“Olimpiya” getsin, “Kukesi” gəlsin! » Football-plus.az
20 iy 13:36reportaj

“Olimpiya” getsin, “Kukesi” gəlsin!

“Olimpiya” getsin, “Kukesi” gəlsin!
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
Qarabağ (Azərbaycan) – Olimpiya (Sloveniya) 0:0

13. Vaqner da Silva
77. Vild-Donald Gerye
55. Bədavi Hüseynov
52. Yakub Jezniçak
5. Maksim Medvedev (k)
6. Simeon Slavçev
91. Coşqun Diniyev
17. Abdulla Zubir
8. Miçel
10. Dani Kintana
(19. Filip Ozobiç, 42)
11. Mahir Mədətov
(25. Ansi Aqolli, 90+4)
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
4. Rahil Məmmədov
14. Rəşad Sadıqov
18. İsmayıl İbrahimli
30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
31. Alyaj İvaçiç
3. Maki Baynak
(30. Branko İliç, 74)
5. Marko Qayiç
7. Rok Kronaveter
(8. Daniel Mişkiç, 72)
21. Kinsqli Boatenq
27. Aris Zarifoviç (k)
44. Dino Ştiqlets
70. Marko Putinçanin
77. Stefan Saviç
(29. Matis Çrniç, 46)
90. Tomislav Tomiç
95. Daniel Avramovski
Ehtiyat oyunçular
41. Neyk Vidmar
10. Qoran Brkiç
15. Asmir Sulyiç
22. Haris Kadriç
Baş məşqçi: İliya Stolitsa
Vərəqələr: K.Boatenq, 5. M.Putinçanin, 85. M.Qayiç, 86. M.Medvedev, 87. Y.Jezniçak, 90+3. M.Çrniç, 90+3 – sarı. M.Qayiç, 90+5 – qırmızı (ikinci sarı).
Hakimlər: EREZ PAPİR, David Elias Bitton, Eliyahu Kasapu, David Fuxman (hamısı İsrail).
Hakim-inspektor: Sokol Jaraçi (Albaniya).
UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan).
18 iyul. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 21520 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
İlk oyun - 1:0.
12 (3) qapıya (“çərçivə”yə zərbə) 7 (1)
3 korner 4
3 ofsayd 3
12 qayda pozuntusu 12
2 vərəqə (qırmızı) 5 (1)
Oyunöncəsi mətbuat konfranslarında Qurban Qurbanovun ehtiyatlı, İliya Stolitsanın isə rəqib həmkarına nisbətən iddialı danışması oyuna marağı bir az da artırmışdı. Bir həftə əvvəl Lyublyanada keçirilən ilk qarşılaşmadan ağdamlılar Geryenin vurduğu qol sayəsində qələbə ilə dönsə də, 90 dəqiqədə gördüklərimiz “Qarabağ”ı cütün aşkar favoriti kimi təqdim etməyə imkan vermirdi. Riçard Almeydanın və təcrübəli hücumçunun yoxluğunda “köhlən atlar” əvvəlki illərlə müqayisədə “dişsiz” görünürdü. Üstəlik, qol da hansısa düşünülmüş kombinasiyadan sonra yox, standart vəziyyətdən, başqa cür desək, qarmaqarışıqlıqdan sonra vurulmuşdu. Kapitan Aris Zarifoviçlə baş məşqçinin Bakıya qələbə dalınca gəldiklərini deməsinin altında da nələrsə gizlənirdi. Odu ki, oyunun maraqlı, bir o qədər də gərgin keçəcəyinə şübhə yox idi.
Qara Qarayevin yoxluğunda, Qurbanov orta sahə üzvlərini müəyyənləşdirməkdə çətinlik çəksə də, Sadıqov, Aqolli və Ozobiçin ehtiyatda qalması maraqlı məqam idi. Stolitsanın dərdi daha ağır idi. Əsas qol silahı İssah Abbasın qırmızı vərəqə səbəbindən kənarda qalması Sloveniya çempionunun işini çətinə salmışdı. Bu azmış kimi, əsas kapitan, zədəsini tam sağaltmayan Branko İliçi də oyun saatına qədər hazır vəziyyətə gətirmək mümkün olmamışdı.
Qonaqların Bakıda ilk dəqiqələrindən ağdamlıları təzyiq altında saxlamağa cəhd edəcəyi şübhə doğurmurdu. Texniki cəhətdən rəqibdən geri qalan sloveniyalıların bir çıxış yolu vardı. Pressinq etmək, bacardıqca sərt, yeri gələndə kobud oyunamaqla ağdamlıların “gözünün odunu almaq”. Bununla da onların topla rahat davranmasına imkan verməmək. Gümanlar özünü doğrultdu və elə ilk dəqiqələrdən qonaqlar inanılmaz əzmkarlıq göstərməyə başladı. Stolitsanın yetirmələri meydanın rəqibə aid hissəsində təzyiq göstərməklə bir növ “Qarabağ”lıları müdafiədən çıxmağa imkan vermirdilər. Hədəf məlum idi: erkən qolla ümumi hesabdakı tarazlığı bərpa etmək. Ağdamlılar sanki buna hazır deyildi. Hər halda, müdafiə xəttindəki çaşqınlıqdan belə görünürdü. Təxminən 15 dəqiqə dayanmaq bilməyən rəqib futbolçular bu müddətdə yalnız bir dəfə - 8-ci dəqiqədə real qol imkanı yaxaladı ki, Kronaveterin uzaq küncə hesablanmış hiyləgər zərbəsi istədiyi kimi alınmadı. Vəssalam, sloveniyalıların benzini, necə deyərlər, bitdi.
Artıq meydanda bir komanda görmək olardı – “Qarabağ”. Start həyəcanını boğan və tədricən öz oyununu tapan meydan sahibləri rəqibi topsuz qoymaqla müdafiə xəttində boşluqlar axtarırdı. 14-cü dəqiqədə Mahir əla “açılıb” zərbə vurmaq imkanı yaxalayanda, vuruşunda dəqiqlik çatmadı. 29-cu dəqiqədə isə “Qarabağ”ın yeni transferi və meydanda ən təhlükəli oyunçusu Zubir əla hərəkətlərlə müdafiəçilərin başını gicəlləndirib qapı qarşısına ötürmə verdi ki, topa Kintanadan əvvəl müdafiəçi çatdı. Hücumun davamında qol şanslarını sağa-sola xərcləyən Mahir nə özü düz-əməlli zərbə vurdu, nə də boş mövqedə olan komanda yoldaşına ötürmə verdi. 35-ci dəqiqədə ağdamlılar növbəti dəfə hesabı açmağa yaxın oldu. Yenə boş mövqe, yenə Mahir, yenə artıq hərəkətlər və boşa verilən imkan. Başı qol vurmağa qarışan Azərbaycan çempionu hissənin sonlarına yaxın mərkəzə dəvət olunmağa yaxın idi. Rəqibin yorulmaq bilməyən, təhlükəli, amma təcrübəsiz futbolçusu Boatenq meydan sahiblərini azlıqda yaxalayıb cinahdan cərimə meydançasına daxil olanda Gerye “sürüşmə” fəndini elə gözəl yerinə yetirdi ki, bu, haitili futbolçunun karyerasında bəlkə də ən faydalı müdaxilə idi. İlk yarının sonları Kintananın zədələnib yerini Ozobiçə verməsiylə yadda qaldı.
Fasilədən sonra oyunun taleyini bir məqam həll edəcəkdi. Bürkülü havada, o cür yüksək tempdə davam edən oyunda fiziki cəhətdən hazır olan komanda istəyinə çatacaqdı. İnsaf naminə, qonaqların bu cəhətdən daha hazırlıqlı olacağı gözlənilirdi. Lakin ikinci 45 dəqiqə göstərdi ki, “Qarabağ” ağıllı oyuna üstünlük verməklə yanaşı, həm də atletik futbol həvəskarı rəqiblə fiziki cəhətdən başabaş mübarizə aparmağa qadirdi. 50-ci dəqiqəyə təsadüf edən epizodda Zubirlə Ozobiçin qurduğu əla hücumu fransız tələsik zərbəylə tamamlamayıb qapı qarşısına ötürmə versəydi, sonluq sevindirici ola bilərdi. Bir saatın tamamında daha bir əla fürsət boşa çıxdı. “Qarabağ”ın bir başqa yeni transferi Slavçev Ozobiçin asmasını başla qapadı. Di gəl, uzaq küncə ünvanlamaq istədiyi top az fərqlə qapının yanından keçdi. 64-cü dəqiqə təxminən eyni vəziyyətdə bu dəfə topu qaldıran Zubir, başla vuran Miçel idi. Top bu dəfə də “çərçivə”yə düşmədi. “Qarabağ” oyuna nəzarəti əldə saxlasa da, qonaqlar bəzən əks-hücumlar hesabına nəsə etmək istəyirdi. Sadəcə, “köhlən atlar”ın müdafiə xəttində yer alanlar oyundankənar vəziyyətləri bacarıqla yerinə yetirib rəqibin qol vurmasına imkan vermirdi. 75-ci dəqiqədə “Qarabağ”ın planları alt-üst, futbolsevərlərin arzusu puç ola bilərdi. Boatenq elə bir imkan əldə etdi ki, onu qola çevirməmək günah idi. Kinqsli sanki o cür fürsət yaxalayacağını gözləmirmiş kimi, topu necə gəldi zərbəylə qapının yanından vurdu. Son 10 dəqiqənin “Qarabağ” üçün çətin olacağı gün kimi aydın idi. Təmsilçimiz hesabı qorumaq üçün istər-istəməz müdafiəyə diqqət yetirməli idisə, rəqibin böyük qüvvə ilə irəli atılacağı sirr deyildi. Belə də oldu. Bütün komanda ilə hücuma çıxan, cərimə meydançasına asmalar və standart vəziyyətlər hesabına nəsə etməyə çalışan sloveniyalılar bir neçə dəfə ürəyimizi ağzımıza gətirsələr də, qol vurmaq tapşırığının öhdəsindən gələn futbolçu tapılmadı. Oyunun sonları maraqlı faktlarla yadda qaldı. Ansi Aqolli “Qarabağ” formasında 300-cü oyuna çıxdığı halda, rəqib futbolçu Qayiç hakimin final fitindən sonra etdiyi hərəkətə görə qarşısında ikinci sarını görüb “qırmızı”yla cəzalandı. Oyunun hansı gərginliklə yadda qaldığını bilmək üçün 85-ci dəqiqədən sonrakı vərəqələrin sayına baxmaq kifayətdi. Bu dəqiqəyə qədər israilli hakim əlini bir dəfə cibinə atmışdısa, son 9 dəqiqədə kobudluq edənləri 6 “sarı” və 1 “qırmızı” ilə cəzalandırdı.
“Qarabağ” cavab matçında qələbə qazana bilməsə də, öhdəsinə düşəni etdi. Artıq aparıcı futbolçuların gedişindən sonra komandaya olan şübhələr yox olmaqdadı. Çempionu növbəti mərhələdə “Olimpiya” ilə müqayidəsə nisbətən zəif komanda – Albaniya təmsilçisi gözləyir. Nec deyərlər, “Kukesi” gəlsin!
Xatırladaq ki, 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 24-25-də, cavab görüşləri isə iyulun 31-i və avqustun 1-də keçiriləcək.
HƏBİB

Reaksiyalar
Rəşad Sadıqov: “Əsas məqsəd mərhələ keçmək idi. Püşkdən sonra rəqiblə bağlı narahatlığımız var idi. Çünki “Olimpiya” çox yaxşı komandadı. Bu gün də gözəl futbol nümayiş etdirdilər. Komandamız sonadək nəticə üçün mübarizə apardı. Futbolçular əllərindən gələni etdilər ki, qol buraxmayaq, nəticəni qoruyub saxlayaq. Bəzi şeylər alınmadı. Matçdan öncə Qurban Qurbanov fərqli tapşırıqlar vermişdi. Topa daha çox nəzarət etməli, kombinasiyalı oyun göstərməliydik. Lakin rəqib də buna imkan vermədi. Bu gün üçün mərhələ keçmək çox önəmlidi. Çatışmazlıqlar çoxdu, problemlərimiz var. Nəticə həmişə yaxşı oyunla qazanılmır. Bəzən oyun alınmayanda da nəticə qazanmaq lazımdı. İndi yenidən “Çelsi”yə qarşı 10 nəfərlə də mübarizə aparan komanda yaratmaq çətindi. Ola bilər ki, bir müddət belə komanda görməyək. İndi əsas məsələ yavaş-yavaş oyunumuzu düzəltməkdi. Bununla paralel nəticələr də qazanmalıyıq. Gerye bu gün “Qarabağ”da ən yaxşı oyunlarından birini keçirdi. Belə getsə, onu da itirə bilərik (gülür). Bəlkə harasa transfer olunar. Komandamız heç vaxt arxayınlaşmır. Bu gün boşluq versəydik, buraxılan qol bizə baha başa gələrdi. İndidən 3-4-cü mərhələlər haqda düşünmürük. “Kukesi” ilə səfərdəki matça hazırlaşacağıq. Hücumçu axtarılır. Mütləq gəlməlidi. Başqa variant yoxdu. Amma nə vaxt gələcəyini bilmirəm. İndiyədək 10-a yaxın hücumçu ilə danışıqlar olub, bəyənilib, amma sonda alınmayıb. İndi kiminlə danışıq getdiyini bilmirəm. Amma keçidi alınmayanlar arasında tanınmışlar, yaxşı hücumçular da olub. Çempionata görə gəlmirlər. Final fitindən sonra rəqib topu Ozobiçə atdı. O da rəqibin üzərinə getdi. Mən onu sakitləşdirdim ki, onsuz da oyunçumuz azdı. Kimisə yenə itirməyək. Çox stressli oyun idi. Ayrı-ayrı oyunçular haqda danışmaq istəmirəm. Mənim üçün vacib olan nəticə idi. Bilirdim ki, mərhələ keçməmək necə ağır zərbə olar. Mübarizə apardıqlarına görə futbolçulardan razıyam. Topla oynayan komanda istədiyi alınmayanda bəzən “sınır”. Oyun getməsə də, mübarizəni sonadək apardılar”.
Abdulla Zubir: “Mürəkkəb komandaya qarşı oynadıq. Çətin oyun oldu. Növbəti mərhələyə adlamaq üçün qol buraxmamalıydıq. İlk hissədə topa nəzarət bizdə olsa da, çətin idi. Rəqib topu ələ keçirən kimi qapımıza doğru gəlirdi. Əsas odu ki, istəyimizə çatdıq. Qol buraxmadıq və növbəti mərhələyə adladıq. Hər şeydən çox razı qaldım. Bakıda keçirdiyim ilk oyun məndə xoş təəssürat oyatdı. Stadiondakı ab-hava, azarkeşlər, bir sözlə hər şey möhtəşəm idi. Onlar daim bizi irəli səsləyirdilər. Ümumi ab-hava çox xoşuma gəldi. “Qarabağ”da oynadığım üçün xoşbəxtəm. Futbola futzaldan gəldiyim doğrudu. Amma zərbə vurmaq üçün həmişə əlverişli məqam olmur. Bunun üçün önümdə boşluq olmalıdı. İstənilən halda, meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Hər oyuna qələbə üçün çıxırıq. Bizə növbəti mərhələyə adlamaq üçün yaxşı nəticə lazımdı. “Kukesi” ilə matçda da meydana bunun üçün çıxacağıq”.
Vaqner: “Oyundan öncə məşqçimiz dəfələrlə vurğulamışdı ki, çox çətin görüş olacaq. Biz də start fitindən etibarən bunun şahidi olduq. Məqsədimiz hər oyunda qələbə qazanmaqdı. Bəzən turu keçmək üçün nəticəyə oynamağı da bacarmalısan. Çətin oyun olsa da, sonda istəyimizə çatdıq. Uyğunlaşma dövrünü tez keçdiyimi söyləmək olmaz. Belə rahat oynamağım təcrübədən irəli gəlir. Braziliyada tətildəydim. “Qarabağ”da 4 məşqdən sonra oyuna çıxdım. Son 1 həftədə də məşqləri davam etdirirdik. Özümü psixoloji cəhətdən hər zaman güclü saymışam. Meydandakı sərbəstliyimi bununla əlaqələndirərdim. Bu tip matçlarda qapıya doğru normal zərbələr gəlmir. Ona görə də hərdən fikir yayınmaları olur. Bu üzdən 90 dəqiqə diqqətli olmalısan. Ardıcıl zərbələr gələndə qapıçıya da asan olur. Kiçik ölkələrin çempionatlarını izləməyi xoşlayıram. Kamran Ağayev və Emin Mahmudov “Boavişta”da çıxış edəndə onlarla Azərbaycan futbolu haqda söhbətimiz olub. Ötən il “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarını da izləmişəm. Baş məşqçinin tətbiq etdiyi sistemi çox bəyənirəm. Ona görə uyğunlaşma prosesinin çətin keçməyəcəyini düşünürəm. Əsas heyətə düşmək problemi məni qətiyyən narahat etmir. Düzdü, birinci Hannes Halldorssonla müqavilə imzalanıb. Belçika çempionatına gedəndə “Muskron”da əsas qapıçı İsrail millisinin qolkiperi idi. Onu sıxışdırıb əsas heyətdə mən oynadım. “Boavişta”da isə Azərbaycan millisinin qapıçısı Kamran Ağayevi əsas heyətdən sıxışdırıb çıxardım. Ona görə də mənim üçün hansısa çətinlik olmayacaq. Əksinə, belə rəqabət xoşuma gəlir. Kamranın niyə “Boavişta”dan ayrıldığını isə bilmirəm”.
Aris Zarifoviç: “Çox çətin oyun oldu. Oyuna yaxşı başladıq. İlk 15 dəqiqədə hesabı açmaq şansımız var idi. Sonra bir qədər geri çəkildik. Bundan sonra təhlükəli vəziyyət yarada bilmədik. İkinci hissədə qol vurmaq üçün döyüşdük. Yaxşı müdafiə olunduq. Ancaq növbəti mərhələyə yüksələ bilmədik. Gələn həftə mübarizəni Avroliqada davam etdirəcəyik. “Qarabağ” çox yaxşı komandadı. Futbolçular meydanda bir-birini çox yaxşı başa düşür. Fikrimcə, bu komanda ÇL-in qrupuna yüksələ bilər”.
Kinqsli Boatenq: “Qarabağ”ın bəzi oyunlarını izləmişdik. Bu yarışda zəif komanda yoxdu. “Qarabağ”la “Olimpiya”nın eyni gücdə olduğunu düşünürəm. Təəssüf ki, növbəti mərhələyə yüksələ bilmədik”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar