15 yan 13:36secilmisler, manset

Tanınmış futbol adamlarını yad edən gürcülərdən nəyimiz əskikdi?

Tanınmış futbol adamlarını yad edən gürcülərdən nəyimiz əskikdi?
Yanvarın 15-də Gürcüstanın paytaxtı Tiflisdə ötən il faciəvi şəkildə dünyasını dəyişən futbolçu və UEFA-nın meneceri David Petriaşvilinin xatirəsinə həsr olunmuş beynəlxalq mini-futbol turniri keçiriləcək. Turnirdə Azərbaycanı veteranlardan ibarət komanda təmsil edəcək. Maraqlıdı, niyə ölkəmizdə belə xatirə turnirləri keçirilmir? Axı regionun lider dövləti qala-qala Gürcüstanda niyə belə yarışlar keçirilməlidi? Bəyəm bizim pulumuz gürcülərdən azdı? Yoxsa dünya şöhrətli veteranımız yoxdu? Birinci səbəb ola bilər. Oda yaxın bir-iki ili nəzərə alsaq. Çünki bu yaxınlara kimi AFFA lazımsız yarışlara, layihələrə ətək-ətək pul tökürdü, indi isə belə deyil. Veteranlar məsələsi isə səbəb ola bilməz. Niyə? Çünki bizim də Tofiq Bəhramov və Anatoli Banişevski kimi futbol qəhrəmanlarımız var. Onların adları qonşu ölkənin veteranlarının, dahi futbol şəxsiyyətlərinin adlarından geri qalmır.
Məsələ ilə bağlı Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevlə danışmaq istədik. Lakin onun telefonuna zəng çatmadı. Bu üzdən Rüstəm Rəhimovla əlaqə saxladıq. Sabiq referi öncə Gürcüstanda keçiriləcək turnir haqda danışdı: “Petriaşvili UEFA-da işləyirdi. Onun atası da futbolçu olub. Anatoli Banişevski, Yaşar Babayev, Kazbek Tuayev və başqalarının dönəmində atası Quram Petriaşvili ölkəsinin ən məşhur oyunçularından biri idi. Petriaşvili qəzada dünyasını dəyişdi. İlk dəfə onun xatirəsinə turnir keçiriləcək. Çox güman ki, bu turnir ənənəvi olacaq. İndi biz ora gedəcəyik, hər şeyi dəqiq öyrənəcəyik”.
Rəhimov “bizdə niyə belə xatirə turnirləri keçirilmir” sualımızı isə belə cavabladı: “Bizim də dahi futbol şəxiyyətlərimiz olub. Lakin biz nə FİFA-ya, nə də UEFAya “gəlin bizdə beynəlxalq turnir keçirin” deyə bilmərik. Düzdü, Tofiq Bəhramov və ya Anatoli Banişevskinin xatirəsinə belə turnirlərin keçirilməzi lazımdı. Biz də xarici ölkələrdə turnirlərdə olanda təbliğat aparmalıyıq ki, onlar buna maraq göstərsinlər. Petriaşvilini UEFA tanıyırdı. Yəqin ki, qurum Gürcüstan Futbol Federasiyasına bu turniri keçirməkdə dəstək olub. Qurumun öz komandası da orda oynayacaq. Gələcəkdə çalışacağıq ki, ölkəmizdə də belə turnir keçirilsin”.
Rüstəm bəy bunun UEFA-nın köməyi olmadan da mümkün olacağını vurğuladı: “Xatirə turnirini özümüz də keçirə bilərik. Lakin hər şey maliyyəyə bağlıdı. Əlimizdə bir az pul olsun ki, belə turnirlər keçirək. Bütün bunlar proqramımızda yer alıb. Vaxt var idi, veteranların çempionatını keçirirdik. Həmçinin veteranlar üçün master-klass dərslər keçirilirdi. Tanınmış məşqçlərimizi aparıb veteranlar üçün dərslər təşkil edirdik. Bütün bu tədbirləri biz reallaşdırırdıq. Sadəcə, maliyyə problemi olduğu üçün indi alınmır. Dünyanın bir çox yerlərində bu problem var. Veteranlar belə yarışları istəyirlər. Onlar futbol üçün darıxırlar. Bizi martda Riqaya dəvət ediblər. Orda da iştirak etməyə çalışacağıq. Buna baxmayaraq, AFFA-nın bizə köməyini unutmaq olmaz. Gürcüstandakı turnirə getmək üçün yol pulunu assosiasiya ödəyəcək. Qalmaq və yemək xərclərini isə təşkilatçılar üzərinə götürüb”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23 Bütün xəbərlər
Ən çox oxunanlar