Baku Fayr”dan çətin qələbə Dünən, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı 24-05-2017, 17:31 Futbolçular İslamiadadakı çıxışını şərh etdi 24-05-2017, 17:27 13 yaşlı qızlar mükafatlandırıldı 24-05-2017, 17:13 Məşqçi kursunun ikinci modulu başlayıb 24-05-2017, 17:11 "Transfer pəncərəsi"nin vaxtı açıqlandı 24-05-2017, 17:09 İlqar Qurbanova “Qarabağ”a lazım olmadığını İndoneziyada istirahət edərkən deyiblər 24-05-2017, 17:07 Hakimlərin premyer-liqadakı işi: kim necə yadda qaldı? 24-05-2017, 17:04 Yığmamız üçün ağır sınaq başlayır 24-05-2017, 17:03 Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə çox yaxındı 24-05-2017, 17:01 Serbiyada “beş” aldıq 24-05-2017, 17:00 Polşadan dörd medalla 24-05-2017, 16:58 Acı həqiqət... 24-05-2017, 16:57 İslamiadanı 162 medalla başa vurduq 24-05-2017, 16:54 Səmədağa Şıxlarovu da qovdular 24-05-2017, 16:48 Əlvida, Bakı-2017... 23-05-2017, 13:40 İradə Aşumova Olimpiya Komitəsindən 275 min manat alıb 23-05-2017, 13:38 Ramil Diniyev “şərəfsiz” sözünə görə Hüseyn Cəbrayıloğlunun cavabını verdi 23-05-2017, 13:36 “Heydər Əliyev kuboku”nun iştirakçıları müəyyənləşdi 23-05-2017, 13:34 “Qarabağ” Qurbanovla vidalaşdı, Aqollini saxladı 23-05-2017, 13:24 “CBC Sport” yayın hüququna görə klubların pulunu niyə ödəmir? 23-05-2017, 13:22 Sponsor olmadan telekanallarda futbol verilişlərinin yayını mümkünsüzdü 23-05-2017, 13:21 “Qarabağ” Avstriyada çempion oldu 23-05-2017, 13:16 Toğrul Erat çempionluq sevinci yaşadı 23-05-2017, 13:15 Nurlan “Zirə”də əsəbləşirmiş 21-05-2017, 13:56 Natalya Məmmədova yenidən yığmaya qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar