22 yan 12:17secilmisler

Orucəli Durmuşov və oğlu 27 il əvvəl ölümdən dönüb

Orucəli Durmuşov və oğlu 27 il əvvəl ölümdən dönüb
Rüstəm Rəhimovu isə Bakıya buraxmayıblar

20 Yanvar faciəsi Azərbaycan xalqının qan yaddaşına yazılan dəhşətli səhifədi. Daha doğrusu, qanlı və şanlı tarixdi. Ermənilərin 1988-ci ilin əvvəlindən başlatdıqları torpaq iddiası bu faciəyə gətirib çıxardı. Çox öncədən əsası qoyulan münaqişələr 1990-cı ilin əvvəllərində daha da qızışmağa başladı. Yanvarın 13-də Bakıda ermənilərin təxribatı nəticəsində guya Ermənistandan qaçqın düşən azərbaycanlıların erməniləri talan etmələri və qətlə yetirmələri barədə xəbərlər yayıldı. Moskvadan Bakıya gələn yüksək çinli məmurlar məsələni araşdırdılar. Mərkəzi Komitənin Siyasi Bürosu üzvlüyünə namizəd, SSRİ Ali Sovetinin Şura sədri Yevgeni Primakov, Mərkəzi Komitənin katibi Andrey Girenko və SSRİ Nazirlər Şurasının sədrinin 1-ci müavini Vitali Doqujiyev artıq bazar günü Azərbaycan Kommunist Partiyasının rəhbərliyi ilə görüşmüşdü. Bazar ertəsi - yanvarın 15-də isə proseslərin başında durduğu iddia edilən Xalq Cəbhəsinin rəhbərliyi Mərkəzi Komitəyə dəvət olundu. Müzakirələr zamanı Moskvadan gələn məmurlar Bakıda fövqəladə vəziyyətin elan olunmayacağı və paytaxta ordu yeridilməyəcəyi ilə bağlı zəmanət verdi. Amma 4 gün sonra Bakıda fövqəladə vəziyyət elan olundu, şəhərə qoşun yeridildi. Moskva azərbaycanlıları növbəti dəfə aldatdı.
Yanvarın 19-dan 20-nə keçən gecə qırğın törədib xalqın gözünü qorxutmaq üçün əvvəlcədən elan etmədən saat 21.00-da sovet qoşun hissələri paytaxtın küçələrinə hücuma keçdi. Bakıda minlərlə adam hərbi hissələrin şəhərə girməsinə yol verməmək üçün küçələrə çıxmışdı.“Bakı əməliyyatı”na müdafiə naziri Dmitri Yazov şəxsən rəhbərlik edirdi. Ordunun şəhərə yeridilməsi nəticəsində 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu. Azərbaycan xalqı tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu göstərdi, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini nümayiş etdirərək qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdı.
Bəs görəsən, qanlı 20 Yanvar gecəsəni futbol ictimaiyyəti necə xatırlayır? Onların arasında barrikada quran, yaşananlara etiraz əlaməti kimi küçəyə çıxan olub? Bu suallara aydınlıq gətirməyə çalışdıq.
Öncə Orucəli Durmuşovu aradıq. Sabiq referi həmin qanlı gecəni belə xatırladı: “Yanvarın 19-da hava limanının yanında olan Asfalt-Beton Zavodunun yanına toplaşmışdıq. İndi həmin müəssisə yoxdu. Etibar Məmmədovla Nemət Pənahlı da arada gəlib bizə baş çəkirdilər. Mənim yanımda kiçik oğlum Elşən, Vaqif Hüseynov və Əmircandan olan idmanla bağlı bəzi yoldaşlar var idi. Nemət gəlib dedi ki, “xəbər çatıb, bir azdan tanklar şəhərə yeridiləcək”. Bizə həmin tankların qarşısını kəsmək üçün təxminən yarım metr uzunluğu olan dəmirlər paylanmışdı. Vətənpərvərlik hissi başımızı elə dumanlandırmışdı ki, həmin dəmirlərlə tonlarla ağırlığı olan tankların qarşsını kəsəcəyimizi fikirləşirdik. Hava qaralandan sonra xəbər yayıldı ki, şəhər tərəfdə artıq əsgərlər dinc sakinlərə atəş açmağa başlayıblar. Biz olduğumuz yerdə bir PAZ avtobusu da var idi. Onun orda olması heç kimin diqqətini cəlb etməmişdi. Şəhərdə atışma başlayanda, bir də gördük həmin avtobusdan əsgərlər tökülüşüb biz tərəfə atəş açdılar. Hərə bir tərəfə qaçmağa başladı. Mən, Elşən və Vaqif zavodun həyətinə tərəf qaçıb gizləndik. Yanımızda olan təcili tibbi yardım maşınının sürücüsü bir neçə güllə yarası aldı. Ondan başqa, adını xatırlamadığım bir nəfər də yaralandı. Səhərə yaxın təcili yardım maşınları biz toplaşdığımız yerdən yaralı və ölüləri daşımağa başladı. Bizim bəxtimiz onda gətirdi ki, hərbçilər müəssisənin həyətinə keçmədilər. Yoxsa bizi də güllələyəcəkdilər. Həmin qanlı gecəni indiyə kimi xatırlayıram. Azad, müstəqil olmaq istəyən hər bir xalqın tarixində belə günlər olub və olacaq”.
Sabiq beynəlxalq dərəcəli hakim Rüstəm Rəhimov isə 27 il əvvəl başverənlər haqda bunları söylədi: “Yanvarın əvvəlində mən “Qranatkin turniri”ndə hakimlik etmək üçün Sankt-Peterburqa yollanmışdım. Yanvarın 20-də isə artıq geri dönməliydim. Hava limanına çatanda bizə bildirdilər ki, Bakıya uçuş təxirə salınıb. Səbəb isə ordunun şəhərə daxil olması və qırğın törətməsi idi. Həmin gün hava limanından dəfələrlə evlə əlaqə saxlamaq istəyim baş tutmadı. Sonradan bəlli oldu ki, həmin günlərdə telefon qovşaqları da işləməyib. Reysi gözləyən vaxt artıq Moskva telekanallarında Bakıda nələrin yaşandığı ilə bağlı kadrları görüb daha da həyəcanlandım. Mənimlə yanaşı, xeyli insan narazı halda hava limanının rəhbərliyinə etirazını bildirirdi ki, bizi təyyarə ilə təmin etsinlər. Nəhayət, yanvarın 21-də Bakıya uça bildik. Hava limanında gördüklərim məni daha da məyus etdi. Hər tərəfdə əzilmiş avtomobillər, zirehli hərbi texnika gözə dəyirdi. Hava limanından şəhərin mərkəzinə kimi küçələrə qərənfillər düzülmüşdü. Bütün şəhər matəm içində idi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:11 Şəhriyar Parisdə beşinci oldu Bu gün, 14:09 Kamran “gümüş”lə kifayətləndi Bu gün, 14:08 Məğlubiyyət və “sülh” Bu gün, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Bu gün, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Bu gün, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Bu gün, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Bu gün, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Bu gün, 13:58 “Neftçi” bu gün başlayır Bu gün, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Bu gün, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Bu gün, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Bu gün, 13:49 Şeydayev darmadağına sevindi Bu gün, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Bu gün, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Bu gün, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Bu gün, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Bu gün, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Bu gün, 13:11 “Qəbələ”dən növbəti transfer Bu gün, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır Bütün xəbərlər
Ən çox oxunanlar