16 okt 18:18reportaj

Malta ayağımızın altını qazdı

Malta ayağımızın altını qazdı
Millətlər Liqası
D liqası, 3-cü qrup
244. Azərbaycan – Malta 1:1 (0:1)

1. Kamran Ağayev (k)
4. Pavel Paşayev
19. Rahil Məmmədov
(21. Təmkin Xəlilzadə, 46)
22. Bədavi Hüseynov
5. Maksim Medvedev
2. Qara Qarayev
20. Riçard Almeyda
7. Araz Abdullayev
13. Dmitri Nazarov
17. Mahir Mədətov
(15. Cavid İmamverdiyev, 77)
16. Rüfət Dadaşov
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
23. Səlahət Ağayev
3. Ürfan Abbasov
6. Bəxtiyar Həsənalızadə
8. Emin Mahmudov
9. Namiq Ələsgərov
10. Ruslan Qurbanov
11. Ramil Şeydayev
14. Rahid Əmirquliyev
18. Məhəmməd Mirzəbəyov
Baş məşqçi: Qurban Qurbanov
1. Endryu Hoqq
3. Jozef Zerafa
17. Rayan Kamilyeri
5. Andre Aqius
4. Stiv Borq
9. Jozef Mbonq
8. Pol Fenek
11. Rouen Muskat
(21. Roderik Briffa, 70)
19. Alfred Effyonq
(6. Cek Qrek, 82)
15. Xuan Korbalan
10. Andre Şembri (k)
(14. Jan-Pol Farrucia, 86)
Ehtiyat oyunçular
12. Anri Bonelyo
23. Stiv Sultana
2. Maykl Conson
7. Stefan Pisani
13. Kleyton Faylla
16. Ferdinando Apap
18. Byorn Kristensen
20. Endryu Kohen
22. Keyn Attard
Baş məşqçi: Ray Farrucia
Qollar: R.Muskat, 37 (0:1). A.Abdullayev, 53 (1:1).
Vərəqələr: A.Şembri, 43. P.Fenek, 48. S.Borq, 52. A.Aqius, 58 - sarı.
Hakimlər: İVAN BEBEK, Tomislav Petroviç, Miro Qrqiç, Qoran Pataki, Mario Zebek, Qoran Qabrilo (hamısı Xorvatiya).
Hakim-inspektor: İoannis Tsaçilidis (Yunanıstan).
UEFA nümayəndəsi: Vladimir Heninson (Ukrayna).
14 oktyabr. Bakı. Olimpiya stadionu. 16200 tamaşaçı.
Birinci hissəyə 3, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
20 (8) qapıya (“çərçivə”yə) zərbə 9 (2)
13 korner 0
7 ofsayd 3
11 qayda pozuntusu 10
0 vərəqə 4
Dünən yığma daha bir önəmli oyununa çıxdı. Qurban Qurbanovun yetirmələri “doğma divarlar” arasında Maltanı məğlub etməyi hədəfləmişdi. Bu komandaların Ta`Qalidəki ilk duelində qalib müəyyənləşməmişdi. Ancaq milli bu dəfə 3 xalı hesabına yazmaq üçün savaşmalıydı. Kosovonu qarabaqara izləyən yığma ən azı aradakı məsafənin böyüməsinə imkan verməməliydi. Əsas rəqibin xal itkisi fonunda qazanılacaq qələbənin isə ayrı ləzzəti olacaqdı. Üç gün öncə Farer adaları üzərindəki qələbə də komandamızın əhval-ruhiyyəsinə müsbət mənada təsir etmişdi. “Cırtdan” isə Bakıya səfər ərəfəsində Kosovoya uduzmuşdu ki, əks düşərgədə ab-havanın elə də yaxşı olmadığını təsəvvür etmək çətin deyildi. Bir sözlə, doğma meydan amilini də nəzərə alsaq, şərtlər millinin tərəfində idi və ölkənin ən nəhəng arenasının tribunlarında özünə yer edənlər, eləcə də televiziya qarşısına keçənlər Qurbanovun komandasından yenə qələbə gözləyirdi.
Heyətlərə gəlincə, Maltanın əsas itkisi kapitanı ilə bağlı idi. Maykl Mifsudun bu oyunda forma geyə bilməyəcəyi bilinirdi. O, Kosovo ilə görüşdə qırmızı vərəqə ilə cəzalandığına görə BOS-dakı matçı buraxırdı. Millinin start “11-liy”ində isə dəyişiklik gözlənilmirdi. Bir gün öncəki mətbuat konfransında Qurbanov Farerə qarşı çıxış edən heyətə toxunmayacağını demişdi. Belə də oldu.
Artıq 3-cü dəqiqədə yığma hesabı açmağa yaxın oldu. Topu ələ keçirən Araz bir qədər irəliləyib zərbə endirdi. Hoqq onun vuruşunu dəf etdi, "kürə" Mahirin önünə düşdü. Mədətov bir müdafiəçini aldadıb "çərçivə"ni nişan alsa da, top düz qapıçının üstünə gəldi. Çox keçmədən, Nazarov diqqət mərkəzinə düşdü. Onun cərimə zərbəsindən birbaşa qapıya ünvanladığı top tirdən döndü. Az sonra Mədətov daha bir fürsəti qaçırdı. Bu arada Kamran bir epizodda ləngliyi ilə yerli azarkeşləri həyəcanlandıra bildi. Ümumiyyətlə, yığma rəqibindən aşkar üstün idi. Malta isə yalnız müdafiənin qeydinə qalır və əks-hücumlara bel bağlayırdı.
20-ci dəqiqədə milli qonaqların qapısına yol tapdı. Rüfət topu tora qovuşdursa da, laysman şübhəli ofsayd qeydə aldı. Ardınca Mahir daha bir imkandan yararlana bilmədi. Mədətov sanki qol duyumunu itirib. Sözümüzün təsdiqi kimi 30-cu dəqiqədəki epiozdu göstərə bilərik. Nazarov əla ara ötürməsi ilə Mahiri qapıçı ilə duelə göndərdi. Sonuncu zərbə endirənə qədər müdafiəçi özünü çatdırıb topa ayaq qoya bildi. Bü cür imkanların sağa-sola xərclənməsi yaxşı heç nə vəd etmirdi... Belə də oldu. "Vurmayana vurarlar" prinsipi işə düşdü. 37-ci dəqiqədə Korbalanın zərbəsindən sonra Kamran topu elə onun öz üzərinə qaytardı. Xuan bu dəfə qapı önünə ötürmə etdi, Rahilin mane ola bilmədiyi Muskat bir toxunuşla "atəşkəsi pozdu".
Buraxılan qoldan sonra yığma təzyiqi artırdı. 42-ci dəqiqədə Arazın fərqlənməsinə qapıçı mane oldu. Az sonra Nazarov diqqət mərkəzinə düşdü. Ancaq Dmitri də "status-kvo"nu bərpa edə bilmədi. Fasilə ərəfəsində yığma daha iki epizodda rəqib qapısına yol tapmağa yaxın idi. Əvvəlcə Maksimin təhlükəli zərbəsini Hoqq zərərsizləşdirdi. Daha sonra Rüfət biraddımlıqdan "çərçivə"yə düşə bilmədi.
Qurbanov ikinci hissəyə dəyişikliklə başladı. Rahili Təmkin əvəzlədi, belədə Xəlilzadə solda, Maksim mərkəzdə qərarlaşdı, Pavel doğma mövqeyinə - sağa çəkildi. Hissənin əvvəlindəcə yığma hesabı bərabərləşdirə bildi. Mahirdən ötürmə alan Araz topu yerə salar-salmaz dəqiq zərbəylə toru silkələdi. Lakin bununla kifayətlənmək olmazdı. Bizə qələbə lazım idi. 59-cu dəqiqədə Riçard cərimə zərbəsindən topu birbaşa "çərçivə"yə göndərmək istəsə də, "mərmi" hədəfdən yan keçdi.
Ara-sıra Malta da həmlələr edirdi. Belə epizodlardan biri 63-cü dəqiqəyə təsadüf etdi. Effyonqun başla vuruşu dəqiq olmasa da, yaddaqalan idi. Qurbanovun yetirmələri bunun cavabını çox gecikdirmədi. Lakin bu dəfə bəxtsizlik yığmanın sevinməsinə mane oldu. Təmkinin asması zamanı Dadaşov başla topu qapıya yönəltsə də, dirək qonaqların dadına çatdı. 70-ci dəqiqədə az qala heç-heçə də əlimizdən çıxacaqdı. Təmkin topu Korbolan üçün saxladı. Sonuncunun vuruşundan sonra tir meydan sahiblərini qoldan xilas etdi. Qalan dəqiqələrdə milli bütün qüvvə ilə irəli atıldı. 83-cü dəqiqədə daha bir real qol vəziyyətini boşa verdik. Araz qapıya paralel ötürmə etdi, qapıçı topu cərimə meydançasının mərkəzinə çıxardı, Riçard isə əla fürsəti qeyri-dəqiq vuruşla tamamladı. Son dəqiqələrdə Təmkin Maksimə fərqlənmək imkanı yaratdı. Lakin Medvedev şansı qaçırmaqla, yerli fanatları ayağa qaldırmaq fürsətini əldən verdi.
Beləliklə, yığma yaxşı oynasa da, qələbə qazana bilmədi. Ancaq indiki halda bizə yaxşı oyun yox, nəticə lazımdı. Elə Farer adaları ilə matçda olduğu kimi. Kosovonun da dünən xal itirdiyini nəzərə alsaq, istənilən hesablı qələbə Azərbaycanı lider kürsüsünə əyləşdirəcəkdi. Əslində komandamızın şansının üstündən birdəfəlik xətt çəkmək də olmaz. Yəni dünən udsaydıq da, bu qrupda liderin kimliyi sonuncu turdakı Kosovo ilə səfər görüşündə müəyyənləşəcəkdi. Düzdü, o halda artıq biz yox, Kosovo təzyiq altında olacaqdı. Amma məsələnin başqa tərəfi də var. Fakt budu ki, iki görüşün heç birində Maltanı məğlub edə bilmədik. Və bunu bacarmayan yığmanın Avropa çempionatının final mərhələsində nə işi var?!
FARİZ

Reaksiyalar
Bədavi Hüseynov: "Yaxşı oyun keçirdik, çoxlu qol vəziyyəti yaratdıq. Deyərdim ki, hər şeyi düzgün elədik, amma bəxtimiz gətirmədi. Futboldu, belə şeylər olur. Bəzən yaxşı oynayırsan, amma qol vura bilmirsən. Bəzən də pis oynayırsan, amma qələbə qazanırsan. Əsas odu ki, uduzmadıq və şanslarımız davam edir. Sonadək mübarizə aparacağıq. Rəqibin qolu gözlənilməz oldu. Oyuna normal nəzarət edirdik. Rəqibin bir vəziyyəti qolla nəticələndi. Demək olar, sonra başqa vəziyyətləri olmadı. Qrupda 1-ci yeri tutmaq ümidimiz də qalır. Əhval-ruhiyyəmiz yaxşıdı. Çünki bilirik ki, Kosovo da xal itirib. Qarşıda iki oyun var. Hər şey son turda Kosovo ilə səfər oyununda həll olunacaq. Yaxşı oynayırıq, qol imkanları əldə edirik. Maksimum konsentrasiyayla istənilən rəqibə qalib gəlmək olar".
Qara Qarayev: "Bu, Qurban Qurbanovun millinin baş məşqçisi olduğu vaxtda ən yaxşı oyunlarımızdan biri oldu. Çoxlu qol vəziyyəti yaratdıq. Ancaq yüfaizlik qol imkanlarından yararlana bilmədik. Rəqibin isə qapımızın önündə bir epizodu oldu və fərqləndi. Fikrimcə, bu gün çox yaxşı oyun göstərdik. Bu tempi və oyunu başqa matçlarda da göstərməliyik. Biz necə güclü komandalara qarşı müdafiə olunub xal əldə edə biliriksə, Malta da bu gün onu edib 1 xal aldı. Oyunumuzu yaxşı dəyərləndirirəm. Amma əlbəttə, qələbə qazansaydıq, daha yaxşı olardı. Millinin oyunlarına klub oyunlarından daha ciddi hazırlaşırıq. Məqsədimiz rəqibləri məğlub edib maksimum xal qazanmaqdı. Bəzən yaxşı oynasaq da, bizdən asılı olmayan səbəblərə görə istədiyimiz nəticəni qazana bilmirik. Gələn aydakı oyunlarında da əlimizdən gələni edib qələbə qazanmağa çalışacağıq. Fikrimcə, bizdən nə qədər çox istəsəz, o qədər yaxşı nəticə əldə etməyə çalışacağıq. Sizin bizdən yaxşı nəticə istəməyinizdə qəribə bir şey yoxdu. Cəbəllütariqin Ermənistanı məğlub etməyi sürpriz oldu? Yox. Bu nəticə gözlənilməz deyildi. İndi bütün komandalar müdafiə olunub nəticə əldə edə bilir. Kosovonu səfərdə məğlub etməyə söz vermək çətin məsələdi. Amma inanın ki, qarşıdakı 2 oyunda qələbə qazanmaq üçün nəyimiz varsa, qurban verməyə hazırıq".
Rüfət Dadaşov: "Çox yaxşı oynadıq. İmkanlarımız da oldu, ancaq bəxtimiz gətirmədi. Rəqibin isə bir qol epizodu oldu və ondan yararlandı. İkinci hissənin əvvəlində bərabərliyi əldə etdik. Ondan sonra da qol şanslarımız oldu, amma dəqiq zərb vura bilmədik. Top sanki qapıdan keçmək istəmirdi. Mahir Mədətov oyundan çıxarkən fitə basılması? Başa düşmədim, niyə belə etdilər? O, yaxşı futbolçudu, matçı da yaxşı keçirmişdi. Qrupdan çıxmaq şansımız var. Sübut etdik ki, yaxşı oynaya bilirik. Doğrudu, uzun müddətdən sonra milliyə qayıtdım və iki oyun keçirdim. Düşünürəm ki, normal oynadım. Maltaya qarşı dubl etdiyim 4 il öncəki dueldən bu gün daha yaxşı oynadıq. Amma futboldu, alınmayanda alınmır. Baş məşqçimiz çox yaxşı işləyir, biz də yaxşı futbol oynayırıq".
Araz Abdullayev: "Fikrimcə, yaxşı oynadıq. Qələbə qazanmaq üçün hər şey etdik. Yetərincə qol epizodu yaratdıq, ancaq bundan yararlana bilmədik. Sadəcə, şanssızlıq olduq. Bəzən pis oynayıb qələbə qazanırsan, bəzən də yaxşı oyun göstərib buna nail bilmirsən. Bu gün 2 xal itirdik. Kosovo da qələbə qazana bilmədi, şanslarımız davam edir. Son 2 matça yaxşı hazırlaşıb qələbə qazanmağa çalışacağıq. Əlbəttə, təəssüf hissi keçiririk. Vacib qələbə qazanmaq üçün çox çalışdıq. Son 2 oyun artıq bizim üçün daha önəmlidi. Həmin qarşılaşmalarda maksimum nəticə qazanmağa çalışacağıq. Bu gün yaxşı oyun göstərdik, sadəcə, qələbə qazana bilmədik. Futboldu, hər şey olur. Fərqləndiyim epizoda gəlincə, elə olur ki, zərbən istədiyin kimi alınmır. Məndə də belə anlar olub. Qol epizodunda top ayağıma yaxşı oturdu və zərbəm dəqiq alındı. Yarımmüdafiədə hər iki cinahımda oynamaq mənim üçün fərq etmir. Baş məşqçimiz hansı mövqedə oynamağımı istəyirsə, orda da çıxış edirəm. Qrupun taleyini məhz Kosovo ilə matç həll edəcək? Bu futboldu, əvvəlcədən heç nə demək olmur. Yalnız son 2 oyuna yaxşı hazırlaşıb qələbə qazanmalıyıq. Futbol komanda oyunudu. Burda fərdi olaraq nəticə qazanmaq mümkün deyil. Azarkeşlər də bizi yaxşı dəstəklədi. Qələbə qazanmaq istəyirdik, amma olmadı. Məşqlərdə çalışıram ki, tapşırıqları tam yerinə yetirim və əvvəlki formamı bərpa edim... Mahir gəncdi, azarkeşlər ona psixoloji çox təsir edir. Hər birimiz gənc olmuşuq. Mədətov da bu gün çox çalışdı, əlindən gələni etdi. Hər bir futbolçu qol imkanını boşa verə bilər. İnanıram ki, gələcəkdə əlinə düşən fürsətlərdən yararlanacaq. Hər birimiz ona kömək olmalıyıq: həm futbolçular, həm də azarkeşlər. Tezliklə bu vəziyyəti geridə qoyacağına inanıram".
Maksim Medvedev: "Meydana yalnız qələbə üçün çıxmışdıq. Rəqibi təhlil etmişdik və ona uyğun taktika seçmişdik. Ümumi götürsək, oyunumuz pis alınmırdı. Sadəcə, son zərbə çatışmadı. Yaxşı qol vəziyyətləri əldə etdik, amma futbolda hər şey olur. Bu gün iki xal itirdik. İşimiz çətindi, amma riyazi hesablamayla şansımız qalır. Növbəti ay iki oyunumuz var, onlardan maksimum yararlanmalıyıq ki, məqsədimizə çataq. Kosovonun xal itirməsi? Hər komanda öz yerində qaldı. Çalışacağıq ki, növbəti ay Farer adaları qarşısında mütləq qələbə qazanaq, sonra isə Kosovo ilə finala bərabər görüşə çıxaq. Qələbə üçün həm ustalıq çatmadı, həm də bəxtimiz gətirmədi. Ancaq elə vəziyyətlər var idi ki, orda ustalıq lazım deyildi. Zərbə vururduq, qapıya düşə bilmirdik. Təcrübəli futbolçularımız var, o qədər qol imkanlarından yararlana bilmədik. Təəssüf ki, iki xal itirdik. Müdafiənin sağ cinahında mərkəzə keçməyimə gəlincə, bu sualı baş məşqçiyə versəz, daha yaxşı olar".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar