16 yan 20:26secilmisler, manset

Faiq Cabbarov Samuxda tapıldı

Faiq Cabbarov Samuxda tapıldı
“Niyə bizdə ancaq adamı öləndə və ya ölüm ayağında olanda yada salırlar?”
Srağagün “Kəpəz”in, “Şəmkir”in heyətində çempionluq sevinci yaşayan, millinin şərəfini qoruyan, 1997-ci ildə ölkənin ən yaxşı futbolçusu seçilən Faiq Cabbarovun ölüm xəbəri yayıldı. Sağ cinah müdafiəçisinin Gəncədə küçədə donvurmadan dünyasını dəyişdiyi bildirildi. Ancaq elə həmin gün qardaşı mətbuata açıqlamasında Faiqin ölmədiyini bildirdi. Onun sözlərinə görə, veteran futbolçu iş axtarmaq adı ilə evdən çıxıb və və bir neçə gündü ailəsi ilə əlaqə saxlamır. Dünən isə onun sağ-salamat olduğunu, Samux rayonunda yeni iş tapdığını müəyyənləşdirdik. Və onunla əlaqə saxladıq. Faiq haqqında gəzən söz-söhbətə belə reaksiya verdi.
- Allah bu yalan xəbəri ortaya atanın ölənlərinə rəhmət etsin. Bilirsiz, niyə? Çünki neçə vaxt idi Faiq futbol ailəmi üçün ölmüş kimi idi. Ancaq bu xəbər ortaya çıxandan sonra bir anda hamı məni axtarmağa başlayıb. Bu gün (dünən) hamının “Kəpəz”dən tanıdığı Nofəl Əzizov məni axtarıb tapdı. Və mətbuatda yazılanlarla məni tanış etdi. Köhnə, futbolçu kimi gündəmdə olan vaxtlarım yadıma düşdü (bu yerdə kövrəlir). Niyə bizdə ancaq adamı öləndə və ya ölüm ayağında olanda yada salırlar? Bu illər ərzində niyə heç kim məni xatırlmadı, niyə demədilər ki, vaxtilə ölkənin ən güclü futbolçusu olmuş, “Şəmkir”də, “Gilan”da baş məşqçi kimi çalışmış Faiq Cabbarov hardadı?
- Bəlkə bunun səbəbini özünüzdə axtarasız? Yayılan söz-söhbətlərə görə son vaxtlar içkiyə qurşanmısız, ailədən uzaqlaşmısız. Bir sözlə, normal həyat tərzi sürmürsüz.
- Deyirlər ki, Faiq tüfeyli həyat tərzi sürür. Kim gəlib mənimlə maraqlanıb, harda görüblər ki, mən içki içib küçədə yatıram? Kimlərsə ağzına gələni danışır, hamı da bunu əlində bayraq edir. Allaha and olsun ki, futbolsuz qaldığma görə ürəyim ağrıyır. Niyə mənə iş təklif edən yoxdu? Demirəm ki, premyer-liqa və ya birinci divizionda çıxış edən klubun baş məşqçisi olum. Heç olmasa, 10-12 yaşlıları mənə tapşırsınlar. Bəlkə futbol biliyimə şübhə edirlər? Hər halda, uzun illər ölkənin aparıcı klublarının, millinin şərəfini qorumuş biri kimi nəsə bilirəm, futboldan anlayışım var. İmkan versinlər, mən də sevdiyim işlə məşğul olum.
- Hazırda hardasız, nə işlə məşğulsuz?
- Bu yaxınlarda 7 rayonun polis rəisi olmuş, hazırda təqaüddə olan Nazim Dadaşov məni Gəncədə gördü. Nə işlə məşğul olduğumla maraqlandı. Bu şəxs məni futbolçu olduğum dönəmdəm tanıyır və həmişə oyunlarımı izləyib. Bildirdim ki, heç bir işim yoxdu, hazırda iş axtarıram. Samuxda təsərrüfatı olduğunu bildirdi və mənə gözətçi işi təklif etdi. Mən də razılıq verdim. Hazırda həmin obyektdəyəm. Təsərrüfat Gəncə - Samux yolunun üstündədi. İndi sizinlə danışan zaman da orda, gözətçi üçün ayrılan vaqondayam. Bu adi azarkeşin mənə verdiyi qiymətdi. Ancaq bəzi məni gözü götürməyənlər, Faiqin irəli getməsini qəbul etməyən bədbəxtlər isə yalandan adıma söz çıxarırlar ki, guya mən içkiyə aludə olub, “özümü buraxmışam”. Sizin vasitənizlə futbol ictimaiyyətinə, klublara müraciət edirəm: mənə iş verin, ürəyim futbolla döyünür, sevdiyim işin içində olmaq istəyirəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar