08 yan 13:40secilmisler, manset

Tahir Süleymanov: “Neftçi”də çalışdığım 5 il ərzində Arazı bir dəfə də pul davası edən görmədim”

Tahir Süleymanov: “Neftçi”də çalışdığım 5 il ərzində Arazı bir dəfə də pul davası edən görmədim”
“Neftçi”nin sabiqləri acınacaqlı vəziyyətə aydınlıq gətirdi
“Neftçi” “qaynayır” deyə indi hər kəsin diqqəti komandadakı adlara yönəlib. Yeni gələnlərin kimliyini, karyerasını saf-çürük edənlər həm də “qatarın növbəti sakinlərinin” yolunu gözləməkdədi. Odu ki, əsas problem yaddan çıxıb, müzakirə olunmur.
“Neftçi”də yetişən, ya da illərini ağ-qara rəngələrə könül verənlər “ocağından” didərgin salınır. Süni və təbii yollarla. Təkcə son iki ildə “Neftçi”ni tərk edən yetirmələrinin adlarına nəzər salaq: Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Mirabdulla Abbasov, Ruslan Qurbanov, Elşən Abdullayev, Araz Abdullayev... Hər biri də istedadına görə öyünən, bacarığına görə başqalarından fərqlənən oyunçulardı. Və ən maraqlı sual: adı çəkilənlər indi hardadı? İkisi “Qarabağ”da, ikisi “Qəbələ”də, biri “İnter”də, biri də “Sumqayıt”da. Başqa cür desək, altısından beşi çempionluğa iddialı klubların sıralarındadı. Növbəti maraqlı sual: niyə? Vaxtilə “Neftçi”nin uşaq futbol məıktəbində yetişən, gələcəyini bu komandada görənlər bu gün hansı əsasla ölkənin başqa aparıcı komandalarının şərəfini qorumalıdı? Onlar niyə asanlıqla əldən buraxıldı? Komandanın “cikini-bikini bilənlərin” “Neftçi”dən uzaqlaş(dırıl)ması kimlərin marağına xidmət edirdi, görəsən? Zəif idilərsə, “Qarabağ”da, “Qəbələ”də nə işləri var? Yox, “Neftçi”yə fayda verə bilmirdilərsə, deməli, problem o uşaqlarda yox, kluba və komandaya rəhbrəlik edən şəxslərdədi. Elədisə, komandanı niyə əsl günah sahibləri yox, “Neftçi”nin məktəbində yetişənlər tərk etməliydi?
Bu suallara cavab verməli olan şəxs Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayevdi. Həmin Abdullayev ki, qeyb olub. Nə özü var, nə də rəhbrəlik etdiyi şuranın iclası. Halbuki üzə çıxmalı, ilyarım öncə verdiyi açıqlamaların, dilə gətirdiyi sözlərin tarixdə qalmasının səbəbini göstərməlidi. “Neftçi”nin bu şəkildə dağıdılmasına izah verməlidi. Amma yoxdu, dinmir, danışmır. Madam ki, xalq yazıçısı susur, əvəzində başqa şəxslərə tribuna verməyə məcburuq. Vaxtilə “Neftçi”nin ardıcıl çempionluqlarında, ölkə kuboklarını qazanmasında, Avroliqanın qrup mərhələsinə vəsiqə əldə edilməsində pay sahibi olmuş insanlara. Onlarla söhbətdə “Neftçi”də yetişən futbolçuların bu gün başqa klublara üz tutmasının səbəbini nədə görürsüz və münasibətiniz necədi” sualına cavab tapmağa çalışdıq.
Arif Əsədov: “Son nəticələrdən sonra “Neftçi”dəki durum məlumdu. Ab-havanı dəyişmək istəyirlər. Çempionatın ilk yarısı da göstərdi ki, futbolçularda psixoloji problem var. Yerli futbolçular təzyiq altındadı. Ola bilsin, bu məqamı nəzərə alaraq futbolçuların özləri “Neftçi”dən getməyi qərara alıblar. Futbolda əvəzedilməz oyunçu yoxdu. Gedənin yerinə kimsə gələcək. Komandanın daxilində olmadığımıza görə nələrin yaşanmasından xəbərsizik. Ona görə konkret olaraq rəhbərliyi, yaxud futbolçuları günahlandırmaq çətindi. Bəlkə futbolçuların özləri getmək istəyib, hardan bilirik? İnanmıram ki, adını çəkdiyiniz futbolçuları kimsə “Neftçi”dən qovub. Çox güman, özləri getmək istəyib. Maliyyə şərtlərini də unutmamalıyıq. Futbolda həmişə nəsildəyişmə prosesi olub, bundan sonra da olacaq. Gec-tez yaxşı mənada təsirini göstərir. Həmin futbolçuların hər birini yaxşı tanıyıram, rəhbərliyim altında oynayıblar. Fürsətdən istifadə edib hər birinə uğurlar arzulayıram”.
Tahir Süleymanov: “Neftçi”də çalışdığımız müddətdə, xüsusilə 2012-ci ildən sonra biz başqa klublardan futbolçu almırdıq. Əksinə, özümüz başqa klubları gənc futbolçularla təmin edirdik. Satmırdıq, sadəcə, oyun təcrübəsinin azlığından əziyyət çəkməmələri üçün icarəyə verirdik. Zaman olub ki, “Sumqayıt”ın əsas heyətinin yarısını “Neftçi”nin yetirmələri təşkil edib. Tərlan Quliyev, Emil Balayev, Elşən Abdullayev, Slavik Alxasov, Ruslan Tağızadə, Ruslan Qurbanov, Kamil Nurəhmədov... Bununla yanaşı, səviyyəli legionerlərin yanında yenə öz uşaqlarımız yetişirdi. Məqsəd İsayev, Araz Abdullayev, Cavid İmamverdiyev, Elvin Yunuszadə, Mirhüseyn Seyidov. Həmin futbolçular ki, bu gün “Qarabağ”da, “Qəbələ”də, “İnter”dədi. Bu futbolçuların əksəri 20-22 yaşlarında həm özlərinə əsas heyətdə yer etmişdi, həm də legionerlərdən nəsə öyrənirdi. Ötən il ilk “üçlüy”ə düşə bilməyən “Neftçi”də futbolçu qıtlığından danışanlar son yarım ilə nəzər salsınlar. Araz Abdullayevlə Ruslan Qurbanov “Qəbələ”də, Elşən Abdullayev “Qarabağ”dadı. Hələ bir neçəsi də “Neftçi”də qalıb. Səviyyəli futbolçular olub, indi də var. Sadəcə, onları oynatmaq, düzgün istiqamətə yönləndirmək lazımdı. Fikir verirəm, son zamanlar gənclərin inkişafı qalıb bir kənarda, başlar legionerlərin gətirilib, yola salınmasına qarışıb. Hər fasilə dönəmində 5-i gəlir, 5-i yola salınır...
(yazı tam halda qəzetin çap variantında)
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar