25 sen 14:20reportaj

Pulun ola, gedib, gəzib, qayıdasan

Pulun ola, gedib, gəzib, qayıdasan
“Sportinq” klub olaraq “Qarabağ”dan bir neçə dəfə üstündü
Oyundan bir gün əvvəl “Bavariya” azarkeşi olan cütlüklə qısa söhbətdən sonra arzuları belə olmuşdu ki, həm bizimkilər, həm də “Qarabağ” qalib gəlsin və beləcə yerli azarkeşlər həftəsonu istirahətindən məhrum olsunlar. “Bavariya” “Benfika”ya iki cavabsız top vurandan sonra, hər nə qədər mümkünsüz görünsə də, təmsilçimizin Bakıya xalla qayıdacağına inamım artmışdı. “Hər bir sözdə hikmət var” deyimini başımda dolaşdıra-dolaşdıra həmin cütlüyün uzaqgörənliyinə inanmağa çalışırdım. Alınmadı…
İlk yarıda meydan sahiblərinin hücumları qarşısında tab gətirən “köhlən atlar” fasilədən sonra buraxdığı qollarla uduzdu. Bu haqda başqa yazılarda ətraflı təhlil və reaksiyalarla tanış olduğunuzdan, mən sizə əsası 719-cu ildə qurulan və Avropanın ən qədim şəhərlərindən sayılan Lissabondan, yəni orda gördüklərimdən danışacam. Yeri gəlmişkən, ölkə mətbuatının məlum durumuna görə Portiqaliya nədi, heç Türkiyəyə gedib reportaj hazırlaya bilməyən 15 idman jurnalistinin Kriştiano Ronaldonun vətəninə səfərini təşkil edən “Qarabağ” rəhbərliyinə bəribaşdan təşəkkür etməyi özümə borc sayıram.
Tarixə hörmət belə olar...
Lissabon deyirdim axı. Ronaldonun parladığı, 1996-cı ildə ATƏT-in növbədənkənar zirvə toplantısının keçirildiyi, Pireney yarımadasının ən böyük çayı sayılan Taxonun sahilindəki şəhər. Açığı, səfərə çıxmamış oxuduğum məlumatlar və gördüyüm şəkillərdən sonra Paris, ya da Dubay kimi “qaynayan” şəhərə səfər etməyəcəyimi bilirdim. Odu ki, iki gün ərzində gördüklərimə qətiyyən təəccüblənmədim. Şəhərdə yeni tikililərə rast gəlmək, sadəcə, mümkünsüzdü. Təbii, söhbət otellərdən və ticarət mərkəzlərindən getmir. Köhnə tikililəri söküb, yerində hündürmərtəbəli binaların inşa edilməməsini nəzərdə tuturam. Qədim binaları tarixə hörmət mənasında qoruyub saxlamağı qarşısına məqsəd qoyan şəhər rəhbərliyi maraqlı addıma əl atıb. Kənardan nimdaş görünən həmin binaların üzərinə ya müxtəlif rəsmlər çəkilib, ya da iri həcmli reklam lövhələri ilə sanki bu dəqiqə düşəcəkmiş kimi görünən 100 illərin daşlarını ört-basdır ediblər. Yolların asfalt örtüyü də sanki 200 il əvvəldən qalıb. Bu cür görüntülərin şahidi ola-ola “Saldanya”dan “Markes de Pompal”a tərəf düşürəm və böyük meydanlardan biri sayılan həmin ərazidə gördüklərimdən sonra sanki kimsə qulağıma pıçıldayır: “Elə deyildiyi kimi də varmış, qədim şəhər”. Parkdakı yaşlı nənə və babalar, yaşı bəlkə də həmin nənələrin nənələrinin yaşına bərabər olan, budaqları sallanıb, kökü qurumuş ağaclar. Rəngi solmuş oturacaqlar və çıxıb ortalıqda qalmasın deyə bir-ikisini ayaqla yerinə itələdiyim köhnə daş plitələr. Bizim “Sahil” metrostansiyasının funksiyasını daşıyan “Bayşa Şado”dan çıxıb “Bayro Alta” kimi tanınan və hansısa mənada “Tarqovı”nı xatırladan mərkəzi küçədə gəzirəm. İkimərtəbəli, fasadı solmuş, eyvanları az qala sallaq vəziyyətdə olan binaların altında yaxşı ki, brend dükanlar var. Həmin dükanlara girib-çıxanların qollarındakı döymələri və geyimlərini görəndə başa düşürsən ki, hansısa kənddə yox, məhz Lissabondasan. Qədim qalalar, qala divarları, kilsələr, teatr binaları isə bu şəhərin dəyişilməz rəmzinə çevrilib.
Ürək ağrısı, xərçəng xəstəliyi
Amma bütün bu sadaladıqlarım o demək deyil ki, Lissabon ancaq yaşı 60-ı ötmüşlər üçündü. Bəli, paytaxt şəhərinin üstün cəhətlərindən biri, bəlkə də birincisi keçmişlə müasirliyin vəhdətini özündə birləşdirməsidi. Belə olmasaydı, hər il Avropadan, hətta okeanın o tayından yüzminlərlə turist ora səfər etməzdi. Deyim ki, gənclərin özlərini rahat hiss etməsi və cavanlığın həzzini çıxarması üçün lazım olan hər cür şərait var. Məsələn, gözdən bir qədər kənarda, hansısa heykəlin altındakı pilləkənlərdə oturub bir-birinin saçına sığal çəkə, lazım gəlsə, öpüşə bilirlər. Kimdi onlara söz deyən? Hər nə qədər tarixi şəhər olsa da, yaşlıların öz, gənclərin öz yeri. Bilmirəm, turistlərin çox olmasına, yoxsa başqa nəyəsə görədisə, qız-qadınlar nənələrimizin tərzində desəm, düz-əməlli paltar geyməyi özlərinə ayıb bilir. Qısa şortik, ətək və donlar, sinəsi, demək olar, tam açıq maykalar. Ayaqalarına, qollarına, sinələrinə döymələr həkk etdirən qaməti göz çıxaranlar bizim kimi müsəlman ölkələrindən gələnlər üçün ürək xəstəliyinin, hətta xərçəngin səbəbkarı sayılır. 30 dərəcə istinin altında oteldən mərkəzə gələnə qədər yalnız alnının və üzr istəyirəm, qolunun altının tərləməsi mümkündüsə, onlarla üz-üzə gələndə hərarət inanılmaz dərəcəyə qalxır, bədənindən su gedir. “Tarqovı”dakılardan fərqləri ondadı ki, onlar küçədə bədənlərini satmırlar, şəhərə özlərinə kişi tapmaq üçün çıxmırlar. Əksinə, yandırıb-yaxmaqdan, naz etməkdən zövq alırlar. Amma sözün hər mənasında üzlərinə baxmayasan...
Dilənçilərin bir dili varmış
İndiyə qədər Avropanın bir neçə aparıcı şəhərində olmuş biri kimi müqayisə aparmağım mümkünsüz idi. Götürək insanlarını. Qaraqabaq almanlardan, özündənrazı italyanlardan fərqli, portəgizlər yetərincə səmimidilər. Yolla gedəndə nəsə soruşursansa, qulağındakı qulaqcığı çıxarıb sənə ətraflı izah verəcək, şübhəli nəsə qalsa, “nəyisə düz başa salmadım?” sualını verəcək. Qonağa kömək etməkdən ləzzət alırlar. Bu mənada bizə oxşarlıqları çoxdu. Təəssüf ki, günorta vaxtı sayları elə də çox olmur. Avropanın bir çox ölkələrində olduğu kimi, lissabonlular da iş günlərini kondisionerli və kreslolu otaqlarda keçirməyi özünə borc bilir. “Qaymaq” sayılacaq işlərə bacardıqca başqa millətlərdən olanları yaxın qoymurlar. Kənardan gələnlər taksi sürür, ofisiantlıq edir, satıcı işləyir. Bu cür şəhərdə dilənçilərin sayının həddən artıq çox olmasının səbəbini nə özüm başa düşdüm, nə də kimsə başa saldı. Sən demə, dilənçilər hər yerdə eyni üsuldan yararlanır. Otelin qarşısında gənc bir qız yaxınlaşıb portəgizcə, daha sonra ingiliscə xeyli yalvar-yaxar edib istəyinə çatmasının mümkünsüz olduğunu görüncə, deyinə-deyinə, qarğış edə-edə bizdən uzaqlaşdı. Açığı, təkcə Azərbaycanda bu cür olduğunu düşünürdüm.
Dabanlarımı mazol edən “azul”
Qiymətlər Avropa üçün kifayət qədər münasibdi. Manata çevirəndə burdakından qat-qat baha olsa da, aldıqları maaşa görə yaxşıdı. İstər yemək olsun, istər geyim, istərsə də taksi və ictimai nəqliyyat xidməti. Turistlər boldu deyə, qiymətləri dağ başına qaldırmırlar. Bəyənmədiyim əsas cəhətləri ingilis dilinə arxa çevirmələridi. Məsələn, turistlərin bol olduğu dükan və kafe-restoranlarda məlumatı ingiliscə oxuya bilirsənsə, metroda və ya dayanacaqda yazılanları anlamaq üçün telefonundakı “tərcüməçinin” xidmətindən istifadə etməlisən. Metroda gedəcəyim stansiya üçün nəzərdə tutulan göy xətti tapana qədər nə qədər tər tökdüyümü Allah gördü. Bir xeyli “blue” yazısını axtarandan sonra başa düşdüm ki, mənim “blue” bildiyim onlarda bayaqdan dabanlarımı mazol edən “azul”du.
Bizdəki “Range Rover”, “Galenvagen” və “Lamborgini”lərin sayı oralarda barmaqla sayıla biləcək qədər azdı, yox dərəcəsindədi. Əsasən az yanacaq sərf edən avtomobillərdən yararlanırlar. Həm cibə, həm də tıxac vaxtı əsəblərə qənaət olsun deyə. Əvəzində motosiklet və velosipeddən yararlananların sayı çoxdu. 60 yaşlı qadın da istifadə edir, 15 yaşlı gənc qız da. Onlar üçün ayrılmış xüsusi yolların köməyi sayəsində mənzil başına daha tez və təhlükəsiz çatırlar.
“Sportinq”ə nifrətin səbəbi
Keçək futbola. “Qarabağ”ın rəqibi bizim və bizim kimilərin gözündə hər nə qədər imkanlı klub olsa da, yerli camaat “ağ-yaşıllar”ı sevmir. Əksinə, hədsiz nifrət var. Paytaxtda “Benfika”ya hədsiz sevgi var. Təsəvvür edin, iki gün ərzində söhbətləşdiyim satıcı, sürücü və “Qarabağ”ın Lissabondakı təşkilatçılıq işlərini üzərinə götürən həmsöhbətim – hər biri “Benfika” azarkeşi olduğunu çəkinmədən söylədi. Hətta uşaq dükanında çalışan qaraşın, buruqsaç xanım “Sportinq”lə oyunda stadiona gedə bilməsə də, bizimkilərə azarkeşlik edəcəyini gizlətmədi. Oyundan sonra bizi “Joze Alvalade”dən hava limanına aparan avtobus sürücüsü isə insanların “Benfika” sevgisinin kökündə nələrin durduğunu nəql etməklə həm məni məlumatlandırmış oldu, həm də ürəyini boşaltdı.
Deməli, “Benfika”nın daha çox sevilməsinin səbəbi indi yox, hələ 30-40 il əvvəldən Portuqaliyada “at oynatmasıdı”. O vaxtdan könüllərə yol tapan bu klub (“Benfika” 36, “Sportinq” 18 dəfə ölkə çempionu olub) özünə daha çox tərəfdar toplayıb. Sürücü deyir ki, məsələn, mən “Benfika”nı sevirəmsə, məndən əmələ gələnlər də sevir. Nəvə-nəticələrimdə də bu cür davam edəcək. Çoxlarında məhz bu cürdü. Bir sözlə, “Benfika” köhnələrin, yəni xalqın komandasıdı. “Sportinq” isə daim pulu ilə öyünüb. Bir az da xarici klublara satdığı oyunçularla. Məsələn, Ronaldonun vaxtilə məhz “Sportinq”dən “Mançester Yunayted”ə keçməsini klub rəhbərliyi hər imkanda dilə gətirir və bu kimi məqamlar insanlarda qıcıq doğurur. “Sportinq” hər zaman imkanlı sponsorlardan asılı olub və bu gün də belədi. Ona görə də bu kluba rəğbət bəsləyənlər əsasən yaxşı dolanışığa sahib olanlardı. “Benfika” isə tarixən onun-bunun əlinə baxıb, çətin günləri çox olub. Və o cür məqamlarda imkanlı “Sportinq”i meydanda üzüqara etməyi bacarıb. Sonuncu dəfə 2002-ci ildə çempionluq sevinci yaşayan “Sportinq” 16 ildi “Benfika” ilə “Portu”nun dalınca düşsə də, çata bilmir. Elə buna görə də 2000-ci ildən sonra doğulanlar uğur qazanmağı bacaran komanda kimi “Benfika”nı tanıyır, qəbul edir.
Onlara çatmağa hələ çox var
Amma istənilən halda “Sportinq”in klub kimi “Qarabağ”dan bir yox, bir neçə dəfə üstün olduğunu deməliyəm. Söhbət təkcə futbolçuların səviyyəsindən, yaxud komandanın avrokubok təcrübəsindən getmir. Klubda görülən işlər, yaradılan şərait və rahatlığı nəzərdə tuturam. 2004-cü ildə tikintisi təxminən 220 milyon avroya, yəni BOS-a xərclənən vəsaitdən 3-4 dəfə az məbləğə başa gələn arena, sadəcə, möhtəşəmdi. İstər xarici görünüşünə görə olsun, istərsə də daxili. Tribunadakı yerini tutanda adamı vahimə basır. Akustika, rahatlıq, bir sözlə, əsl Avropa arenasıdı. 20 min azarkeş olsa belə, rəqibin ayaqlarını titrədəcək dəstək verə bilər.
Jurnalistlərin iş otağı heç, amma konfrans zalı göz oxşayır. Təxminən 200 nəfərlik tutumu olan zala kənardan baxan olsa, teatr salonuna oxşadar. Qatlanan yumşaq oturacaqlar və baş məşqçilərin əyləşməsi üçün səndən azı bir metr hündürdə olan yer. Dəhlizdə Luiş Fiqo ilə Kriştiano Ronaldonun divarlara həkk olunmuş irihəcmli şəkilləri bir başqa gözəllikdi. Şəkil elə yerləşdirilib ki, sanki bu iki ünlü futbolçu səninlə üzbəüz dayanıb, “xoş gəlmisən” deyir. Məşqə, yaxud oyuna stadionda baxmaq istəmirsənsə, problem yoxdu. Gözləmə zalındakı monitorlarda meydanda yaşananlar göstərilir. Həm də hansısa idman telekanlı vasitəsilə yox, sırf “Sportinq” TV-nin loqosu ilə. Telekanalları ilə yanaşı, həftədə bir dəfə çıxan “Sportinq” adlı qəzetləri də var. Təkcə oyun üçün hazırlanmış akkreditasiyalar arasındakı fərqi görəndə, bu klubla “Qarabağ” arasında nə qədər fərqin olduğunu anlayırsan.
Bakıdan Lissabona uçuş o dərəcədə maraqlı alınmışdı ki, o ab-havanı görən adam komanda üzvlərinin geriyə məğlub qayıdacağını ağlının ucundan keçirə bilməzdi. Daninin Gerye ilə məzələnməsi, Rəşad Sadıqovun danışdığı maraqlı əhvalatlar, üstəgəl, jurnalist və təyyarənin xidməti personalının gülər üzü. Amma qayıdanda tam fərqli ab-havaya düşdük. Təyyarə havaya qalxan kimi salondakıların 80-90 faizi gözünü yuxuya verdi. Nə danışmağa mövzu vardı, nə də deməyə söz. Çünki o gün meydanda olanların hamısı günahkar idi.
Miçel, Dani Kintana, Simeon Slavçev, Rəşad Sadıqov kimi əsas heyət üzvlərinin zədə səbəbindən “11-lik”də olmaması yenilgidə əsas rol oynadı. Oyunun gedişi də göstərdi ki, “Sportinq”lə hətta səfərdə də oynamaq, Bakıya xalla qayıtmaq olar. Təcübə çatmadı, təcrübə. Avqustda nə istəyirdik? “Qarabağ” “Şerif”i keçib qrupa düşsün. Püşkatmadan sonra nə deyirdik? Rəqiblər güclüdü, “Arsenal”la “Sportinq” olan qrupdan çıxmaq mümkün deyil. Bəli, srağagünkü rəqib elə həmin “Sportinq” idi...
HƏBİB, Bakı – Lissabon - Bakı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar