14 dek 12:39secilmisler, gundem

Çingiz İsmayılov Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü

Dünən mərhum prezident Heydər Əliyevin anım günü idi. Müəyyən fasilələrlə 23 il Azərbaycana rəhbərlik edən, 5 il Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü olan Əliyev sağlığında idmana və idmançılara daim diqqət və qayğı göstərmiş, ölkə idmanın inkaişafı naminə əlindən gələni etmişdi. SSRİ çempionatında mübarizə aparan "Neftçi”nin ağır günlərində daim komandanın yanında olmuş, tez-tez komanda üzvləri və məşqçilər korpusu və rəhbərliklə görüşmüş, onların problemləri ilə maraqlanmış, daha yüksək nəticələr qazanmağa səsləmişdi.

Dünən mərhum prezidentlə bağlı xatirələrini bölüşmək üçün bəzi futbol adamları ilə əlaqə saxladıq. Öncə uzun illər həm futbolçu, həm də funksioner kimi "Neftçi”nin uğurları üçün çalışmış Çingiz İsmayılovu dinləyək: "Heydər Əliyev istər Bakıda, istərsə də Moskvada olduğu müddətdə daim "Neftçi”nin taleyi ilə maraqlanıb. O əsl vətənpərvər, Azərbaycanın rifahı üçün hər şey edən lider idi. Bir gün Azərbaycan Radio və Televiziya Komitəsinin sədri Elşad Quliyev mənə zəng vurub kabinetinə çağırdı. Yanına gedəndə dedi ki, bundan sonra "Neftçi”nin bütün səfər oyunlarından çəkiliş edəcəyik. Öz-özümə fikirləşdim ki, birdən-birə nə oldu, televiziya rəhbərliyi belə fikrə düşdü? Müzakirələrdən sonra göstərişi Heydər Əliyevin verdiyi bilindi. Mərhum prezident yerli azarkeşlərin futbola marağını nəzərə alıb belə tapşırıq vermişdi. Həmin gündən etibarən komanda ilə səfərə çıxır, oyunları lentə alırdıq. Ertəsi gün isə artıq Az.TV-də komandanın matçları göstərilirdi. Mərhum prezident Moskvada işlədiyi dönəmdə də "Neftçi”ni unutmurdu. İsgəndər Cavadov Moskva "Dinamo”sunda idi. Ancaq orda qalmaq istəmədiyindən Bakıya xəbər göndərmişdi ki, "Neftçi”yə qayıtmaq istəyir. "Dinamo” rəhbərliyi isə İsgəndəri buraxmaq istəmirdi. Həmin vaxt Fuad Musayev SSRİ baş nazirinin birinci müavini postunu tutan Heydər Əliyevə zəng vurub, bu məsələdə yardım etməsini xahiş etmişdi. Məhz Əliyev işə qarışandan sonra Moskva klubunun rəhbərliyi geri çəkilmək məcburiyyətində qaldı. ÇSKA-da çıxış edən Semiqlazovun "Neftçi”yə gəlişinə onun böyük köməyi dəymişdi. Futbolçular da onun xətrini çox istəyirdilər. Hər il mayın 10-da "ağ-qaralar”ın futbolçuları Əliyevin ad gününü təbrik etmək üçün kabinetinə gedirdilər. O nəinki, futbola, demək olar ki, Azərbaycan idmanına daim diqqət göstərir, onun inkişafına çalışırdı. Mərhum prezidentin hakimiyyəti dönəmində Bakıda və bölgələrdə müasir tələblərə cavab verən neçə-neçə idman qurğusu istifadəyə verildi”.

RƏŞAD

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar