30 okt 18:29reportaj

Taksi şoferi ukraynalı jurnalistləri necə aldadıb?

Taksi şoferi ukraynalı jurnalistləri necə aldadıb?
Şıxov, “badımcan”, ağ gilas mürəbbəsi, lazımsız gödəkçə...
“Vorskla” – “Qarabağ” oyununu işıqlandırmaq üçün ölkəmizdə ikigünlük səfərdə olan ukraynalı jurnalistlər bizə o dərəcədə isti yanaşmışdılar ki, sanki illərdi bir-birimizi tanıyırıq. Halbuki bu cür mehribanlığı Bakıya gələn bütün həmkarlarımızda görmürük. SSRİ-nin “şinelindən çıxmağımız”, iki ölkə arasındakı dostluq münasibətləri, bir-birimizi rahat başa düşməyimiz – çox güman, bu və başqa məqamlar buna səbəb idi.
Oyundan əvvəl və sonra söhbətləşdiyim Dmitri Bulıqa Poltava əyalətinin QOK teleradio şirkətinin əməkdaşıdı. O həm də futbol üzrə Ukrayna çempionatının birinci divizonunda mübarizə aparan “Qornyak-Sport” klubunun mətbuat katibidi. Hələ Bakıda olanda söz vermişdi ki, Poltavaya qayıdandan sonra paytaxtımızda gördükləri haqda “Futbol+” üçün xüsusi yazı hazırlayacaq. Həftəiçi işləri çox olduğundan, verdiyi sözə bazar günü əməl etdi. Elə isə Bulıqanın “Bakı : 200 faizlik təəssürat” yazısı ilə siz də tanış olun.
Rahat eniş...
Bakıya təkcə “Vorskla”nın uğurlu nəticə qazanacağı arzusu ilə yollanmamışdıq. Neft ölkəsi sayılan Azərbaycanın paytaxtında gördüklərimizə təəccüblənməyəcəyimizə də əmin idik. Hər şey təyyarənin hava limanına rahat enişindən başladı. Aeroportdan şəhərə gedəndə və eyni istiqamətlə geri qayıdanda gördüyümüz alov işarələri bizdə sual yarada bilməzdi. Axı “Odlar Yurdu”na səfər etdiyimizin fərqindəydik. Bu yerdə qeyd edim ki, yeni tikilən binaların fasadlarında axşam və gecə saatlarında ölkə bayrağındakı rənglər öz əksini tapır. Bəzilərində isə Azərbaycan mədəniyyətinə uyğun başqa nələrsə həkk olunub.
Birmənalı, bütün ümidlərimiz 100 yox, 200 dərəcə özünü doğrultdu. Oyunboyu qalib gəlmək üçün elə də çox şansı olmayan “Vorskla” 90 dəqiqənin tamamında qələbəni qeyd etdi, Bakı isə öz gözəlliyi və qonaqpərvərliyi ilə yaddaşımızda dərin izlər buraxdı. Gizlətmirəm, hələ də yaxşı mənada Azərbaycan paytaxtında gördüklərimizin təsiri altındayıq. Xoş keçən iki gün yaddaşımızdan silinməsin deyə, indi də “Qarabağ”ı və Bakıda tanış olduğumuz azərbaycanlı həmkarlarımızı böyük səbirsizliklə Ukraynada gözləyirik.
“Vorskla”nı daşıyan təyyarədə 8 media mənsubu yer almışdı. Aramızda paytaxt Kiyevdən olanlar vardı – “Futbol” və “Ekspress” telekanallarının əməkdaşları. Eyni zamanda Poltava əyalətinin regional telekanalları sayılan QOK-la “Ltava”nın işçiləri. “Kremençuqskaya qazeta“dan olan həmkarımızı isə yazılı mətbuatın yeganə nümayəndəsi hesab edək.
Dəniz çağırır...
Birinci gün lazımi qədər gəzib-görmək imkanımız olmadı. Yorğunluq var idi, başa düşmək çətin deyil. Amma hava limanından şəhərin mərkəzinə qədər olan məsafədə avtobusun pəncərəsindən gördüklərimiz ertəsi xeyli gəzib-dolaşacağımıza işarə idi. Tanışlığımız Olimpiya stadionu ilə başladı. İnanılmaz böyüklükdə olan arenanı görəndən sonra Azərbaycanda təkcə fərdi döyüş növlərinin yox, futbolun da sevildiyinə əmin olduq. Günün qaranlığa düşən qalan hissəsini isə Dənizkənarı Bulvarda keçirdik. Su ilıqdı, ya yox – bunu növbəti gün dəqiqləşdirdik. Çimərliyə getməyimiz də ekspromt alındı. Təsəvvür edin, çimmək həvəsi ilə Şıxov adlanan əraziyə gedirik, amma uşaqlardan heç kim özü ilə çimmək üçün alt geyimi götürməyib.
Taksi şoferi ilə ticari söhbət etmədən, şəhərin mərkəzindən birbaşa Şıxova aparmaq üçün 15 manata razılaşdıq. Dənizi yaxından görmək və suya baş vurmaq o dərəcədə həvəs yaratmışdı ki, pul-filan fikirləşmirdik. Təki məhdud vaxtımızın bir hissəsini orda keçirək. Sonradan məlum oldu ki, bizdən azı iki dəfə çox pul alıb. Həmin taksi şoferinin üzərinə düşən iş təkcə sükan arxasında oturmaq olmadı. O həm də bələdçi rolunu üzərinə götürdü. Əminəm ki, bizdən o qədər pul qazandığına görə hələ də üzü gülür. Amma onu da başa düşmək lazımdı. Adam yaxın keçmişdə Ukraynada olub və bizim ticarətçilər onu əməlli “soyublar”. Dənizdən sonra milli mətbəxin məhsulu sayılan düşbərədən daddıq, isti lavaşın ləzzətini gördük. Yerli pivəni dadmamaq olmazdı. Deyim ki, bizim pivədən ciddi mənada fərqlənmir.
Lənət şeytana!
Ünlü Yuri Nikulinin yıxıldığı “Brilyant əl” filmi yadınızdadı? Özü qədər də məşhur ifadəsiylə: “lənət şeytana”! Həmin film ki, müəyyən kadrları İçərişəhərdə çəkilib. Şəhərin mərkəzindəki o yerə baş çəkməmək mümkünsüz idi. Özümüzü Nikulinə oxşadıb yıxılır və həmin anı telefonlarımızın yaddaşına köçürürdük. Maraqlıdı, nə vaxtsa Nikulinin ağlına gələrdi ki, öz aktyorluq bacarığı və yıxılması ilə bu yeri özü qədər məşhur edəcək. Ukraynada bu filmi hələ də xatırlayırlar. Təkcə yaşı 60-ı ötənlər yox, elə gənc nəslin nümayəndələri də. “Ekspress” telekanalından olan həmkarımızın Nikulinsayaq yıxılan fotosu sosial şəbəkələrdə adi şəkildən qat-qat artıq “layk” topladı. Hələ şərhləri demirəm.
Qarşıda daha iki saat vaxtımız vardı. Dənizə baş çəkmiş, İçərişəhəri görmüşdük. Qalırdı xatirə üçün nəsə almaq. Fikrimiz ənənəvi maqnit tapmaq idi. Dükanda xoş görünüşlü xanımla bir xeyli çək-çevir edəndən sonra, nəhayət, qiymətdə ortaq məxrəcə gələ bildik. Satıcı demişkən, azərbaycan qızlarını bizimkilərdən fərqləndirən cəhətlər kifayət qədərdi. Üzlərinə çox az kosmetika çəkirlər və ictimai yerlərdə özlərini sıxmağa çalışırlar. Amma azyaşlı qızın gözlərimin içinə baxıb gülümsəməsi məni bir anlıq axşamkı oyunun ab-havasından uzaqlaşdırdı.
Apar, apar bizi, “badımcan”
Səfərboyu ancaq və ancaq yerli vətəndaşların “badımcan” kimi tanıdığı taksilərdən istifadə etməli olduq. Onlar hər yerdə var: aeroportda, otellərin qarşısında. Hətta bizi Şıxova aparan da “badımcan” idi. Öyrəndik ki, əsasən Londonda məşhur olan bu avtomobil markası Çində istehsal olunur, qiyməti isə nə qədər təəccüblü səslənsə də, deyəcəm, 30 min avrodu. Maşına sahib olmaq üçün hər gün sahibkara 65 manat ödəyən sürücü düşdüyü vəziyyətdən məmnun görünürdü. Çünki maşını ona təmir edib satıblar. Deyim ki, görünüşcə elə də böyük deyil, amma altı sərnişin otura bilir. Bunun da sirri var. Beş nəfər arxada əyləşir, bir nəfər isə sürücünün yanında yük üçün nəzərdə tutulmuş yerə qoyulan kustar üsulla hazırlanmış kiçik oturacaqda. O “badımcan” bizi elə bir bazara apardı ki, lazım olan hər şeyi ordan ala bildik: paxlava, nar, əncir, Azərbaycan çayı və təbii ki, ağ gilas mürəbbəsi.
Ox, +20 dərəcə
Sizə deyim, Bakıdakı qiymətlər kifayət qədər münasibdi. Ötən ay “Vorskla”yla Londona səfər etmiş klub əməkdaşı Artyom İvanov qiymətləri müqayisə edəndə, sevincini görsəydiz: “Londonda nəsə almaq mümkünsüz idi. Qiymətlərə baxıb köks ötürürdüm. Burda əladı, məhdud büdcə ilə istədiyini ala, yeyə bilirsən”. Turistsənsə, diqqətli olmalısan, aldanmaq olmaz. Məsələn, “Vorskla” azarkeşlərindən biri bizim aldığımız kiçik suveniri otelin yanından 5 manat baha almışdı.
“Oynayan” qiymətlərdən fərqli, Bakıda havanın hərarəti sabit idi. Şəhərin hər yerində eyni dərəcəni müşahidə etdik. Həmin gün Poltavada yağışlı +6 dərəcə idisə, Azərbaycanın paytaxtında +20 dərəcədən həzz alırdıq. Özümüzlə götürdüyümüz gödəkçələr Bakıda nə gündüz, nə də axşam bir işə yaradı. +20 dərəcə bizə Xəzər dənizində çimmək sevinci yaşatdısa, “Vorskla”nın futbolçularına klub tarixində ilk dəfə Avroliqanın qrupunda 3 xal qazandırdı. Evə qayıdanda təyyarədəki ab-havanı izah etməyə gərək duymuram. İnanıram ki, siz – azərbaycanlı jurnalistlər də nə vaxtsa o hissləri yaşamısız...
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar