14 okt 15:54reportaj

Üçgünlük səfər, hər gün üçün bir qol

Üçgünlük səfər, hər gün üçün bir qol
Farer adaları mənim ən uzaqmənzilli səfərim oldu. Təbii ki, həm də yorucu idi. Düzdü, Danimarkada 2 saata yaxın nəfəs dərmək yerinə düşdü. Amma 7 saat göydə olduq, az qala bir o qədər də yerüstü “gəzinti”yə sərf olundu. Səfər uzun, getdiyin ölkə də ekzotikdisə, belədə təəssürat da geniş olmalıdı. Onları sizinlə bölüşməyəcək qədər xəsis deyiləm.
Qurbanovun qadağası
Xaricə çox vaxt yığma ilə getmişəm, konkret 7 dəfə. Elə Qurban Qurbanovla da yol yoldaşlığım az olmayıb. “Qarabağ”ın “Sent-Etyen”lə Fransadakı, PAOK-la Yunanıstandakı oyunlarını canlı izləmək nəsib olub. Amma bu, yığmanın baş məşqçisi Qurbanovla ilk səfərim idi. Mənə maraqlı idi, o bu missiyanı necə icra edir? “Qarabağ”da Rəşad Sadıqov amili var, təcrübəli kapitan həmişə baş məşqçinin futbolçularla və jurnalistlərlə arasında bir məsafə saxlayırdı. Qurban bəy Rəşadsız çox ünsiyyətcildi, yetirmələrinə tez-tez yaxınlaşır, təbəssüm göstərir, hətta yanından keçən futbolçunun sinəsinə, kürəyinə zarafatla vururdu. Təyyarənin quyruq hissəsinə də bir dəfə gəldi, jurnalistlərlə zarafatlaşıb yerinə döndü. Malta səfərində olmuş həmkarlarım deyir ki, o, keçən dəfə daha ünsiyyətcil imiş. Bu dəfə nisbətən “quru” idi. Sözsüz, Farer adaları ilə oyunun əhəmiyyəti onu da gərginləşdirmişdi. Hər vəchlə yetirmələrini jurnalistlərdən qoruyurdu. “Açıqlama və müsahibəyə icazə yoxdu” tələbinə istər-istəməz əməl etməli olduq. Hətta bütün səfərlərin daimi iştirakçıları olan veteran futbolçular və AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqovla İsgəndər Cavadov da susmağa üstünlük verdilər. Aydın məsələdi, hamı 90 dəqiqəlik mübarizənin müsbət sonluqla bitməsini gözləyirdi.
Şassi səsiylə qaçan yuxu
AZAL-ın hava gəmisi nə qədər rahat idisə, “Atlantic Airlines”in təyyarəsi bir o qədər nimdaş, səs-küylü idi. Enişi də həyəcanlı alındı. Zolaq qısa olduğu üçün pilot qəfil əyləcdən istifadə etməyə məcbur idi, belədə təkərlərdən qopan qorxunc səs gecənin bağrını yardı, yuxulu sərnişinlərini tam ayıltdı...
Hava limanı Voar adasında yerləşir. Ordan isə Torshavna qədər 1 saatlıq yol qət etdik. Gecə olsa da, Torshavna aparan, qayalığı ilan kimi dolanan, bəzən isə dağların içindən keçən, ümumi uzunluğu 5 kilometrə çatan tunellər paytaxtın gözəlliyini təsəvvür etməyə imkan verirdi. Tuneldən çıxanda kənardan axan, şəlaləni xatırladan sular bir ayrı gözəllik idi. Artıq yuxumuz tam qaçmışdı. Otelə Bakı vaxtı ilə gecə saat 4-də çatsaq da, ilk təəssüratımı qələmə almaq istəmişdim. Onunla qəzetimizin cümə axşamı sayında tanış olduğunuzu güman edirəm...
Rəngli şəhər
Danimarkanın müstəmləkəsi sayılan, əslində isə müdafiəsi, polisi və xarici siyasət məsələləri istisna olmaqla, tam azad şəraitdə yaşayan bu “cırtdan”dövlət 18 adadan ibarətdi, 17-də isə yaşayış var. Atlantik okeanının sahilində yerləşən və 50 min əhalisi olan Farer adaları dəniz ticarətinin mərkəzi və turizm üçün ən cəlbedici məkandı. Paytaxt Torshavnın əhalisi isə hardasa 20 mindi. Şəhər damları və fasadları rəngarəng evlərdən ibarətdi. Bir çox binaların üzəri isə torpaqla, daha doğrusu, yaşıl otla örtülüdü (sanki hər şey “keçilər ölkəsi”ndə olduğunu izah etmək üçündü). Yolları dar, bir gediş və gəlişli zolaqlıdı. Baxmayaraq ki, avtobobillərin sayı şəhər əhalisinin sayından iki dəfə çoxdu. Şəhər meriyası tıxacların olmamasına da çarə fikirləşib: qırmızı rəngli avtobuslar ödənişsizdi. Bu bir yandan insanların daha çox ictimai nəqliyat vasitələrindən istifadəsini stimullaşdırmaqla tıxacların qarşısını alırsa, digər tərəfdən atmosferin çirklənməsinin qarşısını almağa xidmət edir. Bir məqam da diqqətimi çəkdi: şəhər sakinləri hətta Fransa və İtaliyada gördüklərimdən fərqli, bahalı avtomobillərə üstünlük verir. Evləri isə dəbdəbədən uzaq, ancaq eyni dərəcədə gözəl inşa olunub. Onlara əsasən kimin varlı, kimin nisbətən imkansız olduğunu ayırd etmək çətindi. Məsələn, Torshavnla bağlı internet qaynaqlarında qarşına çıxan ən çox izlənən şəkil “nazir evləri”di ki, onlarda dövlətin rəhbər şəxslərinin yaşadığına inanmaq olmur.
Mehriban farerlilər, “yanan” qiymətlər
Torshavn bahalı şəhərdi. Qiymətlər hətta bəzi Avropa ölkələrindəkindən də bahadı. Bizimlə isə müqayisə etməyə dəyməz. Vazkeçilməz çörək 9, farerlilərdə bol olan qoyun ətinin kiloqramı 20, yarım litrlik “Pepsi” 6, “Stimorol” saqqızı 2 manatadı. Ancaq alıcılıq qabiliyyəti də yüksəkdi. Bu da qeyd etdiyim kimi, əhalinin gəlirlərinin yetərincə yüksək olmasından irəli gəlir. Balıq və qoyun-keçilərin canı sağ olsun!
Əslində paytaxtı ayaqla bu başından o başına gəzmək üçün üçün iki-üç saat vaxt lazım gəlir. Torshavnın da yerləşdiyi Streymoy adasının ümumi sahəsi 373, paytaxtın isə cəmi 173 kvadrat kilometrdi, onun da bir hissəsi boş, dağlıq ərazilərdi.
İnsanlarına gəlincə, farerlilər qibtə olunası millətdi. Deməzsən ki, söhbət şimal sakinlərindən gedir. Çox mehriban, gülərüz, səmimi insanlardı. Yəni skandinav və başqa şimal ölkələrinin insanındakı soyuq xarakter onlarda yoxdu. Şəhər “7-dən 7-yə” oyaq olur, axşam düşəndən sonra bütün dükan-bazar bağlanır. Əyləncə məkanları isə istirahət günləri fəaliyyət göstərir. Torshavnın ən bəyəndiyim xüsusiyyətlərindən biri adi marketlərdə spirtli içki, hətta pivə belə satılmamasıdı. “Boğazını yaşlamaq” üçün barlara, pablara üz tutmalısan, kafelərə getməlisən.
Yaraya dərman olan qələbə
Bir qələbə bu qədər işə yarayar, əhvalı kökündən dəyişər, üz güldürərmiş. Böyükhesablı qələbə psixoloji cəhətdən işə yaramışdı, qayıdanda hər kəs sevincli idi. Hələ Torshavnın hava limanında futbolçular bir-biri ilə zarafatlaşırdı. Xüsusilə Maksim Medvedevin Kamran Ağayevə "qapıçısan, amma Qara səndən çox top çıxarır" atmacasına xeyli güldülər.
Qurban Qurbanov da futbolçulara yaxınlaşmamaqla bağlı qadağanı götürmüşdü. Əksinə, özü yetirmələrini danışmağa sövq edirdi. Məsələn, Rüfət Dadaşov ilk cəhddə açıqlama vermək istəməsə də, məhz baş məşqçinin icazəsindən sonra inadından döndü.
Qurbanov haqda ayrıca təəssürat
Qurban Qurbanovla çox yaxın olmamışıq, həmişə pərdəli dolanmışıq. Təsadüfdü, ya nədisə, hər dəfə səfər ərəfəsində onu sərt tənqid etmişəm, hətta buna görə klubdan zəng almışam və düşünmüşəm ki, Qurban bəyin də xətrinə dəymişəm. Amma heç vaxt nəyisə üzümə vurmayıb, münasibəti dəyişməyib. Belədə o, gözümdə daha da böyüyüb, rəğbətim artıb. Bu dəfə mənə həm bir replika atdı, həm də bir canıyananlıq göstərdi. Farer adaları ilə oyundan sonra mətbuat konfransında həmkarlarımın bir neçəsinin miks-zonaya getdiyini, başqalarının onun müsahibəsini kompüterə yığmağa başının qarışdığını görüb Qurban bəyi təkbaşıma sual atəşinə tutdum. Ardıcıl 4 sualdan sonra incə yumorla “sən qəzetiniz üçün müsahibə alırsan”, - deyə replika atdı. Bundan sonra millinin mətbuat katibi Elman Himayətoğlu da əlinin işarəsiylə daha sual verməməyimi istədi. Qurban bəy sağollaşıb gedərkən yenə gülərək “deyəsən, yenə sualın var idi” dedi.
Oyundan sonra komanda stadiondan birbaşa hava limanına yollandı. Futbolçuları aparan avtobus bir qədər öndə getdi. Biz çatanda isə yan kabinənin birində Qurban Qurbanov və yetirmələri bir yerdə namaz qılırdı. O, ibadətini bitirib çıxanda üz-üzə gəldik və ayaq saxlayıb “namaz qılmaq istəyirsən”, - deyə soruşdu. Qurbanov məşqçi kimi nə qədər güclüdüsə, əqidəsi də bir o qədərdi. Yığma və klubda eyni anda gərgin qrafiklə çalışan, bu səfərdən qayıdıb digərinə gedən Qurban bəyə “bu enerjini hardan alırsız” sualınızın cavabı fikrimcə, elə onun bu əməlindədi.
Mahirin qaşına tikiş qoyulub
Təyyarədə Mahir Mədətovun durumu ilə də maraqlandıq. Oyunun gedişində rəqiblə toqquşaraq qaşından xəsarət alan yarımmüdafiəçinin yarasına tikiş atılıb. Bu barədə özü bəndənizə bilgi verdi ki, 3 santimetrə çatan yaraya 2 tikiş atılıb.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar