12 apr 13:28secilmisler, manset

“Butsu ilk dəfə ayağıma 19 yaşımda geymişəm”

“Butsu ilk dəfə ayağıma 19 yaşımda geymişəm”
Darionun imkanı olsaydı, “AZAL Arena”nın örtüyünü dəyişərdi

Vaxtilə ölkəmizdə top qovan legionerlər saya-hesaba gəlməzdi. Autsayder komandanın heyətində belə ən azı beş əcnəbi top qovurdu. Aralarında səviyyəsi yüksək olmayanlar o qədər idi ki... Zaman keçdikcə, yəni klublarda peşəkarlıq artdıqca, üstəgəl, futbolda pul azaldıqca baş məşqçilər daha sanballı legionerlərə bel bağlamağa başladı. Belələri əsasən “Qarabağ”la “Qəbələ”nin şərəfini qoruyur. “Kəpəz”in uğurları üçün tər tökən Dario Federikonu da adını doğruldanlar sırasına aid edə bilərik. İki ildi sarı-göy formanı geyən braziliyalı sərgilədiyi oyunla futbol ictimaiyyətinin rəğbətini qazanmağı bacarıb. Düzdü, uzunmüddətli zədələr bəzən oyununa təsir etsə də, Dario meydanda olanda “Kəpəz” inamlı görünür. İki il ərzində Federiko ilə görüşüb, marağıma səbəb olan suallara cavab tapa bilmirdim. Bu da futbolçunun ingilis dilini bilməməsinə görə idi. Nəhayət, belə bir fürsət əlimə düşdü. “Kəpəz” – “Neftçi” qarşılaşmasından sonra avtobusun yanında komanda yoldaşlarını gözləyən “10 nömrə”yə yaxınlaşıb söhbətləşə bildim. Təbii ki, ingilis və portuqal dillərini səlis bilən başqa bir “Kəpəz”li Serjinyonun sayəsində.
- Bu bacarıqla karyeranı Azərbaycanda davam etdirməyindən razısan?
- Əlbəttə, razıyam. Bilirəm, daha güclü klublarda oynaya bilərəm. Amma həyatda heç də hər şey birdən-birə olmur. İnsan pillə-pillə yüksəlməyi bacarmalıdı. Futbolçunun texniki bacarığı ilə iş həll olunmur. Bununla yanaşı, təcrübə də vacibdi. Belə deyim, bu vaxt ərzində “Kəpəz”də böyük təcrübə toplaya bildim.
- Sentyabda 26 yaşın tamam olacaq. Düşünmürsən ki, pillə-pillə yüksəlmək üçün bu yaş gecdi? Messi 16 yaşında “Barselona”da, Kriştiano Ronaldo 18 yaşında “Mançester Yunayted”də oynayırdı.
- Onlar müasir futbolun Allahı sayılır. Hər bir məsələdə onlar nümunə göstərilir, başa düşürəm. Ancaq hər bir futbolçunu Messi və Ronaldo ilə müqayisə edə bilmərik. Ona qalsa, mən də başqa bənzətmə edə bilərəm. Liedsonu xatırlayırsız, uzun illər “Sportinq”in şərəfini qoruyub, O böyük futbola 23 yaşında gəlib və ilk peşəkar müqaviləsini “Prudentopolis”lə imzalayıb. Səhv etmirəmsə, 26 yaşında “Sportinq”ə keçdi, 36 yaşında “Portu” ilə anlaşdı. 32 yaşında ilk dəfə Portuqaliya millisinə cəlb olundu. Bəlkə də çoxları bu rəqəmlərə fikir verməyib, amma dediyim kimidi. Yəni 25-26 yaş futbolçu üçün normal dönəmdi. Bundan sonra hələ 10 il də oynaya bilərəm. Ulduz futbolçuların böyük əksəriyyəti 25 yaşdan sonra parlamağa başlayıb. Zidan 30 yaşında “Real”a transfer olunmuşdu. Nümunələr çoxdu.
- Sualı əbəs yerə verməmişdim. Sənin çıxışını izləyənlərin çoxu Azərbaycanda, “Kəpəz”də oynamağına təəccüblənir. Düşünmürsən ki, bu bacarıqla öndə gedən çempionatlarda top qovmalısan?
- Futbolçu həyatı elədi ki, bəzən hər şey bizdən asılı olmur. Futbolçunun inkişafında baş məşqçinin, komanda yoldaşlarının, menecerlərin də rolu var. Məsələn, “Trofense”də möhtəşəm mövsüm keçirirdim. Əsas oyunçulardan sayılırdım. 7 oyundan sonra Çinin bir klubu mənimlə maraqlanırdı və israrla transfer etməyə çalışırdı. “Trofense” rəhbərliyi onlara elə qiymət “oxudu” ki, eşidəndə özüm şoka düşdüm. Halbuki ortaq məxrəcə gəlmək olardı. Çünki daha bir il kluba məxsus idim. Sonradan “Trofense”də ciddi maliyyə problemləri ortaya çıxdı və futbolçulara azad agent statusu verildi. Həmin dönəmdə “Kəpəz”in təklifi cəlbedici oldu. Portuqaliyada aşağı dəstə təmsilçiləri futbolçulara görə aldıqları təkliflərin qarşılığında olduqca böyük məbləğdə təzminat tələb edir. Ona görə də bir çox bacarıqlı futbolçular üzə çıxa bilmir, çoxları həvəsdən düşür, gözdən itir.
- “Kəpəz”in yanvarda Bakıda baş tutan təlim-məşq toplanışının əsas hissəsinə qatılmamağı atanın səhhətində ciddi problemlərin olması ilə əlaqələndirmişdin. Mənə maraqlıdı, braziliyalı futbolçuların çoxu niyə intizamsız olur? Sizə hər yerdə ehtiyac duyulduğundan irəli gələn arxayınlıqdı, yoxsa qanda var?
- (gülür) Başqalarının adından danışa bilmərəm, amma qışda atamın vəziyyəti həqiqətən yaxşı deyildi. İndi də tam düzəlməyib. Bakıya gəlsəydim belə, ürəyim Braziliyada qalacaqdı, komandaya kömək edə bilməyəcəkdim. Ona görə bir az yubandım. Tanıyanlar bilir ki, mən əyləncə klubları, içki və qadın həvəskarı deyiləm. İntizamlı həyat sürməyə çalışıram. Avara olsaydım, gecikməyimi intizamsızlıq kimi dəyərləndirə bilərdiz.
- Bu istedad səndə hardandı? Allahın bəxş etdiyidi, ya nəsildən keçib?
- Nəslimizdə peşəkar futbolçu olmayıb. Həvəskar səviyyədə oynayıblar, sonradan dalınca düşməyiblər. Fikrimcə, Allahın hədiyyəsidi (gülür).
- Yəni uşaq vaxtlarından bu qədər cəld, texnikalı, sürətli olmusan?
- 7-8 yaşımdan məhəllədə uşaqlarla yığışıb futbol oynayırdıq. Onda futbolun nə olduğunu dərindən anlamırdıq da. Sadəcə, özümüzü böyük futbolçu sayırdıq. Əvvəl-əvvəl futzal oynayırdım, texnikalıydım deyə, daha çox xoşuma gəlirdi. Sizə bir sirr açım. Butsu ilk dəfə ayağıma 19 yaşımda geymişəm. O vaxta qədər futzalda istifadə olunan idman ayaqqabısına öyrəşmişdim. Butsu geyəndə gülmək tuturdu, qaça bilmirdim. Sonradan alışdım. Böyük futbola isə 20 yaşımda gəldim.
- Arada ağlından yenidən futzala qayıtmaq keçmir?
- Yox-yox. Futzalın dadını tam çıxardım. Həm də böyük sahədə oynamaq daha asandı, rahatdı. Adam istədiyi hərəkətləri edir, boş zona çox olur.
- Səndə əsəb deyilən şey var?
- Hərdən olur. Niyə soruşursuz?
- Rəqib futbolçular sənə qarşı kobudluq etsələr də, sakitcə ayağa qalxıb oyuna davam edirsən. Sanki heç nə olmayıbmış kimi...
- Onlar mənə qarşı kobudluq edirsə, deməli, güclüyəm. Deməli, qaydalar çərçivəsində saxlaya bilmirlər (gülür). Bunu düşünərək əsəbləşmirəm. Əksinə, rəqiblərin bu hərəkəti mənə daha yaxşı oynamaq üçün əlavə stimul verir. Daha artığını etməyə çalışıram. Bir də ki, durub cavab qaytarsam, artıq hərəkət etsəm, cəzasını özüm çəkəcəm. Həmin futbolçu isə futbolunu oynamaqda davam edəcək.
- “AZAL Arena” adı sənə nə deyir?
- (uca səslə gülür) İki dəfə ağır zədə aldığım stadiondu. Bu adı yadıma salmaq istəmirəm. Çünki heç də xoş xatirələr yada düşmür.
- İmkanın olsa, həmin stadionu yerlə yeksan edərdin, yoxsa pul xərcləyib örtüyü dəyişərdin?
- Futbola bağlı olan nəyisə dağıtmağın tərəfdarı deyiləm. Orda neçə-neçə futbolçu yetişib, bundan sonra da yetişəcək. İmkanım yaxşı olsaydı, örtük alıb dəyişdirtdirərdim. Həm də süni yox, təbii örtük.
- Karyeranda nə vaxtsa Gəncədəki meydan kimi yararsız örtükdə oynamışdın?
- (bir qədər fikirləşir) Futbola təzə başlayan vaxtlarımda Braziliyada buna bənzər meydan vardı, ev oyunlarımızı orda keçirirdik. Təxminən oxşar idilər. Ona görə də Gəncədəki stadionun ot örtüyünü görəndə təəccüblənmədim.
- Mayda “Kəpəz”lə müqavilə müddəti başa çatacaq. Gələcək planların nədən ibarətdi?
- Bu dəqiqə qarşıdakı üç oyunu fikirləşirəm. Müqaviləyə o qədər də vaxt ayırmıram. Mövsüm başa çatandan sonra götür-qoy edəcəm. Agentimlə danışacam, təklifləri gözdən keçirəcəm. Ondan sonrasına baxarıq.
- İki il ərzində sənə Azərbaycandan təkliflər olub?
- Sözdə hansısa söz-söhbətlər qulağıma çatıb. Amma rəsmi təklif olmayıb.
- Azərbaycan premyer-liqasını Portuqaliyanın elitası, yoxsa birinci liqası ilə müqayisə etmək daha düzgün olar?
- Elitadan danışmaq düzgün olmaz. Orda “Sportinq”, “Portu”, “Benfika”, “Braqa” kimi Avropaya səs salan komandalar mübarizə aparır. Belə komandaların yarışdığı çempionatla Azərbaycan premyer-liqası müqayisəyə gələ bilməz. Ola bilsin, “Qəbələ” ilə “Qarabağ” müəyyən mənada onlara yaxındı, ya da bir-birinə qarşı oynasalar, aşkar səviyyə fərqi üzə çıxmaz. Ancaq çempionatların ümumi səviyyəsini müqayisə edə bilmərik. Hardasa Portuqaliyanın birinci divizionu səviyyəsindədi, orda ikinci liqa deyirlər.
- Bizim futbolla Portuqaliya futbolu arasında hansı fərqlər var?
- Portuqaliyada daha sadə, sürətli və hücum futboluna üstünlük verirlər. Azərbaycanda gördüyüm müsbət keyfiyyət isə burdakı futbolçuların sona qədər mübarizə aparmasıdı. Meydanın hər qarışında döyüşürlər. Şəxsən mənim xoşuma gəlir.
- Azərbaycanlı futbolçular arasında kimi bəyənirsən?
- “Qarabağ”da orta sahədə oynayan bəstəboy var, onu.
- Qara Qarayev?
- Bəli.
- Hansı komandanın müdafiə xətti sənin üçün keçilməzdi, çətin təsir bağışlayır?
- “Qarabağ” deyərdim. Müdafiədə yer alanların hamısı milli üzvləri, təcrübəlilərdi. Həm də bir-birini yaxşı başa düşürlər, yaxşı təşkilatlanmış kollektivdi. Başqa komandalarda iki-üç rəqibdən sıyrıla bilirəm. Amma “Qarabağ”da bir futbolçunu aldadanda ikincini keçmək çətin olur. Sanki nə edəcəyimi bilirlər, boş zona vermirlər. Bu da Avropa təcrübəsindən irəli gəlir, güclü futbolçulara qarşı oyun təcrübələri var.
- Braziliya yığmasında oynamaq hər bir braziliyalının arzusudu. Nə vaxtsa sən də xəyal etmisən və ya edirsən?
- Xəyal etməklə bağlı sual verirsizsə, bəli, xəyal etmişəm, edirəm. Amma bunun çətin olduğunu da dərk edirəm. Bu arzuya çatmaq üçün aparıcı klublarda, Avropa arenalarında çıxış etməlisən.
- Ailəlisən?
- Hələ ki yox.
- Valideynlərin üçün darıxmırsan?
- Darıxmağına çox darıxıram. Görün bir-birimizdən nə qədər uzaqdayıq... İldə 3-4 dəfə üzümüzü görürük. Yaxşı ki, internet var, arada danışır, dərdləşirik. Daha çox atamın səhhətinə görə narahatam.
- Azərbaycan mətbəxini bəyənirsən?
- Çox xoşuma gəlir. Xüsusən də plov. Ümumiyyətlə, düyü ilə bişən yeməkləri sevirəm. Kabablar da çox dadlıdı. Yağlıdı deyə, hər imkanda yeyə bilmirəm. Ən çox yediyim dönərdi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar