08 dek 01:42reportaj

Ağır Atletika Akademiyasında üç saat

Ağır Atletika Akademiyasında üç saat
Məstəliyev: “Bizim üçün hər tapıntı böyük bayramdı”
“AMADA və WADA-nın Azərbaycanda ən yaxın “dostu”, son illər dopinq səbəbindən aparıcı idmançılarını itirən, daim qalmqallarla gündəmə gələn, bir ara beynəlxalq yarışlardan təcrid olunan idman federasiyası hansıdı” sualını kimə ünvanlasan, idmanla az-çox maraqlanan hər kəs çox düşünmədən Ağır Atletika Federasiyasının (AAAF) adını çəkəcək. Təsadüfi deyil ki, AAAF-ın adı dopinqə qarşı mübarizə aparan qurumların “qara siyahı”sının ilk pillələrindədi. WADA ötən son iki ildə nə az, nə çox - düz 153(!) dəfə bizim idmançıları dopinq-testdən keçirib. Və hər dəfə də kimsə bu sınaqdan üzüağ çıxa bilməyib. İndi bir-bir həmin ağırlıqqaldıranların adını bir daha xatırlamaq, başınızı ağrıtmaq fikri yoxdu. Bütün bunlar artıq keçmişdə qalıb. İndi gələcəyə baxmağın, səhvlərdən nəticə çıxarmağın vaxtıdı. Çünki qarşıda bizi 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları gözləyir. Gələcəklə bağlı hansı işlərin görüldüyünü, dopinqlə bağlı qalmaqallardan sonra AAAF-da nələrin yaşandığını bilmək çox maraqlı idi. Bu üzdən federasiyanın mətbuat katibi, həmkarımız Kənan Məstəliyevə “yığmanın məşq bazasını görmək və yığma üzvləri ilə görüşmək istəyirəm” demişdim ki, “heç bir problem yoxdu, nə vaxt istəsən, bazaya baş çəkə bilərik” cavabını eşitdim. Bu söhbətdən iki gün sonra artıq federasiya rəsmisi əlaqə saxlayaraq “sabah 10.15-də səni Xırdalan dairəsində gözləyirik. 11.00-da millinin məşqi olacaq. Həm idmançılarla görüşərsən, həm də onlara yaradılan şəraitlə tanış olarsan” söylədi ki, müraciətimə belə operativ reaksiya verdiyinə görə Məstəliyevə və federasiya rəsmilərinə təşəkkür edirəm.
AAAF istedadları ucqar kəndlərdə axtarır
Yolboyu Kənan bəy ağırlıqqaldırmada yaşanan son proseslərdən söhbət açır, görülən işlər, yarışlar haqda ətraflı məlumat verməyə çalışırdı: “Ağırlıqqaldırma elə idman növüdü ki, hər uşaq bura üz tutmur. Futbol, cüdo, güləş deyil ki, kütləvi axınla üzləşək. Buna görə də bizim üçün hər tapıntı böyük bayramdı. Bir var minlərlə uşağın arasından seçim edəsən, bir dəfə var yüzlükdən. Federasiya iki aydan bir həftəaralığında 4 region üzrə bütün yaş qruplarının iştirakı ilə çempionat təşkil edir. Bunlar Bakı, Cənub, Mərkəz və Qərb regionlarıdı. Yığmanın baş məşqçisi və köməkçiləri həmin yarışları izləyir və fərqlənənləri milliyə dəvət edirlər. Federasiya rəhbərliyi bölgələrdə olan gənc və yeniyetmələri daim göz qabağında saxlamaq, inkişafı naminə onları Bakıya gətirir. Həmin uşaqlar təhsillərini “Zirvə” liseyində davam etdirməklə yanaşı, “AAAF Parkda” məskunlaşırlar. Gündəlik qidalanmaları, məşqləri mütəxəssislər tərəfindən nəzarətə götürülür. Özünüz də bilirsiz ki, hər nə qədər idmançı da olsa, hər bir uşağın uşaqlıq dövrü olur. Onlar da həmyaşıdları kimi gəzmək, şənlənmək istəyirlər. Rəhbərlik bu məqamı da unutmayıb. Asudə vaxtlarını “AAAF Park”dakı attraksionlarda keçirirlər. “Zirvə” liseyi ödənişli olsa da, idmançılarımıza güzəşt olunur və onlar təhsilhaqqından azaddılar. Yenə deyirəm ki, ağırlıqqaldırmaya üz tutanların sayı az olduğundan perspektiv vəd edən hər yeniyetmənin üstündə obrazlı desək, “əsirik”. Hətta rəhbərlik həmin idmançılara rımzi maaş da ayırır. Ölkəmizdə ağır atletikanın ənənəsi olub. Azərbaycanda bu idman növünün əsası 1925-ci ildə qoyulub. Dopinq problemi ortaya çıxanə qədər idmançılarımız dünya və Avropa çempionatlarında daim medalçılar arasında olublar. Təəssüf ki, son illərdə bəlli səbəbdən hər şeyə sıfırdan başlamalı olmuşuq. Bizim əsas seçimlərimiz bölgələrdi. Necə deyərlər, kənd uşaqları daha güclü, bu idman növünə daha maraqlı olurlar. Bunu nəzərə alan federasiya rəhbərliyi son illərdə bölgələrdə yeni zallar istifadəyə verib. Neftçalada yanaşı iki kənd var: Xolqarabucaq və Xolqaraqaşlı. Əsas magistraldan dönəndən sonra təxminən yarımsaat da maşınla getməlisən ki, ora çatasan. Həmin kəndlərdə uşaq və yeniyetmələrin əksəriyyəti ağırlıqqaldırma ilə məşğul olur. Bunu nəzərə alan rəhbərlik hər iki kənddə yüksək şəraitə malik zal istifadəyə verdi. Ordan başqa Şamaxının Qəleybuğurt, Lerikin Piran, Lənkəranın Aşağı Nüvədi kəndlərində də ağırlıqqaldırma ilə məşğul olanlar üçün zallar tikilib, inventarla təmin olunub. Samux, Şəki, Qazax, Gəncəni də unutmamışıq. Bəzi rayonların Olimpiya Komplekslərində şərait yaradılıb ki, uşaqlar və gənclər ağırlıqqaldırma ilə məşğul olsunlar”.
Yığmanın baş məşqçisi Tokio-2020-də təmsil olunacağımıza inanır
Kənan bəyin danışdıqları o qədər maraqlı idi ki, bir də onda ayıldım ki, artıq Nadir dayı (federasiyanın sürücüsü) maşını Şüvəlandakı Ağır Atletika Akademiyasının qarşısında saxlayıb. Məstəliyevin müşayiəti ilə əvvəlcə yarışların keçirildiyi zalı gözdən keçirdim. Təxminən 500 azarkeş tutumuna malik zal doğrudan da çox səliqəli və gözəldi. İstənilən şəxs yumşaq oturacaqlarda əyləşib yarışları izləyə bilər. Fürsətdən istifadə edib “körpücük”də olan ştanqın qiyməti ilə maraqlandım. Mətbuat katibi bu haqda da məlumat verməyi unutmadı: “Ştanq elə də uzuc deyil. İstehsal firmasından asılı olaraq qiymətlər dəyişir. Orta hesabla ştanqın qiyməti 2000-2500 manat aralığındadı. Ona görə də ağırlıqqaldırmanı elə də ucuz idman növü kimi dəyərləndirmək olmaz. Rəhbərlik çalışır ki, bölgələr də inventarsız qalmasın. Orta hesabla hazırda hər 10 idmançıya bir platforma düşür ki, gələcəkdə bunun da sayını azaltmaq, yəni bir platformadan daha az idmançının istifadə etməsi nəzərdə tutulub. Yığmada isə hər ağırlıqqaldıranın ayrıca platforması var”.
Millidən söz düşmüşkən, məşq zalına daxil olanda ritmik musiqinin sədaları, yerə düşən ştanqların səsi bir-birinə qarışmışdı. Zalda qızğın məşq gedirdi. Kənarda dayanıb bir müddət hazırlıq prosesini izlədik. Həmin vaxt Ömər Cavadov (16 yaş, Xırdalan, yeniyetmələr arasında Avropa çempionu), Səbinə Əzimova (18 yaş, Lənkəran, yeniyetmələr arasında 3 qat Avropa çempionu, 4-cü İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı, ölkə kubokunun qalibi), Rüstəm Qasımov (16 yaş, Lənkəran), Nailxan Nəbiyev (26 yaş, Bakı, gənclər arasında Avropa çempionu), Kamran İsmayılov (25 yaş, Sumqayıt, ölkə çempionu), Paşa İbrahimli (23 yaş, Lənkəran, yeniyetmələr arasında Avropa çempionu), Boyanka Kostova (25 yaş, dünya və Avropa çempionu) baş məşqçi Asif Məmmədovun və köməkçiləri Maksim Xasanovla Taleh Hüseynovun tapşırıqlarını yerinə yetirirdilər. Qadınlardan ibarət yığmanın çalışdırıcısı Təranə Abbasova da yetirmələrinin hazırlığını izləyirdi. Bu yaxınlarda Argentinada keçirilən Yeniyetmələrin 3-cü Yay Olimpiadasında gümüş medal qazanan Tamerxan Babayev, gənclər arasında Avropa çempionu Məhəmməd Məmmədli və yeniyetmələr arasında qitə birincisi Fidan Əliyevə məşqdən kənarda qalmışdılar. Asif Məmmədovdan aldığımız bilgiyə görə, hər üç idmançı reabilitasiya keçir və həkim nəzarətindədi. Baş məşqçidən söz düşmüşkən, açığı, onu mənə tanıtmasaydılar, heç vaxt ağlıma gəlməzdi ki, çəkisi təxminən 60 kq olan, bəstəboy, sakit təbiətli bir şəxs 100, 200 kq-lıq ştanqları asanlıqla ram edən belə pəhləvanların baş məşqçisidi. Kənan bəy məni onunla tanış etdikdə bir qədər təəccüblənsəm də, çalışdım ki, bunu büruzə verməyim. Mənim aləmimdə ağırlıqqaldırma üzrə yığmanın baş məşqçisi ən azı 1,80 sm boya, 100 kq çəkiyə malik, sir-sifətindən, bir qədər kobud səslənsə də, zəhrimar yağan biri olmalıydı. Lakin Asif bəydə bunların heç biri yox idi. Ancaq xarizmatik olduğunu, idmançıların onu qəbul etdiyini verdiyi tapşırıqlardan hiss etmək mümkün idi. Fürsətdən istifadə edib Məmmədovla da söhbətləşdik: “Son illər baş verən xoşagəlməz proseslər ağır atletikya ağır zərbə oldu. Güclü idmançılarımız cəzalandıqlarından indi bütün ümidlərimizi gənclərə bağlamışıq. Açığı, özüm də əsas millidə yeniyəm. Bu ay bir il olacaq ki, yeniyetmələr yığmasını əsas komandaya dəyişmişəm. Geridə qalan müddətdə az da olsa, uğurlu nəticələrimiz var. Ağırlıqqaldırmada uğur qazanmaq üçün zamana ehtiyac duyulur. Qısa vaxtda nailiyyət əldə etmək çox çətindi. Odu ki, səbirlə çalışıb, göstəricilərimizi yaxşılaşdırmağa çalışacağıq. 2019-cu ildə idmançılarımızı Avropa və dünya çempionatları ilə yanaşı, “Qran-Pri” yarışları da gözləyir. Bildiyiniz kimi, artıq bu idman növündə də Olimpiadaya lisenziya fərdi reytinq xalına görə verilir. Ona görə də çalışacağıq ki, il ərzində təşkil olunan yarışlarda maksimum nəticə qazanaq. Dopinqə gəlincə, tez-tez AMADA və WADA-nın bununla bağlı seminarlarına qatılırıq. Orda səslənən bir fikri - “dopinqdə ilişən idmançı günahı başqasında yox, özündə axtarmalıdı” - çox bəyənirəm. Doğrudan da, hər kəs özü-özünün nəzarətçisi olmalıdı. Nə məşqçilər, nə də federasiya rəhbərliyi idmançılarımızın yasaq preparatlardan istifadə etməsini istəyir. Biz çox inadla buna qarşı mübarizə aparır, idmançının öz gücünə uğur qazanmasını istəyirik. Daim da bu yolla addımlayacağıq. İnşallah, 2019-da ağırlıqqaldıranlarımız qatıldıqları yarışlardan üzüağ dönməyi bacaracaqlar. Ümid edirəm ki, Tokioda keçiriləcək Olimpiadada ən azı bir idmançımız olacaq”.
Topu ştanqa dəyişən xanım
Xanımların ağırlıqqaldırma, boks və güləşlə məşğul olması heç də birmənalı qarşılanmır. Ancaq atalarımızdan bizə yadıgar qalan bir deyim var: aslanın erkəyi, dişisi olmaz. Səbinə Əzimovanın məşqini izlədikcə bu atalar sözü dəfələrlə yadıma düşdü. 18 yaşlı lənkəranlı xanım əvvəlcə 85 kq-ı ram etdi. Bir qədər keçəndən sonra artıq oxa yığılan daşlar 105 kq idi. Məşqin sonunda isə bu ay Qətərdə təşkil olunacaq “Qətər kuboku”na yollanacaq Əzimova artıq 115 kq-ı başı üzərinə qaldırdı. Özü də bunu çox rahatlıqla etdi ki, biranlıq gözümün önünə şəhərdə avara-avara gəzən, ona-buna söz atan gənclər gəldi. Təsəvvür edin, Səbinəni tanımayan gənc küçədə ona söz atsa, aqibəti necə olar? Yaxşısı budu, heç kim buna risk etməsin. Məşqdən sonra onunla da söhbətləşdik: “Mən əvvəlcə Lənkəranda futbolla məşğul idim. Hər dəfə məşqə gedəndə yolum ağırlıqaldırma zalının qarşısından düşürdü. Taleh müəllim (millinin və Əzimovanın şəxsi məşqçisi) də hər dəfə məni görəndə “sən bizim zala gəl, səndən yaxşı ağırlıqqaldıran olar” söyləyirdi. Günlərin birində rəfiqəm Şəfa ilə o zala getdik. İlk dəfə ştanqı heç bəyənmədim. Özüm də arıq qız idim. Lakin rəfiqəmin təkidi ilə bir neçə məşqdə iştirak etdim. Həmin vaxt futbola getmədiyimə görə anamla aramızda söz-söhbət olurdu. O ağırlıqqaldırmadansa, futbolla məşğul olmağıma razı idi. Bir müddətdən sonra yarışlara qatıldım, nəticələr qazandım. Uğurlar sıralandıqca bu idman növünə tam bağlandım. Bu gün anam da artıq azarkeşimdi və mənimlə fəxr edir. Onun kimi bütün qohum-əqrəba hər uğurumu böyük sevinclə qarşılayır. Əsas məqsədim Yaponiyada keçiriləcək Olimpiadada iştirak etməkdi. Özü də mən ora yalnız iştirak xatirinə getmək istəmirəm. Əsas məqsədim medalçılar arasına düşməkdi”.
Məşq zalını tərk edib, idmançıların məişət şəraiti ilə tanış oldum. Doğrudan da, AAAF bu gün ağırlıqqaldıranlar üçün ideal şərait yaradıb. Qaldıqları hotel, qidalanma – hər şey mükəmməl səviyyədədi. Bütün bunların fonunda qalır yalnız məşq edib, ölkəyə medallar gətirmək. Ümid edirik ki, tezliklə ağırlıqqaldıranlarımız uğurları ilə bizi sevindirəcəklər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar