10 fev 00:25reportaj

İnqilab Məmmədov AZAL-ın haqqını yedi

İnqilab Məmmədov AZAL-ın haqqını yedi
Tərlan Əhmədov danışmaq istəmədi

65 Qəbələ - AZAL (Bakı) 2:0 (0:0)
22. Dmitri Bezotosnı – 5,5
34. Ürfan Abbasov – 5,5
15. Vitali Vernidub – 4,5
(17. Məhəmməd Mirzəbəyov, 43) - 5,5
3. Voislav Stankoviç – 5,0
88. Tellur Mütəllimov – 5,0
6. Rəşad Sadiqov (k) – 5,0
7. Nika Kvekveskiri – 5,5
14.Cavid Hüseynov – 4,5
(9. Sergey Zenyov, 46) – 5,5
19. Filip Ozobiç – 6,0
10. Ruslan Qurbanov – 5,0
31. Daniel Subotiç – 5,5
Ehtiyat oyunçular
33. David Pietrzkieviç
4. Elvin Camalov
18. Baqali Dabo
21. Roman Hüseynov
77. Araz Abdullayev
Məşqçi: Sənan Qurbanov
Komandanın ən yaxşısı: Filip Ozobiç

23. Aqil Məmmədov – 5,0
24. Emin Cəfərquliyev (k) – 4,5
44. Omeqa Roberts – 4,0
5. Kamil Hüseynov – 4,5
18. Ruslan Əmircanov – 4,5
14. İlqar Ələkbərov – 4,5
77. Arkadi Qalperin – 5,5
10. Nuqzar Kvirtiya – 5,0
19. Elnur Süleymanov – 4,5
(95. Şirməmməd Məmmədov, 80) – qiymətsiz
27. Rəşad Abdullayev – 5,0
9. Röyal Nəcəfov – 4,0
(11. Frank Madu, 72) – 4,0
Ehtiyat oyunçular
1. Tərlan Qasımzadə
3. Tural Hümbətov
16. Feyzi Aşkan
17. Eltun Hüseynov
33. Seyidrəzi Ağayev
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Arkadi Qalperin
Qollar: F.Ozobiç, 64-p. (1:0). F.Ozobiç, 90+3 (2:0, M.Mirzəbəyov).
Vərəqələr: O.Roberts, 3 (qeyri-idman hərəkəti). E.Süleymanov, 44 (qeyri-idman hərəkəti). E.Cəfərquliyev, 45 (qeyri-idman hərəkəti). R.Sadiqov, 72 (qeyri-idman hərəkəti). V.Stankoviç, 74 (qeyri-idman hərəkəti). A.Məmmədov, 75 (hakim qərarına etiraz). F.Ozobiç, 79 (qeyri-idman hərəkəti). N.Kvekveskiri, 79 (qeyri-idman hərəkəti). Ş.Məmmədov, 84 (qeyri-idman hərəkəti) - sarı. O.Roberts, 63 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Azər Əsgərov, İsgəndər Əliyev, Vaqif Musayev, Ömər Paşayev, Rəvan Həmzəzadə (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: Abas Hüseynov (Bakı).
8 fevral . Qəbələ. Şəhər stadionu. 1000 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Meydan sahiblərinin qış fasiləsindən sonra keçirdiyi 2 oyunda 4 xal qazanmasına baxmayaraq, növbəti matçı da qələbə ilə başa vuracağına ciddi şübhələr vardı. “Sumqayıt”la qarşılaşmada qeydə alınan bərabərlik, ardınca “Neftçi”ni ofsayddan vurulan qol hesabına yenmək ortaya sual çıxarmışdı: “Qəbələ” böyük qüvvə ilə müdafiə olunan AZAL-ın müqavimətini qıra biləcəkmi? Sadio Tounkaranın cəzalı olduğu durumda Tərlan Əhmədovun meydana hansı “11-liy”i buraxacağı gözlənilən idisə, Roman Qriqorçuk dəyişikliklərə əl atmışdı. Teo Uiksin adı “18-liy”ə salınmadığı halda, Sergey Zenyov, Baqali Dabo, Araz Abdullayev kimi futbolçular ehtiyatda qalmışdı. Əvəzində Cavid Hüseynovla yeni transfer Daniel Subotiç ilk dəqiqələrdən meydanda idi.
Qonaqların böyük qüvvə ilə müdafiəyə çəkilib ümidini əks-hücumlara bağlaması yenilik deyildi. Odu ki, qəbələlilərin cərimə meydançasına daxil olub təhlükəli vəziyyətlər yaratması müşkülə çevrilmişdi. Hesabı açmağın bir yolu – uzaqdan zərbələr olduğunu futbolçular yaxşı dərk edirdi. 4-cü dəqiqədə Kvekveskiri, 10-cu dəqiqənin tamamında Ozobiç bu yolla bəxtini sınamaq qərarına gəldi. Lakin hər iki həmlədə top qapının yanından keçdi. Bu üsulla da fərqlənməyin çətin olacağını anlayan “Qəbələ”nin futbolçuları irəliləyən dəqiqələrdə fərqli tapşırığı yerinə yetirməyə çalışırdı. Cinahlardan qapı qarşısına asmalar edilməli, ucaboy Subotiç fərqlənməliydi. Bu tapşırıq da işə yarımayınca növbə yenidən uzaqdan zərbələrə çatdı. 24-cü dəqiqədə Nikanın, 3 dəqiqə sonra Ruslanın sevinməsinə Aqil mane oldu. Başı qol vurmağa qarşan “qırmızı-qaralar” az qala qapısında top görəcəkdi. Yarım saatın tamamında rəqibini əks-hücumda tutan “təyyarəçilər” Nuqzarın ifasında təhlükəli vəziyyət yaratsa da, gürcünün Rəşada ötürdüyü topa son anda Tellur müdaxilə etdi. Əks halda, Abdullayev qol sevincini Kvirtiya ilə qeyd edəcəkdi. 33-cü dəqiqədə Ruslan Qurbanovun iki dəfə rəqibin cərimə meydançasında yerdə qaldığı epizodlarda isə İnqilab Məmmədov haqlı olaraq “davam” dedi.
İlk hissədə zədələnən Vernidubu Mirzəbəyovla əvəzləyən Sənan Qurbanov fasilədən sonra Cavidin yerinə meydana Sergeyin çıxmasını məqsədəuyğun saydı. Və bu dəyişiklik yaxşı mənada işə yaradı. 47-ci dəqiqədə Subotiçin zərbəsi yandan keçəndən sonra təxminən 15 dəqiqə durğunluq yaşandı. Və bu səssizliyi Subotiçlə Zenyov pozdu. Cərimə meydançasına ötürülən topu Daniel meydandan çıxmağa imkan vermədən qapı qarşısına göndərdi. Sergeyə “mərmi”yə toxunmaq qalırdı ki, Omeqa iki ayağı ilə estonu arxadan “biçdi”. Və baş hakim haqlı olaraq həm “nöqtə”ni göstərdi, həm də mərkəz müdafiəçisini ikinci “sarı” ilə meydandan uzaqlaşdırdı. Topa yaxınlaşan Ozobiç hesabı açdı. Bundan sonra azlıqda qalan autsayderin işi bir az da çətinləşdi. Amma növbəti iki təhlükə meydan sahiblərindən yox, qonaqlardan gəldi. Həmin anlar ki, oyunun dönüş nöqtəsi saymaq olar. 72-ci dəqiqədə Rəşadın yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapı qarşısında açıq-aşkar Subotiçin əlinə dəysə də, hakimin fiti susdu. 76-cı dəqiqədə hesabı bərabərləşdirmək üçün yüzfaizlik imkan yaxalayan Rəşad qapıçı ilə üzbəüz qaldığı epizodda topu tora qovuşdurmağa borclu idi. Lakin Bezotosnını nişan aldı. Bundan sonra AZAL-lılar “oturdu”. Növbəti dəqiqələrdə qəbələlilərin hücumları bir-birini əvəzləyirdi. Ozobiçlə Subotiçin fərqlənməsinə tələskənlik, Məhəmmədin hesab arasındakı fərqi artırmasına isə zərbəyə əla reaksiya göstərən Aqil mane oldu. Lakin gec də olsa, gözlənilən qol gəldi. Meydanda ən fəallardan olan Məhəmməd heç kimin gözləmədiyi halda sol cinahla sürətlə irəliləyib qapı qarşısında nəzarətsiz qalan Ozobiçə ötürmə etdi. Xorvat futbolçu çətin vəziyyətdə olmasına baxmayaraq, topa zərbə endirə bildi. Bu qol həm topların sayını 9-a çatdıran Filipin bombardirlər yarışında vahid lider olmasına, həm də “Qəbələ”nin ardıcıl ikinci qələbəsinə işarə idi. AZAL isə qış fasiləsindən sonra hələ də qələbəyə həsrətdi. “Təyyarəçilər” növbəti oyunda da meydanı 10 nəfərlə tərk etdilər.
HƏBİB
Gözdən qaçmadı
* Matçdan öncə Qəbələni bürüyən duman meydançanı görünməz hala salmışdı. Yaxşı ki oyun başlayandan 5-10 dəqiqə sonra duman çəkildi.
* İnqilab Məmmədov ilk hissənin başa çatdığını bildirən fitini səsləndirən kimi köməkçiləri mərkəzə doğru yön aldı. Lakin hakimlərin ümumi sayı 6 yox, 5 idi. Çünki laysmanlardan biri – İsgəndər Əliyev fiti eşidən kimi paltardəyişmə otağına tələsmişdi.
* Deyəsən, baş hakimin ilk hissədəki idarəçiliyi qonaqların çalışdırıcısı Tərlan Əhmədovu razı salmamışdı. İnqilaba yaxınlaşan Əhmədov müəyyən iradlarını bildirsə də, referi təmkinli duruşu ilə bir növ AZAL-ın baş məşqçisini yola verdi.
* Cəza səbəbindən texniki zonada yer almayan Roman Qriqorçuk qeybə çəkilməmişdi. Təcrübəli mütəxəssis oyunu “Qəbələ”nin ehtiyat oyunçular skamyasının 10-15 metrliyindəki tribunada izləyirdi. Buna baxmayaraq, fasilədə paltardəyişmə otağına baş çəkməyi özünə borc bildi.
* Roman İosifoviç vurulan hər iki qolu sakit qarşıladı. Ozobiç penaltidən fərqlənəndən sonra ukraynalı başını iki əlləri arasına sıxdı. Hesab arasında fərq artan kimi isə ayağa qalxaraq meydandakı yetirmələrinə baxdı, ardınca texniki zonada kiməsə göstəriş verdi.
Reaksiyalar
Sənan Qurbanov: “Gördüyünüz kimi, artıq bütün rəqiblər sürətli futbol sərgiləməklə müdafiədə etibarlı oynamağı bacarır. Buna baxmayaraq, meydan sahibi olmağımızdan istifadə edib matça nəzarəti əlimizdə saxlamaq istəyirdik. Bəzən qələbəni çox istədiyimizdən müəyyən problemlərlə üzləşirik. Əsas məqsəd rəqibi təzyiq altında saxlamaq idi ki, fikrimcə, bunu bacardıq. Erkən qol vura bilməyəndə,futbolçularda psixoloji gərginlik yaranır. Bizə lazım olan 3 xal idi ki, onu da qazandıq. Rəqib azlıqda qalandan sonra təzyiqi bir az da artırıb ikinci qolu vurmaq istəyirdik. Lakin bu vaxtında yox, bir qədər gec alındı. Subotiç hava toplarında etibarlı oynayır deyə, bu gün daha çox asmalara üstünlük verirdik. Onun müsbət keyfiyyətindən yararlanmağa çalışırdıq... Ruslan Qurbanov bacarıqlı futbolçudu. Ona hədsiz inam bəsləyirik. Öz üzərində işləyir. İnanırıq ki, zamanla tam biz istəyən oyunu sərgiləyəcək. Vernidubun zədəsi ciddiyə oxşayır. Hər halda, həkim belə dedi. Rafael Santosun yoxluğunda bizə çətin olacaq. Yaxşı ki Rasim Ramaldanov bizimlədi”.
Tərlan Əhmədov: “Özünüz hər şeyi gördüz. Demək istədiyim söz yoxdu. Hansı suallar verəcəyinizi bilirəm. Amma suallara cavab vermək istəmirəm. Sağ olun”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:11 Mehdi AZAL-ı seçməyindən məmnundu Dünən, 13:09 Olimpiya çempionu “Kəpəz”dən danışdı Dünən, 13:07 “Traktorsazi” əzəli rəqibinə qalib gəldi Dünən, 13:05 Əvəzedicilərin çempionatında həlledici sonluq Dünən, 13:03 Şimallılar üçün mövsümün son oyunu Dünən, 13:02 Avstriya “Qarabağ”ı Bakıda futbolçu seçəcək Dünən, 13:00 İlümjinov Şəmkiri Linaresə bənzədir Dünən, 12:58 Teymur titulu Şəhriyardan almaq üçün əlindən gələni edəcək Dünən, 12:56 Şəmkirdə 100 min avro uğrunda mübarizə başlayır Dünən, 12:53 Finalın hakimi kim olacaq? Dünən, 12:51 MOİK islahatlara başladı: 8 futbolçu qovuldu Dünən, 12:50 Qətərdən səs çıxdı, diskdən yox Dünən, 12:45 “Sumqayıt” Kamerun yığması ilə qarşılaşacaq Dünən, 12:43 Premyer-liqanın üç klubu "Qarabağ"ı təbrik etməyib Dünən, 12:42 Oynadı və “sarı” aldı Dünən, 12:40 Çempion ola bilməməyin səbəbini dedilər... Dünən, 12:38 “Qarabağ” “qızıl”a “Azərsun Arena”da qovuşacaq Dünən, 12:36 “Mehdi Hüseynzadə”də işlər dayanıb Dünən, 12:35 Yaşar Vahabzadə İslamiadanın təqvimindən razıdı Dünən, 12:33 Eltac Səfərli İsveçrəni “fəth etdi” Dünən, 12:31 Sergey Karyakin Vüqarın məzarını ziyarət etdi Dünən, 12:30 İslamiada xəbərləri Dünən, 12:28 Simaitis ehtiyatda qalmasını normal qarşılayır 22-04-2017, 00:49 Qrupda qaldıq... 22-04-2017, 00:47 Tellur özündən razı deyil 22-04-2017, 00:45 Dreksa qayıdır, Petrov “Zirə”yə qarşı oynamayacaq 22-04-2017, 00:42 “Eurosport” Adamsın Azərbaycan gündəliyini vərəqlədi 22-04-2017, 00:40 Ölkə çempionları bəllidi 22-04-2017, 00:39 Qonaqlar xala da, qola da həsrət qaldı 22-04-2017, 00:37 İştirakçıların çoxluğu Neymarı təəccübləndirib 22-04-2017, 00:34 Avroliqaya sonuncu vəsiqə kimin olacaq? 22-04-2017, 00:33 "Yaz turniri" başlayıb 22-04-2017, 00:31 4000 manata başa gələn 1 xal 22-04-2017, 00:30 Nicat Muxtarov 3200 manat ziyana düşdü 22-04-2017, 00:28 Təbriz Həsənov Makedoniyanı AÇ-dəki hansı rəqibimizə oxşatdı? 22-04-2017, 00:27 PFL “gümüş”lə “bürünc”ü Qəbələyə aparır 22-04-2017, 00:25 “İnter” dağılır: Səlahət gedir, başqaları son iki turu gözləyir 22-04-2017, 00:24 Maşallah Əhmədovun məsələsi yenidən araşdırılacaq 22-04-2017, 00:23 “Qarabağ” nominal meydan sahibi oldu 22-04-2017, 00:22 Klublar Komitəsi mövsümün sonunu gözləyir 22-04-2017, 00:17 Alina Kabayeva gimnastikamızdan ağızdolusu danışdı 22-04-2017, 00:16 Jidkova yığmanın uğur qazanacağına inanır 22-04-2017, 00:14 İslamiada xəbərləri 22-04-2017, 00:12 Avropa çempionatına iki “bürünc”lə başladıq 22-04-2017, 00:11 Fətəliyevanın məğlubiyyətsizlik seriyası qırıldı 22-04-2017, 00:09 Jurnalistlər “Xəzər Lənkəran”ı qınayır 19-04-2017, 20:19 Mənsimovlar, Hadisənin ayaqları altına səpdiyiniz pulumuzu qaytarın! 19-04-2017, 20:17 AFFA və PFL-dən Əsgər Abdullayevi təbrik etməyiblər 19-04-2017, 20:15 “Qırmızı”sız tur və 3500 tovuzlu 19-04-2017, 20:13 HAKİMLƏRİN MÜHAKİMƏSİ 19-04-2017, 20:11 Avropa Liqasının təqvimi müəyyənləşdi 19-04-2017, 20:09 Yığma kluba uduzdu 19-04-2017, 20:08 “İnter”də maaş problemi davam edir 19-04-2017, 20:06 TURUN SİTATI 19-04-2017, 20:04 TURDAN MƏQAMLAR 19-04-2017, 20:01 Niyə “Qəbələ” yox, “Qarabağ”? 19-04-2017, 19:59 TURUN OYUNÇUSU Bütün xəbərlər
Ən çox oxunanlar