05 fev 23:42reportaj

AZAL haqsızlıqla üzləşdi, “Qarabağ” Kintananı itirdi

AZAL haqsızlıqla üzləşdi, “Qarabağ” Kintananı itirdi
Tounkara: “Qırmızı” aldığım epizodda heç nə baş verməmişdi”

61 AZAL (Bakı) - Qarabağ (Ağdam) 1:2 (1:0)
23. Aqil Məmmədov - 4,5
24. Emin Cəfərquliyev (k) - 4,5
44. Omeqa Alamadine - 5,5
5. Kamil Hüseynov - 4,5
18. Ruslan Əmircanov - 4,5
14. İlqar Ələkbərov - 4,5
8. Sadio Tounkara - 5,0
19. Elnur Süleymanov - 4,0
77. Arkadi Qalperin - 4,5
(17. Eltun Hüseynov, 81) - qiymətsiz
27. Rəşad Abdullayev - 5,0
9. Röyal Nəcəfov - 4,5
(10. Nuqzar Kvirtiya, 46) - 4,0
Ehtiyat oyunçular
1. Tərlan Qasımzadə
3. Tural Hümbətov
16. Feyzi Aşkan
33. Seyidrəzi Ağayev
95. Şirməmməd Məmmədov
Baş məşqçi: Tərlan Əhmədov
Komandanın ən yaxşısı: Omeqa Alamadine

13. İbrahim Şehiç - 5,0
25. Ansi Aqolli - 5,0
5. Maksim Medvedev (k) - 5,5
55. Bədavi Hüseynov - 5,0
18. İlqar Qurbanov - 5,0
91. Coşqun Diniyev - 6,0
8. Miçel - 5,0
15. Rahid Əmirquliyev - 4,5
(10. Muarem Muarem, 46) - 4,5
44. Ağabala Ramazanov - 5,0
(11. Mahir Mədətov, 87) - qiymətsiz
99. Dani Kintana - 4,5
(22. Əfran İsmayılov, 27) - 4,5
6. Dino Ndlovu - 5,0
Ehtiyat oyunçular
1. Boyan Şaranov
2. Qara Qarayev
21. Arif Daşdəmirov
32. Elvin Yunuszadə
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Coşqun Diniyev
Qollar: R.Abdullayev, 7 (1:0, S.Tounkara). M.Medvedev, 60 (1:1). C.Diniyev, 63 (1:2).
Vərəqələr: C.Diniyev, 6 (perspektivli hücumun qarşısını kəsmək). S.Tounkara, 11 (hakimin qərarına etiraz). A.Ramazanov, 78 (hakimi aldatmağa cəhd). E.Hüseynov, 90 (qeyri-idman hərəkəti) - sarı. S.Tounkara, 45+3 (qeyri-idman hərəkəti) - qırmızı (ikinci sarı).
Hakimlər: ORXAN MƏMMƏDOV, Mehman Mahmudov, Vüsal Qənbərov, Ziya Nəsirov (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
3 fevral. Şüvəlan. AZAL Arena. 650 tamaşaçı (3050 yerlik).
Birinci hissəyə 3, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Tura liderlə autsayderin görüşü ilə start verildi. İlk pillənin sahibi “Qarabağ” Şüvəlanda “zirzəmi”də qərarlaşan AZAL-ın qonağı idi. Çempionatın son iki oyununda qələbə qazana bilməyən “köhlən atlar” səfərə mütləq 3 xal hədəfiylə yollanmışdı. Meydan sahiblərini də yalnız qələbə qane edirdi desək, yanılmarıq. Çünki Tərlan Əhmədovun komandası mövsümün sonuna kimi sonuncu pillədən qurtulmaq üçün bütün gücünü ortaya qoymalıdı. Hətta “təyyarəçilər” bu tur da bunu reallaşdıra bilərdi. Bunun üçün komanda evdə “Qarabağ”a qalib gəlib, “Neftçi”nin “Qəbələ” səfərindən əliboş dönməsini gözləməliydi. İlk iki dövrədə rəqibə qalib gələn Qurbanovun komandasına autsayderlə görüşdə cəzalı Riçard Almeyda kömək etmirdisə, meydan sahiblərindən eyni səbəbdən Kamal Mirzəyev oynamırdı.
Ölkə ərzisində havalar bir neçə gün qeyri-sabit keçsə də, oyun saatında Şüvəlan günəş şüalarına qərq olmuşdu. Qış olmasına baxmayaraq, futbol oynamaq üçün əla hava var idi. Gözlənildiyi kimi, oyun “Qarabağ”ın fəallığı ilə start götürdü. Qonaqlar rəqibin qapısına yüklənsə də, elə də ciddi təhlükə yarada bilmədi. Tam müdafiə olunan AZAL-ın 7-ci dəqiqədə təşkil etdiyi əks-hücum isə qolla nəticələndi. Tounkara sol cinahdan əla reydlə üç futbolçunu geridə qoyaraq, cərimə meydançasına asma etdi. Nəzarətsiz qalan Rəşad Abdullayev isə baş zərbəsiylə topu Şehiçin qoruduğu qapıdan keçirdi. Qoldan sonra ağdamlılar daha da irəli atıldı. Buna baxmayaraq, qonaqlar uzun müddət ciddi təhlükə ilə yadda qalmadılar. Əksinə, “təyyarəçilər” meydanın özünə aid hissəsinə çəkilərək rəqibi qarşılayır, “köhlən atlar”ın sərbəst hərəkət etməsinə imkan vermirdi. Sıx müdafiə ilə qarşılaşan “Qarabağ” bəxtini uzaqdan zərbələrlə sınamağa məcbur idi. Belə zərbələrdən biri 13-cü dəqiqədə Kintanadan gəldi. İspan yarımmüdafiəçinin zərbəsini Aqil dəf etdi, Ndlovu isə qayıdan topu qapıdan keçirdi. Lakin hücumçu oyundankənar vəziyyətdə olduğuna görə qol qeydə alınmadı. “Qarabağ” getdikcə təzyiqi artırdığından meydan sahibləri çatdırmır, tez-tez qaydanı pozmağa məcbur olurdu. Bununla belə, 25-ci dəqiqədə şüvəlanlılar daha bir təhlükəli vəziyyətlə yadda qaldı. Rahidin topu itirməsindən sonra Ələkbərov müdafiəçidən sıyrılaraq qapıya zərbə vursa da, Şehiç uzaq küncə gedən “mərmi”yə sahib çıxdı. İlk yarıda Qurban Qurbanovun yetirmələri oyuna tam nəzarət etmələrinə, üstünlüyə sahib olmalarına baxmayaraq, 33-cü dəqiqəyə qədər ciddi təhlükəli vəziyyət yarada bilmədi… Əfranın cərimə meydançasına asmasına Ağabala yetişə bilmədi. “Qarabağ"ın hücumlarının kəsərsiz alınmasına səbəb AZAL-ın kompakt müdafiə olunması idi. “Müdafiə ansamblı”nı korlayan tək adam meydan sahiblərinin qışda heyətinə qatdığı Elnur Süleymanov idi ki, yarımmüdafiəçi fiziki cəhətdən axsayır, tez-tez mövqeyini itirirdi. Qonaqların növbəti təhlükəli vəziyyəti zamanı Əfran uzaq küncü nişan alsa da, top cüzi fərqlə dirəyin yanından keçdi. 6 dəqiqə sonra isə Dino qol şansını əldən verdi. O, Miçelin ideal ötürməsindən sonra qapıçı ilə üzbəüz qalsa da, Aqil Məmmədovu məğlub edə bilmədi. Hissənin ən maraqlı anı isə hakimin əlavə etdiyi 3-cü dəqiqəyə təsadüf etdi. Belə ki, Tounkara topa sahib çıxan Şehiçə pressinq etdi və qolkiper yerdə qaldı. Orxan Məmmədov öncə Sadioya xəbərdarlıq etmədi. Amma "Qarabağ"ın oyunçularının etirazından sonra qaradərili futbolçu ikinci sarı vərəqədən sonra “qırmızı” alaraq, meydandan qovuldu. Halbuki malili hücumçu rəqibə heç toxunmamışdı. Bəlkə də bu, oyunun qırılma anı oldu.
İkinci yarı “Qarabağ”ın tam təzyiqi ilə başladı. Bu da gözlənilən idi. Çünki AZAL rəqibə yalnız keyfiyyətdə yox, həm də kəmiyyətdə uduzurdu. Bu üzdən Əhmədovun yetirmələri hamılıqla cərimə meydançasına sığınmışdı. Amma belə müdafiə sistemi çox işləmədi. Meydan sahibləri qonaqların təzyiqinə 60-cı dəqiqəyə qədər tab gətirdi. Maksim cərimə meydançasının həndəvərindən qüvvətli zərbə vurdu. Müdafiəçilər Aqilin baxış bucağını bağladığı üçün qapıçı gec reaksiya verdi və elə də güclü olmayan zərbədən sonra top qapıdan keçdi. Hesab bərabərləşəndən sonra da ağdamlıların hücumları davam etdi. Ötən hər dəqiqə AZAL-lılar üçün bir saata bərabər idi desək, yanılmarıq. Meydan sahibləri cərimə meydançasından çıxa bilməyincə, qonaqlar ikinci qolu vurdu. Yenə uzaqdan. Bu dəf Diniyev şansını yoxladı, Ələkbərova dəyən top istiqmətini dəyişərək Məmmədovun başı üzərindən tora daxil oldu. Məqsədinə çatan “Qarabağ” təzyiqi müəyyən qədər azaltdı. Düzdü, komanda topu özündə saxlayır, qısa ötürmələrlə rəqibin cərimə meydançasına girməyə çalışırdı. Lakin 10 nəfərlə müdafiə olunan AZAL-ın qapısı qarşısında ciddi təhlükə yaratmaq mümkün olmurdu. Bu üzdən qonaqlar üçüncü qolu daha çox asmalar və uzaqdan zərbələr hesabına vurmağa çalışırdı. Ağdamlıların növbəti və sonuncu təhlükəli vəziyyəti də 81-ci dəqiqədə yerinə yetirilən cərimə zərbəsindən sonra reallaşdı. Lakin Dinonun zərbəsini Aqil çətinlik çəkmədən dəf etdi. Bununla da “Qarabağ” azlıqda qalan rəqibə o qədər də parlaq olmayan oyunla qalib gələrək zirvədəki yerini qorudu.
ŞƏFİ ŞƏFİYEV

Reaksiyalar
Tərlan Əhmədov: "Futbolçulara təşəkkür edirəm. Yaxşı mübarizə aparıb, düzgün oyun göstərdilər. Azlıqda qalmağımıza baxmayaraq, müdafiədə yaxşı oynadıq. Amma futbolun yazılmayan qanunları var. Qarşıda bizi ağır 12 oyun gözləyir. Yeni gələnlərdən Madunun 6 kq-a qədər artıq çəkisi var. Amma "Qəbələ" ilə görüşdə iştirak edəcək. Omeqa çox xoşuma gəldi. Bu gün meydanın hər qarışı uğrunda mübarizə apardı. Qırmızı vərəqə epizodunu şərh etmək istəmirəm. Futbolda belə hallar olur. Bunu təbii qarşılamaq lazımdı. Meydanda hər şeyi soyuq başla təhlil edirsən. Biz istəsək də, istəməsək də, hakim səhvləri var. Öz futbolçumla da söhbət elədim, onları tənbeh etdim. İlk “sarı”nın nəyə görə verdiyini bilmədim. Tounkaranın ayağında iki deşik var idi. İkinci “sarı”nı veribsə, deməli, var idi. Danışmağın nə xeyri var? Məni ot örtüyü yox, maliyyə durumu düşündürür. Futbolçunun maaşını verməkdə çətinlik çəkiriksə, ot örtüyündən danışmağa ehtiyac yoxdu”.
Qurban Qurbanov: “Ağır oyun oldu. Çox vacib qələbə qazandıq. Qarşılaşmaya pis başladıq, nəzarəti ələ ala bilmədik. Rəqib yaxşı müdafiə olundu. Buna baxmayaraq, qol imkanlarımız var idi. Təəssüf ki, Dani Kintananı itirdik. Bəlkə də o, uzun müddətə sıradan çıxdı. Yenə də futbolçularımı, azarkeşləri təbrik edirəm. AZAL da gözəl formalaşmış komandadı. Kintananın yoxluğu bizim üçün zərbədi. Düzdü, heyətdə onu əvəz edəcək oyunçular var. Amma Dani kimi futbolçunun olmaması problem yaradacaq. Onunla yanaşı, Riçardın yoxluğu da topla davranmağımıza təsir edir. Həkimlər son sözü sabah deyəcəklər. Qol buraxırıqsa, hansısa diqqətsizlik olur. Komanda oyunu meydanın rəqibə aid hissəsində qurursa, istər-istəməz müdafiədə boşluq yaranır. Futbol elə səviyyəyə gəlib çatıb ki, istənilən rəqibdən istənilən nəticəni gözləmək olar. Futbolda belə hallar normaldı”.
Sadio Tounkara: “İlk epizodda rəqib oyunçu məni vurdu. Buna etiraz etdim. Bu üzdən hakim sarı vərəqə verdi. Halbuki ayağımda zərbənin izi hələ də qalıb. Hakim “Qarabağ”ın futbolçuçusunu cəzalandırmalıydı. “Qırmızı” aldığım epizodda heç nə baş verməmişdi. Mən heç qapıçıya toxunmamışdım. Hakim isə cibindən sarı vərəqə çıxardı. Bu, meydandan qovulmağım demək idi. Bilmirəm, bu mənə, yoxsa “Qarabağ”a görə edildi? Ancaq qırmızı vərəqə almağım haqsızlıq idi”.

Gözdən qaçmadı
• Oyunu izləyənlər arasında MOİK-in sabiq baş məşqçisi Müşfiq Qəmbərov da var idi.
• İştirak ərizəsində adı olmayan “Qarabağ”ın kapitanı Rəşad Sadıqov görüşü VİP-lojadan izləyirdi.
• Oyundan əvvəl AZAL-ın çalışdırıcısı Tərlan Əhmədov “Qarabağ”ın məşqçisi Elçin Rəhmanovla görüşdü, onu qucaqladı və bir neçə dəqiqə söhbət etdi.
• 22-ci dəqiqədə Dani Kintana adi vəziyyətdə ağır zədə aldı. İlkin tibbi müayinədən sonra o, xərəklə meydandan çıxarıldı. Lakin xərəyi azyaşlı uşaqlar daşıdığından, futbolçular onları geri göndərdilər. Nəticədə Danini xərəklə meydanın kənarına İlqar Qurbanov, Omeqa Alamadine və İlqar Ələkbərov çıxardı.
• Tounkaranın qırmızı vərəqə aldığı epizoda yalnız Tərlan Əhmədov yox, həm də AZAL-ın azarkeşləri ciddi etriaz etdi, hakimlər briqadası əleyhinə şüarlar səsləndirdi.
• Jurnalistlər qarşılaşmadan sonra Sadio Tounkaradan açıqlama almaq istəsələr də, o üzüntüsünü gizlədə bilmədi və danışmaqdan imtina etdi. Təcrübəli futbolçu yalnız Tərlan Əhmədovun xahişindən sonra media namayəndələrinin önünə çıxdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar