04 yan 13:03secilmisler

Maliyyə böhranı “Vətən”i də vurdu

Maliyyə böhranı “Vətən”i də vurdu
Yaşar Abdulov: “Artıq kluba əvvəlki diqqət və qayğı yoxdu”
Ölkəyə neft pullarının axın etdiyi vaxt hər gün hansısa futbol klubunun yarandığı haqda məlumatlar əldə edirdik. Yağışdan sonra çıxan göbələklər kimi klubların sayı-hesabı itmişdi. Ancaq hər şeyin bir başlanğıcı olduğu kimi, sonu da olur. Ölkə iqtisadiyyatında eniş yaşanan kimi, həmin klubların da bir-bir sıradan çıxdığının şahidi oluruq.
Bir neçə il öncə futbol səhnəsində peyda olanlardan biri də “Vətən” Futbol Klubudu. Yarandığı gündən iddialılar sırasına qoşulan, Respublikanın bütün bölgələrindən istedadlı uşaqları düşərgəyə cəlb edən, tanınmış mütəxəssisləri işlə təmin edən klub qısa müddətdə AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qruplarında, demək olar ki, liderlərdən sayılır. “Vətən”in himayədarları uşaq futbolunun inkişafı naminə bir çox ilklərlə yadda qalıblar. Təkcə aşağı yaş qruplarının mövsümlərarası fasilədə təlim-məşq toplanışlarına yollanması, ölkə xaricində təşkil olunan turnirlərə qatılması çox şeydən xəbər verir. Ancaq bugünlərdə “Vətən”lə bağlı əldə etdiyimiz bilgi bizləri məyus etdi. Etibarlı mənbədən redaksiyamıza ötürülən məlumata görə, “Vətən“ Futbol Klubu dağılmaq ərəfəsindədi. Məşqçilərin bir çoxu ilə yolları ayıran klub aşağı yaş qruplarında da ixtisarlar aparmaq məcburiyyətindədi. Heç şübhəsiz ki, bütün bunların kökündə maliyyə problemi durur.
Söylənilənlərə aydınlıq gətirmək üçün “Vətən”in rəhbəri Yaşar Abdulovla əlaqə saxladıq. Təcrübəli mütəxəssis deyilənləri təsdiqlədi: “Bu yaxınlarda bizə bildirdilər ki, klubun büdcəsində 40 faiz azalma olacaq. Bu prosesə yanvarın 1-dən start veriləcək. Bu səbəbdən də bəzi məşqçilərlə yolları ayırmaq məcburiyyətində qalmışıq. Artıq onların bəziləri işindən ayrılıb. Çempionatın ilk yarısı başa çatdıqdan sonra yuxarı yaş qrupları üzrə əlaqələndirici vəzifəsini daşıyan Rövşən Babayev, qapıçılarla işləyən Rauf Mehdiyev, Müşfiq Qəmbərov, Elçin Əsədov artıq bizdə çalışmır. 2017-ci ilin əvvəlindən daha bir neçə nəfər də onların sırasına qoşulacaq. Açığı, mənim üçün də belə şəraitdə işləmək çətindi. Səmimi deyirəm, artıq kluba əvvəlki diqqət və qayğı yoxdu. Belə olan halda isə adam işdən soyuyur”.
Yuxarıda qeyd etdiyimiz kimi, “Vətən” yaranan gündən bütün ölkə üzrə seleksiya işləri aparıb, istedadlı gəncləri düşərgəsinə dəvət edirdi. Onların təhsili, qidalanması və Bakıda məskunlaşmasını klub öz öhdəsinə götürmüşdü. Bəs görəsən, həmin futbolçuların aqibəti necə olacaq? Mənbəmizin sözlərinə inansaq, klub rəhbərliyi yetirmələrini də başqa klublara pulsuz buraxmağa razıdı. Yaşar bəyin məsələyə reaksiyası belə oldu: “Özünüz də bilirsiz ki, bu uşaqların indiki səviyyəyə çatması üçün nə qədər əziyyət çəkmişik. Bu yolda xeyli vəsait sərf olunub. Ancaq nə etmək olar? İndiki durum bizi məcbur edir ki, onların bəziləri ilə vidalaşaq. Kontingentin ən azı 20-30 faizi ilə yollarımızı ayırmaq məcburiyyətindəyik. Öz zəhmətimizə heyfimiz gəlir. Çıxış etdiyimiz bütün liqalarda liderlər qrupunda yer almışıq. İndi məcburuq ki, strategiyamızı dəyişək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar