19 yan 19:59secilmisler, manset

14 klubun borcu silindi

14 klubun borcu silindi
Yaşar Seyidov: “Təbii ki, borcumuz silindiyinə görə sevinirik”

Bugünlərdə ölkədə ən aktual mövzulardan biri dövlət tərəfindən bəzi qurumların faiz və maliyyə sanksiyaları üzrə borclarının silinməsidi. Belə ki, 2017-ci il yanvarın 1-dək faiz və maliyyə sanksiyaları üzrə mövcud olan borcları qeyd-şərtsiz silinmiş vergi ödəyicilərinin siyahısı açıqlanıb. Sözsüz, borcları silinənlər arasında idmanla bağlı qurumlar da yer alıb. Amma bu rəqəmlərin bəzilərinə adamın “borc” deməyə gülməyi gəlir. 1,19 manat, 0,002 manat və s… Ən çox silinmiş vergi borcu bu ilin mayında Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinə (AISGOC) məxsusdu. AISGOC-un ümumilikdə 22 milyon 676 min 116 manat 10 qəpik faiz borcu silinib. Borcları silinmiş futbol klublarının siyahısı ilə tanış olun:
"Bakı” - 33 min 781 manat 58 qəpik
"Şəmkir” - 131 manat 52 qəpik
"Şahdağ” - 104 manat 77 qəpik
"Ağsu" - 1 manat 19 qəpik
"Muğan" - 1 manat 24 qəpik
"Neftçala" - 27 qəpik
"Abşeron " - 75 manat 39 qəpik
"Yeni Yevlax" - 2 qəpik
"Daşqın" - 85 qəpik
"Rote-Fahne" - 91 manat 57 qəpik
"Junior” klubu - 11 manat 73 qəpik
Gəncə Futbol Akademiyası - 25 qəpik
"Gənclik-95" - 62 manat 68 qəpik
"Qəbələ” İdman Klubunun "Qəbələ İK" qəzeti - 2 qəpik.
Bir dostum demişkən, bir neçə klubun borcunu mən özüm də silə bilərdim. Nüfuzdan əlavə, həm də onlar arasında yaxşı hörmət qazanmış olardım. Amma “Bakı”nın borcunu əsla. Çünki buna imkanım çatmaz. Çatsa belə, etmərəm. Axı bu klubun Hafiz Məmmədov kimi biznesmen başçısı var. Görəsən, bu borc necə yığılıb? Həvəskarlar Liqasında nəticələri il hər kəsi heyrətləndirən “Bakı”nın bu qədər borcunun olması inandırıcı deyil. Lap yaranıbsa da, rəhbərlik bundan xəbərsiz olub.
Paytaxt klubunun icraçı direktoru Yaşar Seyidovla bu haqda danışmağ lazım bildik. Onun münasibəti belə oldu: “Bakı” var olduğu dövrdə kiməsə borclu qalmayıb. Təbii ki, borcumuz silindiyinə görə sevinirik. Dövlətdən bir növ dəstək aldıq. Bu məbləğ işçilərimizin məvaciblərinin vergi hissəsindən yaranan borclardan ibarət olub. Düzdü, hər il üzrə müəyyən hissəsini ödəmişik. Amma 34 minə yaxın borcumuz qalmışdı. Şükürlər olsun ki, ondan qurtulduq. Hər zaman dövlətimizə minnətdar olmalıyıq”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 11:32 “Bu təcrübəni Foqtsun dövründəki Azərbaycan millisindən götürmüşdük” Bu gün, 11:30 Basketbol Federasiyası boykotçuları təxribatda suçladı Bu gün, 11:26 “Çelik” “Sumqayıt”la oyunda pul qazanmaq istəyirmiş Bu gün, 11:24 “CBC Sport” Antalyadan dörd yoxlama oyununu göstərəcək Bu gün, 11:22 “Qarabağ”ın hücumçusu “Neftçi”yə mesaj göndərdi Bu gün, 11:18 Bizimkilərin yoldaşlıq oyunları sərgüzəştləri Bu gün, 11:17 Nazarov üçüncü hissədə oynadı Bu gün, 11:16 "Səbail" ukraynalıları məğlub etdi Bu gün, 11:15 Beşgünlük tura təyinatlar açıqlandı Bu gün, 11:13 “Qəbələ” nigeriyalını baxışdan keçirəcək Bu gün, 11:12 İmaməliyevin əvəzinə çempion məşqçi Bu gün, 11:10 Stoylov yenidən Qazaxıstanda çalışmaq istəmir Bu gün, 11:08 AFFA millilərlə bağlı strategiyasını dəyişməyib Bu gün, 11:07 “Hövsan”ın sponsoru olsa... Bu gün, 11:05 BKFF şəhidləri andı, “Müşfiq” bir həftəyə 6 xal qazandı Bu gün, 11:04 "Liman" sahilə yan aldı, "kapitan"ı "ağ bayraq qaldırdı" Bu gün, 11:01 Qazandığını haqq edən legionerlər Bu gün, 10:59 Namiq Ələsgərov azarkeşlərin dəstəyinə ümid edir Bu gün, 10:57 “Forza Neftçi” bu gün önəmli qərar verəcək 21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ Bütün xəbərlər
Ən çox oxunanlar