05 fev 23:46reportaj

"Neftçi" bu dəfə Qəbələdə hakim səhvinin qurbanı oldu

"Neftçi" bu dəfə Qəbələdə hakim səhvinin qurbanı oldu
"Neftçi" bu dəfə Qəbələdə hakim səhvinin qurbanı oldu
Elxan Abdullayev: “Göydə Allah var, hər şeyi görür”

62 Qəbələ - Neftçi (Bakı) 1:0 (0:0)
22. Dmitri Bezotosnı - 5,5
34. Ürfan Abbasov - 5,5
3. Voislav Stankoviç - 5,5
15. Vitali Vernidub - 5,0
88. Tellur Mütəllimov - 5,5
6. Rəşad Sadiqov (k) - 5,0
(4. Elvin Camalov, 84) - qiymətsiz
7. Nika Kvekveskiri - 6,0
19. Filip Ozobiç - 5,0
14. Cavid Hüseynov - 4,5
77. Araz Abdullayev - 5,0
(17. Məhəmməd Mirzəbəyov, 62) - 5,0
18. Baqali Dabo - 4,0
(31. Daniel Subotiç, 57) - 5,5
Ehtiyat oyunçular
33. David Pietrzkieviç
9. Sergey Zenyov
21. Roman Hüseynov
27. Teo Uiks
Baş məşqçi: Roman Qriqorçuk
Komandanın ən yaxşısı: Nika Kvekveskiri

33. Boban Baykoviç - 5,0
29. Georgi Novalovski - 5,0
6. Pavel Dreksa - 5,0
25. Kiril Petrov - 5,0
27. Məqsəd İsayev - 5,0
8. Zdenek Folprext - 5,5
15. Ruslan Abışov (k) - 5,0
17. Rəhman Hacıyev - 5,0
10. Cavid İmamverdiyev - 4,0
(19. Fəhmin Muradbəyli, 46) - 4,5
7. Namiq Ələsgərov - 5,0
9. Hüqo Barqas - 5,0
(12. Daniel Seqoviya, 74) - 4,0
Ehtiyat oyunçular
53. Maksim Vaylo
3. Filyo
13. Murad Ağayev
22. Mahir Şükürov
11. İqnasio Errera
Baş məşqçi: Elxan Abdullayev
Komandanın ən yaxşısı: Zdenek Folprext
Qol: D.Subotiç, 77 (Ü.Abbasov).
Vərəqələr: V.Stankoviç, 39 (qeyri-idman hərəkəti). R.Sadiqov, 47 (hakimi aldatmağa cəhd). A.Abdullayev, 57 (qeyri-idman hərəkəti). R.Abışov, 76 (qeyri-idman hərəkəti). D.Subotiç, 89 (hakimi aldatmağa cəhd) - sarı.
Hakimlər: FARİZ YUSİFOV, Yaşar Abbasov, Namiq Hüseynov, Elvin Əsgərov (hamısı Bakı).
Hakim-inspektor: Əli Hüseynov (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
3 fevral. Qəbələ. Şəhər stadionu. 1200 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Turun maraqla gözlənilən, eyni zamanda prinsipial qarşılaşması Qəbələdə keçirildi. Bu matçın startından bir neçə dəqiqə öncə “Qarabağ”ın 3 xal qazanması xəbəri “qırmızı-qaralar”ın qələbə istəyini birəbeş artırmışdı. Ötən tur rəqib meydanında lider “Qarabağ”dan bir xal qoparan “Neftçi” isə bu dəfə səfərdən əlidolu dönməyi düşünürdü. "Qəbələ" gözlənilmədən ötən tur “Sumqayıt”la evdə heç-heçə etdiyindən, bu görüşdə maksimum nəticəni hədəfləmişdi. Növbəti xal itkisinin Qriqorçukun komandasına təzyiqi artıracağı şübhə doğurmurdu. Rəqiblərin 4-cü turdakı duelində “Neftçi”nin premyer-liqa çərçivəsində ən ağır yenilgisini alması da (0:8) tərəfləri barışmaz rəqibə çevirmişdi. Bir sözlə, Qəbələdə tərəfləri ölüm-dirim savaşı gözləyirdi.
Heyətlərə gəlincə, Araz Abdullayevın, eləcə də Baqali Dabonun start heyətində yer alması diqqəti çəkdi. "Qəbələ"nin yeni transferi Daniel Subotiçin adı isə "18-lik"də idi. Dünən doğum gününü qeyd edən Namiq Ələsgərov "Neftçi"nin heyətində premyer-liqada debüt matçını keçirirdi.
İlk 25 dəqiqədə komandaların çox ehtiyatlı oynadığını qeyd edək. Cüzi üstünlük "Qəbələ"nin tərəfində olsa da, bu, "ağ-qaralar"ın qapısı qarşısında ciddi təhlükə ilə müşayiət olunmurdu. Düzdü, 17-ci dəqiqədə Hüseynov qonaqların cərimə meydançasında yerdə qalınca meydan sahibləri penalti qazanacağına ümid edirdi. Lakin hakim haqlı olaraq 11 metrlik cərimə zərbəsi təyin etmədi. Abdullayevin komandasının bu qarşılaşmada daha çox əks-hücumlara bel bağlayacağı da ilk dəqiqələrdən hiss olunurdu. İlk yaddaqalan qol epizodu isə 25-ci dəqiqəyə təsadüf etdi. Barqasın başla zərbəsi yetərincə təhlükəli alınsa da, Bezotosnı əla reaksiya nümayiş etdirdi. "Qırmızı-qaralar" bunun cavabını çox gecikdirmədi. Kvekveskirinin başla vuruşu zamanı Baykoviç səhvsiz oynadı. Yavaş-yavaş matçda temp yüksəlirdi. 32-ci dəqiqədə Rəhman cinahdan mərkəzə doğru irəliləyib, "çərçivə"ni nişan aldı. Bu epizodda da Dmitri etibarlı oyunu ilə diqqət mərkəzinə düşdü. Cəmi 3 dəqiqə sonra Nika "Neftçi" azarkeşlərini həyəcanlandırdı. Onun uzaqdan zərbəsi təhlükəli olsa da, Baykoviç inamlı təsdir bağışladı. "Ağ-qaralar"ın qapıçısı az sonra Ozobiçin də sevinməsinə imkan vermədi. İlk yarının son 5 dəqiqəsində meydan sahibləri rəqibin qapısına doğru "yükləndi". Əvvəlcə Kvekveskiri "atəşkəsi pozmağa" yaxın oldu. Lakin onun vuruşu qüvvətli və təhlükəli alınsa da, dəqiq deyildi. Ozobiçin başla zərbəsi zamanı isə Baykoviç yerində idi. 44-cü dəqiqədə Tellur "Neftçi"nin qapısına yol tapdı. Lakin bundan öncə laysmanın Cavidin ofsaydda olmasına işarə edən bayrağının havaya qalxması gənc futbolçunun sevincini gözündə qoydu.
Fasilədən dərhal sonra Abdullayev dəyişikliyə əl atdı. İlk yarıda qeyri-adi heç nə ilə yadda qalmayan İmamverdiyev yerini Muradbəyliyə buraxdı. Birinci hissədə olduğu kimi, ikinci yarının da ilk 25 dəqiqəsində yaddaqalan qol vəziyyəti görmədik. Ancaq bu müddətdə yaşanan bəzi məqamları qeyd etməliyik. Qriqorçuk Dabonun effektli olmadığını görüb, Subotiçi meydana buraxdı. Sonuncunun köhnə-yeni komandasında şans qazanması azarkeşlərin alqışları ilə müşayiət olundu. Cəmi 5 dəqiqə sonra isə Arazı Məhəmməd əvəzlədi. Belədə Tellur yarımmüdafiənin cinahına keçdi. 70-cidəqiqədə Namiqin zərbəsindən sonra top qapının üstündən keçdi. Az sonra Barqası "Neftçi"nin yeni transferi Seqoviya əvəzlədi. Bu, Danielin "ağ-qaralar"ın heyətində ilk oyunu idi. Nəhayət, 77-ci dəqiqədə "Qəbələ" hesabı açdı. Burda isə laysmanın kobud səhvi həlledici oldu. Belə ki, Fəhmin topu uzaqlaşdırarkən, Stankoviçə dəyib Ürfanın önünə düşdü. Abbasov isə aşkar ofsaydda idi. Yan xətt hakimi oyundankənar vəziyyət qeydə almadı. Nəticədə Ürfanın asmasından sonra Subotiç "Qəbələ"yə qələbə qazandıran qolu vurdu. Başqa sözlə, ötən tur Ramil Diniyev tərəfindən penaltisi "yeyilən" "Neftçi" bu oyunda da hakim səhvinin qurbanı oldu. Son dəqiqələrdə fəallaşan "ağ-qaralar" əvvəlcə Rəhmanla, daha sonra Folprextlə rəqib qapısı qarşısında təhlükəli vəziyyət yaratsalar da, hesab dəyişmədi.
FARİZ

Reaksiyalar
Elxan Abdullayev: “Komandamdan razı qaldım. Rəqibi təbrik edirəm. Uşaqlar yaxşı oyun göstərdilər. İnkişaf var. Komanda getdikcə mən istəyən səviyyəyə çatır. Təzə hücumçumuz gəlib. Bu gün ilk oyununa çıxmışdı. Komanda yoldaşlarını yaxşı tanımır. Deməli, yenilər öz oyunlarını tam göstərə bilməzlər. İnanıram ki, 4-5 turdan sonra azarkeşlərimizi qollarla sevindirəcəklər. Yeni futbolçulara komandaya tam uyğunlaşması üçün bir qədər vaxt lazımdı. Qol epizodu? Bunu hamı görür, mən danışmaq istəmirəm. Çünki bununla məşğul olmaq mənim işim deyil. Mən öz komandamla məşğulam. Göydə Allah var, hər şeyi görür. Köməkçimin qovulmasına gəlincə, oyunda biri emosiyasını saxlaya bilir, digəri yox. Belə hallar qaçılmaz, eyni zamanda arzuolunmazdı. Yaxşı olardı ki, belə hallar yaşanmasın. Biz bütün diqqətimizi oyuna yönəltməliyik. Bu haqda çox danışmaq istəmirəm. İntizam Komitəsinin iclası olacaq, orda bu məsələyə aydınlıq gətiriləcək. Biri nəsə söz dedi, o biri də ona cavab qaytardı".
Roman Qriqorçuk: “Subotiç yaxşı, qol vuran hücumçu olduğunu sübut etdi. Əlinə düşən tək imkandan maksimum faydalandı. Bir müddət öncə bizim hücumçuları tənqid etdim. Amma onları tənqid etməklə yanaşı, həm də dəstəkləyirəm. Hücumçular uzun müddət qol vura bilməyəndə psixoloji cəhətdən çətin vəziyyətlə üzləşirlər. Bilirəm ki, vurulan 1 qol vəziyyəti dəyişir. Qovulmağım? Çox gülməli və təəccübləndirici haldı. Mən oyun epizodlarından birinə reaksiya verdim. Bu zaman rəqibin ehtiyat oyunçuların skamyasından bir nəfər mənə qışqırmağa başladı. Ona cavab verəndə isə hakim məni texniki zonadan uzaqlaşdırdı. Heç o adamı tanımıram, bilmirəm, məşqçi idi, ya kim? Düzdü, bəzən öz səhvimə görə texniki zonadan uzaqlaşdırılmışam. Amma budəfəki vəziyyət fərqli idi. Qol ofsyaddan vuruldu? Epizoda baxmamışam. Düzdü, oyundan sonra eşitdim ki, qol zamanı ofsayd var idi. Biz hakimlərin səhvləri sayəsində qələbə qazanmağı və məğlub olmağı istəmirik. İstəyirik ki, təmiz oyunlar getsin. Epizoda baxandan sonra tam dəqiqliyi ilə fikrimi səsləndirə bilərəm. "Qarabağ"la münasibətlərə gəlincə... Bu haqda çox danışmaq istəmirəm, öz fikrimi artıq bildirmişəm. İstəyirəm ki, biz məşqçilər öz işimizlə məşğul olaq. Qurban Qurbanova, eləcə də Elxan Abdullayevə hörmətim böyükdü. “Neftçi” güclənib, yaxşı komandadı. Görünən odu ki, çempionatda rəqabət artıb. Aramızda düzgün, ədalətli mübarizə getməlidi. 10 hakim səhvindən sonra çempion olanda deyəcəklər ki, sən hakimlərin sayəsində çempion oldun. Heç kim bunu istəməz. Çempionluq öz zəhmətinlə əldə olunanda, daha şirin və fərəhli olur".

Gözdən qaçmadı
* "Neftçi"nin azarkeşləri Qəbələdə də sevimlilərini tək qoymamışdı. Onlar ilk yarıda, soyuq havaya baxmayaraq, soyunaraq "ağ-qaralar"ı irəli səsləyirdi.
* Matçın uzatma dəqiqələrində Roman Qriqorçukla Elxan Abdullayevin köməkçisi Aleksandr Deriberinin mübahisəsi, qarşılıqlı "atışması" cəzasız qalmadı. Fariz Yusifov hər iki ukraynalını tribunaya qovdu. "Neftçi"nin məşqçisi qərara çox da etiraz etməsə də, Qriqorçuk uzun müddət texniki zonanı tərk etməyib, həm 4-cü hakimə, həm də Yusifova etirazını bildirdi. Nəhayət, sabiq FİFA referisi ukraynalının meydançanı tərk etməsindən sonra oyunu davam etdirdi. "Qəbələ" azarkeşləri isə tribunaya göndərilən mütəxəssisi alqışlarla yola saldı. Onu da bildirək ki, Qriqorçuk daha öncə AZAL-la səfər matçında (0:0) da analoji cəzaya məruz qalmışdı. Bu isə o deməkdi ki, ukraynalı növbəti görüşdə texniki zonada olmayacaq. Təbii, İntizam Komitəsi olayla bağlı fərqli qərar çıxarmazsa. Yeri gəlmişkən, Qriqorçukun Avroliqanın qrup mərhələsinin "Qəbələ" - "Sent- Etyen" görüşündə (1:2) də analoji cəzaya məruz qalmışdı.
* Final fitindən sonra "Neftçi"nin futbolçuları hakimə tərəf yönəlib, etiraz etdilər. Onlar uzatma dəqiqələrində itirilən vaxtın tam oynanılmamasından narazıydılar. Komanda yoldaşlarını Mahir Şükürov hakimdən ayırdı.
* Oyundan sonra Baqali Dabo Daniel Subotiçi qucaqladı. Serb forvardın onu əvəzləməsinə baxmayaraq, qələbə qolunu vurması Dabonu hədsiz sevindirmişdi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Bu gün, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Bu gün, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Bu gün, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Bu gün, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Bu gün, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Bu gün, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Bu gün, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Bu gün, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Bu gün, 20:00 Sumqayıtda mükafatlandırma Bu gün, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bu gün, 19:55 Avroliqada ikinci dövrə başlayır Bu gün, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Bu gün, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Bu gün, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Bu gün, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Bu gün, 19:40 Millinin heyəti açıqlandı Dünən, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı Dünən, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək Dünən, 19:17 Zaur Axundov Azərbaycana söz verdi Dünən, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi Dünən, 19:13 “Zirə” vətənə məğlub döndü Dünən, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı Dünən, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq Dünən, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” Dünən, 19:06 “Bursa BB”də qaldı Dünən, 19:05 Erməni baş məşqçidən etiraf Dünən, 19:03 Əsgərlərə açıq məktub yazdılar Dünən, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir Dünən, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma Dünən, 18:57 “Səbail” Emil Balayevi saxladı Dünən, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Dünən, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq Dünən, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı Dünən, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi Dünən, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da Dünən, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı Dünən, 18:43 Macarıstandan 7 medalla Dünən, 18:42 Daha bir tribunaya biletlər tam satılıb Dünən, 18:40 Yeddinci oldu Dünən, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar Dünən, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı Dünən, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar